Məhkəmə qərarları › İş №2-1(103)-2848/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2848/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2848/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın qismən ləğv edilməsi” iddiasına dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3339/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya ona aid olan hissədə ləğv edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsini xahiş etmişdir. İddiaçı “inzibati işlərin bir icraatda birləşdirilməsi barədə” vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı QSC və "xxxx" MMC hər biri ayrı-ayrılıqda cavabdehin xx.xx.2022-ci il tarixli qərarını və xx.xx.2022-ci il tarixli göstərişlərini Bakı İnzibati Məhkəməsində mübahilələndirmişlər. Qeyd edilən mübahisələr üzrə araşdırma predmetləri (yoxlamanın qanuniliyi, müvafiq hüququnun tətbiqi, müştəri münasibətləri, məhsulun maya dəyərinin formalaşdırılması, satış politikası baxımından) bir-biri ilə əlaqəli və eynidir. Hər iki iddiaçıya verilən göstərişlərin əsasını eyni yoxlama və eyni qərar təşkil etdiyindən, həmin qərar iddiaçı arasında baş vermiş alqı-satqı münasibətlərini əhatə etdiyindən və iddiaçıların bir-biri ilə olan işgüzar münasibətləri ilə əlaqəli olduğundan, hər iki iddiaçının tələbi eyni qərarın və onunla bağlı göstərişlərin ləğv edilməsinə yönəldiyindən qeyd edilən mübahisələrin daha dolğun, hərtərəfli araşdırılması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hər iki iddiaya bir icraatda baxılması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “inzibati işlərin bir icraatda birləşdirilməsi barədə” vəsatəti təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında buraxılmış yanlışlığın “Qərardaddan şikayət verilə bilməz” kimi düzəldilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; Beləliklə, məhkəmə Kollegiyası yuxarıda sadalanan hüquq normalarından çıxış edərək qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar