Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2849/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinə qarşı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025ci il tarixli, 2-1(112)-52/2025 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək “SOCAR”-ın “X11 Tresti”nin sabiq işçisi olan iddiaçının iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının təhqiqat aktının ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təstiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. “X11 Tresti” ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarının ləğv edilməsi, işin icraatının təzələnməsi, “X11 Tresti”nin üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı, qərardadı ilə ərizə təmin edilməmişdir. “X11 Tresti” həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1051/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. “X11 Tresti” qərardaddan kassasiya şikayəti vermis və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1372/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3069/2024 saylı qərardadı ilə “X11 Tresti”nin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-16486/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X11 Tresti”nin üçüncü şəxs qismində cəlbetmə barədə ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X11 Tresti” iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. Həmin mərhələdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-52/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi təhqiqat aktı inzibati akt olmadığından, inzibati qaydada mübahisələndirilə bilməz. Belə ki, inzibati akt müəyyən məsələnin həllinə yönələn, konkret şəxs və ya şəxslər dairəsinə ünvanlanan və məcburi hüquq və vəzifələr yaradan sənəddir. Hazırkı iş üzrə mübahisələndirilən təhqiqat aktı isə inzibati aktın xarakterik xüsusiyyətlərini özündə əks etdirməyən, əməyin təhlüksizliyinə nəzarət edən orqan tərəfindən aparılmış araşdırmanın nəticələrini özündə əks etdirən bir sənəddir. Bu səbəbdən də təhqiqat aktının inzibati akt qəbul edilərək inzibati qaydada mübahisələndirilməsi yolverilməzdir. Təhqiqat aktı əsasında yarana biləcək hər hansı öhdəlik tərəflər arasında münasibətləri nizama salan əmək qanunvericiliyinin pozulmasından yaranan mülki hüquqi öhdəlik ola bilər. Bu hal özü də onu göstərir ki, təhqiqat aktı tərəflər arasında yaranan mülki-hüquqi münasibətlərin həll edilməsində (təqsirkarın olub-olmaması və ya kim olması) əhəmiyyət kəsb edir. Məhz elə qeyd olunan səbəblərdən adı çəkilən aktın mübahisələndirilməsinə (dəyişdirilməsinə) dair iddialara baxmaq umumi məhkəmələrin səlahiyyətlərindəndir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X11" Tresti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı qoyulmuş diaqnozla bağlı iki rəydə əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olmaması, bir rəydə isə diaqnozun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olması qeyd edilmişdir. T 559/2022 saylı, xx.xx.2022-ci il tarixli və T 143/2023 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyləri qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ekspert rəylərində ekspertlərin ixtisasları göstərilməmiş, xx.xx.2023-cü il tarixli rəydə Azneft İB-nin “28 May” NQÇİ-nin xx.xx.2015-ci il tarixli, SOCAR/15-1100/xx-xx-00004 nömrəli məktubuna əsasən aparılmış növbədənkənar instrumental ölçmə işlərinin nəticələrinə istinad edilsə də, həmin sənəd rəyə əlavə edilməmişdir. Ümumiyyətlə rəylər əsaslandırılmamışdır. Ekspertin iddiaçının iş zamanı aldığı hansı xəstəliklərin nəticəsində insult keçriməsi müəyyən edilmir. Həmçinin, rəylərdə ekspertlərin ixtisasları qeyd edilmədiyindən ekspertlərin hansı ixtisaslı olduqlarını müəyyən etmək mümkün olmur, bu da ekspert rəylərinin mötəbərliyini sual altına alır. Möhtəbər olmayan ekspert rəyləri ilə hazırki iş üzrə ədalətli, düzgün, qanuni qərarın qəbuledilə bilməsi qeyri-mümkündür. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X11" Trestinin nümayəndəsi və vəkili Nümayəndə4 məhkəməyə bildirmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində işə artıq məhkəmələr tərəfindən baxılmış və qanuni qüvvəsini almış məhkəmə aktı var. Ona görə də, hazırkı tələbə yenidən baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə iclası təxirə salınmış və istinad olunan inzibati iş Bakı İnzibati Məhkəməsindən tələb edilmişdir. Həmin iş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-660/2018 saylı qərarından aşağıdakılar müəyyən edilir: “ ... X2 iddiaçı barəsində tərtib edilmiş və həmin xəstəxananın möhürü ilə təsdiq edilmiş 17 may 2016-cı il tarixli ambulator, stasionar xəstənin tibb kartasından çıxarışına (Forma № 027/U) əsasən iddiaçı iş yerində və əmək şəraitində hemorragik insult keçirmiş, stasionar şəraitdə kəskin dissirkulyator ensefalobiya, beyin sol yarım kürəsinin keçirilmiş hemorragik insultun qalıqları, sağ tərəfli hemiparez diaqnozu ilə xx.xx.2015-ci il tarixində xəstəxanaya daxil olmuş və 9 oktyabr 2015-ci il tarixdə xəstəxanadan çıxmışdır. Cavabdeh iddiaçıya ünvanladığı 8 avqust 2016-cı il tarixli məktubla bildirmişdir ki,onun “X11” trestinin 13 saylı dərin dəniz özülündə 23 sentyabr 2015-ci il tarixdə iş vaxtı insult keçirməsi və bununla bağlı təhqiqatın aparılması barədə Nazirlər Kabinetinə ünvanladığı təkrar müraciətinə cavabdeh orqan tərəfindən baxılmış, X5 tərəfindən səhhətin pozulması halının istehsalatda əmək şəraiti ilə əlaqəli olması barədə tibbi rəy təqdim edilmədiyindən baş vermiş hadisənin təhqiqatı aparılmamışdır. İddiaçı 18 avqust 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq, İZ formalı aktın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ... İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh X10 ilə əvəz edilməsini, istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X5 tərəfindən verilmiş 19 oktyabr 2016-cı il tarixli məktubla bildirilmişdir ki, 1962-ci il təvəllüdlü iddiaçı 23 sentyabr 2015-ci il tarixdə X2 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olmuşdur. Ona hipertoniya xəstəliyi İİİ dərəcə, beyin sol yarımkürəsində hemorragik insultu və sağ hemiparez və motor afaziya diaqnozu qoyulmuşdur. 9 oktyabr 2015-ci il tarixdə xəstə yaxşılaşma ilə evə yazılmış və ambulator şəraitdə nevropatoloqun müalicəsi məsləhət görülmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının iş yerində insult keçirtməsinin bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmaması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.4-cü bəndindəki hallar müəyyən olunmur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 9 mart 2017-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 9 mart 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, X2 iddiaçı barəsində tərtib edilmiş 17 may 2016-cı il tarixli xəstənin tibbi kartasından çıxarışa əsaslanmaqla onun tibbi rəy kimi qiymətləndirilməsi o səbəbdən düzgün hesab edilməməlidir ki, həmin xəstəxana tərəfindən 9 iyun 2016-cı il tarixli məktubla tibbi rəylə bağlı digər əsaslar barədə bildirilmiş, lakin apellyasiya məhkəməsi işdə olan bu sənədə qiymət verməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 7 dekabr 2017-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 29 yanvar 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ... Cavabdeh məlumatı araşdırıb nəticəsindən asılı olaraq qərar qəbul etmək səlahiyyətinə malik olsa da, zərərçəkənin məlumatının araşdırılması barədə məhkəmələrə sübut təqdim etməmiş, iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət (zədə) alıb almamasınımüəyyən etmək məqsədi ilə aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına müraciət etmək hüququna malik olmasına baxmayaq həmin hüquqdan istifadə etməməsini əsaslandırmamışdır. ... Cavabdeh şikayətində bildirmişdir ki, işəgötürən baş vermiş hadisə barədə DƏMX-in yerli bölməsinə məlumat verməli, belə məlumat verilmədiyi təqdirdə, zərərçəkənin məlumatı əsasında təhqiqat aparılmalıdır. Göründüyü kimi, cavabdeh özü də etiraf edir ki, təhqiqatın aparılması üçün əsaslardan biri də zərərçəkənin təhqiqat aparan orqana müraciətidir. ... Cavabdeh iddiaçının ona müraciətinin araşdırılması ilə bağlı sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb etmək səlahiyyətinə malik olmuşdur”. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018ci il tarixli, 2-1(102)-660/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin kassasiya şikayəti təmin edilməmiş və nəticə etibarilə həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2-1(81)-3969/2016 saylı qərarı aşağıdakı məzmunda icraya yönəldilmişdir: “ ... İddia təmin edilsin. İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə həvalə edilsin”. Qərarın icrası qaydasında müvafiq təhqiqat aparılmış və iddiaçıya aşağıdakı məzmunda cavab verilmişdir: “ ... Məhkəmə qərarının icra edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun təhqiqat komissiyası yaradılmış və hadisənin təhqiqatı aparılmışdır. Sizə təyin olunmuş “Hipertoniya xəstəliyi İİİ. Beyin sol yarımkürəsinin hemorragik insultu. Sağ tərəfli hemiparez” diaqnozunun istehsalatda əmək şəraiti ilə əlaqəli olubolmaması ilə bağlı təhqiqat komissiyasının sədri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vəli Axundov adına Milli Elmi Tədqiqat X4 müraciət olunmuşdur. İnstitutdan təqdim edilmiş tibbi rəydə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorunun əmək vəzifələrinə aid olan işlərin və iş şəraitinin davamlı və daimi xarakter daşımadığından, hadisə baş verən anda ekstremal situasiyalar - elektrikvurma, hipertermiya, qəza, təbii fəlakət, stress və emosional gərginlik olmadığından səhhətinizdə yaranan problemlərin peşə ilə əlaqəli hesab edilməsinin məqsədə uyğun olmadığı göstərilmişdir. Səhhətinizin pozulması halının istehsalatda əmək şəraiti ilə əlaqəli olması tibbi rəylə təsdiqlənmədiyindən təhqiqat komissiyası səhhətinizin pozulması halının istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmaması barədə rəy vermişdir”. Göründüyü kimi, hal-hazırda İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyindən, iki iş üzrə tələblərin eyni olmasından söhbət gedə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, işdə olduğu zaman hemorragik insult keçirmişdir. Həmin dövrdə helikopter vasitəsi ilə X3 aparılmış və orada 5 gün ağır vəziyyətdə reanimasiyada olmaqla, müalicə olunmuşdur. Cavabdeh və üçüncü şəxs tərəfindən illərdir bu məsələ uzadılır və hüquqlarının təmin edilməsinə imkan verilmir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin hallarına görə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X11” Trestində elektrik montyoru peşəsində çalışarkən 2015-ci il 23 sentyabr tarixində Günəşli yatağında yerləşən 13 saylı dərin-dəniz özülündə işdə olduğu zaman hemorragik insult keçirmişdir. O, helikopter vasitəsi ilə sahilə çıxarılıb təcili tibbi yardım maşını ilə X3 aparılmış və orada 5 gün ağır vəziyyətdə reanimasiyada olmaqla, müalicə olunmuşdur. Bu barədə xəstəxana tərəfindən arayış verilsə də, təhqiqat aparılmamış, İZ formalı akt tərtib olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3969/2016 saylı qərarı onunla əsaslandırılmışdır ki, istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatını aparmadan həmin bədbəxt hadisənin istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmalı və təhqiqatın nəticəsinə uyğun müvafiq akt tərtib edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Qüvvəyə minmiş məhkəmə qərarına əsasən Azərbaycan Respublikasının X10 Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, 68-T nömrəli əmrlə təhqiqat komissiyası yaradılmışdır. Komissiya iddiaçının keçirtdiyi insult diaqnozunun peşə xəstəliyi ilə əlaqəli olub-olmaması barəsində tibbi rəy almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi V.Y.Axundov adına Milli X1 İnstitutuna müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına ElmiTədqiqat X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Komissiyanın sədri, 7 saylı region üzrə X8 məsləhətçi-əmək müfəttişi Samir Məmmədova ünvanlanmış 133/4 nöməli, 16.07.201 8-ci il tarixli məktuba əlavə edilmiş tibbi rəyinə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2535/2017 saylı qərarının icrası ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən SOCAR-ın "X11” trestinin işçisi İddiaçı 23 sentyabr 15-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı aparılan təhqiqatla əlaqədar olaraq, X5 tərəfindən xx.xx.2015-ci il tarixdə "Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 3.4-cü bəndinin tələblərinə müvafiq olaraq, təyin olunmuş diaqnozların onun peşəsi ilə əlaqəsinin məqsədəuyğun hesab edilməməsi müəyyən edilmişdir. Məhkəmə qərarının icrası olaraq Təhqiqat Komissiyası təhqiqat akt tərtib etsə də, həmin təhqiqat aktında iddiaçının səhhətinin pozulmasının istehsalatda əmək şəraiti və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində alınmış hər hansı xəsarət ilə əlaqəli olmadığı müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Beləliklə hazırkı məhkəmə araşdırmasının predmetini iddiaçının keçirdiyi insultun onun əmək şəraiti ilə səbəbli əlaqəsinin olub-olmamasını müəyyən etməkdir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsi tərəfindən 5174 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 559/2022 saylı ekspert rəyinə əsasən vətəndaş M.A. Ağayevin tibbi sənədlərinə əsasən o, xx.xx.2015-ci il tarixdə istehsalatda əmək şəraitində olarkən qəflətən səhhətində yaranmış pozulma ilə əlaqədar X3 gətirilmiş və anamnestik, laborator instrumental müayinələr (baş beyninin KT müayinəsi) nəticəsində ona “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insyultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozu müəyyən edilərək müvafiq müalicə təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsi tərəfindən 1276 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 143/2023 saylı ekspert rəyinə əsasən vətəndaş M.A. Ağayevin xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X5 tərəfindən həmin tarixdə ona qoyulan “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi vardır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, şikayətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsinin T 559/2022 saylı ekspert rəyi ilə sonuncu T 143/2023 saylı ekspert rəyi arasında ziddiyyətin olması göstərilsə də, məhkəmə kollegiyası həmin dəlli əsasız sayır. Belə ki, T 559/2022 saylı ekspert rəyində iddiaçının xx.xx.2015-ci il tarixdə istehsalatda əmək şəraitində olarkən qəflətən səhhətində yaranmış pozulma ilə əlaqədar anamnestik, laborator instrumental müayinələr (baş beyninin KT müayinəsi) nəticəsində ona “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insyultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozu müəyyən edilərək müvafiq müalicə təyin edildiyi qeyd edilmişdir. Sonuncu T 143/2023 saylı ekspert rəyi isə həmin rəylə hər hansı ziddiyyət təşkil etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 212-ci maddəsinə əsasən, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. Əmək Məcəlləsinin 217-ci maddəsinə görə, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı (1.2). İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər (1.3). İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr (1.4). İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X10 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X10 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X10 Xidmətinə məlumat verməlidirlər (1.7). İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X10 Xidməti həyata keçirir (1.8). Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır (1.9). Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X10 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X10 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır (2.1). Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2) (2.6). Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X10 Xidmətinə məlumat göndərir (əlavə 3) (2.7). İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır (2.8). Təhqiqat komissiyasının üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur bölmələrinin rəhbərlərindən, şahidlərdən və digər şəxslərdən yazılı izahatlar almaq hüququna malikdirlər. Təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir. Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir (3.4). "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, ekspert rəy(lər)ini və preyudisial xarakter daşıyan məhkəmə aktlarında göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-52/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2849/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2849/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver