Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2842/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; subyektiv hüquq”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X25 (sədrlik edən və məruzəçi), X15 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs X12) qarşı “mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 363/7 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Gəncə prospekti, ev 67B, 21 nömrəli mənzildə yaşayan Əmək və istirahət evində işləyən X8 (bundan sonra – üçüncü şəxs) Mərdəkan qəsəbəsində M/889 №-li sahədə ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahəyə dair mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 889M saylı torpaq sahəsinə dair mülkiyyət hüququ (tam) X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Reyestrdə 4Ə-887 nömrə ilə qeyd edilən xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X12 ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan X6 mülkiyyətinə vermişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) məhkəməyə iddia ərizə ilə müraciət edərək ünvan 1 ünvanlı fərdi yaşayış evinə və 0.75 ha torpaq sahəsinə üçüncü şəxsin xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi (bundan sonra – cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək ünvan 1 ünvanlı fərdi yaşayış evinə və 0,75 ha torpaq sahəsinə üçüncü şəxsin xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin (hazırda Xəzər rayonu) 28 iyun 1994-cü il tarixli 363/7 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti, ev 67/21 nömrəli mənzildə yaşayan, əmək və istirahət evində işləyən X8 Mərdəkan qəsəbəsində M/889 nömrəli sahədə fərdi yaşayış evi tikməsi üçün 750 kv.m torpaq sahəsi ayrılmış və evin tikintisinin yalnız təsdiq edilmiş 145- 000-129S tipli layihə əsasında aparılması qeyd edilmişdir. Qeyd olunan torpaq sahəsinə bitişik qonşu torpaq sahəsində iddiaçının və X5 atası- X13 tərəfindən 369,7 kv.m-dən ibarət fərdi-yaşayış evi inşa edilmişdir. Uzun müddət iddiaçının atası və ailə üzvləri bu evdə yaşamışdır. Hətta evə çəkilmiş olan işıq və digər sayğaclar iddiaçının atasının adına olmuşdur. xx.xx.2016-cı il tarixində iddiaçının atası X13 vəfat etdikdən sonra atasına məxsus miras əmlak vərəsə olaraq iddiaçı, digər qardaş və bacıları tərəfindən qəbul edilmişdir. Atanın vəfat etməsindən istifadə edən iş üzrə 3-cü şəxs X2 Rayon İcra Hakimiyyətinin (hazırda Xəzər rayonu) 28 iyun 1994-cü il tarixli 363/7 nömrəli Sərəncamından istifadə edərək, bu sərəncamda göstərilən torpaq sahəsini, ona qonşu torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsi kimi təqdim edərək 7.5 sot torpaq sahəsinə və atasının inşa etmiş olduğu 369,7 kv.m-dən ibarət ünvan 1 ünvanlı fərdiyaşayış evinə xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququna dair Çıxarış əldə etmişdir. Bundan sonra 3-cü şəxs X12 mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evini və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini 4Я-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən hazırki iş üzrə 3-cü şəxs həyat yoldaşı X9 bağışlamışdır. Üçüncü şəxs X2 Rayon İcra Hakimiyyətinin (hazırda Xəzər rayonu) 28 iyun 1994-cü il tarixli 363/7 nömrəli Sərəncamında ona ayrılmış torpaq sahəsini də hazırda istifadə etməkdədir. Lakin, istifadə etdiyi bu sahəyə aid sərəncamı qonşu torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsi kimi təqdim edərək həm evə, həm də torpaq sahəsinə qanunsuz olaraq çıxarış əldə etdiyindən həmin sahə sənədsiz qalmışdır (həmin sahəyə baxış keçirməklə bu faktın müəyyən edilməsi mümkündür). X5 adına ünvan 1 ünvanlı fərdi-yaşayış evinə xx.xx.2017-ci il tarixində (********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli) mülkiyyət hüququna dair Çıxarışın verilməsi ilə bağlı reyestr qeydiyyatı tamamilə qanunsuz həyata keçirildiyindən onun adına mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş cavabda bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanlı fərdi yaşayış evinı və 0,75 ha torpaq sahəsinə 3- cü şəxs X8 xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********34 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi, ev 22D ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli çıxarış, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və sonradan xx.xx.2017-ci il tarixli, 4Ə- 887 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmiş və "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. X1 mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci, 8.0.3-cü maddələrinə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iş materiallarından göründüyü kimi sənəd üçüncü şəxsin adınadır, torpaq sahəsi və fərdi yaşayış evi də üçüncü şəxsə məxsusdur, evi üçüncü şəxs tikdirmiş və iddianın əksinə olaraq heç bir sürüşmə yoxdur, olması da mümkün deyil. Əgər iddia edildiyi kimi hər hansı sürüşmə olsa idi, cavabdeh qurum sürüşməni təsbit edər və üçüncü şəxsə həmin əmlak üzərində mülkiyyət sənədi verməzdi. Cavabdeh qurumun mütəxəssisləri gəlib üçüncü şəxsə məxsus torpaq sahəsinə baxıb hər şeyin doğru olduğunu təsbit etmiş, sonra da üçüncü şəxsə mülkiyyət sənədi təqdim edilmişdir. Bu fərdi evi tikməkdə üçüncü şəxsin məqsədi mərhum atasının yaşlılıq vaxtında işə gedərkən əziyyət çəkməməsi, yorulmaması (mərhum atası yastıpəncəlikdən əziyyət çəkirdi), atasının iş yeri ilə yaşayacağı evin arasında məsafəni yaxınlaşdırmaq olmuşdur. İddiaçının qeyd etyinin əksinə olaraq mərhum atası üçüncü şəxslə həmin evdə üçüncü şəxsin ailəsi ilə birlikdə yaşamışdır, iddiaçı isə heç bir zaman o evdə yaşamamışdır. Mərhum atası başda olmaqla ailə üzvlərinin İddiaçıla uzun müddət münasibətləri soyuq olmuş, gediş-gəliş olmamışdır. İddiaçı Bakı şəhərində anadan olsa da, 1975-ci ildə mərhum atasının təyinatı “İsti su” sanatoriyasına verildiyi üçün Kəlbəcər rayonuna köçmüşdürlər. Daha sonra 1976-ci ildə mərhum atasının iş fəalliyyəti “Xəzər” sanatoriyasında davam etdiyinə və qardaşı Vüqar 1976-cı ildə dünyaya gəldiyinə görə anasına kömək məqsədi ilə mərhum ata nənəsi İsmayılova/X10 himayəsində uşaqlıq illərində (7 yaşına qədər) Tovuz rayonu Qandallar kəndində yaşamışdır. Daha sonra nənəsinin səhhətində yaranan problemlərə görə və Etibarın Bakı şəhərində 144 №-li məktəbdə 1-ci sinifə başlaması üçün ünvan 3 ünvanında, ailəsi ilə birlikdə yaşamış, lakin ailədə özünü övladlıq olaraq hissetmişdir. Daha sonra xx.xx.1981-ci ildə nənəsi rəhmətə getdiktən sonra Etibarın uşaqlıq travması birazda böyümüş, özünə qapanmalar artmışdır. Daha sonra 1986-ci ildə Xətai rayonu, Gəncə prospekti, 67/21 ünvanındakı mənzilə köçmüşdürlər. İddiaçı ən son ailəsi ilə 2002-ci ilə qədər ünvan 5 ünvanda yaşamışdır. Göründüyü kimi iddiaçı heç bir zaman üçüncü şəxsin evində yaşamamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən üçüncü şəxsə verilən 07 fevral 2017-ci il tarixli arayışdan da göründüyü kimi, “889-cu sahədə mərhum X13 ilə ölən günə qədər bir yerdə qeydiyyatsız yaşamağı və dəfn mərasimini onun təşkil etdiyi” qeyd olunur. Göründüyü kimi, həmin arayışda yaşayış yeri 889-cu sahə qeyd edilir. İş materiallarında təqdim olunduğu kimi Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının sərəncamı ilə 889 №-İi sahə üçüncü şəxsə ayrılmışdır. İddiaçının qeyd etdiyi üçüncü şəxsin istifadəsində olan sahədə isə ev yoxdur, quşçuluq və heyvandarlıq təsərrüfatı üçün nəzərdə tutulmuş obyektlər var. Üçüncü şəxsin istifadəsində və sahibliyində olan və daha sonra 2017-ci ildə Etibara verdiyi 6,3 sot torpaq sahəsində üçüncü şəxsin evindən təxminən 6-7 mert məsafədə və 36 kv.m sahəsi olan kənardan qaraja bənzəyən, yay və qış aylarında taxıl yığıb anbar kimi istifadə etdiyi, yaz və payız mövsümündə isə heyvanları saxlamaq üçün qapalı sahə inşa etmişdir. İddiaçı üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinə bitişik ərazidə mərhum atasının sağlığında 9.000 AZN qarşılığında Samir adlı şəxsə 1,5 sot satmışdır. Bundan əlavə anasının dayısı oğlu X11 məxsus 12 sotluq sərəncamı öz torpaq sahəsinə sürüşdürüb çıxarış almış və 2021-ci ilin may ayında 116.000 AZN qarşılığında X16 13 sot (12 sot çıxarışlı +1 sot çıxarışsız) satmışdır. Daha sonra iddiaçı özünə məxsus 7,5 sot sərəncamı mərhum anasınım, kiçik qardaşı Vüqarın və aktı imzalayan dayısı Rza Qasımovun xahişi ilə üçüncü şəxsin istifadəsində və sahibliyində olan həyətyanı sahədən kəsib ona 2017-ci ilin iyul ayında verdiyi 6,3 sot torpaq sahəsinə sürüşdürmüş və anası vəfat etdikdən (xx.xx.2022- ci il tarixindən) sonra 86.000 AZN qarşılığında 2022-ci ilin iyun ayında Şiraslan adlı şəxsə sataraq ümülikdə təxminən 21 sot torpaq sahəsini satıb 211.000 AZN əldə etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-63/2023 №-li qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli və 2(103)- 6702/2023 saylı qətnaməsində qeyd edilən mərhum atama məxsus vərəsəlik predmeti olan 1200kv.m olan 329E№li torpaq sahəsinin planı və ölçüsü, həmin torpaq sahəsinə məxsus Azərsu ASC-dən alınan sənədlər; mərhum atama məxsus (həmin torpaq sahəsinin və diyər torpaq sahələrinin suvarılması üçün) xx.xx.2011-ci il tarixli və 25728124 №li müqavilə ilə olan abonent kartı məlumatları təqdim edilmişdir. Bundan başqa məhkəmə predmeti olan ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisi Könül Cəfərovaya məxsus xx.xx.2022-ci il tarixli 25728124 nömrəli müqavilə ilə olan abonent kartı məlumatları təqdim edilmişdir. Bundan əlavə mənim istifadəmdə olan torpaq sahəsindən ayırıb iddiaçıya verdiyim 0,063 ha və 890M №li sahə ilə bağlı xx.xx.2022-ci il tarixində də iddiaçının Şiraslan Həsənovla olan alqı-satqı müqaviləsi təqdim edilmişdir. Mərhum atasına məxsus 329E №-li torpaq sahəsinə bitişik üçüncü şəxsin istifadəsində olan sahəyə quraşdırılan su sayğacının mərhum atasının abunəliyində olmasına heç bir etirazı olmamışdır. İddiaçının və yalançı şahidlərinin qeyd etdiklərinin əksinə olaraq su sayğacı məhkəmə predmeti olan evin və 7,5 sot olan torpaq sahəsində quraşdırılmamışdır. Həmin evə su üçüncü şəxsin istifadəsində olan ferma olan torpaq sahəsindən və yuxarıda qeyd edilən alqı satqı predmeti olan 0,063 ha və 890M №li sahədən keçib gəlirdi. Eyni zamanda iddiaçının Yolçuyevin adına özəlləşdirib 2021-ci il tarixində də X16 116.000 AZN-nə satdığı 13 sot olan torpaq sahəsi boş və baxımsız olduğuna üçün bəzi qonşular zibil atıb sonra yandırdıqlarına görə üçüncü şəxs yanğının ətrafa və mənim fermama yayılması üçün həmin sayğacdan gələn su vasitəsi ilə söndürmüşdür. Eyni zamanda həmin sayğacdan gələn su ilə qeyd edilən 0,063 ha və 890M nömrəli sahədən keçdiyinə görə həmin sahə və mənim istifadəmdə olan torpaq sahəsinə bitişik olan mərhum atama məxsus 329E №li torpaq sahəsi suvarılırdı. İş materiallarından göründüyü kimi 0,063 ha və 890M №li sahənin xx.xx.2022-ci il tarixində də iddiaçının Şiraslan Həsənovla olan alqı-satqı aktından sonra Şiraslan üçüncü şəxsə həmin sahədə ev tikəcəyinə bildirib onun torpaq sahəsindən keçən su xəttini kəsməyini tələb etmişdir. Ona görə də məhkəmə predmeti olan ünvan 1 ünvanında yerləşən üçüncü şəxsin yoldaşının mülkiyyətində olan evin susuz qalmaması və su istifadəsi üçün Azərsu ASC tərəfindən yoldaşı Könül Cəfərovaya məxsus xx.xx.2022-ci il tarixli 25728124 №li müqavilə ilə abonentlik verildi. Göründüyü kimi, məhkəmə predmeti olan evin su sayğacının abunəliyi mərhum atasına deyil, üçüncü şəxsin yoldaşı Könül Cəfərovaya məxsusdur. İddiaçının təqdim etdiyi sənədlər arasında mərhum atasının iddiaçıya 10 il müddətinə verdiyi xx.xx.2014-cü il tarixli ətraflı etibarnaməsi mövcuddur. Həmin etibarnaməyə görə iddiaçıya mərhum atasının yerinə onun əmlaklarını idarə etməyi və sərəncam verməyi etibar edilmişdir. Bu etibarnaməni iddiaçı 3 il ərzində ilk dəfə məhkəməyə təqdim edir və üçüncü şəxsin bundan xəbəri olmamışdır. Bundan başqa iddiaçı əlaqədar qurumlardan məhkəmə predmeti olan evin və torpaq sahəsinə bitişik torpaq sahəsinin nömrə ardıcıllığını müəyyən etmək üçün ilkin torpaq ayırma sənədinə baxış keçirmək üçün vəsatət vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Şiraslan Həsənovla olan alqı-satqı müqaviləsindən də göründüyü kimi, iddiaçı öz sualına cavab vermişdir. 0,075 ha M889 №li sahənin vaxtı ilə üçüncü şəxsin mülkiyyətində, həmin sahəyə bitişik olan növbəti 0,063 ha və M890 №li sahənin torpaq sahəsinin də iddiaçının mülkiyyətində (M889 №li və M890 Xali sahənin nömrə ardıcıllığı) olduğu iş materiallarından aydındır. Əgər iddiaçının iddia etdiyi kimi (guya üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin sənədinin məhkəmə predmeti olan evin olduğu sahəyə sürüşdürülmüş) olsa idi, o zaman üçüncü şəxsə məxsus torpaq sahəsi cavabdehin M890 №li sahəsindən sonrakı (üçüncü şəxsə məxsus M889 №-li deyil), M891 №li sahə olmalı idi. Bununla da iddiaçının bir daha məhkəməni aldatmağa cəhd etdiyi sübut olunur.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanlı fərdi yaşayış evinı və 0,75 ha torpaq sahəsinə 3- cü şəxs X8 xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair 2-1(112)-6849/2024 saylı inzibati iş vardır. İş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi, ev 22D ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli çıxarış, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və sonradan xx.xx.2017-ci il tarixli, 4Ə-887 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmiş və "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə "xxxx" ASC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Cavabdeh orqan yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə "xxxx" ASC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə dair hüquqlar (üçüncü şəxsin adına) qeydiyyata alınmış, iddiaçı isə torpağa dair hüquqi marağını təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
16. Məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, üçüncü şəxsin adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin yerləşdiyi torpaq sahəsinin ünvanı Fuad Qasımzadə küçəsi, 22D olaraq qeyd olunsa da, faktiki olaraq üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi həmin (Fuad Qasımzadə küçəsi 22D) sahənin yaxınlığında yerləşən digər sənədsiz sahədir və məhz ona görə də iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür.
17. Məhkəmə bununla qeyd etmişdir ki, iddiaçının heç bir hüquqmüəyyənedici sənədi olmayan (iddia ərizəsində və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatında iddia edildiyinə əsasən) torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.
18. Digər tərəfdən iddiaçının təqdim etdiyi əsaslandırma (faktiki yerləşmə və qeydiyyata alınmış koordinatlar arasında uyğunsuzluğun olması) faktiki vəziyyətin xəyali təfsiridir. Belə ki, məhkəmə qeyd edir ki, üçüncü şəxsin adına qeydiyyata alınmış (hazırda üçüncü şəxsin arvadının adına qeydiyyatda olan) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunmuş koordinatları arasındakı uyğunsuzluğu olduğu əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
19. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Üçüncü şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
35. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
36. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
37. Hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxsin ünvan 1 ünvanlı fərdi yaşayış evinə və 0.75 ha torpaq sahəsinə 3-cü şəxs X3 xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsidir.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə üçüncü şəxs X5 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X12 ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan X6 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır və hazırda üçüncü şəxslə arvadının istifadəsindədir. Lakin iddiaçı tərəfindən torpaq sahəsinə iddia etmək hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.
39. İş materiallarına əsasən müəyyən olunur ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 363/7 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Gəncə prospekti, ev 67B, 21 nömrəli mənzildə yaşayan Əmək və istirahət evində işləyən X8 (bundan sonra – üçüncü şəxs) Mərdəkan qəsəbəsində M/889 №-li sahədə ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır.
40. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahəyə dair mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
41. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 889M saylı torpaq sahəsinə dair mülkiyyət hüququ (tam) X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
42. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
43. Reyestrdə 4Ə-887 nömrə ilə qeyd edilən xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X12 ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan X6 mülkiyyətinə vermişdir.
44. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
45. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair hal-X1 hüquqları qeydiyyata alınmış, iddiaçının isə torpağa və fərdi yaşayış evinə dair hər hansı mötəbər hüquq müəyyənedici sənədi mövcud deyildir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
46. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
47. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
48. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, hazırkı qərarın 15-ci bəndində qeyd olunanlara əsasən daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
49. Beləliklə, şəxsin mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir.
50. Bundan əlavə, digər tərəfdən iddiaçının təqdim etdiyi əsaslandırma (faktiki yerləşmə və qeydiyyata alınmış koordinatlar arasında uyğunsuzluğun olması) faktiki vəziyyətin xəyali təfsiridir. Belə ki, məhkəmə qeyd edir ki, üçüncü şəxsin adına qeydiyyata alınmış (hazırda üçüncü şəxsin arvadının adına qeydiyyatda olan) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunmuş koordinatları arasındakı uyğunsuzluq olduğunu əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
51. Beləliklə də, kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
52. Həmçinin kollegiya qeyd edir ki, mübahisə predmeti olan torpaq və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli ********** nömrəli Dövlət qeydiyyatı artıq qüvvədə deyildir.
53. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Yəni, hazırda mübahisə predmeti olan torpaq və fərdi yaşayış evinə dair RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi hazırda qüvvədədir.
54. Beləliklə, iddiaçının iddia qalıdırmaq üçün hüquq müəyyənedici sənədləri olmadığından onun subyektiv hüququ olmamaqla yanaşı, mübahisə predmeti olan torpaq və fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması ilə bağlı xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın hazırda qüvvəsi olmadığından (hüquqi əhəmiyyətini itirdiyindən) və hüquqi qüvvəsi olmayan qeydin də faktiki olaraq ləğvi mümkün olmadığından iddiaçının iddia tələbi mümkün hesab edilə bilməz.
54. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.