Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2850/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı "icra məmumurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Üçüncü şəxs “Pakistan Milli Bankı”nın Bakı filialının nümayəndəsi və vəkili X1, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Pakistan Milli Bankı”nın Bakı filialı üçünçü şəxslər qismində cəlb olumaqla) “icra məmumurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-1697/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüquqlarının ilkin satış qiymətinin 760000 (yeddi yüz altmış min) manat üzərindən hərraca çıxarılmasının qanunsuz və əsasız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin nəticə hissəsinə dəyişiklik etmədən ərizənin əsaslandırılmasının dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim etmiş, ərizə məhkəmənin protokol qaydasında qərardadı ilə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 26 dekabr 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli qiyabi qətnaməsinə əsasən, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" MMC-nə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, "xxxx" MMCdən cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, "xxxx" MMC-dən cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, “Golden Klassik’' MMC-dən 243402,46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra məbləğində vəsaitin həmin Filialın xeyrinə tutulması, cavabdeh "xxxx" MMCyə BŞİH Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasındaistifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı keçirilən hərracı İddiaçı udmuş və bununla bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş 46/02 nömrəli protokolun surətindən görünür ki, həmin torpaq sahəsinin icarə hüququ 155.000 manata İddiaçı satılmışdır. Sonradan Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı tərəfindən cavabdehlər "‘Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nə, İddiaçı və üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsinə, “Kemikl Prodakşn LTD“ MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüquqlarının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6644/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının İddiaçı satılmış hesab edilməsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilərək iddia qalan hissələrdə rədd edilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5892/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə, həmin qərarında İddiaçı vicdanlı alıcı olması qəbul edilsə də, hərracın nəticələrini məhz hərrac təşkilatçısı tərəfindən yol verilmiş pozuntunun olması səbəbindən ləğv edildiyini bildirmişdir. Ali Məhkəmə həmin qərarında onu da xüsusilə qeyd etmişdir ki, “keçiriləcək yeni hərracda cavabdehin yenidən iştirakı və həmin torpaq sahəsinə icarə hüququnu əldə etməsi mümkündür” və ya cavabdeh hüquqlarının pozulması nəticəsində təqsirli şəxslərə qarşı ümumi qaydada iddia qaldıra bilər. Hazırda yuxarıda adı çəkilən icra sənədi yenidən icraya yönəldilmiş və yeni hərrac təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/265 saylı bildirişindən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixə saat 11.00 təyin edilmiş hərracda torpağın ilkin satış qiyməti kimi 278.000 manat göstərilmişdir. Lakin sonradan xx.xx.2023- cü il tarixli 02/735 saylı bildirişə əsasən xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişhərracda isə həmin torpağın ilkin satış qiyməti kimi 760.000 manat göstərilmişdir. Birinci hərraca 278.000 manata çıxarılmış torpaq sahəsinin yenidən 760.000 manata hərraca çıxarılmasının səbəbləri aydın deyildir. Sonradan Salyan şəhərində yerləşən "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair Ekspert rəyi”-nə əsasən, torpaq sahəsinin icarə hüququnun dəyəri 760 000 (yeddi yüz altmış min) manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətinin müəyyən etdiyi həmin qiymət ümumiyyətlə, həddən artıq şişirdilmiş qiymətdir və hərraca çıxarılacaq torpaq sahəsinin icarə hüquqlarının real qiymətini əks etdirmir. Bundan əlavə, qeyd etmək lazımdır ki, hərraca çıxarılması nəzərdə tutulan torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, yalnız icarə hüquqları satılır. İddiaçı qeyd erdir ki, vicdanlı alıcı kimi sayıldığı əvvəlki hərracla bağlı icra xərcləri və icra ödənişini təşkil edən 18960 manat banka qaytarılmış, torpağın hərracda yaranmış qiyməti 155.000 manat da ödənilmişdir. Faktiki olaraq iddiaçı həmin əmlak üçün 173960 manat ödəmişdir. Həmçinin, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya verilmişdir. Çıxarış isə "xxxx" MMC tərəfindən təsdiq edilmiş icarə hüququnun əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 50/10 saylı, xx.xx.2016-cı il tarixli protokola əsasən verilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-5892/2021 saylı qərarı ilə qüvvədə saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsində isə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Belə hesab edilir ki, iddiaçının icarəsində olan 0,172 ha torpaq sahəsinin satışı ilə əlaqədar hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməmişdir. Belə olan halda torpaq sahəsinin qiymətinin 4 dəfə şişirdilmiş qiymətə yenidən hərraca çıxarılması əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “Pakistan Milli Bankı”nın Bakı filialı hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsindən də aydın görünür ki, icraatda tərəflər tələbkar və borcludur. Həmin Qanunun 29.1-ci və digər maddələrində də icra icraatında şikayət vermək hüququ tərəflərə (yəni, tələbkar və borcluya) aid edilmişdir. Hazırkı halda isə iddiaçı hərracda iştirak etmiş şəxs kimi icra məmurunun qanunsuz hərəkətləri ilə hüquqları pozulmuş şəxs olsa da, icra icraatı üzrə “İcra haqqında” Qanuna görə “tərəf” statusunda olmadığı üçün birinci instansiya məhkəməsinin istinad etdiyi normalar, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyi ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Qərarı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş şikayətlər üzrə məhkəmə aidiyyəti ilə bağlı olan məsələlərdir. İcra məmurunun hərəkət və hərəkətsizliyi isə iddiaçıya münasibətdə birtərəfli hakimiyyət tədbiri olmaqla, inzibati orqan kimi, iddiaçının hüquqlarına toxunan məsələnin həll edilməsi kimi başa düşülməlidir və bu səbəbdən də inzibati icraat çərçivəsində baxılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında Azərbaycan Respublikas Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki: “...icra məmurları birtərəfli hakimiyyət iradəsinə əsasən fəaliyyət göstərir və həmin məmurun ümumi (publik) hüquq müstəvisində həyata keçirdiyi hərəkətlər hakimiyyət tədbiridir. Belə ki, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar tələbləri hüquq subyektləri üçün məcburi xarakter daşıyır və onların yerinə yetirilməməsi və ya icra məmurunun öz vəzifələrini icra etməsinə maneə törədilməsi qanunvericilikdə müəyyən edilmiş cinayət və ya inzibati məsuliyyətə səbəb olur.” Bununla yanaşı, “İcra haqqında” Qanunun 29-cu maddəsində icraatda tərəflərin (tələbkar və borclu) hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Onların sırasına icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ da daxil edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi, qərardadının iddiaçıya münasibətdə tətbiq edilməli olmayan normalara formal istinad etməklə kifayətlənmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi, apellyasiya şikayətinin 6-cı bölməsində şərh edilənləri, yəni, iddiaçının “İcra haqqında” Qanuna görə həmin qanun çərçivəsində “tərəf’ (tələbkar və ya borclu) olmamasını nəzərə almadan iddianı mümkün saymamış və faktiki olaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri ilə verilmiş məhkəmə təminatı hüququndan məhrum etmişdir. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər və digər üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı, cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin və üçünçü şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs “Pakistan Milli Bankı”nın Bakı filialının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki: AR 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)- 2171/2011 nömrəli qiyabi qətnaməsi əsasında verilmiş xx.xx.2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, "xxxx" MMC-dən 30 iyun 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2011-ci il tarixə olan 49280.86 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin, "xxxx" MMC-dən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 iyun 2009- cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə yaranmış 144236,44 manat məbləğində kredit borcu, 30140.75 manat məbləğində faiz borcu, cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin, "xxxx" MMC-dən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli 159 saylı kredit müqaviləsi üzrə yaranmış 216500 manat məbləğində kredit borcu, 26902,46 manat məbləğində faiz borcu, cəmi 243402,46 mananat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində vəsaitin iddiaçı “Pakistan Milli Bankının” Bakı filialının xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-yə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin 46/02 nömrəli protokolundan görünür ki, Sabunçu rayon İcra şöbəsinin 1992/5 saylı, xx.xx.2016- cı il tarixli sifariş məktubuna əsasən cavabdeh "xxxx" MMC-yə BŞİH başçısının xx.xx.2000-ci il tarixli, 231 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istehsalat sahəsi üçün verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155.000 manata 02 saylı qalib alıcı İddiaçı satılmış hesab edilməsi və lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqları qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan iş üzrə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" MMC-yə və İddiaçı, üçüncü şəxslər Sabunçu rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüquqlarının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli 2(103)-6644/2020 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1611/2021 saylı qərarı ilə Pakistan Milli Bankının Bakı filialının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6644/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli 2(103)- 6112/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının İddiaçı satılmış hesab edilməsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5892/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26 dekabr 2011-ci tarixli, 2iq(82)- 2171/2011 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. Sabunçu RİŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, icra məmurunun yuxarıda qeyd olunan qərarı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC qiymətlənidirmə şirkəti tərəfindən Sabunçu RİŞ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 saylı qiymətləndirmə hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən mübahisəli torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar qiyməti 278.000 manat müəyyən edilmişdir. Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 278.000 manata hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC”-nin 01/265 saylı, xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi ilkin satış qiyməti 278.000 manata olmaqla hərraca çıxarılmışdır. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26 dekabr 2011-ci tarixli, 2iq(82)- 2171/2011 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icra məmurunun yuxarıda qeyd olunan qərarı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanlanan 220532/26 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, zərurət yarandığından Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli icra sənədi üzrə aparılan hərracın dayandırılması xahiş olunur. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən Sabunçu RİŞ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən mübahisəli torpaq sahəsinin icarə hüququnun dəyəri 760.000 manat müəyyən edilmişdir. Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 760.000 manata hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və “Pakistan Milli Bankının” Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01/265 saylı açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi ilkin satış qiyməti 760.000 manata olmaqla hərraca çıxarılmışdır. Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 760.000 manata hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüquqlarının ilkin satış qiymətinin 760000 (yeddi yüz altmış min) manat üzərindən hərraca çıxarılmasının qanunsuz və əsasız hesab edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırda iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli qiyabi qətnaməsi əsasında verilmiş xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdeh Sabunçu rayon icra şöbəsinin icra məmurunun hərəkətləri ilə bağlıdır. İddiaçı həmin icra vərəqəsi üzrə tələbin yönəldildiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququnun qiymətləndirilməsi və hərrac vasitəsilə satışa çıxarılması ilə bağlı icra məmurunun hərəkətlərini qanunsuz hesab edir və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraqhesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə - Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İddia ərizəsindən və işin hallarından görünür ki, iddiaçının tələbi cavabdeh qurum və icra məmurunun məhkəmə qərarlarının icrası istiqamətində etdikləri hərəkətlərlə (hərəkətsizliklərlə) bağlıdır, hansı ki, yuxarıda qeyd edildiyi kimi, bu münasibətlər cavabdeh orqanın inzibati fəaliyyəti ilə bağlı yaranmamışdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia kimi baxılması yolverilməzdir. Aparılmış təhlilin nəticəsinə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin məntiqi davamı olaraq, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İşə baxan birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632 nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək İnzibati və Kommersiya Məhkəmələri yaradılmışdır. Bakı şəhərində kommersiya mübahisələri üzrə səlahiyyətli məhkəmə Bakı Kommersiya Məhkəməsi olduğundan hazırkı ş üzrə icraya nəzarət də həmin məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda icra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq həmin hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verilə bilər.” İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçı məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq, artıq aidiyyatı məhkəməyə müraciət etmişdir. Belə ki, apellyasiya baxışı zamanı üçüncü şəxs “Pakistan Milli Bankı”nın Bakı filialının nümayəndəsi və vəkili X4 tərəfindən məhkəmə kollegiyasına təqdim olunan Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-89 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Bəşirli X3 rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət etmiş və məhkəmə həmin ərizəyə mahiyyəti üzrə qiymət verərək icra məmurunun hərəkətlərini qanunsuz hesab etmədiyi üçün ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2850/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2850/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver