Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2843/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasının mərhum əri X2 hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra 2007-2016-cı illərdə əmək fəaliyyəti dövründə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-1640/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 hərbçi kimi pensiyaya çıxdıqdan sonra 9 il istehsalatda işlədiyini nəzərə alaraq, əmək pensiyasının avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 2006-cı ildə hərbçi kimi pensiyaya çıxdıqdan sonra xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək istehsalatda işləmişdir. Lakin buna baxmayaraq, onun pensiyasına əlavələr olmamışdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı vəfat etdikdən sonra onun əmək pensiyasının 80%-i iddiaçıya təyin edilmişdir. Həyat yoldaşı X5 hərbçi kimi pensiyaya çıxdıqdan sonra 9 il istehsalatda işlədiyinə görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanaraq, ona verilməsi ilə əlaqədar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin həmin Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-l 17728/2028 saylı cavab məktubu ilə iddiaçıya imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-117728/2024 saylı məktubuna əsasən əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İdiaçı iddia ərizəsində mərhum həyat yoldaşı X2 hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra 9 il işlədiyinə görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə yaranmış və həmin tarixdən iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 355951 saylı ölüm haqqında şəhadətnamədə qeyd olunan məlumatlara əsasən iddiaçının həyat yoldaşı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bununla əlaqədar olaraq İddiaçı müraciəti əsasında ona Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-13461/2023 saylı qərarı ilə iddiaçının müraciət etdiyi xx.xx.2023-cü il tarixdən ona hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum B.Məmmədovun təminat xərcliyi 1754,00 manat təşkil etdiyindən, qeyd edilən maddələrə uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası ilkin təyinat zamanı həmin təminat xərcliyinin 80%-i miqdarında, yəni 1403,20 manat məbləğində təyin edilmişdir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tarixdə qüvvədə olan Qanunun 20.17-ci maddəsindən də göründüyü kimi, vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçının ailəsinə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda pensiyanın məbləği həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyasının tərkibi 2 hissədən, yəni əmək pensiyasının sığorta hissəsindən və qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olur. Sığorta hissəsi ilə bağlı tənzimetmə Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, əgər vəfat etmiş ailə başçısı pensiyaçı olmuşdursa və pensiyaçı olduğu müddət ərzində fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı pensiyasının yenidən hesablanmasında istifadə olunmamışdırsa, bu kapital ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Mərkəzi Filialın imtina məktubunda da qeyd olunduğu kimi mərhum B.Məmmədovun vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Ailə başçısını itirməyə görə əmək pensiyasının qulluq stajına görə əlavəsinə gəldikdə isə Qanunun 20.17-ci maddəsində birmənalı şəkildə qeyd olunmuşdur ki, əlavənin məbləği təminat xərcliyinin 80 faizi həcmindəki məbləğlə bu qanuna uyğun təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Deməli, iddiaçıya münasibətdə pensiyaya əlavənin məbləği 1403,20 manat məbləğindəki pensiya ilə həmin pensiyanın sığorta hissəsi arasındakı fərqə bərabər olacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2014-cü il tarixli Qərarında da qeyd olunduğu kimi, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Odur ki, pensiyaya əlavənin məbləği yalnız pensiya qanunvericiliyinə uyğun olaraq müəyyən edilə bilər. Bu zaman həm də nəzərə almaq lazımdır ki, istifadə olunmamış pensiya kapitalı əsasında sığorta hissəsinin artırılması, lakin nəticə olaraq iddiaçının pensiyasının məbləğinin dəyişməməsi qulluq stajına görə əlavənin məbləğinin azaldılması və buna görə də Qanunun 37.3-cü maddəsinin tətbiq edilməsi zərurəti kimi şərh edilə bilməz. Qanunvericilikdə vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının istifadə olunmamış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması mexanizmi nəzərdə tutulmamış, yalnız təyinat zamanı nəzərə alındığı göstərilmiş və iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ümumi pensiya məbləği təminat xərcliyinin 80%-i ilə məhdudlaşdırılmışdır. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin artırılması yalnız ümumi əsaslarla pensiya alan şəxslərə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla digər pensiyaçılara münasibətdə mümkündür. Belə ki, həmin şəxslərin pensiyası yalnız sığorta hissəsindən ibarət olduğundan və qanunvericiliyə uyğun olaraq pensiyanın ümumi məbləği ilə bağlı məhdudlaşdırıcı norma müəyyən edilmədiyindən pensiya kapitalı əsasında pensiya məbləğinin artması qanunvericiliklə yolveriləndir. İddiaçının pensiyasının sonrakı dövrlərdə yenidən hesablanması mexanizminə gəldikdə isə bildirilir ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar sözügedən pensiya xx.xx.2024-cü il tarixdən 1560,36 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(112)-1640/2025 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasının mərhum əri X2 hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra 2007-2016-cı illərdə əmək fəaliyyəti dövründə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(112)-1640/2025 saylı qərarını mübahisələndirmiş, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilmişdir ki, “şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. ...37.3.1-ci maddə mahiyyətcə əmək pensiyaçılarının pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətlərini davam etdirdikləri halda əldə etdikləri əlavə hüquqların qorunmasına, onların bu dövrdə qazanılmış sığorta və yığım kapitalının nəzərə alınması yolu ilə pensiyanın yenidən hesablanmasına xidmət edir. Bu baxımdan, həmin normanın tələbləri iddiaçıya da şamil edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qeyd olunan norma ümumilikdə işləyən əmək pensiyaçılarına aiddir və iddiaçının mərhum əri də həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı tətbiq edilməsini istisna edən hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır.” Bununla bağlı bildirilir ki, qeyd edilən məsələ “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulmuşdur və məhz işləyən əmək pensiyaçılarına və yaşa görə əmək pensiyasının yenidən hesablanmasına münasibətdə tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı məhz özünə münasibətdə təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb edir, hansı ki bu da növünə görə ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Odur ki, məhkəmənin istinad etdiyi müddəa istər birbaşa, istərsə də analoji qaydada hazırkı işə tətbiq edilə bilməz. Qeyd edilən müddəa üzrə subyektiv hüquq yalnız iddiaçının mərhum həyat yoldaşı X3 mənsubdur. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Başqa sözlə, qulluq stajına görə əlavə təyin edilmiş şəxslərdə Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablama yalnız müraciət əsasında həyata keçirilir. Deməli, mərhum öz pensiyasının sığorta hissəsinin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı əsasında yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etməli idi. İş materiallarına əsasən, mərhumun belə bir müraciətinin olması aşkar edilməmişdir. Sosial təminat sahəsindəki hüquqların şəxsi xarakterli hüquqlar olduğunu nəzərə alsaq, həmin hüquqların hüquqi varislik qaydasında başqa şəxsə keçirilməsinə yol verilmir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair xx.xx.2023-cü il tarixli, 2-1(102)- 48/2023 saylı qərarının 43-cü bəndindən də göründüyü kimi, sosial təminat sahəsində hüquqi varislik iddiaçıya məxsus pensiya hüququnun onun hüquqi varisinə ötürülməsi ilə deyil, iddiaçının pensiya hüququnun təsdiq olunduğu və ona əmək pensiyanın təyin olunduğu təqdirdə, təyin olunmuş pensiyanın iddiaçının vəfat etdiyi tarixədək ödənilməli olan məbləğinin onun varislərinə ödənilməsinin təmin olunması ilə bağlıdır. Bunun üçün tələb sadəcə mərhumun ona məxsus pensiya hüququnun realizə olunması ilə bağlı sağ ikən inzibati orqana müraciət etməsi və imtina aldığı təqdirdə bunu məhkəmə qaydasında mübahisələndirməsidir. Deməli, qanunvericilikdə bu hüquqlara münasibətdə sadəcə prosessual varisliyə yol verilir. X1 pensiyanın yenidən hesablanması tələbi üzrə iddiaçı, Mərkəzi Filialın isə cavabdeh olduğu heç bir inzibati iş olmadığından hazırkı iş üzrə İddiaçı mərhum həyat yoldaşına məxsus hüququn realizəsi üçün tələb hüququ yoxdur. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1640/2025 saylı qərarında qeyd edilən qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanmasının İddiaçı məxsus hüquq kimi təfsir edilməsi qanunvericiliyə ziddir. Məhkəmə qərarında qeyd edilmişdir ki, “işdən görünür ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.2ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və nəticə etibarilə iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır”. Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, iddiaçının pensiyasında qulluq stajına görə əlavənin məbləğinin azaldılması halı baş verməmişdir. Bunu aydınlaşdırmaq məqsədilə iddiaçının pensiya məbləğinin və onun tərkibinin hesablanma qaydasına diqqət yetirmək lazımdır. Qanunun 20.1.13-cü maddəsindən məlum olur ki, hazırkı iş üzrə iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının (bundan sonra – P) tərkibi 2 hissədən, yəni əmək pensiyasının sığorta hissəsindən (bundan sonra – SH) və qulluq stajına görə əmək pensiyasına əlavədən (bundan sonra – QƏ) ibarətdir. Başqa sözlə, P = SH + QƏ. İddiaçıya pensiya təyinatının aparılmasının hüquqi əsası qismində Qanunun 20.17-ci maddəsi çıxış edir. Həmin maddənin 2-ci bəndinin xx.xx.2023-cü il tarixdə, yəni ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərinəmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə -ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Burada - “əmək pensiyasına əlavələr” QƏ-ni; - “ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğ” P-ni; - “bu qanunla təyin edilən əmək pensiyasının məbləği” isə SH-ni ifadə edir. Nəzərə alsaq ki, iddiaçının pensiyası P = SH + QƏ düsturu ilə hesablanır, deməli burada 20.17-ci maddənin tələbləri üzrə düstur həm də aşağıdakı mənanı ifadə edəcəkdir: “Ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğ” = “bu qanunla təyin edilən əmək pensiyasının məbləği” + “əmək pensiyasına əlavələr”. Bu düsturdan bizə məlum olan məbləğlər P və SH, müəyyən edilməsi tələb olunan məbləğ isə QƏ-dir. Çünki qanunverici P-nin və SH-nin məbləğini ayrı-ayrılıqda və bariz şəkildə tənzimləsə də, məhz QƏ-nin məbləğinin müəyyən edilməsini P və SH-nin məbləğlərinin müəyyən edilməsindən asılı edir. (1) P-nin məbləğinin müəyyən edilməsi. Daha aydın şəkildə ifadə etsək, hazırkı iş üzrə P-nin məbləği ailə başçısının təminat xərcliyinin 80 faizi həcmindədir. Mərhum B.Məmmədovun təminat xərcliyi 1754,00 manat təşkil etdiyindən, qeyd edilən maddələrə uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası ilkin təyinat zamanı həmin təminat xərcliyinin 80%-i miqdarında, yəni 1403,20 manat məbləğində təyin edilmişdir. Deməli, P = 1403,20 manat. (2) SH-nin məbləğinin müəyyən edilməsi. SH ilə bağlı tənzimetmə Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, əgər vəfat etmiş ailə başçısı pensiyaçı olmuşdursa və pensiyaçı olduğu müddət ərzində fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı pensiyasının yenidən hesablanmasında istifadə olunmamışdırsa, bu kapital ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Belə ki, Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Deməli, iddiaçının pensiyasında SH-nin məbləğini müəyyən etmək üçün ardıcıllıqla aşağıdakılar müəyyən edilməli və toplanmalıdır: 1. Mərhum B.Məmmədovun pensiyasının sığorta hissəsi (304,84 manat); 2. Mərhum B.Məmmədovun vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı əsasında hesablanan sığorta hissəsi (175,78 manat). Mərhum B.Məmmədovun pensiyasının sığorta hissəsi vəfat etdiyi xx.xx.2023-cü il tarixinə 304,84 manat olmuşdur. Mərhum İddiaçı pensiya təyin edildiyi 12 iyun 2006-cı il tarixindən vəfat etdiyi 27 may 2023-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində 25312,90 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Qanunun 13.2-ci maddəsinə əsasən sığorta davamiyyəti əmsalı (K) əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.4cü maddəsinə əsasən əmək qabiliyyətli yaş dövrü 15 yaşından başlayır. xx.xx.1959-cu il tarixində doğulmuş mərhum B.Məmmədovun 15 yaşının tamam olduğu tarixdən başlayan və vəfat etdiyi xx.xx.2023-cü il tarixinədək olan əmək qabiliyyətli yaş dövrü üzrə tələb olunan sığorta stajı aylarını hesabladıqda K əmsalının 1-ə bərabər olduğu məlumolur. Deməli, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayının 144 ay olduğunu da nəzərə alsaq, pensiya sığorta kapitalı əsasında sığorta hissəsini hesablamaq üçün 25312,90 manat pensiya kapitalını 144 aya bölmək lazımdır: SH = PSK/T = 25312,90 manat/144 ay = 175,78 manat. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının pensiyasında SH-nin məbləği 304,84 manat +175,78 manat = 480,63 manat təşkil edir. (3) QƏ-nin məbləğinin müəyyən edilməsi. Daha əvvəl də qeyd etdiyimiz kimi qanunverici QƏnin məbləğini P və SH-nin məbləğlərinin müəyyən edilməsindən asılı etdiyindən, P və SHni hesabladığımıza görə QƏ-nin məbləğini müəyyən edə bilərik. Düstur üzrə P = SH + QƏ olduğundan, QƏ = P – SH olacaqdır. Deməli, QƏ = 1403,20 manat – 480,63 manat = 922,57 manat. Göründüyü kimi hazırkı iş üzrə qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılmasından söhbət gedə bilməz. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin artırılması yalnız ümumi əsaslarla pensiya alan şəxslərə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla digər pensiyaçılara münasibətdə mümkündür. Belə ki, həmin şəxslərin pensiyası yalnız sığorta hissəsindən ibarət olduğundan və qanunvericiliyə uyğun olaraq pensiyanın ümumi məbləği ilə bağlı məhdudlaşdırıcı norma müəyyən edilmədiyindən pensiya kapitalı əsasında pensiya məbləğinin artması qanunvericiliklə yolveriləndir. İddiaçının pensiyasının sonrakı dövrlərdə yenidən hesablanması mexanizminə gəldikdə isə bildirilir ki, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən İddiaçı əmək pensiyasının sığorta hissəsi 534,46 manat, qulluq əlavəsi 1025,90 manat olmaqla, əmək pensiyası 1560,36 manat, 1 yanvar 2025-ci il tarixindən isə əmək pensiyasının sığorta hissəsi 577,75 manat, qulluq əlavəsi 1109,00 manat olmaqla, əmək pensiyası 1686,75 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, qanunvericilikdə vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının istifadə olunmamış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması mexanizmi nəzərdə tutulmamış, yalnız təyinat zamanı nəzərə alındığı göstərilmişdir. Bu kateqoriyadan olan pensiya yalnız indeksləşdimə ilə əlaqədar yenidən hesablanıb artırıla bilər. Əlavə olaraq bildirilir ki, hətta iddiaçının mərhum həyat yoldaşının pensiyası sağ ikən pensiya kapitalı əsasında hesablanmış olsaydı belə, iddiaçının hazırkı pensiya məbləğində heç bir dəyişiklik olmayacaqdı. Belə ki, Qanunun 20-ci maddəsi üzrə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən şəxslər arasında yalnız vəfat etmiş hərbi qulluqçunun ailə üzvləri fərqləndirilmiş və onlara vəfat etmiş ailə başçısının pensiyası əsasında deyil, təminat xərcliyi əsasında pensiya təyin edildiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının həyat yoldaşı X2 vəfat etməsi ilə əlaqədar olaraq iddiaçının müraciəti əsasında ona hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhumun 2007-2016-cı illərdə işlədiyi dövrlər üzrə pensiya kapitalı mövcud idi. Həmin dövrdə toplanmış pensiya kapitanının məbləği iddiaçıya pensiya təyin edilən zaman nəzərə alınmışdır. Apellyasiya şikayətində yazılı şəkildə iddiaçıya münasibətdə pensiyanın hesablanılma qaydası göstərilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin tələbləri rəhbər tutularaq ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tarixdə qüvvədə olan Qanunun 20.17-ci maddəsindən də göründüyü kimi vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçının ailəsinə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda pensiyanın məbləği həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Qulluq stajına görə əlavələrin məbləği inzibati orqana əvvəlcədən məlum olmur, sadəcə pensiyasının sığorta hissəsi və yekun məbləği inzibati orqana məlum olur. İddiaçıya münasibətdə pensiyaya əlavənin məbləği 1403,20 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbi şəklində müəyyənləşdirilir. Hazırkı vəziyyətdə mərhumun ailə üzvlərindən sadəcə olaraq 1 nəfərə, yəni iddiaçıya pensiya təyin olunmuşdur. Mərhumun vəfat etdiyi tarixə onun əmək pensiyasının sığorta hissəsinin məbləği bütöv şəkildə nəzərə alınmışdır. Mərhumun vəfat etdiyi tarixə onun əmək pensiyasının sığorta hissəsinin məbləği isə 304,84 manat təşkil etmişdir. Mərhuma pensiya təyin edildiyi tarixdən vəfat etdiyi 27 may 2023-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində 25312,90 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH=PSK/(TxK) düsturu ilə müəyyən edilir. Burada K əmsalının 1-ə bərabər olduğu müəyyən edilmişdir. Çünki əmək qabiliyyətli yaş dövrü 15 yaşından başlayır. Mərhumun vəfat etdiyi tarixə onun 63 yaşı var idi. Mərhumun 15 yaşının tamam olduğu tarixdən başlayan və vəfat etdiyi xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edən 48 il ərizində hər ilə münasibətdə ən az 192 ay sığorta stajı mövcud olmalı idi. K əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Nisbət böyük olduğu üçün K əmsalı 1 kimi nəzərə alınır. Düstura əsasən T=144-dür. Ona görə də istifadə olunmamış pensiya kapitalını sığorta hissəinə çevirdikdə pensiya kapitalını 144-ə bölünməlidir. Çünki ailə başçısının itirməsinə görə pensiyanın təyin edilməsi ilə əlilliyə görə pensiyanın təyin edilməsi mexanizmi eynidir. Pensiya sığorta kapitalı əsasında sığorta hissəsini hesablamaq üçün 25312,90 manat pensiya kapitalını 144 aya böldükdə isə, 25312,90 manat/144 ay=175,78 manat nəticə əldə edilir. Qeyd olunan məbləği iddiaçının pensiyasında sığorta hissəsinin məbləği, yəni 304,84 manatla topladıqda isə, 304,84 manat+175,78 manat=480,63 manat təşkil edir. Qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə düstür üzrə pensiya məbləği ilə sığorta hissəsinin fərqinə, yəni 1403,20 manat – 480,63 manat = 922,57 manat məbləğinə bərabərdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə yekun qərarında inzibati orqan tərəfindən qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması qeyd olunur. Lakin göründüyü kimi, hazırkı iş üzrə qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılmasından söhbət gedə bilməz. Həmçinin birinci instansiya məhkəməsinin hazırkı iş üzrə “Əmək pensiyaları haqqında” Qanunun 37.3-1-ci maddəsinin iddiaçıya münasibətdə nəzərə alınmalı olduğunu bildirir. Lakin sözügedən maddənin tələbləri işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının təyin olunmasını nəzərdə tutur. İddiaçıya isə yaşa görə deyil, ailə başçısının itirilməsi əsası ilə pensiya təyin edilmişdir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinə əsasən, işləyən əmək pensiyaçılarında yaşa görə əmək pensiyasının məbləğinin hesablanılması zamanı pensiya kapitalını 72-ə bölünməsi tətbiq olunur. Hazırki iş üzrə iddiaçı ailə başçısını itirmə əsası ilə əmək pensiyası alır. ... İddiaçının mərhum əri X3 əmək pensiyası təyin edilərkən istifadə olunmamış pensiya kapitalı nəzərə alınmamışdır. Çünki iddiaçının mərhum əri X5 hərbi qulluqçu olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən, şəxs qulluq stajına əlavə almaq istəyirsə, bunun üçün şəxsən özü inzibati orqana müraciət etməlidir. Əgər mərhum sağ olanda özü şəxsən müraciət etsə idi, əmək pensiyası təyin edilərkən istifadə olunmamış pensiya kapitan nəzərə alına bilərdi. Lakin şəxsin bununla bağlı inzibati orqana müraciəti daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-117728/2024 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan “Əmək pensiyasının yenidən hesablanmaması haqqında” məktubdan görünür ki, mərhum Bəxtiyar Məmmədovun vaxtilə ona pensiya təyin edildikdən sonar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının əri X5 xx.xx.1977-xx.xx.1979-cu ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1981-xx.xx.1992-ci ilədək DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə, xx.xx.1993-xx.xx.1993-cü ilədək DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə, xx.xx.1993-xx.xx.2006-cı ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Mühafizə xidmətində həqiqi hərbi xidmət etmiş, xx.xx.2007-ci il tarixdə X4 “Bayıl Liman” DKQ-nin 1887 saylı Dəniz Stasionar özülünün feldşer məntəqəsinə məntiqə müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə Neft Daşları feldşer vəzifəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixdə həmin işdən azad edilmiş, xx.xx.2011-xx.xx.2013-cü ilədək "xxxx" MMC-nin nəznində olan “Neft Daşları” TSM-nə feldşer vəzifəsində, xx.xx.2013-xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində ocaqçı vəzifəsində işləmişdir - 000031 saylı pensiyaçının uçot vərəqindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2006-cı ildə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - Pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən X3 təyin olunmuş pensiya (2.146,26 manat) onun ölümü səbəbi ilə dayandırılmışdır. - Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 13461/2023 saylı qərarından görünür ki, İddiaçı ƏPQ-nın 20.17.2-ci maddəsinə əsasən ailə başçısının itirilməsinə görə 1.403,20 manat məbləğində pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5, 1.0.10 və 1.0.12-ci maddələrinnə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. ... Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. ... Pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ... Əmək pensiyasının sığorta hissəsi fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Həmin Qanunun 18.3-cü maddəsinə görə, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Həmin Qanunun 20.1.13-cü maddəsinə müvafiq olaraq, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). Həmin Qanunun 20.17-ci maddəsinə əsasən, bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən) Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 37.1-ci maddəsinə görə, əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3-cü maddəsinə görə, işləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə müvafiq olaraq, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, iddiaçının əri X3 iş yeri üzrə təqdim edilmiş məlumat vərəqi əsasında xx.xx.2006-cı ildə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra B.Məmmədov xx.xx.2007-xx.xx.2016-cı illərdə mülki işlərdə əmək fəaliyyətini davam etdirmiş və nəticədə fərdi şəxsi hesabında pensiya sığorta kapitalı formalaşmışdır. B.Məmmədov xx.xx.2023-cü ildə ölmüş, bununla əlaqədar iddiaçıya xx.xx.2023-cü ildə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Lakin iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən mərhum ərinin 2007-2016-cı illərdə işlədiyi dövrdə yığılmış pensiya sığorta kapitalının nəzərə alınmamasından narazıdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin verilmiş cavab onu qane etmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 fevral 2022-ci il tarixli qərarında bu nəticəyə gəlinmişdir ki, ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur: şəxsin işləyən əmək pensiyaçısı olması; pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. İddiaçının mərhum ərinin pensiyaya çıxdıqdan sonra işləməyə davam etməsi, pensiya kapitalının toplanması və vəfat etdiyi xx.xx.2023-cü il tarixədək əmək pensiyasının yenidən hesablanmadığı cavabdeh tərəfindən təkzib olunmur. Qeyd edilməlidir ki, Qanunun 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, hərbi qulluqçulara ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır: əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır; həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. İşdən görünür ki, cavabdeh Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və nəticə etibarilə iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Halbuki, 37.3.1-ci maddə mahiyyətcə əmək pensiyaçılarının pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətlərini davam etdirdikləri halda əldə etdikləri əlavə hüquqların qorunmasına, onların bu dövrdə qazanılmış sığorta və yığım kapitalının nəzərə alınması yolu ilə pensiyanın yenidən hesablanmasına xidmət edir. Birinci instansiya məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, həmin normanın tələbləri iddiaçıya da şamil edilməlidir. Qeyd olunan norma ümumilikdə işləyən əmək pensiyaçılarına aiddir və iddiaçının mərhum əri də həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı tətbiq edilməsini istisna edən hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfin yanaşması qanunun məqsədinə ziddir. Belə ki, qanunvericilikdə əmək pensiyaçılarının növləri arasında pensiyaçının vəfatından sonra (qulluq stajına görə və ümumi əsaslarla təyin olunmuş əmək pensiyaları arasında) ailə başçısının itirilməsinə görə təyin olunmuş pensiyanın yenidən hesablanma mexanizmi baxımından fərqləndirici hər hansı məhdudlaşdırıcı norma nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı mərhum ərinin fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının qulluq illərinə görə əlavələr azaldılmadan ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasını yenidən hesablanmasını və ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(112)-1640/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(112)-1640/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2843/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2843/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver