Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-285/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmrulla oğlunun Cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Ağacan Zeynalovun üzərində qəyyum təyin edilməsi ilə bağlı iş üzrə icraatın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı Əmrulla oğlunun cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Ağacan Zeynalovun üzərində qəyyum təyin edilməsi ilə bağlı iş üzrə icraatın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4281/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Əmrulla oğlu cavabdeh Bakı şəhəri Yasamal Rayon icra Hakimiyyətinin Qəyymluq və Himayəçilik şöbəsinə qarşı cavabdehə qəyum təyin edilməsi ilə bağlı məsələ üzrə icraatın dayandırılması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Ağacan Zeynalovun üzərində qəyyum təyin edilməsi ilə bağlı iş üzrə icraatın Yasamal rayon Məhkəməsinin icraatında olan Ağacan Zeynalovun onun himayəsində olması faktının müəyyən edilməsinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etlmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, onun qardaşı X1 uzun illərdir ruhi xəstədir. O, bir müddət Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Psixiatrik Dispanserdə müalicə almışdır. İddiaçı qardaşı Ağacan Zeynalova bu illərdə qulluq etmiş, ona baxmış, lazımi dərmanlarını almışdır, indi də qulluq edir. X6 Zeynalovun övladıdır və “şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunması barədə” ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin qətnaməsi ilə Ağacan Zeynalov fəaliyyət qabiliyyətsiz sayılmışdır. X5 müəyyən maraqlar baxımından Ağacan Zeynalovun üzərində qəyyum təyin olunmaq istəyir. Lakin o, atası Zeynalov Ağacana baxmır, başqa ünvanda yaşayır. X3 üzərində qəyyum təyin olunmaq üçün Bakı şəhəri Yasamal RİH-ə müraciət ertmişdir. Ona qəyyum təyin olunmaq üçün Yasamal RİH-ə Ruslan Zeynalov da müraciət etmişdir. Lakin Yasamal RİH Ağacan Zeynalovun onun (iddiaçının) himayəsində yaşamasını təsdiq edən sənədi – məhkəmə qətnaməsini tələb edir. Buna görə də o, müvafiq rayon məhkəməsinə müraciət edərək, Ağacan Zeynalovun onun himayəsində olması faktının təsdiqlənməsini xahiş etmişdir. Ərizə həmin məhkəmənin icraatına qəbul edilmişdir və hazırda da icraatda olmaqla baxılmaqdadır. Buna görə də iddiaçı Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinə müraciət edərək, Ağacan Zeynalovun üzərində qəyyum təyin olunması məsələsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Yasamal RİH hərəkətsizlik edərək bu barədə qərar qəbul etməmiş, yəni icraatı dayandırmamış, mahiyyəti üzrə aydın olmayan məktubla həmin müraciəti cavablandırmışdır. Hesab edir ki, Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinin hərəkətsizliyi qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Əmrulla oğlu tərəfindən apellyasiya şikayəti verilərək, Bak Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardadı əsassız hesab edir. Onun tərəfindən İcra Hakimiyyətinə şəxsin üzərində qəyyum təyin edilməsi prosesinin dayandırılması xahiş olunmuşdur. Əsas olaraq isə onun Yasamal rayon Məhkəməsində şəxsin öhdədə olma faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etsə də, İcra hakimiyyəti hərəkətsizlik göstərmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunan tərəflər nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı hazırki işdən görünür ki, İddiaçı Əmrulla oğlunun cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı tələbi cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Ağacan Zeynalovun üzərində qəyyum təyin edilməsi ilə bağlı iş üzrə icraatın Yasamal rayon Məhkəməsinin icraatında olan Ağacan Zeynalovun onun himayəsində olması faktının müəyyən edilməsinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbinə baxılmasının ümumi məhkəmənın səlahiyyətinə aid olduğuna əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işdə iddiaçı cavabdeh inzibati orqanın üzərinə fəaliyyət qabiliyyətsiz şəxsin üzərində qəyyum təyin olunması üzrə icratın dayandırılması öhdəliyinin qoyulmasını tələb etdiyi üçün kollegiyası hesab edir ki, həmin tələb mülki hüquq münasibətlərinə aid olduğundan belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddiaçının iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Əmrulla oğlunun apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Əmrulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-285/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-285/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver