Məhkəmə qərarları › İş №2-1(103)-285/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-285/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-285/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul vəsaitinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5833/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1475 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 2239/2016 saylı qərarı ilə "xidmət müddəti ərzində (xx.xx.1992-xx.xx.2010-cu illər) iddiaçının istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 217 saylı qərarının tələblərinə uyğun olaraq, yəni cavabdeh inzibati orqana müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə, alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablayıb iddiaçıya ödənilməsi vəzifəsi AR Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərar xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə mindiyindən könüllü icra olunması üçün xx.xx.2016-cı il tarixdə Müdafiə Nazirliyinə göndərilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli 8-1(81)- 34/2018 saylı qərardadı ilə ödənilməli olan pul vəsaitinin məbləği 10.920,0 manat müəyyən edilmişdir. Borclu MN iddiaçıya xx.xx.2019-cu il tarixdə 1.612 manat əlavə pul vəsaiti ödəsə də, 3.808 manat borc olaraq hələ də qalır, ödənilmir və icra icraatı üzrə tələb uzun müddət ərzində təmin olunmadan qalır. Eyni zamanda, məhkəmənin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələb borclu MN tərəfindən bu günə kimi təmin edilməmiş, süründürməçiliyə yol verilmiş və məsələnin həlli qəsdən gecikdirilmiş, iddiaçı ödənilməli olan kompensasiya məbləğinin indeksasiya olunması barədə ərizəsi Bakı İnzibati Məhkəməsinin 8- 1(112)-15/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 8- 1(103)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti təmin olunaraq 10920 manat indeksasiya edilməklə 12490 manat müəyyən edilmiş, Ali Məhkəmənin 8-1(102)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmiş və borclu AR MN tərəfindən tələbkar İddiaçı ödənilməli olan pul kompensasiyasının məbləği, ödənilməmiş məbləğ 3.808 manat və indeksasiya olunan məbləğ 1.570 manat olmaqla cəmi, 5.376,40 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın icra olunması üçün xx.xx.2016-cı il tarixdə Müdafiə Nazirliyinə bildiriş göndərilmiş, lakin borclu AR Müdafiə Nazirliyi qeyd olunan qanunlara riayət etməmiş, dövlət orqanı olaraq qanunun aliliyinə hörmət etmək əvəzinə icra sənədinin icrasını qəsdən və uzun müddət gecikdirmiş, icra etməmiş, süründürməçiliyə yol vermişdir. İddiaçı hesab edir ki, məhkəmənin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə ödənilməli olan 10.920 manat pul vəsaitinin uzun müddət iddiaçıya qanunsuz olaraq tam ödənilməməsi, hissə-hissə ödənilməsi, qəsdən gecikdirilməsi səbəbindən, illik 5 faiz məbləğ, eləcə də, məcbur olub müxtəlif səlahiyyətli orqanlara göndərdiyi çoxsaylı məktublara görə poçt xidmətinə xərclədiyi 1.427 manat pul vəsaiti cavabdeh MN tərəfindən tam şəkildə iddiaçıya qaytarılmalı, məhkəmə tərəfindən bununla bağlı qətnamə qəbul edilərək pozulmuş hüquqlarının real bərpası təmin olunmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5833/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında mübahisənin məhkəmədən kənar qaydada həll olunması məsələsi ilə bağlı müzakirə aparılarkən cavabdeh tərəfi, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən iddiaçıya ödənilməli olan qalıq pul məbləğinin Maliyyə Nazirliyi tərəfindən yaxın günlərdə Müdafiə Nazirliyinin hesabına köçrüləcəyini və ödənilməli olan 5.376,40 manat məbləğində vəsaitin onun hesabına köçürüləcəyini bildirmiş və məhkəmə tərəfindən mübahisənin sülh yolu ilə həll oluna biləcəyi nəzərə alınaraq işə baxılması xx.xx.2023-cü il tarixə (yəni hazırkı gün) təxirə salınmışdır. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Qarayev 5.376,40 manat məbləğində pulun iddiaçıya ödənildiyini bildirmiş, İddiaçı isə həmin məbləğin ona ödənildiyini təsdiqləyərək, iddia tələbindən imtina etdiyini və işə xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi S.Qarayev işə xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, iddiadan imtina etmək iddiaçının qanunvericiliklə ona verilən hüququdur. Bu imtina tərəflərin qarşılıqlı mənafeyinə uyğundur və üçüncü şəxsin hüquqlarını da pozmur. İddiaçıya isə izah edilmişdir ki, iddiadan imtina Məcələnin 55.4-cü maddəsinin nəticələrini doğurur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in Məcəllənin 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiadan imtina barədə ərizəsi təmin olunsun. İddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar