Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2849/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2849/2023 (Açar sözlər: “çıxarışın və texniki planın verilməsi”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Samit oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1045/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən verilmiş 32456 saylı, 31 mart 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, X2 və İstismarı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 54 saylı Sərəncamı əsasında Əzizbəyov rayonunun Şüvəlan ərazisində 0,09 hektar torpaq sahəsi olan 1082L №-li bağın İddiaçı Mahmud qızının istifadəsinə verilməsinə dair müqavilə bağlanmışdır;
2. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan bağ sahəsi sxematik xəritədə göstərilməyib. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 32456 nömrəli müqavilənin sadəcə surəti arxiv qovluğunda aşkar edilmişdir. Sorğu ilə əlaqdarə olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti və İddiaçı adına tərtib edilmiş xx.xx.2004-cü il tarixli 32456 nömrəli müqavilənin surəti təqdim edilmişdir;
3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında 54 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 №-li sərəncamına əsasən İddiaçı Şüvəlan ərazisində 1082L bağ sahəsi ayrılmışdır;
4. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1082L saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin arxiv nüsxəsi arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Sorğu ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1082L saylı bağ sahəsinə dair müvafiq sənədlərin və müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir;
5. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1082L saylı bağ sahəsinin X4 adına qeydiyyata alınmasına əsas olmuş 43 nömrəli orderin və həmçinin həmin bağ sahəsinin X9 adına qeydiyyata alınmasına əsas olmuş alqı-satqı müqaviləsinin, habelə torpaq sahəsinin faktiki ölçüsünü əks etdirən torpaq sahəsinin planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir;
6. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş Mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 825,0 kv.m təşkil edir. Torpaq sahəsi qonşu sahələrlə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir. Sahədə tikinti işləri aparılır. Sözügedən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Göstərilən torpaq sahəsi Xəzər dənizindən təqribən 220 metr məsafədə yerləşir;
7. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir. Ara sərhədlər şərtidir. Bundan əlavə bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından sözügedən sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1082L saylı torpaq sahəsinin elektron kadastr baza çıxarışı (ortofoto) məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən “1082L” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.09 ha qeyd edilsə də, faktiki ölçüsü 0,0825 ha təşkil edir.
9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L” saylı torpaq sahəsi üzərində, faktiki ölçüsü 0,0825 ha olan sahə üzərində hüquqların, nömrə təkrarlılığı aradan qaldırılmaqla dövlət reyestrində qeydiyyata alınmasının, çıxarışın və sahənin texniki planının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082L" saylı torpaq sahəsinin (bağın) istifadəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə İddiaçı arasında 31 mart 2004-cü il tarixli, 32456 saylı Müqavilə bağlanmış və Müqavilə əsasında qeyd edilən əmlak (bağ sahəsi) iddiaçının istifadəsinə və mülkiyyətinə verilmişdir. Qeyd edilən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə dair 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022- ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********14 nömrəli Bildiriş ilə qeydiyyata alınmadan imtina edilmişdir.
12. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən “1082L” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.09 ha qeyd edilsə də, faktiki ölçüsü 0.0825 ha təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********14 nömrəli cavab məktubu ünvanlanmışdır. ünvan ri icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/490 saylı qərarı əsasında verilmiş 43 nömrəli orderinə uyğun olaraq **********74 reyestr nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan başqa, iddiaçının ata adı “Maxmud” olmasına baxmayaraq, X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456 saylı müqaviləsində ata adı “Mahmud” olaraq göstərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1045/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, ölçüsü 0,0825 ha olan “1082L” saylı bağ sahəsinə (nömrə təkrarlılığı aradan qaldırılaraq) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
15. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.
16. İddiaçının istinad etdiyi 32456 nömrəli, xx.xx.2004-cü il tarixli icarə müqaviləsidir.
17. Cavabdehin imtinasının (etirazının) əsasını bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, müqavilənin arxiv nüsxəsinin arxiv qovluğunda aşkar edilməməsi, həmin bağ nömrəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bağ sahəsinin faktiki ölçüsünün az (0,09 ha əvəzinə 0,0825 ha) olması və müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi təşkil edir.
18. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir.
19. Belə ki, cavabdeh müqavilənin arxiv nüsxəsinin arxiv qovluğunda aşkar edilməməsi bildirsə də, məhkəmə araşdırması zamanı bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində mövcud olan, iddiaçıya mübahisə predmeti bağın icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin cavabdeh tərəfindən təsdiq olunmuş surəti (iş/v 24) məhkəməyə təqdim edilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubunda da həmin müqavilənin surətinin arxiv qovluğunda aşkar edilməsi göstərilmişdir.
20. Bundan əlavə, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə vurğulayır ki, X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin 54 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışda iddiaçının atasının adının doğru olaraq “Maxmud” kimi qeyd edilməsi nəzərə alındıqda, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi göstərilməsi texniki səhv kimi qiymətləndirilməlidir.
21. Həmin bağ nömrəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məhkəmə bildirir ki, bu hal iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, bağ sahəsinin ayrılması haqqında müqavilə mövcuddur və qanunun müddəasına görə həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Cavabdehin qeyd etdiyi eyni nömrəli bağ sahəsi isə digər hüququmüəyyənedici sənədlər əsasında qeydə alınmışdır və mübahisə predmeti bağ sahəsi ilə eynilik təşkil etmir (üst-üstə düşmür).
22. Torpaq sahəsənin ölçüsü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq faktiki ölçüsünə uyğun olaraq bağ sahəsinin hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
23. Cavabdehin mübahisə predmeti bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.
24. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinin İ və İİ bəndlərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci, 2.1.-ci, 2.2.-ci, 2.3.cü, 2.4.-cü, 3-cü, 3.1.-ci, 8.-ci, 8.0.-cı, 8.0.7.-ci, 15-ci, 15.1.-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-cü, 15.1.4.-cü, 15.1.5.-ci, 15.1.6.-cı maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu, 10-cu maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.-ci, 11.2.-ci, 15.1.-ci, 16.1.-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına istinad etmişdir.
b)Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
25. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1045/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004cü il tarixli, 32456 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən “1082L” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.09 ha qeyd edilsə də, faktiki ölçüsü 0.0825 ha təşkil edir. Məlumat üçün bildiririk ki, ünvan ri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/490 saylı qərarı əsasında verilmiş 43 nömrəli orderinə uyğun olaraq **********74 reyestr nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan başqa, iddiaçının ata adı “Maxmud” olmasına baxmayaraq, X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 32456. saylı müqaviləsində ata adı “Mahmud” olaraq göstərilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa müvafiq məktub ünvanlanmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının: - Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.. - Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur..
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun - Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ...... - Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... - Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun - Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası - Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. - Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. - Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
33. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun - 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; - 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur
34. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
39. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
40. Tətbiq edilən qanunvericiliyin tələbindən (Qərarın 31-32-ci bəndləri) göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.
41. İddiaçının istinad etdiyi 32456 nömrəli, xx.xx.2004-cü il tarixli icarə müqaviləsidir.Cavabdehin imtinasının (etirazının) əsasını bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, müqavilənin arxiv nüsxəsinin arxiv qovluğunda aşkar edilməməsi, həmin bağ nömrəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bağ sahəsinin faktiki ölçüsünün az (0,09 ha əvəzinə 0,0825 ha) olması və müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi təşkil edir.
42. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir.
43. Belə ki, cavabdeh müqavilənin arxiv nüsxəsinin arxiv qovluğunda aşkar edilməməsini bildirsə də, məhkəmə araşdırması zamanı bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində mövcud olan, iddiaçıya mübahisə predmeti bağın icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 32456 saylı müqavilənin cavabdeh tərəfindən təsdiq olunmuş surəti (iş/v 24) məhkəməyə təqdim edilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubunda da həmin müqavilənin surətinin arxiv qovluğunda aşkar edilməsi göstərilmişdir.
44. Bundan əlavə, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi qeyd edilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə vurğulayır ki, X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin 54 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışda iddiaçının atasının adının doğru olaraq “Maxmud” kimi qeyd edilməsi nəzərə alındıqda, müqavilədə iddiaçının ata adının “Mahmud” kimi göstərilməsi texniki səhv kimi qiymətləndirilməlidir.
45. Həmin bağ nömrəsinin digər şəxsin (ünvan ri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/490 saylı qərarı əsasında verilmiş 43 nömrəli orderinə uyğun olaraq **********74 reyestr nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məhkəmə bildirir ki, bu hal iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, bağ sahəsinin ayrılması haqqında müqavilə mövcuddur və qanunun müddəasına görə həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.
46. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdehin qeyd etdiyi eyni nömrəli bağ sahəsi digər hüququmüəyyənedici sənədlər əsasında qeydə alınmışdır, həmçinin, eyni nömrə ilə qeydə alınsa da mübahisə predmeti bağ sahəsi ilə eynilik təşkil etmir (üst-üstə düşmür).Bağ sahələrinin nömrə təkrarlılığı aradan qaldırılması isə cavabdehin vəzifəsidir.
47. Torpaq sahəsənin ölçüsü ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq faktiki ölçüsünə uyğun olaraq bağ sahəsinin hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
48. Cavabdehin mübahisə predmeti bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.
49. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsini bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.(Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Həmin Qaydaların 2.1-ci və 2.2-ci bəndinə əsasən).
50. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir.
51. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
52. Belə olan halda, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
53. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur, odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1045/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1045/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.