Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2846/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) “qərarın ləğv edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5047/2022 saylı, 18 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək dövr üzrə pensiya təyinatının qanunsuz hesab edilməsi və həmin dövrə görə ödənilmiş pensiyanın geri alınmasına (sonradan ödənilən pensiyanın tutularaq həmin dövrə aid edilməsinə) dair inzibati orqanın qərarının etibarsız hesab edilməsi və xx.xx.2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona təyin edilmiş və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayına kimi tutulmuş (ödənilməmiş) pensiya məbləğinin və 2021-ci ilin noyabr ayından etibarən aylıq pensiyasından tutulmuş, hər ay 40 manat olmaqla tutulmuş məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyasının məbləginin tutulması haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2020-ci il tarixindən başlayaraq ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya yaşayış yeri üzrə poliklinika tərəfindən verilmiş birinci qrup əlillik üzrə göndəriş əsasında pensiya təyin edilsə də, pensiyanın təyin olunduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi pensiya ödənilmiş, xx.xx.2020-ci il tarixdən isə iddiaçıya pensiya ödənilməmişdir. Aidiyyatı qurum tərəfindən bildirilmişdir ki, pensiya təyin olunsa da, həmin pensiya əvvəlki, hansı ki, qanunsuz hesab etdikləri dövrdə ona ödənilmiş pensiyanın əvəzləşdirilməsinə yönəldilir. Beləliklə ona təyin olunmuş aylıq 330 manat olmaqla pensiyası 1 ildən artıq dövr ərzində ödənilməmiş və ötən dövr üzrə cavabdeh tərəfindən qanunsuz hesab edilən dövr üzrə ödənilmiş pensiya ilə əvəzləşdirilir. Nəhayət bu tutma dəfələrlə müraciəti ilə əlaqədar olaraq 2021-ci ilin noyabr ayından dayandırılmışdır. Həmin vaxtdan etibarən aylıq pensiyasından hissə şəklində (hər ay 40 manat) tutulma davam etdirilir. Əlilliyi bərpa olunsa da, ötən 1 ildən artıq müddət ərzində ümumilikdə təxminən 4290 manat qanunsuz olaraq ödənilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, iddiaçının qeyd etdiyi dövrdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir əlillik dərəcəsi olmamışdır. Əlillik dərəcəsi olmadığına görə də onun qeyd edilən dövrdə əliliyə görə pensiya almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı tərəfindən Azərbaycan Respublikası Daxili İslər Nazirliyi Tibb İdarəsinə ünvanlanmış 04 noyabr 2019-cu il tarixli **********5 nömrəli məktuba xx.xx.2019-cu il tarixində verilmiş cavaba əsasən müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığı bildirilmiş və onlara Nazirliyin Tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirildiyi bildirilmişdir. Həmin siyahıda İddiaçı da adı qeyd olunmuşdur. Bununla da iddiaçının əlillik dərəcəsi etibarsız hesab edilərək, ona təyin olunmuş pensiya dayandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız, cavabdeh orqanın müvafiq qərarının isə qanunauyğun olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5047/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən müddətsiz təyin olunmuş İ dərəcə əlilliyin etibarsız edildiyi aşkarlanmışdır. Nəticədə iddiaçının əmək pensiyasından xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 2862,62 manat məbləğində artıq hesablanıb ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 2862,62 manat artıq ödənilmiş vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacağı qərara alınmışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla məlumat verilmiş və qərarın surəti ona göndərilmişdir. Bundan başqa, “xx.xx.2020-ci il tarixindən başlayaraq ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı onu qeyd edilir ki, araşdırma məlumatına əsasən bildirilmişdir ki, İddiaçı qeyd etdiyi dövrdə, yəni xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir əlillik dərəcəsi olmamışdır. Əlillik dərəcəsi olmadığına görə də onun qeyd edilən dövrdə əliliyə görə pensiya almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə ünvanlanmış 04 noyabr 2019-cu il tarixli **********5 nömrəli məktuba xx.xx.2019-cu il tarixində verilmiş cavaba əsasən müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili işlər Nazirliyinə aidiyyəti olmadığı bildirilmiş və onlara Nazirliyin Tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilcəyi bildirilmişdir. Qeyd edək ki, həmin siyahıda İddiaçı da adı qeyd olunmuşdur. Bununla da İddiaçı əlillik dərəcəsi etibarsız hesab edilərək, ona təyin olunmuş pensiya dayandırılmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2846/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını qeyd edərək öz izahatında bildirdi ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən müddətsiz təyin olunmuş İ dərəcə əlillik xx.xx.2020-ci il tarixində etibarsız hesab edilmişdir. Sonradan iddiaçının əlillik vəziyyəti 7 nömrəli Şəhər Poliklinikasının 0170003AADYT nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci İl tarixdən “ümumi xəstəlik” səbəbi müddətsiz ilkin birinci dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmə kollegiyasının sualına cavab olaraq qeyd etdi ki, iddiaçının əlilliyi etibarsız hesab ediləndən sonra o, bunu mübahisələndirməmiş, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sistem üzrə əlilliyi mövcud olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia “xx.xx.2020-ci il tarixindən başlayaraq ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İş materiallarında olan iddiaçıya məxsus pensiya işindən görünür ki: Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 277 saylı qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Tibb idarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli 0293854-1219/5 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə almağınızı xahiş edirəm”. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya həmin tarixdən müddətsiz ilkin 1-ci dərəcəli əlillik verilmişdir. Cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4 saylı qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən pensiya təyin edilmişdir. Qeyd: xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aldıgı pensiya yeni təyin olunan pensiyasından tutulsun. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 saylı qərarı ilə iddiaçının pensiyası artıq ödənilmiş məbləğə görə yenidən hesablanmışdır. Qeyd: xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aldıgı pensiya yeni təyin olunan pensiyasından tutulsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd) Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd) İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçının qeyd etdiyi dövrdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir əlillik dərəcəsi olmamışdır. Əlillik dərəcəsi olmadığına görə də onun qeyd edilən dövrdə əliliyə görə pensiya almaq hüququ yaranmamışdır. Belə ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından da aydın olur ki, sistem üzrə iddiaçının əlilliyi etibarsız hesab edildikdən yəni xx.xx.2020-ci il tarixdən sonra iddiaçının həmin əlilliyin bərpası barədə müraciəti, iddiası olmamışdır. İddiaçının əlillik vəziyyəti 7 nömrəli Şəhər Poliklinikasının 0170003AADYT nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci İl tarixdən “ümumi xəstəlik” səbəbi müddətsiz ilkin birinci dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmə kollegiyası iddiaçının hüquqi maraqlarını nəzərə alaraq, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün hüquqi yardım göstərərək izah edir ki, iddiaçı əlilliyin etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin bərpası barədə ilk öncə aidiyyəti inzibati orqana müraciət etmək, müraciətinə imtina verildikdə isə iddia ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hazırki halda isə digər bir inzibati orqan tərəfindən əlilliyin etibarsız hesab edilməsi ilə bağlı nəticə qüvvədə olduğundan və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sistem üzrə əlillik dərəcəsi barədə məlumat olmadığından hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia “xx.xx.2020-ci il tarixindən başlayaraq ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5047/2022 saylı, 18 may 2022-ci il tarixli il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiası “ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2846/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2846/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver