Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-285/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin hüdudlarının faktiki ölçüsünün müəyyən edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyinin Nardaran ərazisindəki 90a nömrəli bağın istifadəyə verilməsi haqqında 40881 saylı, xx.xx.2007ci il tarixli müqaviləyə əsasən, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “birlik” adlandırılacaq X4 və İstismarı Birliyi, direktor Allahverdiyev V.V şəxsində, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 218 saylı Sərəncamı, yaxud birliyin protokolu əsasında hərəkət edən, gələcəkdə “istifadəçi” adlandırılacaq İddiaçı olmaqla, Birlik Sabunçu rayonunun Nardaran ərazisində 0,12 hektar torpaq sahəsi olan 90a nömrəli bağlı bu müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür.
3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsi mişar daşla hasarlanmış, tikili yoxdur.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktubuna əsasən bildirilmişdir ki, göstərilən bağ sahəsi arxiv cizgisinə uyğun hasarlanma və mərzçəkmə işləri düzgün aparılmadığından sahəsində azalmaya səbəb olmuşdur.
5. Məhkəmə sorğusu əsasında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli, **********03 nömrəli “Qeyd olunan bağ sahəsinə dair sənəd surətinin verilməsi barədə” cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha sahəsi olan 90 “a” bağ sahəsinin arxiv sənədlərinin təsdiq edilmiş surətləri və həmçinin, arxiv qovluğunda surəti saxlanılan X10, X9, X11, X3 və X5 razılıq ərizələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmə sorğusu əsasında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********30 nömrəli cavab məktubuna əsasən, idarənin arxiv məlumatlarına əsasən İddiaçı adına 0.12 ha torpaq sahəsi olan 90a saylı bağ sahəsinə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 40881 saylı müqavilə mövcuddur. Bundan əlavə olaraq keçmiş X8 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Nardaran bağ massivi sahəsinə aid sxematik xəritədən 90a saylı bağ sahəsinin yerləşdiyi hissənin surəti, müayinə (baxış) aktı və sahənin döngə nöqtələrinin koordinatları sxem şəklində məhkəməyə təqdim edilmişdir.
7. Məhkəmə sorğusu əsasında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********72 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 89 və 91 saylı bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-6306/2024 **********06 nömrəli məktub ilə məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə əsasən qeyd edilmişdir ki, “90” və “90 a” saylı bağ sahələri ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Bağ sahələrinə dair müqavilələrə əsasən bağların sahəsi 0.24 ha, ümumi hasar daxilində faktiki 0.1950 ha təşkil edir. Belə ki, 450.0 kv.m azalma mövcuddur. Bundan başqa sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından (bölgü sxeminə uyğun) və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən həmin 450.0 kv.m sahənin dəqiq yerini təyin etmək tərəfimizdən mümkün olmamışdır. Faktiki göstərilən 0.1950 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına bağlanmış xx.xx.2007-ci il tarixli 40881 saylı müqavilədə bağ sahəsinin (90a saylı) ölçüsü 0.12 ha, X1 adına bağlanmış xx.xx.2007-ci il tarixli 25070 saylı müqavilədə bağ sahəsinin (90saylı) ölçüsü 0.12 ha göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
9. İddiaçılar X6 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90 nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə və; İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90a nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90a nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 56.2. –ci maddəsinə əsasən, məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.
11. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli Qərardadı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90 nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə və; İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90a nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90a nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə iddia tələbləri ayrı ayrı icraatlara ayrılması qərara alınmışdır.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərmiş, “Birlik” adlandırılan X4 və İstismarı Birliyi tərəfindən 40881 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında iddiaçının adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” №-li bağ torpaq sahəsi 21 may 2007-ci il tarixdən iddiaçının istifadəsindədir. İddiaçı onun adına olan torpaq sahəsinin, adının mülkiyyət hüququ üzrə qeydiyyata alınması üçün, cavabdehə müraciət etmişdir. İddiaçının tələbi cavabdeh idarə təmin etməyib və 06 iyul 2021-ci il tarixli **********22 №-li cavab məktubunda göstərilib ki, ərizənin təmin olunmaması səbəbləri daha əvvəlki məktublarla cavablandırılıb. İddiaçının buna qədər olan müraciətə verilmiş 05 fevral 2021-ci il tarixli, **********74 №-li imtina məktublarında imtinaya səbəb olaraq göstərilib ki, iddiaçının adına ayrılmış bağ sahəsinin ümumi ərazisi arxiv cizgisinə uyğun hasarlanmadığından və ərazi üzrə mərzçəkmə işləri düzgün aparılmadığından ərazidə azalma gedib. Yəni iddiaçıya məxsus bağ sahəsinin ərazisi başqaları tərəfindən zəbt edilib. Bağ sahələrinin qeydiyyatını məhz bu cavabdeh idarə aparır. Belə olduğu təqdirdə iddiaçı hesab edir ki, ona məxsus bağ sahəsinin ərazisinin azalmasına cavabdeh elə bu idarədir. Çünki, vaxtı ilə mövcud olmuş bağlar idarələri ləğv edildikdən sonra bağlarla əlaqəli məsələlərin həlli, o cümlədən də həmin ərazilərin hüdudlarının müəyyən edilməsi məhz bu cavabdeh idarəyə həvalə edilib. Ona görə də iddiaçı hesab edir ki, ona məxsus bağ torpaq sahələrinin ərazisinin azaldılması məhz bu cavabdeh inzibati orqanın məsuliyyətsizliyi səbəbindən baş verib ki, həmin azalma səbəblərinin aradan qaldırılması da, yəni həmin ərazilərin kimlər tərəfindən zəbt olunduğunu müəyyən etmək və zəbt olunmuş əraziyə dair aparılmış qeydiyyatı ləğv etmək iddiaçıya məxsus bağ torpaq sahəsinin tam şəkildə onun adına özəlləşdirilməsini təmin etmək də bu cavabdeh inzibati orqanın üzərinə düşən vəzifəsidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbin tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, göstərilmiş bağ sahəsində arxiv cizgisinə uyğun hasarlanma və mərzçəkmə işləri düzgün aparılmadığından torpaq sahəsinin ölçüləri azalmışdır. Belə ki, hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüləri 1200 kv.m qeyd olunsa da, faktiki 500 kv.m təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 28 mart 2024-cü il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X4 və İstismarı Birliyi tərəfindən, 40881 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adıma ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində iddianın mümkün sayılmaması qərara alınmışdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, X4 və İstismarı Birliyi tərəfindən, 40881 №-li, 21 may 2007- ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsinin müqavilədə göstərilən ölçülərində iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddia qalan hissədə rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyinin Nardaran ərazisindəki 90a nömrəli bağın istifadəyə verilməsi haqqında 40881 saylı, xx.xx.2007-ci il tarixli müqaviləsində göstərilənlərlə təsdiqlənir, belə ki, həmin müqavilə əsasında iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsi ayrılmışdır.
17. Məhkəmə iddia tələbinin digər hissəsində (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi) qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb iddiaçının mülkiyyət hüquqlarının qeydə alındığı zaman səlahiyyətli inzibati orqan olan cavabdeh tərəfindən həyata keçiriləcək hallardır. Eyni zamanda məhkəmə iddiaçının “bağ sahəsinin ərazisinin azalma səbəblərin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində tələbini əsassız hesab edir. Belə ki, qanunvericiliklə belə bir vəzifə cavabdehin səlahiyyətinə aid edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-124/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, göstərilən bağ sahəsində arxiv cizgisinə uyğun hasarlanma və mərzçəkmə işləri düzgün aparılmadığından torpaq sahəsinin ölçüləri azalmışdır. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə yerli baxış zaman ıməlum olmuşdur ki, 90 və 90a saylı bağ sahələri ümumi hasar daxilində yerləşir, ara sərhədləri şərtidir və ümumi hasar daxilində torpaq sahəsinin ölçüsü 0.1950 ha təşkil edir. Həmçinin bildirilir ki, iddiaçı əvvəlki müraciəti zamanı 500 kv.m torpaq sahəsini göstərmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin faktiki ölçüsü düzgün müəyyən edilməmiş və düzgün araşdırma aparılmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. ....
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. İddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyinin Nardaran ərazisindəki 90a nömrəli bağın istifadəyə verilməsi haqqında 40881 saylı, xx.xx.2007-ci il tarixli müqaviləsində göstərilənlərlə təsdiqlənir, belə ki, həmin müqavilə əsasında iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsi ayrılmışdır.
28. İddiaçının hüquqi marağı həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasıdır.
29. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, X4 və İstismarı Birliyi tərəfindən, 40881 №-li, 21 may 2007- ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsinin müqavilədə göstərilən ölçülərində iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddia qalan hissədə rədd edilməsi qərara alınmışdır.
30. Cavabdehin imtinasının və apellyasiya şikayətlərinin dəlili ondan ibarətdir ki, göstərilən bağ sahəsində arxiv cizgisinə uyğun hasarlanma və mərzçəkmə işləri düzgün aparılmadığından torpaq sahəsinin ölçüləri azalmışdır. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə yerli baxış zamanı məlum olmuşdur ki, 90 və 90a saylı bağ sahələri ümumi hasar daxilində yerləşir, ara sərhədləri şərtidir və ümumi hasar daxilində torpaq sahəsinin ölçüsü 0.1950 ha təşkil edir. Həmçinin bildirilir ki, iddiaçı əvvəlki müraciəti zamanı 500 kv.m torpaq sahəsini göstərmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin faktiki ölçüsü düzgün müəyyən edilməmiş və düzgün araşdırma aparılmamışdır.
31. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3287/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və inzibati işə baxılması ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 05 may 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 10/730 saylı Rəyi daxil olmuşdur.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 10/730 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: “90" və “90 a" saylı bağ sahələri ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Bağ sahələrinə dair müqavilələrə əsasən bağların sahəsi 0.24 ha, ümumi hasar daxilində faktiki 0.1950 ha təşkil edir. Belə ki, 450.0 kv.m azalma mövcuddur. Bundan başqa sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından (bölgü sxeminə uyğun) və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən həmin 450.0 kv.m sahənin dəqiq yerinii təyin etmək tərəfimizdən mümkün olmamışdır. Faktiki göstərilən 0.1950 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına bağlanmış xx.xx.2007-ci il tarixli 40881 saylı müqavilədə bağ sahəsinin (90a-saylı) ölçüsü 0.12 ha, X1 adına bağlanmış xx.xx.2007-ci il tarixli, 25070 saylı müqavilədə bağ sahəsinin (90 saylı) ölçüsü 0.12 ha göstərilmişdir.
33. Məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirir (İPM-in 1.2ci maddəsi və MPM-in 88-ci maddəsi) və ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.
34. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına bağlanmış xx.xx.2007-ci il tarixli 40881 saylı müqavilədə bağ sahəsinin (90a-saylı) ölçüsü 0.12 ha, X1 adına bağlanmış xx.xx.2007ci il tarixli, 25070 saylı müqavilədə bağ sahəsinin (90 saylı) ölçüsü 0.12 ha göstərilmişdir.İddiaçı və X6 qardaşdırlar.Dəfələrlə məhkəmə iclası təxirə salınsa da məhkəmə iclasında iştirak etməmiş, ümumi hasar daxilindəki 90 və 90 “a” saylı bağ sahələrinin bir hasar daxilində yerləşməklə faktiki 0.1950 ha təşkil etdiyindən 450.0 kv.m azalmanın qardaşlardan hansının bağ sahəsinə düşməsi barədə bölgü sxemi təqdim etməmişlər.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 10/730 saylı ekspert Rəyi ilə də “90" və “90 a" saylı bağ sahələri ümumi hasar daxilində yerləşməsi və ara sərhədləri olmaması,. Bağ sahələrinə dair müqavilələrə əsasən bağların sahəsi 0.24 ha, ümumi hasar daxilində faktiki 0.1950 ha təşkil etməsi, belə ki, 450.0 kv.m azalma mövcud olması, sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından (bölgü sxeminə uyğun) və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən həmin 450.0 kv.m sahənin dəqiq yerinii təyin etmək mümkün olmaması göstərilmişdir.
36. Yuxarıda qeyd olunanları, həmçinin, İddiaçı (X6 İddiaçı ilə qardaşdırlar və X1 adına bağlanmış xx.xx.2007-ci il tarixli, 25070 saylı müqavilədə isə bağ sahəsi 90 saylı, ölçüsü 0.12 ha-dır və bağ sahəsi ilə bağlı 2-1(112)-121/2024 saylı (apellyasiya icraatı üzrə 2-1(103)-286/2025) saylı iş üzrə X6 iddiaçıdır.) dəfələrlə məhkəmə iclası təxirə salınsa da məhkəmə iclasında iştirak etməməsini, ümumi hasar daxilindəki 90 və 90 “a” saylı bağ sahələrinin bir hasar daxilində yerləşməklə faktiki 0.1950 ha təşkil etdiyindən 450.0 kv.m azalmanın qardaşlardan hansının bağ sahəsinə düşməsi barədə bölgü sxemi təqdim etməməsini Məhkəmə Kollegiyası nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-124/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı dəyişdirilməli, X4 və İstismarı Birliyi tərəfindən, 40881 №-li, 21 may 2007- ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0.0975 ha 90 “a” nömrəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
37. Belə ki, qeyd olunduğu kimi, 90 və 90 “a” saylı bağ sahələrinin bir hasar daxilində yerləşməklə faktiki 0.1950 ha təşkil etdiyi müəyyən olunmuşdur.
38. Baxmayaraq ki, X1 2-1(112)-121/2024 saylı (apellyasiya icraatı üzrə 2-1(103)- 286/2025) iş üzrə iddia etdiyi 90 saylı bağ sahəsinə münasibətdə də bağın ölçüsü 0.12 ha olmaqla iddia təmin edilmişdir.
39. Hazırkı iş üzrə isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2024 saylı, 29 mart 2024cü il tarixli qərarı ilə isə iddia tələbinin qismən təmin edilməsi, X4 və İstismarı Birliyi tərəfindən, 40881 №-li, 21 may 2007- ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 “a” nömrəli bağ torpaq sahəsinin müqavilədə göstərilən ölçülərində iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddia qalan hissədə rədd edilməsi qərara alınmışdır və apellyasiya baxışının həddi iddianın təmin olunmuş hissəsinin yoxlabnması ilə məhdudlaşır.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı X4 və İstismarı Birliyi tərəfindən, 40881 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 90 “a” nömrəli bağ torpaq sahəsinə münasibətdə 0,12 ha əvəzinə, 0.0975 ha müəyyən edilməklə dəyişdirilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.