Məhkəmə qərarları › İş №2-1(103)-2843/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2843/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2843/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehna qarşı “müraciətinə əsaslandırılmış cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(112)-5978/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2020-ci ildə Cavabdehna göndərdiyi şikayətə əsaslandırılmış cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, o, D18 hərəkatının sədridir. 2019-cu ilin avqust ayından hərəkatın qərargahı Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 17-də yerləşir. Ofisdə toplantılar, iclaslar, tədbirlər keçirilir. 16 fevral 2020-ci ildə o və seçkilərdə iştirak etmiş digər namizədlər Mərkəzi Secki Komissiyasının inzibati binasının qarşısında etiraz aksiyasında iştirak etmək qərarına gəlmişlər. O, qeyd edilən ofisin qarşısında polis tərəfindən saxlanılaraq və “Nissan Sunny” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonuna aparılıb orada buraxılmışdır. Polis əməkdaşlarının qanunsuz hərəkətlərinin araşdırılması xahişi ilə Cavabdehna müraciət etmiş, lakin bir aydan çox vaxt keçməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınıın 2-1(103)-802/2021 saylı 10.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-57412020 saylı 26 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(112)-5978/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(112)-5978/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti hüquq normaları ilə əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(112)-5978/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(112)-5978/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi və cinayət işinin başlanmasına dair qərar qəbul edilməsi haqqında Bakı şəhəri Cavabdehna 19 mart 2020-ci il tarixdə şikayət ünvanlanmışdır. Həmin müraciəti cavabdeh orqan aidiyyəti orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi) araşdırılması üçün göndərmiş, aidiyyəti orqan müraciət üzrə müvafiq araşdırma apararaq iddiaçının müraciətini cavablandırmışdır. Birinci instansiya məhkəməsinin sorgusuna əsasən Bakı şəhəri Cavabdeh 26.08.2021ci il tarixli məktubla vətəndaş İddiaçı müraciəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-də işə alınmış material daxil olmuşdur. Həmin araşdırma materialında olan: Nərimanov RPl-nin, 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 rayonu, X Məmmədov küç. ev 3 mənzil 78 A-da yaşayan, İddiaçı şikayət ərizəsinə dair arayışından görünür ki, 22.04.2020-ci il tarixdə icraatına daxil olmuş vətəndaş İddiaçı Nərimanov rayon Prokuroluğuna ünvanladığı şikayətinə əsasən 08.03 2020-ci il tarixdə 18-ci PŞ-nin əməkdaşları, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 17-də yerləşən ofisinin qarşısına gələrək ofisi tərk etmələrini tələb etmiş və Covid-19 virusunu yayılmasının qarşısını almaq üçün etdiklərini bildirmələri əsazsız olduğuna narazılığını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 08.03.2020-ci il tarixdə Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi ev Q-də yaşayan X2 DlN-nin 102 xidmətinə zəng edərək küçədən səs-küy gəldiyini bildirməsi ilə əlaqədar 18-ci PŞ-nin əməliyyat qrupu göstərilən ünvanda olmuş və məlum olmuşdur ki, “D-18” (Demokratik Gənclər hərəkəti) hərəkətinin sədri İddiaçı Ə.Orucəliyev küçəsi 13 ünvanında yerləşən 2 mərtəbəli evi icarəyə götürərək orada toplaşan 5 nəfər şəxslə iclas keçirməsi məlum olmuş və həmin şəxslər ilə profilaktik söhbətlər apardıqdan sonra qeyd olunan ünvandan uzaqlaşmışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18-ci X5 rayonu, X.Məmmədov küç. ev 3 mənzil 78 A-da yaşayan, İddiaçı ogluna ünvanlanan 05.05.2020-ci il tarixli ***-**** saylı məktubunda bildirilmişdir ki, “08.03.2020-ci iİ tarixdə 18ci PŞ-nin əməkdaşları, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 17-də yerləşən ofisinizin qarşısına gələrək, ofisi tərk etməyinizi tələb etmiş və Covid-19 virusunun yayılmasının qarşısını almaq üçün etdiklərini bildirmələri əsazsız olduğuna narazılığınız barədə araşdırma aparılmış. Məlumat üçün bildiririk ki, 08.03.2020-ci il tarixdə Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi ev Q-də yaşayan X2, DİN-nin 102 xidmətinə zəng edərək küçədən səs-küy gəlməsi ilə əlaqədar verdiyi məlumat əsasında 18-cı PŞ-nın əməliyyat qrupu göstərilən ünvanda olmuş və məlum olmuşdur ki, rəhbərlik etdiyiniz “D-18” (Demokratik Gənclər hərəkəti) hərəkətinin yerləşdiyi Ə.Orucəliyev küçəsi 13 ünvanında 5 nəfərlə toplaşaraq iclas keçirməyiniz zamanı gələn səs-küy digər sakinləri narahat etməsi aşkar olunmuşdur.” Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1, 3.0.6, 5.1, 7.1, 7.5, 7.8, 9.2, 9.6, 10.2-10.4, 12.1, 12.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Həmin qanunun 7.8-ci maddəsinə əsasən müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Baxılan iş üzrə cavabdeh orqan iş üzrə iddiaçının 19 mart 2020-ci il tarixdə poçt vasitəsilə göndərdiyi şikayət ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(112)-5978/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar