Məhkəmə qərarları › İş №2-1(103)-2846/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2846/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2846/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyənnaməsi üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edə bilməsi üçün sistemdə yaradılmış texniki maneənin aradan qaldırılmasını və təqdim ediləcək bəyannamələrin qəbul edilməsinə dair vergi orqanının üzərinə öhdəliyin qoyulmasını, pilot layihə və dövlətə ayrılan hissələrlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin məktubları və təqdim olunmuş digər sənədlərin vergi hesablanması məqsədləri üçün nəzərə alınması öhdəliyinin vergi orqanının üzərinə qoyulmasını və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********669900 saylı və xx.xx.2021-ci il tarixli **********971000 saylı qərarlarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı və 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarlarına uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacibəyli küçələrinin kəsişməsində (Həsən Əliyev layihəsi) və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində (Təbriz layihəsi) çoxmərtəbəli pilot layihələr inşa olunur. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı Qərarının 1.3-cü bəndinə əsasən müvafiq rayon icra hakimiyyətlərinə “Qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması” tapşırılmışdır. Sonradan həmin qərar ləğv olunaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarı qüvvəyə minmişdir ki, bu Qərarın da 4.2-ci bəndinə əsasən müvafiq rayon icra hakimiyyətlərinə “Qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi” tapşırılmışdır. Pilot layihə çərçivəsində müəssisə tərəfindən H.Əliyev layihəsi üzrə inşa olunan 42394,94 kv.m sahənin Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/351 saylı məktubuna əsasən 2881,12 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı sakinlərə əvvəlki sahədən əlavə olaraq 20%-dən az olmamaqla 47 sakinə, 59 sayda, cəmi 5611,5 kv.m yaşayış, 3 sakinə isə 3 sayda cəmi 822.3 kv.m qeyriyaşayış sahəsi verilmişdir. Təbriz layihəsi üzrə isə inşa olunan 47752,37 kv.m sahənin isə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/350 saylı məktubuna əsasən 3041,9 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı sakinlərə isə əvvəlki sahədən əlavə olaraq 20%-dən az olmamaqla 159 sakinə, 175 sayda, cəmi 12176,3 kv.m yaşayış, 16 sakinə, 21 sayda, cəmi 2105,92 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Təbriz layihəsi ilə əlaqədar 2018-ci ilin 2-ci rübü üzrə bina tikintisi ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmuş A, B və C blokları üzrə ümumi sahənin 24311,69 kv.metr (vergiyə cəlb olunan ümumi sahənin 15176,19 kv.m) olmasına baxmayaraq, (layihələr, mütəxəssis rəyi, İH-nin məktubları, sakinlərlə bağlanılmış müqavilələrin surətləri və s.) təqdim olunmuş dəqiqləşdirilmiş vergi bəyannaməsi nəzərə alınmadan vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********669900 sayı qərar əsasında əlavə olaraq 793555,25 manat əlavə vergi məbləği hesablanmışdır. 2019-cü ilin 3-cü rübü üzrə də dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməklə, bütün təsdiqedici sənədlərin (layihələr, mütəxəssis rəyi, İH-nin məktubları, sakinlərlə bağlanılmış müqavilələrin surətləri və s.) təqdim olunmasına baxmayaraq, vergi orqanının xx.xx.2021ci il tarixli **********971000 sayı qərarına əsasən əsassız olaraq sənədlər tam təqdim olunmamışdır qeydi ilə yenidən 175272,57 manat məbləğində kameral qaydada vergi məbləği hesablamışdır. 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edərkən sistemdə ““Tərəfinizdən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat forması təqdim edilmədiyi üçün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmək hüququnuz yoxdur!”” xətası çıxır. Halbuki, xx.xx.2016-ci il tarixli **********12700 saylı və xx.xx.2019-cu il tarixli **********574800 saylı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat formalarına əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ vergi orqanı tərəfindən təsdiq edilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi ödəyicisinin son 3 il üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmək hüququ mövcuddur. Lakin vergi orqanı Vergi Məcəlləsi ilə təmin edilmiş bu hüququ çox kobud şəkildə pozaraq, sistemdə bəyannamə vermək hüququnu məhdudlaşdırmışdır. Həmçinin, bina tikintisi ilə bağlı təqdim olunmuş sadələşdirilmiş vergilər hesablanarkən bəyənnamə düzgün təqdim olunmamış, eyni zamanda pilot layihədə və dövlətə ayrılan hissədə müəyyən kənarlaşmalar mövcuddur. Binanın layihə üzrə sahəsinin hesablanması üçün bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan "xxxx" MMC-nə müraciət olunaraq, çoxmənzilli binanın ümumi və satışa yararlı sahələrinin dəqiq sahəsi müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Qeyd olunanlarla bağlı olaraq, vergi bəyənnamələrində müvafiq düzəlişlərin edilməsi məqsədi ilə “Mütəxəssis rəyi”, Nərimanov Rayon İcra Hakimiyyətinin məktubları və baglanılmış müqavilə, eyni zamanda binaların sahəsinə dair müvafiq cədvəllər xx.xx.2021-ci il tarixli **********570500 nömrəli, **********565300 nömrəli, **********470800 nömrəli, **********445200 nömrəli, **********439300 nömrəli, **********364500 nömrəli, **********218700 nömrəli, xx.xx.2021-ci il tarixli **********169400 nömrəli, xx.xx.2021-ci il tarixli **********763600 nömrəli və xx.xx.2021-ci il tarixli **********060700 nömrəli məktublarla Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunaraq, həmin dövrlər üzrə bəyannamə verilməsi üçün yaradılmış qanunsuz problemin aradan qaldırılması xahiş edilmişdir. Həmin məktublara “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq 15 gün ərzində baxılmalı olduğu halda yalnız 3 aydan sonra xx.xx.2021-ci il tarixli şablon xarakterli əsassız və qanunsuz bir cavab məktubu verilmişdir. Həmin məktubda deyilir ki, “Bildiririk ki, müraciətinizin araşdırılması zamanı söküntüsü nəzərdə tutulmuş və sökülən sahələrin əvəzinə mülkiyyətçilərə veriləcək sahələrlə bağlı Sizinlə mülkiyyətçilər arasında bağlanan müqavilələrin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinizin təmin edilməsi mümkün olmamışdır. Qeyd edilən məlumatlar tam olaraq təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacaqdır”. Halbuki, vergi orqanına yuxarıda qeyd olunan məktublara əlavə olaraq sahənin hesablanması barədə “Mütəxəssis rəyi”, Nərimanov Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunmuş məktubları, sakinlərlə bağlanılmış bütün müqavilələrin surətləri (əlbəəl formada DVX-nə rəsmi təqdim olunmuşdur), yaşayış və qeyri-yaşayış sahələri verilmiş sakinlərin adlı siyahıları təqdim olunmuşdur. Həmçinin, qeyd olunan məktub Vergi Məcəlləsi ilə müəyyən olunmuş bəyannamə vermək hüququnun kobud şəkildə pozulmasıdır. Daha sonra, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən iddia ərizəsi üzrə dəqiqləşmə verilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarının” xx.xx.2021-ci il tarixli, **********669900 saylı və xx.xx.2021-ci il tarixli **********971000 saylı kameral hesablama barədə qərarlarının ləğv olunması və 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyinin vergi orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Dəqiqləşmiş ərizədə iddiaçı tərəfindən əlavə olaraq bildirilmişdir ki, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********147085 saylı qərarına əsasən müəssisənin fəaliyyətinin yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin olunmuşdur. Səyyar vergi yoxlaması aktı nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarına əsasən müəssisəyə əlavə olaraq 1105011,29 manat əlavə vergi, 552705,66 manat maliyyə sanksiyası hesablanılmışdır. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” səyyar vergi yoxlaması keçirə bilər. Lakin vergi orqanının əldə etdiyi “mənbəyi bəlli olan məlumat” barədə heç bir informasıya verilməmiş, həmin maddəyə əsasən səyyar vergi yoxlaması təyin olunması əsaslandırılmamışdır. Qeyd olunan mövqe analoji hallar ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-330/2022 saylı qərarında (sədrlik edən və məruzəçi hakim: S.Kərimov) da təsdiq olunmuşdur. Göründüyü kimi, vahid məhkəmə təcrübəsi nöqteyi nəzərdən yanaşılsa, Ali Məhkəmə hər bir halda inzibati orqanın öz qərarını əsaslandırmasını vacib sayır. Əks halda həmin qərar qanunsuz sayılır. Səyyar vergi yoxlaması prosessual pozuntularla aparılmışdır. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama xx.xx.2021-ci ildə başlanıldı və xx.xx.2022-ci ildə başa çatdırıldı. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.7-ci maddəyə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.3cü maddəyə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********1488960 saylı Qərarı əsasında mütəxəssis dəvət olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixində, yəni mütəxəssis dəvət edilməsi barədə qərardan 1 ay əvvəl həmin əsasla yoxlama qanunsuz olaraq dayandırılmışdır. Bundan əlavə, yoxlama müddətində bir mütəxəssis dəvət olunması və ekspertiza keçirilməsi məqsədi ilə yoxlama hər biri 1 ay olmaqla 9 dəfə dayandırılmışdır. SVY aktından da göründüyü kimi xx.xx.2021-ci il tarixində yoxlama 30 gün müddətinə uzadılmışdır. Həmin vaxt ekspert tərəfindən sahənin hesablanması ilə bağlı düzgün rəy vergi orqanına verilib, lakin həmin rəqəmlər sahibkarı əlavə yükləmək üçün kifayət etmədiyindən, rəy geri qaytarılmış və öz istədikləri rəqəmlərin yazdırılmasına nail olunmuşdur. Sual olunur: bir binanın sahəsinin hesablanması nə qədər çətin bir işdir ki, 9 ay vaxt aparılıb? Səyyar vergi yoxlaması “X26” MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixli rəyləri əsasında aparılmışdır. Həmin müəssisə xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Vergi orqanında mövcud olan fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”ndən ibarətdir. Müəssisənin rəhbəri və ekspert rəyini hazırlamış X13 rəydən də göründüyü kimi Avstraliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Ekspert rəyini imzalamış digər “mütəxəssis” X14 da həmin müəssisədə “mütəxəssis” vəzifəsində çalışmır və bu sahədə ixtisasının və əmək müqaviləsinin olması mövcud sənədlərlə təsdiq olunmur. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən “Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir”. 44.2-ci maddəyə əsasən ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. 45.1-ci maddəyə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2-ci maddəyə əsasən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Göründüyü kimi, ekspert rəyini tərtib etmiş və imzalamış mütəxəssis X13 ixtisasca tikinti yox, kommerisya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda, rəyi vermiş “X27” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X27” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Yuxarıda qeyd olunan prosesual hüquq normalarının pozulması ilə bərabər maddi hüquq normaları da ciddi şəkildə pozulmuşdur. Tikinti sahəsində heç bir təcrübəsi və xüsusi biliyi olmayan “X27” MMC tərəfindən binanın sahəsinin hesablanmasında ciddi səhvlərə yol verilmişdir. Belə ki, binanın layihə üzrə sahəsinin hesablanması üçün bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan "xxxx" MMC-nə müraciət olunaraq, çoxmənzilli binanın ümumi və satışa yararlı sahələrinin dəqiq sahəsi müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Qeyd olunan rəy səyyar vergi yoxlamasına təqdim olunsa da, vergi orqanı bu sahədə peşəkar və ixtisaslaşmış müəssisəsinin yox, özlərinin diktə etdiklərini yazan məsləhətçi müəssisənin rəyinə istinad edərək hesablama aparmışlar. Nəticədə binanin sahəsini necə hesablamışlarsa 13 min kv.m-dən çox sahə fərqi yaranmışdır. Binanın real sahəsinin hesablanması ilə bağlı yuxarıda ətraflı məlumat verilmişdir. Pilot layihə çərçivəsində müəssisə tərəfindən H.Əliyev layihəsi üzrə inşa olunan 42394,94 kv.m sahənin Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/351 saylı məktubuna əsasən 2881.12 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı sakinlərə əvvəlki sahədən əlavə olaraq 20%-dən az olmamaqla 47 sakinə, 59 sayda cəmi 5611.5 kv.m yaşayış, 3 sakinə isə 3 sayda cəmi 822.3 kv.m qeyriyaşayış sahəsi verilmişdir. Bütün sənədlərin təqdim olunmasına baxmayaraq, səyyar vergi yoxlaması aktı ilə qeyd olunan layihə üzrə dövlətə ayrılmış 2881,12 kv.m sahə və pilot layihə çərçivəsində sakinlərə verilmiş cəmi 6433,8 kv.m sahə vergiyə cəlb olunmuşdur. Pilot lahiyə çərçivəsində müəssisə tərəfindən Təbriz layihəsi üzrə isə inşa olunan 47752,37 kv.m sahənin isə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/350 saylı məktubuna əsasən 3041,9 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı sakinlərə isə əvvəlki sahədən əlavə olaraq 20%-dən az olmamaqla 159 sakinə, 175 sayda, cəmi 12176,3 kv.m yaşayış, 16 sakinə, 21 sayda, cəmi 2105,92 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Bu layihə üzrə isə dövlətə ayrılan 3041,9 kv.m sahə vergidən azad olunmuş, pilot layihə çərçivəsində sakinlərə verilmiş cəmi 14282,22 kv.m sahədən 4893,97 kv.m hissə vergidən azad olunmuş, 9388,25 kv.m sahəsi isə qanunsuz olaraq vergiyə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir”. Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən “fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi. Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir”. Göründüyü kimi, 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Mövcud halda isə pilot lahiyə üzrə tikinti Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarlarına əsasən aparıldığından, pilot lahiyə çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq məktubu və onunla bağlanılmış müqavilə əsasında dövlətin tapşırığı ilə sakinlərə ayrıldığından və Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur. Hətta vergi orqanı ən pis halda yeni qanunu belə tətbiq etsə idi, sakinlərə verilmiş cəmi 20716,02 kv. metr sahədən 12981 kv.m (sokulmuş sahə) + 2596.392 kv.m (20 faiz yeni qanunla verilməli sahə)=15577.392 kv.m sahəni vergidən azad etməli idi. Mövcud halda isə cəmi 4893.97 kv.m sahəni vergidən azad edib. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Firdovsi Məmmədov və Kazım Kazımzadə küçələrinin kəsişməsində ümumi sahəsi 26219,6 kv.m olan binanın 2018-ci ilin 2-ci rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, tərəfindən 2018-ci ilin 2-ci rübü üçün təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində sahənin 18595,7 kv.m göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********400600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 220.8-ci, 220.8- 1, və 219.3-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə xx.xx.2018-ci il tarixdə 2018-ci ilin 2-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 754780,95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********058400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin 2ci rübü üçün dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək ümumi sahə 16273,97 kv.m göstərildiyindən xx.xx.2020-ci il il tarixdə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 220.8-ci və 219.3-cü maddələrinə əsasən 984632,22 manat (26219,6 kv.m sahə bərpa olunmaqla) əlavə vergi məbləği hesablanmış (Hesablanma qaydası: 2019-cu il qüvvədə olmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə əsasən tikinti sahəsi 3-cü zonaya aid olduğundan əmsal 2,2 götürülmüş, yaşayış sahəsi - 23017,3*45*2,2=2278712,70, qeyri-yaşayış sahəsi - 3202,3*45*2,2*1,5=475541,55 cəmi vergi: 2278712,70+475541,55 = 2754254,25) və vergi ödəyicisinə **********632700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin 03.11 2020-ci il tarixli **********588000 nömrəli rəyində vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********349000 nömrəli məktubla müraciət edilərək bəyannamədə vergiyə cəlb edilməyən sahənin Bakı şəhəri İcra Hakimiyyətinin Sərəncamına əsasən pilot layihə çərçivəsində mənzil mülkiyyətçilərinə verildiyi bildirdiyi üçün qeyd edilən məktubun araşdırılması və kameral yoxlamanın yenidən keçirilməsi tövsiyə olunmuşdur. Bildirilmişdir ki, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin “Pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan verilən sahələrin vergilənməsi barədə” xx.xx.2020-ci il tarixli **********178800 Xidməti məktubunda göstərilənlərə əsasən pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir. İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli **********459600 nömrəli məktub göndərilərək məktuba əlavə olunan forma üzrə “Pilot layihələr üzrə sökülmüş və mülkiyyətçiyə təqdim edilmiş yaşayış və qeyriyaşayış sahələri barədə” məlumat formasının vergi orqanına təqdim edilməsi tövsiyə olunmuşdur. Lakin ödəyici tərəfindən məlumat forması təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli 1/350 nömrəli məktubu (**********349000) ilə şəhərin mənzil fonduna verilməsi nəzərdə tutulmuş 3041,9 kv.m yaşayış sahəsinin vergiyə cəlb edilməməsi məqsədəmüvafiq hesab olunmuşdur. Qeyd olunanlara əsasən 2018-ci ilin 2-ci rübü üçün dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesablanmış əlavə 984632,22 manat (26219,6 kv.m sahəyə uyğun) vergi məbləği qismən, 301148,10 (3041,9*45*2,2=301148,10) manat məbləğdə azaldılmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli müvafiq olaraq **********037400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilmişdir ki, ödəyici tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2019-cu ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 175272,60 manat vergi məbləği azaldılmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********372000 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi; yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 175 272,60 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********971000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir, 37.3-cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 151-ci maddəsinə əsasən cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir (VM 151.1.4), əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər (VM 151.5.3), cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur (VM 151.5.4). Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərini yerinə yetirilməsi üçün cavabdehdir. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2022ci il tarixdə iddia ərizəsi üzrə təkrar dəqiqləşmə təqdim edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160130 nömrəli Qərarının, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********971000 nömrəli və xx.xx.2021-ci il tarixli **********569900 nömrəli qərarlarının ləğv edilməsini, 2017-ci ilin 1-ci rübü, 2018-ci ilin 1-ci və 4-cü rübləri və 2019-cu ilin 3-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyinin vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. İşin halları ilə bağlı bildirilmişdir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********147085 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2022-ci il tarixli **********147463 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2022-ci il tarixli **********475100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********160130 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. Vergi ödəyicisi yoxlanılan dövr ərzində Nərimanov rayonu, M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında yaşayış binalarının tikintisi işlərini həyata keçirmiş, bina tikintisi üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: BTFSV üzrə "xxxx" MMC tərəfindən Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında yoxlanılan dövrdə A,B,C,D,E,F bloklarının (həmçinin 2 mərtəbəli qeyri-yaşayış binası), M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində isə yalnız Blok 1 və Həyətaltı avtodayanacağın (Həyətaltı avtodayanacağın təməli xx.xx.2020-ci ildə qoyulmuşdur) təməli qoyulmuşdur. “X26” MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən A,B,C,D,E,F bloklarının (həmçinin, 2 mərtəbəli qeyri-yaşayış binası) ümumi sahəsi 58 858,62 kv.m, M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində isə yalnız Blok 1 və Həyətaltı avtodayanacağın ümumi sahəsi 15 360,52 kv.m olmaqla, yoxlanılan dövr üzrə ümumi sahə 72197,14 kv.m (yaşayış sahəsi 61345,8 kv.m, qeyri-yaşayış sahəsi- 10851,34 kv.m), Mənzil fonduna ayrılan sahə - 3041,9 kv.m, sənədlə təsdiq olunan sökülən sahə- 4893,97 kv.m olmaqla vergiyə cəlb edilən sahə yaşayış sahəsi 53780,13 kv.m, qeyri-yaşayış sahəsi 10481,14 kv.m müəyyən edilmişdir. Həyətaltı avtodayanacağın təməli xx.xx.2020-ci ildə qoyulduğuna görə və 2020-ci ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən BTFSV-nin vergitutma obyekti olmadığına görə, həmçinin həmin sahənin vergi ödəyicisi tərəfindən satışı həyata keçirilmədiyi üçün (ümumi sahə 2022 kv.m, zirzəminin satışa yararlı sahəsi- 1008 kv.m, zirzəminin satışa yararsız sahəsi 1014 kv.m) yoxlama ilə əhatə olunmamışdır. Beləliklə, yoxlanılan dövr ərzində qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3, 218.3, 219.3 və 220.8-ci maddələrinə əsasən yaşayış sahəsi üzrə 5 324 232,87 manat (53 780,13 kv.m x 45 x 2,2), qeyri-yaşayış sahəsi üzrə 1 556 449,29 manat (10 481,14 kv.m x 45 x 2,2 x 1,5) olmaqla cəmi 6 880 682,16 manat vergi hesablanmışdır. Vergi ödəyicisinin bəyannamə üzrə təqdim etdiyi 5 775 670,89 manat məbləğ nəzərə alınmaqla BTFSV üzrə 1 105 011,27 manat əlavə hesablama aparılmış, 2020-ci il üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” üzrə 2,08 manat artıq hesablama müəyyən edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və arayışı müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 200 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə, hesablanmış vergi məbləği 1 105 009,19 manat, maliyyə sanksiyası 552 705,66 manat təşkil etmişdir. İddia ərizəsinin dəlillərinə münasibət: 1) iddia ərizəsində qeyd edilmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri müəyyən edildikdə səyyar vergi yoxlaması keçirə bilər. Lakin vergi orqanı əldə etdiyi “mənbəyi bəlli olan məlumat” barədə heç bir informasiya verməmiş, həmin maddəyə əsasən səyyar vergi yoxlamasının təyin olunması əsaslandırılmamışdır. Bu dəlilə münasibətdə bildirilmişdir ki, ilk öncə, “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli **********147085 nömrəli qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirildiyi qeyd edilmişdir. Həmçinin, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********350800 nömrəli və xx.xx.2021-ci il tarixli **********304800 nömrəli xidməti məktubla Dövlət Vergi Xidmətinə müraciət edərək “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" təqdim etdikdən sonra pilot layihə və dövlətə ayrılan hissədə müəyyən kənarlaşmalar olduğu üçün sadələşdirilmiş verginin düzgün hesablanmadığını bildirmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, tikilən binaların layihə üzrə sahəsinin düzgün hesablanması məqsədilə bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan "xxxx" MMC-yə müraciət olunaraq çoxmənzilli binaların ümumi və satışa yararlı sahələri müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani, Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən çoxmərtəbəli binalara görə "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda göstərilən məlumatların düzgünlüyünə münasibət bildirilməsi üçün Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2021-ci il tarixli **********842200 nömrəli xidməti məktubu və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Proqnoz göstəricilərinə nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli **********963700 saylı xidməti məktubuna əsasən Vergi auditi idarəsinin Auditin təşkili və təhlili şöbəsinin xx.xx.2021-ci il tarixli **********214400 nömrəli xidməti məruzəsinə əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Onu da qeyd edirlər ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160130 nömrəli Qərarda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsasları qeyd edilmiş, lakin iddiaçı tərəfindən müvafiq hissəyə diqqət yetirilməmişdir. Göründüyü kimi vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli **********147085 nömrəli qərarı kifayət qədər əsaslı və qanunidir. 2) İddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktından göründüyü kimi vergi orqanının xx.xx.2021-ci il tarixli **********1488960 saylı Qərarı əsasında mütəxəssis dəvət olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixində, yəni mütəxəssis dəvət edilməsi barədə qərardan 1 ay əvvəl həmin əsasla yoxlama qanunsuz olaraq dayandırılmışdır. Bu dəlilə münasibətdə bildirmişlər ki, vergi orqanının xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi” barədə Qərarı əsasında “X26” MMC-nin nümayəndəsi X15 mütəxəssis kimi dəvət edilmiş və mütəxəssis qarşısında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani, Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin müəyyən edilməsi suallarına cavab verilməsi tələb olunmuşdur. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı əsasında səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədək dayandırılmışdır. Həmçinin, “Mütəxəssisin dəvət edilməsi barədə” qərar xx.xx.2021-ci il tarixli **********656000 saylı məktubla iddiaçıya göndərilmişdir. Vergi orqanı tərəfindən ikinci dəfə “Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********1488960 saylı Qərarı qəbul edilmişdir. 3) iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, SVY aktından göründüyü kimi xx.xx.2021-ci il tarixində yoxlama 30 gün müddətində uzadılmışdır. Bildirirlər ki, həmin vaxt ekspert tərəfindən sahənin hesablanması ilə bağlı düzgün rəy vergi orqanına verilmişdir. Bu dəlilə münasibətdə bildirilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********153069 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması” haqqında Qərarında yoxlama müddətinin 30 iş günü artırılmasının səbəbi olaraq yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması qeyd edilmişdir. Yəni, göründüyü kimi vergi orqanı tərəfindən müvafiq qərar əsaslandırılmışdır. 4) iddia ərizəsinin “vergi orqanının Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X26” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunmasının VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə zidd olması" dəlilinə münasibətdə bildirirlir ki, Vergi orqanının sifarişi və xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi” barədə Qərarı əsasında “X26” MMC-nin nümayəndəsi olaraq X15 mütəxəssis kimi dəvət edilmişdir, lakin X15 bildirmişdir ki, o, “X26” MMC-nin rəhbəri vəzifəsində çalışır, kommersiya ixtisası üzrə ixtisaslaşdığından və təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində “X26” MMC-nin mütəxəssisi X16 mütəxəssis kimi dəvət edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********148960 saylı “Mütəxəssisin dəvət edilməsi barədə” Qərarı əsasında “X26”-nin mütəxəssisi X16 mütəxəssis kimi dəvət edilmiş və ondan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani, Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin müəyyən edilməsi suallarına cavab verilməsi tələb olunmuşdur. Vergi ödəyicisinin özünün bəyan etdiyi əmək haqqı fondu ilə mütəxəssis tərəfindən müəyyən edilən yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcmi arasında fərq yaranmadığı üçün mütəxəssis tərəfindən yaşayış binalarının ümumi sahəsi, yaşayış və qeyri-yaşayış sahələri üzrə rəy vergi orqanına təqdim olunmuş, mütəxəssis rəyi xx.xx.2022-ci il tarixli **********091100 saylı məktubla vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. 5) iddia ərizəsində qeyd edilir ki, “X26" MMC tərəfindən binanın sahəsinin hesablanmasında ciddi səhvlərə yol verilmişdir. Binanın layihə üzrə sahəsinin hesablanması üçün tərəflərindən bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan “Az-Ekspertiza" MMC-yə müraciət olunaraq çoxmənzilli binanın ümumi və satışa yararlı sahələrinin dəqiq sahəsi müəyyən olunmuş və bu barədə xx.xx.2021-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Qeyd edilən rəy səyyar vergi yoxlamasına təqdim olunsa da, vergi orqanı bu sahədə peşəkar və ixtisaslaşmış müəssisənin rəyinə istinad etməmişdir. Bu dəlilə münasibətdə bildirirlər ki, Vergi Məcəlləsinin 43.2-ci maddəsinə əsasən Baş İdarə tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********149616 saylı Qərar çıxarılmış, vergi ödəyicisindən xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli aktlarla götürülən sənədlərdən əlavə mənzilləri sökülmüş sakinlərə müəssisə tərəfindən verilən mənzillərin siyahısı, binaların sahəsinin təyin edilməsi ilə bağlı "xxxx" MMC-nin mütəxəssis rəyinin surəti götürülmüşdür. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. X2 tərəfindən verilmiş iltizamda onun “X26” MMC şirkətinin mütəxəssisi olduğu, işin nəticəsində maraqlı olmadığı, fəaliyyəti ilə bağlı rəy verəcəyi şəxslə və ya hüquqi şəxsin rəhbərliyi ilə heç bir qohumluq əlaqəsi olmadığı qeyd edilmişdir. 6) iddiaçı iddia ərizəsində onu da əlavə etmişdir ki, səyyar vergi yoxlaması zamanı rəy vermiş müəssisə “X26” MMCnin rəhbəri və mütəxəssis rəyini hazırlamış X1 Sidney Universitetinin Kommersiya magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamış digər şəxs X14 da həmin müəssisədə mütəxəssis vəzifəsində deyil, biznes məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır və bu sahədə ixtisasının və əmək müqaviləsinin olması sənədlərlə təsdiq olunmur. X13 ixtisasca tikinti yox, kommersiya mütəxəssisidir, həmçinin “X26” MMC-nin fəaliyyət növü kommersiya sahəsində məsləhət verilməsidir. Bu dəlilə münasibətdə bildirilir ki, “X26” MMC-nin rəhbərliyi yuxarıda göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün xx.xx.2022-ci il tarixli **********870300 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. X3 təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində əməkdaşı X7 dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş etmişdir. X7 aldığı ixtisas dərəcəsi inşaatçı-mühəndisdir, ixtisası sənaye və mülki tikintidir, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur. Yəni, mütəxəssis rəyi alınarkən Vergi Məcəlləsinin müvafiq maddələrinə tam şəkildə riayət olunmuş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən alınmış mütəxəssis rəyindən vergi yoxlamasında vergilərin hesablanması zamanı istifadə edilməsi vergi orqanının vəzifələrinə aid deyil, əksinə, Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanının hüququdur. Onu da qeyd edirlər ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslarından biri "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda göstərilən məlumatların düzgünlüyünə münasibət bildirilməsi olmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2021-ci il tarixli **********842200 nömrəli xidməti məktubu və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Proqnoz göstəricilərinə nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli **********963700 saylı xidməti məktubuna əsasən Vergi Auditi idarəsinin Auditin təşkili və təhlili şöbəsinin xx.xx.2021-ci il tarixli **********214400 nömrəli xidməti məruzəsinə əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 7) iddiaçı Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsini və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsini əsas gətirərək iddia ərizəsində qeyd etmişdir ki, “mövcud halda pilot layihə üzrə tikinti Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarlarına əsasən aparıldığından, pilot layihə çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq məktubu və onunla bağlanılmış müqavilə əsasında dövlətin tapşırığı ilə sakinlərə ayrıldığından və Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur”. Bu dəlilə münasibətdə bildirirlir ki, Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Məlum olduğu kimi müvafiq maddə iddiaçı müəssisəyə deyil, fiziki şəxslərə şamil edilir. Belə ki, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilərkən fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) vergidən azadolma tətbiq edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Göründüyü kimi həmin Məcəllə və onun əsasında qəbul edilmiş digər aktlar yalnız şəhərsalma və tikinti fəaliyyətinə aiddir, vergitutma məqsədləri üçün istifadə edilə bilməz. Hazırki halda, binanın sahəsinin müəyyən edilməsi şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı olmuşdur. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. Eyni zamanda bildirilmişdir ki, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə və 2019-cu ilin 3-cü rübləri üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli **********160130 saylı qərarı İddiaçı tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarı 2018-ci il üzrə 120 manat, 2019-cu il üzrə 40 manat, 2021-ci il üzrə 40 manat olmaqla, cəmi 200 manat məbləğində maliyyə sanksiyası məbləği istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli manat) manat məbləğində pulun İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, İddiaçı MMC-nin (VÖEN **********) iddia tələbinin tam rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarının qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Firdovsi Məmmədov və Kazım Kazımzadə küçələrinin kəsişməsində ümumi sahəsi 26219,6 kv.m olan binanın 2018-ci ilin 2-ci rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, tərəfindən 2018-ci ilin 2-ci rübü üçün təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində sahənin 18595,7 kv.m göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********400600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 220.8-ci, 220.8- 1, və 219.3-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə xx.xx.2018-ci il tarixdə 2018-ci ilin 2-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə manat 754780,95 əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il il tarixli **********058400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin 2ci rübü üçün dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək ümumi sahə 16273,97 kv.m göstərildiyindən xx.xx.2020-ci il il tarixdə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 220.8-ci və 219.3-cü maddələrinə əsasən 984632,22 manat (26219,6 kv.m sahə bərpa olunmaqla) əlavə vergi məbləği hesablanmış (Hesablanma qaydası: 2019-cu il qüvvədə olmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə əsasən tikinti sahəsi 3-cü zonaya aid olduğundan əmsal 2,2 götürülmüş, yaşayış sahəsi – 23017,3*45*2,2=2278712,70, qeyri-yaşayış sahəsi - 3202,3*45*2,2*1,5=475541,55 cəmi vergi: 2278712,70+475541,55=2754254,25) və vergi ödəyicisinə **********632700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2020-ci il tarixli **********588000 nömrəli rəyində vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********349000 nömrəli məktubla müraciət edilərək bəyannamədə vergiyə cəlb edilməyən sahənin Bakı şəhəri İcra Hakimiyyətinin Sərancamına əsasən pilot layihə çərçivəsində mənzil mülkiyyətçilərinə verdiyi bildirdiyi üçün qeyd edilən məktubun araşdırılması və kameral yoxlamanın yenidən keçirilməsi tövsiyə olunmuşdur. Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli **********459600 nömrəli məktub göndərilərək məktuba əlavə olunan forma üzrə “Pilot layihələr üzrə sökülmüş və mülkiyyətçiyə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri barədə” məlumat formasının vergi orqanına təqdim edilməsi tövsiyə olunmuşdur. Lakin ödəyici tərəfindən məlumat forması təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli 1/350 nömrəli məktubu (**********349000) ilə şəhərin mənzil fonduna verilməsi nəzərdə tutulmuş 3041,9 kv.m yaşayış sahəsinin vergiyə cəlb edilməməsi məqsədəmüvafiq hesab olunmuşdur. Qeyd olunanlara əsasən 2018-ci ilin 2-ci rübü üçün dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesablanmış əlavə 984632,22 manat (26219,6 kv.m sahəyə uyğun) vergi məbləği qismən, 301148,10 (3041,9*45*2,2=301148,10) manat məbləğdə azaldılmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli müvafiq olaraq **********037400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Ödəyici tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2019-cu ilin 4-cü rübü üçün Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 175272,60 manat vergi məbləği azaldılmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********372000 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 175 272,60 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********971000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********147085 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2022-ci il tarixli **********147463 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2022-ci il tarixli **********475100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********160130 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. Vergi ödəyicisi yoxlanılan dövr ərzində Nərimanov rayonu, M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında yaşayış binalarının tikintisi işlərini həyata keçirmiş, bina tikintisi üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: BTFSV üzrə: "xxxx" MMC tərəfindən Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında yoxlanılan dövrdə A,B,C,D,E,F bloklarının (həmçinin 2 mərtəbəli qeyri-yaşayış binası), M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində isə yalnız Blok 1 və Həyətaltı avtodayanacağın (Həyətaltı avtodayanacağın təməli xx.xx.2020-ci ildə qoyulmuşdur) təməli qoyulmuşdur. “X26” MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən A,B,C,D,E,F bloklarının (həmçinin, 2 mərtəbəli qeyriyaşayış binası) ümumi sahəsi 58 858,62 kv.m, M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində isə yalnız Blok 1 və Həyətaltı avtodayanacağın ümumi sahəsi 15 360,52 kv.m olmaqla, yoxlanılan dövr üzrə ümumi sahə 72197,14 kv.m (yaşayış sahəsi 61345,8 kv.m, qeyri-yaşayış sahəsi 10851,34 kv.m), Mənzil fonduna ayrılan sahə - 3041,9 kv.m, sənədlə təsdiq olunan sökülən sahə- 4893,97 kv.m olmaqla vergiyə cəlb edilən sahə yaşayış sahəsi 53780,13 kv.m, qeyri-yaşayış sahəsi 10481,14 kv.m müəyyən edilmişdir. Həyətaltı avtodayanacağın təməli xx.xx.2020-ci ildə qoyulduğuna görə və 2020-ci ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən BTFSV-nin vergitutma obyekti olmadığına görə, həmçinin həmin sahənin vergi ödəyicisi tərəfindən satışı həyata keçirilmədiyi üçün (ümumi sahə 2022 kv.m, zirzəminin satışa yararlı sahəsi- 1008 kv.m, zirzəminin satışa yararsız sahəsi 1014 kv.m) yoxlama ilə əhatə olunmamışdır. Beləliklə, yoxlanılan dövr ərzində qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3, 218.3, 219.3 və 220.8-ci maddələrinə əsasən yaşayış sahəsi üzrə 5324232,87 manat (53 780,13 kv.m x 45 x 2,2), qeyri-yaşayış sahəsi üzrə 1 556 449,29 manat( 10 481,14 kv.m x 45 x 2,2 x 1,5) olmaqla cəmi 6 880 682,16 manat vergi hesablanmışdır. Vergi ödəyicisinin bəyannamə üzrə təqdim etdiyi 5 775 670,89 manat məbləğ nəzərə alınmaqla BTFSV üzrə 1 105 011,27 manat əlavə hesablama aparılmış, 2020-ci il üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” üzrə 2,08 manat artıq hesablama müəyyən edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və arayışı müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 200 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə, hesablanmış vergi məbləği 1 105 009,19 manat, maliyyə sanksiyası 552 705,66 manat təşkil etmişdir. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. Eyni zamanda, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçı tərəfindən apelyasiya şikayətinə etiraz verilərək, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-254/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı MMC-nin (VÖEN **********) iddia tələbinin tam rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı iş üzrə xx.xx.2023cü il tarixli qərarının qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1/351 saylı məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonun sosial iqtisadi inkişafının sürətləndərilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 108 saylı sərəncamı ilə rayonun M.Qaşqay, M.Sənani və C.Hacəbəyli küçələrinin kəsişməsində İddiaçı MMC-nə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış həmin ünvanlardakı mənzil sahiblərinə əlavə olaraq 20%-dən az olmayaraq 5611.5 kv.m təmirli mənzil sahəsi, qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə 822.3 kv.m qeyriyaşayış sahəsi və şəhərin mənzil fonduna 2881.12 kv.m yaşayış sahəsinin təhvil verilməsi barədə İddiaçı MMC tərəfindən öhdəlik götürülmüşdür. Bununla bağlı müəssisə ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan sahələrin təqdim olunması müqavilənin 2.5 və 2.6-cı bəndlərinə uyğun olaraq öhdəlik kimi götürülmüşdür. - Sakinlərlə bağlanılmış müqavilələr və siyahıya əsasən qeyd olunan ünvan üzrə 2881.12 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz 47 sakinə, 59 sayda cəmi 5611.5 kv.m yaşayış, 3 sakinə isə 3 sayda cəmi 822.3 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1/350 saylı məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20216-cı il tarixli 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonun sosial iqtisadi inkişafının sürətləndərilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 434 saylı sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində İddiaçı MMC-nə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış həmin ünvanlardakı mənzil sahiblərinə əlavə olaraq 20%-dən az olmayaraq 12176.3 kv.m təmirli mənzil sahəsi, qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə 2105.92 kv.m qeyri-yaşayış sahəsi və şəhərin mənzil fonduna 3041.9 kv.m yaşayış sahəsinin təhvil verilməsi barədə İddiaçı MMC tərəfindən öhdəlik götürülmüşdür. Bununla bağlı müəssisə ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan sahələrin təqdim olunması müqavilənin 2.3 və 2.6-cı bəndlərinə uyğun olaraq öhdəlik kimi götürülmüşdür. - Sakinlərlə bağlanılmış müqavilələr və siyahıya əsasən qeyd olunan ünvan üzrə 3041.9 kv.m şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı 159 sakinə, 175 sayda, cəmi 12176.3 kv.m yaşayış, 16 sakinə, 21 sayda, cəmi 2105.92 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. - Müəssisə tərəfindən cəmi 5923.02 kv.m yaşayış sahəsi şəhərin mənzil fonduna, 17787.8 kv.m yaşayış sahəsi və 2928.22 kv.m qeyri-yaşayış sahəsi pilot layihə çərçivəsində sakinlərə təqdim edilmişdir. - xx.xx.2016-ci il tarixli **********12700 saylı və xx.xx.2019-cu il tarixli **********574800 saylı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat formaları vergi orqanına təqdim edilərək sadələşdirilmiş vergi metodu seçilmişdir. - Cəmiyyət tərəfindən M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində inşa olunan 4 bloklu binalar üzrə 2017-ci ilin 1 rübü (D və E blokları), 2018-ci ilin 1-ci rübü (B və C blokları) və 2019-cu ilin 3-cü rübü (A Bloku) üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyənnaməsi təqdim edilmişdir. - Cəmiyyət tərəfindən Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 bloklu binalar üzrə 2018-ci ilin 2-ci rübü (A, B və C blokları), 2018-ci ilin 4-cü rübü (D bloku və 2 mərtəbə q/y) və 2019-cu ilin 4-cü rübü (E və F blokları) üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyənnaməsi təqdim edilmişdir. - Binanın layihə üzrə sahəsinin hesablanması üçün müəssisə tərəfindən bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan "xxxx" MMC-nə müraciət olunaraq çoxmənzilli binanın ümumi və satışa yararlı sahələrinin sahəsi müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Vergi orqanına təqdim edilən hesabatlar həmin rəy əsasında hazırlanılmışdır. - İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********218700 saylı məktubla Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ünvanlanaraq bildirilmişdir ki, “Evrostroy-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-ci il tarixli **********812700 nömrəli və xx.xx.2019-cu il tarixli **********574800 nömrəli ərizələrə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə Məlumat Forması təqdim olunmuş və sadələşdirilmiş vergi metodu seçilərək buna uyğun olaraq, bina tikintisi ilə bağlı sadələşdirilmiş vergi bəyannamələri təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixində 2018-ci ilin 2-ci rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişlər, lakin 2018-ci ilin 4cü rübü üzrə bəyannamə təqdim edərkən “Tərəfinizdən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat forması təqdim edilmədiyi üçün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmək hüququnuz yoxdur!” xətası çıxır. - Daha sonra iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********565300 saylı ərizə ilə müraciət edilərək 2018-ci ilin 1-ci, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş bəyannamə verilməsi üçün texniki imkan yaradılması xahiş edilmişdir. - İddiaçı tərəfindən bəyannamələrin verilməsinə texniki şərait yaradılması üçün xx.xx.2021-ci il tarixli **********364500, **********439300, **********445200, **********470800, **********570500 saylı, xx.xx.2021-ci il tarixli **********169400, xx.xx.2021-ci il tarixli **********763600 saylı ərizələr ilə Lokal Gəlirlər Baş İdarəsinə eyni məzmunlu müraciətlər edilərək, vergilərin düzgün hesablanması üçün tələb olunan sənədlər (binaların layihəsi, İcra Hakimiyyətinin məktubları, sakinlərlə bağlanılmış müqavilələr, sahənin hesablanması ilə bağlı mütəxəssis rəyi və s.) təqdim edilmişdir. - İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********821200 saylı və xx.xx.2021-ci il tarixli **********350800 ərizələr və xx.xx.2021-ci il tarixli **********906100 saylı şikayət məktubları göndərərək 2017-ci ilin 1-ci rübü, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü və 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş bəyənnamə verilməsi üçün texniki imkan yaradılmasını və 2018-ci ilin 2-ci və 2019-cu ilin 4-cü rübləri üzrə hesablanılmış vergi məbləğlərinin azaldılması xahiş edilmişdir. - Lokal Gəlirlər Baş İdarəsinin **********143000 saylı xx.xx.2021-ci il, **********197300 saylı xx.xx.2021-ci il, **********648800 saylı xx.xx.2021-ci il tarixli məktubları ilə 30 gün ərzində kameral yoxlama aparılaraq nəticəsi barədə tədbir görələcəyi bildirilmişdir. - Dövlət Vergi Xidmətinin **********345700 saylı, xx.xx.2021-cü il tarixli, **********758500 saylı və xx.xx.2021-ci il **********758500 məktubu ilə bildirilmişdir ki, “Onların 2017-ci ilin 1-ci rübü, 2018-ci ilin 1-ci və 4-cü, 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin təqdim edilməsi zamanı yaranan çətinliklə bağlı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirilər ki, müraciətinin araşdırılması zamanı söküntüsü nəzərdə tutulmuş və sökülən sahələrin əvəzinə mülkiyyətçilərə veriləcək sahələrlə bağlı onun mülkiyyətçilər arasında bağlanan müqavilələrin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, müraciətinin təmin edilməsi mümkün olmamışdır. Qeyd edilən məlumatlar tam olaraq təqdim edildikdən sonra müraciətə yenidən baxılacaqdır. Əlavə olaraq bildirilmişdir ki, hesabat dövründən 3 il müddət keçdiyi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsinin müddəalarına əsasən 2017-ci ilin 1-ci rübü üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi mümkün deyildir”. - Dövlət Vergi Xidməti tərəfindən **********663700 saylı, xx.xx.2021-ci il tarixli məktubla 2017-ci ilin 1-ci rübü, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü və 2019-cu ilin 3-cü rübləri üzrə bəyannamə verilməsi ilə bağlı bildirilmişdir ki, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********147085 nömrəli Qərarı ilə İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmişdir və müraciətlərində qeyd olunan məsələlərə səyyar vergi yoxlaması zamanı münasibət bildiriləcəkdir”. - İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********805700 saylı aşağıdakı məzmunda sorğular verilmişdir 1) Pilot layihə çərçivəsində inşa olunan çoxmənzilli yaşayış binalarında sökülmüş binadakı mənzil sahiblərinə yeni tikililərdən sahələrin verilməsi hansı qanunverciliklə tənzimlənir? 2) Pilot layihə çərçivəsində inşa olunan çoxmənzilli yaşayış binalarında sökülmüş binadakı mənzil sahiblərinə verilmiş sahələr hansı qanunverciliyə əsasən yalnız söküntü həcmində vergidən azad olunur? 3) Pilot layihə çərçivəsində əgər 30 kv.m sahənin əvəzinə yeni tikilidə 45 kv.m sahə verilmişdirsə, bu 15 kv. metr sahənin Vergi Məcəlləsində təqdim etmə kimi nəzərdə tutulurmu və buna görə vergi hesablana bilərmi? 4) Bina tikintisi ilə bağlı sadələşdirilmiş vergi tutma metodu seçilmişdirsə və buna uyğun olaraq (2017-2019-cu illərdə) cari bəyannamə verilmişdirsə, hansı hallarda dəqiqləşdirilmiş vergi bəyannaməsi verilməsi sistemdə məhdudlaşdırıla bilər? 5) 2017-ci ildə bina tikintisi ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmuşdursa və həmin vaxt pilot layihə ilə bağlı İH-nin məktubu olmadığından (sonradan alınıb) bəyannamədə nəzərə alınmamışdırsa, həmin sakinlərə verilmiş sahələr vergidən hansı formada azad oluna bilər? Dövlət vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********862700 saylı “Vergi qanunverciliyinin tətbiqi barədə” cavab məktubu ilə sorğuda qeyd olunan suallara cavab olaraq bildirilmişdir ki, “sadələşdirilmiş vergitutma metodu tətbiq edilən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan verilən yaşayış və qeyri-yaşayış sahələri mülkiyyətçilərin sökülən sahələri həddində sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir. Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə Nazirlər Kabinetinə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair qaydaların hazırlanması tapşırılmış və tapşırığın icrası ilə əlaqədar hazırlanmış müvafiq Qaydaların layihəsi müzakirə mərhələsindədir. Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra tikilən binalar üzrə yaşayış və qeyriyaşayış sahələrinin dövlətə ayrılan hissənin meyarları müəyyən olunacaqdır”. Həmçinin bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər”. - Dövlət Vergi Xidməti və Lokal Gəlirlər Baş İdarəsinin **********147085 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 38.3.5- ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Lokal Gəlirlər Baş İdarəsinin **********147085 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən aprel 2018-mart 2021-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, xx.xx.2021-ci il tarixli **********147152 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə təqdim edilmişdir. - Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********148006 saylı Mütəxəssis dəvət edilməsi haqqında qərarına əsasən “X26” MMC-nin (VÖEN **********) nümayəndəsi X15 mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani, M.Qaşqay və C.Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin və xx.xx.2018ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə yaşayış binalarının tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin müəyyən edilməsi sualları qoyulmuşdur. - “X26” MMC-nin nümayəndələri X15 və X18 tərəfindən xx.xx.2021-ci il tarixli 2 ədəd mütəxəssis rəyləri hazırlanaraq vergi orqanına təqdim edilmişdir. - İş materiallarında X10 mütəxəssis qismində dəvət edilməsi barədə qərar aşkar edilməmişdir. - Səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə 9 dəfə olmaqla cəmi 271 gün dayandırılmışdır. - Səyyar vergi yoxlaması aktına əsasən yalnız A bloku əhatə edilərək, sahəsi 13 338.52 kv.m (yaşayış sahəsi 11 493.72 kv.m, qeyri-yaşayış sahəsi 1 844.8 kv.m) müəyyən olunmaqla tam şəkildə vergiyə cəlb edilmişdir. Yoxlama aktı ilə ümumi yaşayış kompleksi üzrə İcra Hakimiyyətinə ayrılmış 2881.12 kv.m, sakinlərə ayrılmış 5 611.5 kv.m yaşayış, və 822.3 kv.m qeyri-yaşayış sahəsi (o cümlədən yoxlama dövrünə düşən İH-nə ayrılan sahə - 725.23 kv.m, pilot- 234.6 kv.m) vergiyə cəlb edilmişdir. - Səyyar vergi yoxlaması üzrə Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 bloklu binalar üzrə müəssisə tərəfindən 49 001.9 kv.m (yaşayış sahəsi – 39 323.2, İH-nə ayrılan sahə - 3 041.9 kv.m, pilot- 12 176.3 kv.m, vergiyə cəlb edilən yaşayış sahəsi 23 214.59 kv.m, qeyri-yaşayış sahəsi- 6 292.3 kv.m, pilot üzrə - 2 105.92 kv.m, vergiyə cəlb edilən sahə isə 4 186.38 kv.m müəyyən olunmuşdur. - Səyyar vergi yoxlaması aktı üzrə cəmi sahə 72 197.14 kv.m (yaşayış sahəsi 61 345.8 kv.m, İH-nə ayrılan 3 041.9 kv.m, pilot - 4 893.97 kv., vergiyə cəlb edilən yaşayış sahəsi 53 780.13 kv.m., qeyri-yaşayış sahəsi 10 851.34 kv.m, vergiyə cəlb edilən qeyriyaşayış sahəsi - 10 851.34 kv.m müəyyən olunmuşdur. İş materillarına əsasən müəyyən olunur ki, hər iki yaşayış binalarının ümumi sahəsi “X26” MMC-nin xx.xx.2022-ci il tarixli rəyləri əsasında aparılmışdır. - Səyyar vergi yoxlaması aktı ilə xx.xx.2021-ci il tarixli, **********669900 saylı qərarına əsasən əlavə olaraq hesablanılmış 793 555.25 manat və xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarına əsasən hesablanılmış 175 272.57 manat əlavə vergi məbləği təsdiq edilməklə Səyyar vergi yoxlaması aktı nəticəsində qəbul edilmiş “Vergi ödəyicisin və ya sığortaedənin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərara əsasən 1 105 011.27 manat əlavə vergi hesablanılmış və 552 505.66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7053-9/7815 saylı ekspert rəyinə əsasən ekspert qarşısında qoyulmuş suallara aşağıdakı cavablar verilmişdir: 2-ci, 3-cü və 4-cü suallar üzrə (məhkəmə tikinti-texniki ekspertizası üzrə) aparılmış tədqiqatın nəticəsi olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nərimamov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində (Həsən Əliyev layihəsi) yerləşən yaşayış binalarında bütün bloklar üzrə zirzəmi mərtəbələrində yerləşən avtodayanacaq sahəsi 6515 kv.m (yararlı sahə 2640 kv.m), birinci və ikinci mərtəbələrdə yerləşən qeyri-yaşayış sahələri 3946,8 kv.m, 2-16-cı mərtəbələrdə yerləşən mənzillərin ümumi sahəsi 28692,5 kv.m, mansard mərtəbəsinin sahəsi 2087,2 kv.m, ümumi dəhliz və pilləkən qəfəsinin sahəsi 4224 kv.m olmaqla yaşayış binalarının ümumi sahəsi 45465,2 kv.m təşkil edir; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində (Təbriz layihəsi) yerləşən yaşayış binalarında bütün bloklar üzrə zirzəmi mərtəbələrində yerləşən avtodayanacaq sahəsi 5060,4 kv.m (yararlı sahə 1674 kv.m), birinci və ikinci mərtəbələrdə yerləşən qeyri-yaşayış sahələri 4618,3 kv.m, yaşayış binalarında yerləşən (bütün bloklar üzrə mansard daxil olmaqla) mənzillərin ümumi sahəsi 33172,7 kv.m, ümumi dəhliz və pilləkən qəfəsinin sahəsi 6150,5 kv.m olmaqla yaşayış binalarının ümumi sahəsi 49001,9 kv.m təşkil edir; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli, 1/351 nömrəli məktubuna əsasən, İddiaçı MMC Bakı şəhəri, Nərinamov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində Pilot layihə çərçivəsində inşa edilmiş yaşayış binalarından qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış həmin ünvanlardakı mənzillərin sahiblərinə 5611,5 kv.m təmirli mənzil sahəsinin, qeyriyaşayış sahələrinin mülkiyyətçilərinə 822,3 kv.m qeyri-yaşayış sahəsinin verilməsi öhdəlik götürülmüşdür. Həmin ünvandan şəhərin mənzil fonduna 2881,12 kv.m yaşayış sahəsi təhvil verilməsi nəzərdə tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli, 1/350 nömrəli məktubuna əsasən, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində Pilot layihə çərçivəsində inşa edilmiş yaşayış binalarından qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış həmin ünvanlardakı mənzillərin sahiblərinə 12176,3 kv.m təmirli mənzil sahəsinin, qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə 2105,92 kv.m qeyri-yaşayış sahəsinin verilməsi öhdəlik götürülmüşdür. Həmin ünvandan şəhərin mənzil fonduna 3041,9 kv.m yaşayış sahəsi təhvil verilməsi nəzərdə tutulmuşdur. 1-ci və 5-ci suallar üzrə (Məhkəmə mühasibatlıq ekspertizası üzrə) aparılmış tədqiqatın nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində (Həsən Əliyev layihəsi) (yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla) yerləşən bina üzrə ümumi vergi yükü 3 330 267.93 manat təşkil edir. O cümlədən, 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (A bloku) - 1 111 255.2 manat (yaşayış sahəsi- 828 748.8 manat, qeyriyaşayış sahəsi- 282 506.4 manat), 2018-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (2-ci blok, B və C hissələri) - 965 623.23 manat (yaşayış sahəsi - 791 893.08 manat, qeyri-yaşayış sahəsi - 173 730.15 manat), 2017-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (D və E blokları) - 1 253 389.5 manat (yaşayış sahəsi - 978 337.8 manat, qeyri-yaşayış sahəsi 275 051.7 manat) təşkil edir; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində (Təbriz layihəsi) yerləşən bina üzrə ümumi vergi yükü 2 919 921.84 manat təşkil edir. O cümlədən 2018-ci ilin 2-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (A-B-C blokları) üzrə - 1 469 808.45 manat (yaşayış sahəsi- 1 008 953.55 manat, qeyri-yaşayış sahəsi-460 854.9 manat), 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (D bloku və 2 mərtəbə q/y)-üzrə 665 850.24 manat (yaşayış sahəsi- 598 033.26 manat, qeyri-yaşayış sahəsi-67 816.98 manat), 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (E və F bokları) -784 263.15 manat (yaşayış sahəsi- 691 257.6 manat, qeyri-yaşayış sahəsi-93 005.55 manat) təşkil edir. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin hər iki lahiyə üzrə ümumi vergi yükü 6 250 189.77 manat təşkil edir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2017ci il tarixindən dövlət büdcəsinə cəmi ödəniş məbləği 3 131 507,01 manat təşkil edir, eyni zamanda xx.xx.2020-ci il tarixində **********252800 saylı məktuba əsasən digər hüquqi şəxsin ona qoşulmasının nəticəsi olaraq 838 311,28 manat azalma aparılmışdır. Beləliklə, ödənilmiş vergilər və aparılmış əvəzləşmələr nəzərə alınmaqla cəmiyyətin dövlət büdcəsinə hazırki borc məbləği 2 280 371.48 manat təşkil edir. Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini pozaraq cavabdehin 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamələr bəyannamə təqdim etmək hüququnu məhdudlaşdırmışdırlar. Bəyannamə təqdim edərkən sistemdə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmək hüququnuz yoxdur!” xətası çıxmışdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan rüblər üzrə məhdudiyyət tətbiq edildiyi halda 2018-ci ilin 2-ci rübü və 2019-cu ilin 4cü rübü üzrə qeyd olunan məhdudiyyət mövcud olmamışdır. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2016-ci il tarixli **********12700 saylı və xx.xx.2019-cu il tarixli **********574800 saylı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları vergi orqanına təqdim edilərək sadələşdirilmiş vergi metodu seçilmiş və ərizə vergi orqanı tərəfindən qəbul edilmişdir. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etmək vergi orqanın vəzifəsidir. Lakin mövcud halda inzibati orqan vergi ödəyicisinin qanunverciliklə müəyyən olunmuş bəyannamə təqdim etmək hüququnu məhdudlaşdırmış, vergi ödəyicisinin müraciətlərinə Vergi Məcəlləsinin tələblərinə uyğun cavablar təqdim etməmiş, sonda vergi ödəyicisinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və səyyar vergi yoxlaması aktı ilə də, bəyannamə təqdim etməyin məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilməmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması aktı ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********669900 saylı qərarına əsasən əlavə olaraq hesablanılmış 793 555.25 manat və xx.xx.2021-ci il tarixli, **********971000 sayı qərarına əsasən hesablanılmış 175 272.57 manat əlavə vergi məbləği təsdiq edilməklə Səyyar vergi yoxlaması aktı nəticəsində qəbul edilmiş “Vergi ödəyicisin və ya sığortaedənin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərara əsasən 1 105 011.27 manat əlavə vergi hesablanılmış və 552 505.66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Kameral və səyyar vergi yoxlamalarının nəticələrinə əsasən vergilərin hesablanmasına əsas “X26” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən binanın ümumi sahəsi üzrə yaranmış kənarlaşmalar, həmçinin pilot layihə çərçivəsində sakinlərə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin Həsən Əliyev layihəsi üzrə dövlətə ayrılmış yaşayış sahəsinin vergiyə cəlb edilməsi olmuşdur. Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********148006 saylı mütəxəssis dəvət edilməsi haqqında qərarına əsasən X13 mütəxəssis kimi dəvət edilmişdir. Qeyd olunan mütəxəssis təşkilatının fəaliyyəti barədə məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin X17 Baş İdarəsinə 2-1(112)-988/2022 saylı, xx.xx.2022-ci il tarixli sorğu göndərilmişdir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli, **********3596600 saylı məktubla cavab verilərək bildirilmişdir ki, “X26” MMC-nin xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər (kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyyələr, praktiki yardımın göstərilməsi”-dən ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2022-ci il tarixli **********5 saylı məktubuna əsasən X8 müəssisənin direktoru, X7 isə “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində cəmiyyət ilə əmək müqaviləsinin olması müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlər və mütəxəssis rəyi əsasında müəyyən olunur ki, müəssisənin rəhbəri və mütəxəssis rəyini hazırlamış X13 rəydən də, göründüyü kimi Avstraliyanın Sidney Universitetinin Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamiş digər şəxs ixtisasca inşaatçı-mühəndis olması, lakin müəssisədə mütəxəssis vəzifəsində deyil “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində çalışması müəyyən olunmuşdur. Eyni zamanda, vergi orqanının qərarı ilə mütəxəssis qismində X13 dəvət edilmişdir. Mütəxəssis rəyləri xx.xx.2022-ci il tarixində verilmiş, mütəxəssis rəyi əsasında xx.xx.2022-ci il tarixində səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Lakin, yoxlama bitəndən 4 ay sonra “X26” MMC-nin rəhbəri X8 xx.xx.2022-ci il tarixində Lokal Gəlirlər Baş İdarəsinə məktub ünvanlayaraq bildirmişdir ki, o, müəssisənin rəhbəri vəzifəsində çalışır, kommersiya ixtisası üzrə ixtisaslaşmış (Avstraliyanın Sidney Universitetinin Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı), təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində əməkdaşları X9 dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş etmişdir. Göründüyü kimi, mütəxəssis qismində dəvət edilmiş və rəyi imzalamış şəxsin özü mütəxəssis olmamasını etiraf etmişdir. Digər şəxs X9 isə mütəxəssis qismində dəvət edilməsi ilə bağlı iş materiallarında vergi orqanının qərarı aşkar edilməmiş, müəssisə rəhbərinin həmin şəxsin mütəxəssis kimi təyin edilməsi barədə məktubu isə, rəy tərtib olunduqdan 4 ay sonra verilmişdir. Həmçinin, tərtib olunmuş mütəxəssis rəylərində inşa olunmuş binaların sahələrinin hansı normativ hüquqi aktlara əsasən hesablanması göstərilməmiş, Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na istinad edilməmişdir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz (Vergi Məcəlləsinin 44.2, 45.1, 45.2-ci maddələri). Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mütəxəssis rəyi Vergi Məcəlləsinin 44 və 45-ci maddələrinin tələblərini pozmaqla tərtib edilmişdir və yuxarıda qeyd edilən hallar mütəxəssis rəylərinin mötəbərliyini şübhə altına almağa əsas verir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1/351 saylı məktubuna, tərəflər arasında, həmçinin sakinlərlə bağlanılmış müqavilələrə əsasən M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində inşa olunan binalar üzrə “Evrostroy-S.S" MMC tərəfindən 2881,12 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz 47 sakinə, 59 sayda cəmi 5611,5 kv.m yaşayış, 3 sakinə isə 3 sayda cəmi 822,3 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Lakin, səyyar vergi yoxlaması aktına və kameral vergi yoxlaması haqqında qərarlara əsasən müəyyən olunur ki, dövlətə və sakinlərə ayrılan sahələr vergidən azad edilməmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1/350 saylı məktubuna, tərəflər arasında, həmçinin sakinlərlə bağlanılmış müqavilələrə əsasən müəyyən olunur ki, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan binalar üzrə 3041,9 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı 159 sakinə, 175 sayda, cəmi 12176,3 kv.m yaşayış, 16 sakinə, 21 sayda, cəmi 2105,92 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, bu ünvan üzrə dövlətə ayrılmış 3041,9- kv.m və pilot layihə çərçivəsində sakinlərə verilmiş cəmi 4893,97 kv.m sahə vergidən azad edilmişdir. Beləliklə, cavabdeh tərəfindən dövlətə ayrılmış cəmi 5923,02 kv.m yaşayış sahəsinin 2881,12 kv.m-i və pilot layihə çərçivəsində sakinlərə ayrılmış 17787,8 kv.m yaşayış sahəsinin 12893,83 kv.m sahəsi və 2928,22 kv.m qeyri-yaşayış sahəsi tam şəkildə vergiyə cəlb edilmişdir. Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Vergi Məcəlləsinin 2018-ci il üçün qüvvədə olan 219.3-cu maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının 1.3-cü bəndinə əsasən müvafiq rayon icra hakimiyyətlərinə “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması” tapşırılmışdır. İddiaçı tərəfindən sakinlərə sahələrin təqdim edilməsi Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına və Nərimanov rayon İcra Hakimiyyətinin məktub və sərəncamlarına əsasən baş vermişdir, eyni zamanda sakinlərlə bağlanılmış müqavilələrə əsasən sahələrin onların mülkiyyətinə əvəzsiz verilməsi, sökülən sahədən artıq verilmiş sahələrə münasibətdə hər hansı ödəniş alınmaması və iddiaçının belə təqdim etmədən vergi tutulan gəlir əldə etməməsi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (həmin Məcəllənin 3.2, 3.9, 3.10, 3.11, 12.3-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, bina tikintisi ilə bağlı olaraq dövlət və müvafiq dövlət orqanların qərarı ilə pilot layihə çərçivəsində sakinlərə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə gəlir əldə edilmədiyindən Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərinə əsasən vergilərin hesablanması qanunsuz və əsassız olmuşdur. Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi. Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Göründüyü kimi, 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7053-9/7815 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı MMC-nin hər iki layihə üzrə ümumi vergi yükü 6 250 189.77 manat təşkil edir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixindən dövlət büdcəsinə cəmi ödəniş məbləği 3 131 507,01 manat təşkil edir, eyni zamanda xx.xx.2020-ci il tarixində **********252800 saylı məktuba əsasən digər hüquqi şəxsin ona qoşulmasının nəticəsi olaraq 838 311,28 manat azalma aparılmışdır. Beləliklə, ödənilmiş vergilər və aparılmış əvəzləşmələr nəzərə alınmaqla cəmiyyətin dövlət büdcəsinə hazırki borc məbləği 2 280 371,48 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar