Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2845/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6218/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərarından Yefremov Abram-Sevi Mrardaxayeviçin qanun üzrə vərəsəsi (arvadı) X14 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1364 nömrəli sərəncamına əsasən X8 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən, 1487 saylı, 1200 kv.m olan bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1364 saylı sərəncamı ilə atası X10 Şüvəlan BTK № 51-də, 1487 nömrəli bağ sahəsi verilmişdir. 30 avqust 2001-ci ildə atası – X13 ölmüşdür. O, atasının hüquqi varisidir. Buna görə də, həmin bağ sahəsinin mülkiyyətçisidir. Sözügedən məsələnin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı cavabdehə yazılı şəkildə müraciət etmişdir. Lakin, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməyərək, heç bir araşdırma aparmadan, onu dəvət etmədən, yalnız formal mülahizələrə əsaslanmaqla ona imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6218/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bundan sonra iş üzrə tərəf olmayan Yefremov Abram-Sevi Mrardaxayeviçin qanun üzrə vərəsəsi (arvadı) X4 nümayəndəsi və vəkili X9 tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. xx.xx.2023-cü il tarixdə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılarkən iddiaçı və apelyant məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İşdə iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçının və apelyantın iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçı və apelyantın iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X1 Abram-Sevi Mrardaxayeviçin qanun üzrə vərəsəsi (arvadı) X4 apellyasiya şikayəti vermək hüququnun olmadığını nəzərə alaraq apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından Yefremov Abram-Sevi Mrardaxayeviçin qanun üzrə vərəsəsi (arvadı) X14 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci addəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçlarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini vermiş Yefremov Abram-Sevi Mrardaxayeviç və ya onun qanun üzrə vərəsəsi (arvadı) X14 hazırki iş üzrə tərəf olmamış və 3-cü şəxs kimi də məhkəmə icraatına cəlb edilməmişdir. Belə olan halda “proses iştirakçısı” statusunu qazanmayan şəxsin məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur. Bundan başqa Kollegiya onu da nəzərə alır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmiş, cavabdeh inzibati orqan tərəfindən həmin məhkəmə qərarı icra olunaraq mərhum X5 adına ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli arayış hazırlanmışdır Bütün yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6218/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərarından Yefremov Abram-Sevi Mrardaxayeviçin qanun üzrə vərəsəsi (arvadı) X14 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2845/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2845/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver