Məhkəmə qərarları › İş №2-1(103)-2845/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2845/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2845/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- N55N/202N saylı, N0 avqust 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N55N/202N saylı, N0 avqust 202N-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qedy etməyib ki, o haradan hərbi çağırışa dəvət olunub, haralarda döyüşlərdə iştirak edib, onun çoxsaylı cəbhə yoldaşlarını şahid qismində dindirmədən belə bir qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N2.NN.2020-ci il tarixli 9/2- N0467 saylı, 23.02.202N-ci il tarixli 9/2-N583 saylı eyniməzmunlu məktublarından görünür ki, N №-li hərbi hissə komandirinin N6.03.N994-cü il tarixli N №-li əmrilə (əsas: səh 47, § N) baş leytenant Seyidov X2 hərbi şəhərciyinə gəlmiş hesab edilərək N-ci MAT-da, N-ci MAB-nun tağım komandiri vəzifəsinə təyin edilərək bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N6.03.N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2, sıra- N, əmrdə “N №-li hərbi hissə komandirinin N №-li əmrinin N-ci bəndi ləğv olunsun” yazılmışdır) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. X7 Məntəqəsi rəisinin N3 mart N994-cü il tarixli 26 №-li əmrində (əsas: səh-7; qeyd: əmrdə soyadı Zeydov yazılmışdır) baş leytenant X3 3 aylıq hərbi toplanışa gəlməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 04.08.N994-cü il tarixli 2N6 №-li əmrində (əsas: səh 62, § N) döyüş təlimi ilə əlaqədar bir qrup hərbi mükəlləfiyyətlilərin N №-li hərbi hissənin tərkibinə verilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin aprel - 03.08.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 05.09.N994-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyatdan çağırılmış baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N2.09.N994-cü il tarixli 255 №-li əmrilə (əsas: səh 36, § N, sıra N3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək DŞR DŞB komandiri vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §- N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş İddiaçı şəxsi işindən görünür ki, iddiaçı 0N.08.N994-cü il tarixdə N30 saylı hərbi hissədə desant hücum bölüyü komandiri, 02.06.N995-ci il tarixdə motoatıcı taburun bölük komandiri, 03.04.N996-cı il tarixdə motoatıcı tabor komandirinin silahlandırma üzrə müavini təyin edilmiş, 30.N2.20N7-ci il tarixdə yaş həddinə görə hərbi qulluqdan çıxarılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 05.NN.20N8-ci il tarixli 9/2-N7799 nömrəli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2,sıra-N) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 27.08.20N8-ci il tarixli 9/2-N2757 nömrəli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2,sıra-N) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş N6.0N.20N9-cu il tarixli 9/2-524 nömrəli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2,sıra-N) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. X7 Məntəqəsi rəisinin N3 mart N994-cü il tarixli 26 №-li əmrində (əsas: səh-7; qeyd: əmrdə soyadı Zeydov yazılmışdır) baş leytenant X3 3 aylıq hərbi toplanışa gəlməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixii 267 №-li əmriİə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin və X7 Məntəqəsi rəisinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüşlərdə iştirakı barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 27.NN.20N7-ci il tarixli 9/2-2N44N saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-iyun N994-cü il və N nömrəli hərbi hissə komandirinin iyun-avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 29.N2.20N8-ci il tarixli N/sN2227 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 03.N0.20N8-ci il və təkrar 26.N2.20N8-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 27.08.20N8-cı ıl tarixli 9/2-N2757 nömrəli arayışına əsasən xidmət etdiyiniz müddət ərzində N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından və N nömrəli hərbi hissədə hərbi xidmətiniz Atəşkəs dövrünə (N2.05.N994-cu il) təsadüf etdiyindən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. - İddiaçıya məxsus 02827N saylı hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 03.N0.20N8-ci il və təkrar 26.N2.20N8-ci il tarixli iclasında baxılmış və “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina edilmişdir. İmtinaya əsas kimi Mərkəzi Arxivin 27.08.20N8-cı ıl tarixli 9/2-N2757 nömrəli arayışına əsasən xidmət etdiyi müddət ərzində N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı və N nömrəli hərbi hissədə hərbi xidmətin atəşkəs dövrünə (N2.05.N994-cu il) təsadüf etdiyi bildirilmişdir. Cavabdeh orqanın müvafiq imtinasından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusunun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyalarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Həmin Qanunun 7.N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən “Veteranlar haqqında“ Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 7-ci maddənin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin N-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Birinci instansiya məhkəməsi yekun qərarını onunla əsaslandırmışdır ki, “...məhkəmə araşdırması zaman iddiaçının N nömrəli hərbi hissə komandirinin fevral-iyun N994-cü il və N nömrəli hərbi hissə komandirinin iyun-avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyindən və N nömrəli hərbi hissədəki xidmət isə N2 may N994-cü il tarixindən elan edilmiş atəşkəsdən sonrakı dövrdə olmuşdur. Belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §- 2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. ... müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir.” Məhkəmənin mövqeyilə razılaşan kollegiya hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə Əsasnamənin N-ci bəndinə edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da tələb edilən sənədlərin sırasına daxil edilmişdir. İş materiallarından müəyyən olunur ki, ümumiyyətlə iddiaçıya aid 02827N saylı hərbi biletdə onun hərbi xidmət keçməsilə bağlı hər hansı qeyd aparılmamışdır. Arxiv arayışlarından və əmrlərdən çıxarışlarda isə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti hər hansı dəlillə əsaslandırılmadığından, təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən qərarın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N55N/202N saylı, N0 avqust 202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan, təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Elşən Kazımov Hakim: İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar