Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2846/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və İddiaçı15 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə yerilməsi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 07 mart 2024-cü il tarixdə Bakı şəhər Xəzər Rayon Prokurorluğunun qarşısında (Bakı Şəhəri. Ernst Telman küçəsi 2) “Cinayətin cavabı cəza olmalıdır. Prokurorluq orqanları vəzifəsindən sui-istifadə etməməlidir. İnsanların müdafiəsinə imkan verilməlidir” şüarı ilə keçiriləcək piketə icazə verməməsi barədə cavabdehin 29 fevral 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara məhkəmə qərarı qüvvəyə mindikdən sonra 10 gün ərzində Xəzər Rayon Prokurorluğunun qarşısında saat 12:00-dan 13:00-dək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi, iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçılar tələbini aşağıdakılarla əsaslandırılmışlar: “... Xəzər Rayon Prokurorluğu polisin adamı oğurlaması, ona işgəncə verməsi və hədə-qorxu ilə evini əlindən alması ilə bağlı cinayət işinin istintaqını o qədər uzatmışdır ki, nəticədə polisin məsuliyyətə cəlb etmə müddəti keçmiş, beləliklə də, İddiaçı5 qarşı cinayət törətmiş polis əməkdaşı məsuliyyətdən kənarda qalmışdır. Ona görə də, iddiaçılar piket keçirməklə bu problemə ictimai, dövlət və beynəlxalq diqqəti yönəltmək, polislərin də məsuliyyətə cəlb edilməli olduğunu bildirmək olub. Onlar Bakı şəhəri Xəzər Rayon Porokurorluğunun qarşısında piket keçirmək üçün 20 fevral 2024-cü il tarixdə müraciət etmiş, cavabdeh 29 fevral 2024-cü il tarixli məktubla piket keçirməyə icazə verməyərək bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıların piket keçirməyini məqsədəmüvafıq hesab etməyib. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə istinadən hesab edirlər ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbləri təmin olunmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbilərinin təmin edilməsi, onların Konvensiyanın 10.11.6(1) və 13-cü maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin iddianı qeyri-mümkün hesab etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində aşağıdakılar təsbit olunmuşdur: «İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.İİ. Hər kəsin başqaları ilə birlikdə miivafıq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır». Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıların tələbindən göründüyü kimi, 07 mart 2024-cü il tarixdə Bakı şəhər Xəzər Rayon Prokurorluğunun qarşısında iddiaçılara məhkəmə qərarı qüvvəyə mindikdən sonra 10 gün ərzində Xəzər Rayon Prokurorluğunun qarşısında saat 12:00-dan 13:00-dək piket keçirilməsinə icazə verilməsinin və mənəvi ziyana görə kömpensasiya ödənilməsini cavabdehə həvalə edilməsini tələb tələb etmişlər. «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verəməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, aşağıdakıları qeyd etmişdir: “...Tələbin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən iddiaçılar iddiada inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişlər. Tələbin digər hissəsi, yəni iddiaçıların hər birinə mənəvi zərərin ödənilməsi tələbin birinci hissəsindən asılı olduğundan, həmçinin iddiaçıların müvafiq tələblə cavabdeh inzibati orqana ilkin müraciətinin olması barədə məhkəməyə hər hansı dəlil təqdim olunmadığından, həmin hissədə də mümkünlük şərtləri ödənilmir. Belə ki, istinad olunan Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçılarnın müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, piketin keçirilməsi tələb olunan ərazi Bakı şəhərinin mərkəzinə, o cümlədən “Xətai” metrostansiyasına yaxın, vətəndaşların insanların sıx yaşadığı və hərəkət etdiyi, eləcə də nəqliyyat vasitələrinin gur olduğu məkanda yerləşir, həm də piketin keçirilmə anı “pik” saatlarına, yənisaat 12-dən- 13-ə qədər olan zaman kəsiyində həyata keçirilməsi planlaşdırılmışdır. Cavabdeh də məhz, iddiaçılara ünvanlanmış cavab məktubunda həmin ərazidə planlaşdırılmış piket keçirməsi məqsədəmüvafıq hesab edilməmişdir. Əslində, burada cavabdeh piketin keçirilməsini sadəcə, məqsədəmüvafiq hesab etməmiş, iddiaçılar tərəfindən isə alternativ ərazi də irəli sürülməmişdir. “X1rşı” məhkəmə işində X3 Məhkəməsi qərarında qeyd etmişdir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006-Xİİİ). Beləliklə də konkret halda, iddianın piketin keçirilməsinə iczə verilməsi hissəsində mümkün sayılmasını zəruri edən faktiki şərtlər mövcud deyildir. Başqa sözlə, həmin hissədə iddia tələbi İPM-in 35.1-ci maddəsində nəzərədə tutulan əsaslandırılmış olan öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatı mümkün sayıla bilməz. Belə olan halda, iddianın ikinci, mənəvi ziyana görə kompensasiya tələbinə dair hissəsinin də məhkəmə icraatının mümkünlüyü isitsna olunur. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2846/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2846/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver