Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2851/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fərhadovnanın qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2851/2023 (Açar sözlər: “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı Fərhadovnanın qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində anadan olmuşdur.
2. Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2013- cü il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində anadan olmuşdur.
3. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Yəhyayeva (Peraşkova) Tatyana Viktorovna ilə Qanuni nümayəndə nikahı Krasnoyarsk diyarı Suxobuzimsk rayonunda 124 saylı məhkəmə sahəsinin barışdırıcı hakiminin 17 yanvar 2022-ci il tarixli qərarı əsasında pozulmuş, Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin Suxobuzimsk ərazi idarəsi tərəfindən 15 mart 2022-ci il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir.
4. X3 diyarı Krasnoyarsk şəhəri xx.xx.2022-ci il tarixli ** AA ***0259 nömrəli arayışında qeyd edilmişdir ki, X4 yetkinlik yaşına çatmayan övladları: 04 avqust 2004-cü il doğum tarixli X1 və 17 iyul 2013-cü il doğum tarixli İddiaçı Fərhadovnanın Azərbaycan Respublikası vətəndaşlığının əldə etməsinə və Azərbaycan Respublikası pasportunu almasına razılıq verir.
5. Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 206 № tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X5 həqiqətən Bakı şəhəri Xəzər rayonu H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin 11 sinfini bitirşimdir.
6. Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 206 № tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X10 həqiqətən Bakı şəhəri Xəzər rayonu H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin 4-b sinfində təhsil alır.
7. X7 və İddiaçı Fərhadovnanın vətəndaşlıq pasportundan və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X7 və İddiaçı Fərhadovna Rusiya Federasiyasının vətandaşlarıdırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar X7 və İddiaçı Fərhadovnanın qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 04 avqust 2004-cü il doğum tarixli X1 barəsində 26 avqust 2022-ci il tarixli ******* saylı və 17 iyul 2013-cü il doğum tarixli İddiaçı Farhadovna barəsində 26 avqust 2022-ci il tarixli ******* saylı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarlarının ləğv edilməsi, X1 və İddiaçı Fərhadovnanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
9. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı Qanuni nümayəndə 1998-ci ildə Rusiya Respublikası vətəndaşı Yəhyayeva (Peleşkova) Tatyana Viktorovna ilə rəsmi nikaha girmişdir. Nikahları sonradan yəni, 12 mart 2022-ci il tarixində Yəhyayeva (Peraşkova) Tatyana Viktorovnanın ərizəsi əsasında Krasnoyarsk diyarı Suxobuzimsk rayonunda 124 saylı məhkəmə sahəsinin barışdırıcı hakiminin 17 yanvar 2022-ci il tarixli qərarı əsasında pozulmuş, Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin Suxobuzimsk ərazi idarəsi tərəfindən 15 mart 2022-ci il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan iki uşaqları - 04 avqust 2004-cü il doğum tarixli X7, 17 iyul 2013-cü il doğum tarixli İddiaçı Fərhadovna doğulmuşdur. Qanuni nümayəndə xx xxxxxx 1978-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində doğulmuş, qəsəbənin Malik Musayev küçəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Qızı X7 2006-cı il tarixindən, yəni 2 yaşından, digər qızı İddiaçı Fərhadovna isə 2015-ci il tarixindən, yəni o da 2 yaşından hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsində fərdi yaşayış evində onun himayəsində bu günə kimi yaşayırlar. Qızı X7 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Hatəm İsgəndərov adına 206 saylı tam orta məktəbində orta təhsilini almış, bu məktəbi 2021ci il tarixində bitirmiş, digər qızı İddiaçı Fərhadovna isə həmin məktəbin 4-cü sinfində hazırda təhsil alır. X7 isə hazırda Bakı şəhəri 2 saylı Tibb Kollecinin 2-ci kursunda təhsil alır. Qızların anası X9, (hazırda soyadı Dostovalova) notarial qaydasında 30 sentyabr 2022-ci il tarixində razılıq ərizəsi verərək bildirir ki, yetkinlik yaşına çatmayan övladları: 04 avqust 2004-cü il doğum tarixli X1 və 17 iyul 2013-cü il doğum tarixli İddiaçı Fərhadovnanın Azərbaycan Respublikası vətəndaşlığının əldə etməsinə və Azərbaycan Respublikası pasportunu almasına razılıq verir. Hazırda X1 yetkinlik yaşı tamam olmuş, lakin onun vətədaşlıq mənsubiyyəti məsələsi həll edilmədiyindən onun işə girmək və işləmək problemi ilə üzləşmişdir. 24 avqust 2022-ci il tarixində X7 və İddiaçı Fərhadovna tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müyyənləşdirilməsi xahiş edilmiş, Xidmət özünün 26 avqust 2022-ci il tarixli ******* və ******* saylı qərarları ilə X7 və İddiaçı Fərhadovnanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərara əsasən, xx.xx.2004-cü il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərara əsasən, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı Fərhadovnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxslər Rusiya Federasiyasında anadan olmuşlar və həmin ölkənin vətəndaşlığını əldə etmişlər. Bu səbəbdən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır (inzibati icraat zamanı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənədi (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim olunmamışdır). Qeyd olunmalıdır ki, sözügedən şəxslər Rusiya Federasiyasına məxsus pasportla (ayrı-ayrı tarixlərdə) ölkə ərazisinə gəlmişlər və əcnəbi kimi olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət etmişlər (həmçi nin şəxslər xx.xx.2022-ci il tarixdə müvəqqəti yaşamaq üçün icazənin əldə edilməsi ilə bağlı müraciət etmiş, müraciətləri təmin edilmişdir. Qeyd olunmalıdır ki, şəxslər vətəndaşsızlıq halında olmamışlar və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxslər vətəndaşlıq əldə etməklə bağlı DMX-ya müraciət edə bilərlər (bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər).
11. Şəxslər DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuşlar (şəxslər vətəndaşsızlıq halında olmamışlar). Bu da onu deməyə əsas verir ki, şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə—həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa—verir).
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X1, İddiaçı Fərhadovnanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair 2-1(112)- 3083/2023 nömrəli inzibati işindən İddiaçı Fərhadovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbi üzrə icraat ayrılmışdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il təvəllüdlü X8 atası xx.xx.1978-ci təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Qanuni nümayəndə, anası xx.xx.2013-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X2.
15. İddiaçı Fərhadovna xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində doğulmuş və ona Rusiya Federasiyasının vətəndaşının pasportu verilmişdir.
16. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsinin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.
17. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur).
18. İddiaçı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir.
19. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.3-cü bəndinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan İddiaçı Fərhadovnanın qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı Qanuni nümayəndə 1998- ci ildə Rusiya Respublikası vətəndaşı Yəhyayeva (Peleşkova) Tatyana Viktorovna ilə rəsmi nikaha girmişdir. Nikahları sonradan yəni, 12 mart 2022-ci il tarixində Yəhyayeva (Peraşkova) Tatyana Viktorovnanın ərizəsi əsasında Krasnoyarsk diyarı Suxobuzimsk rayonunda 124 saylı məhkəmə sahəsinin barışdırıcı hakiminin 17 yanvar 2022-ci il tarixli qərarı əsasında pozulmuş, Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin Suxobuzimsk ərazi idarəsi tərəfindən 15 mart 2022-ci il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. (Şəhadətnamənin notarial təsdiq edilmiş surəti işə əlavə edilmişdir). Birgə nikahdan iki uşaqları: 04 avqust 2004-cü il doğum tarixli X7 və 17 iyul 2013-cü il doğum tarixli İddiaçı Fərhadovna doğulmuşdur.O, Azərbaycan Respublikası vətəndaşı Qanuni nümayəndə l8 dekabr l978-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində doğulmuşdur, qəsəbənin Malik Musayev küçəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. (Şəxsiyyət vəsiqəsini surəti işə əlavə edilmişdir). X13 Farhadovna 2006-cı il tarixindən, yəni 2 yaşından, digər qızım İddiaçı Farhadovna isə 2015-ci il tarixindən, yəni o da 2 yaşından hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla mənim himayəmdə yaşayırlar. (Uşaqların müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surəti işə əlavə edilmişdir). Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 206 №-li tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, X5 həqiqətən Bakı şəhəri Xəzər rayonu Fl.İskəndərov adına 206 nömrəli tam orta məktəbin 11 sinfini bitirşimdir. Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 206 №-li tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından göründüy kimi, X10 həqiqətən Bakı şəhəri Xəzər rayonu H.İskəndərov adma 206 nömrəli tam orta məktəbin 4-b sinfində təhsil alır.(Arayışlar işdə vardır).X3 diyarı Krasnoyarsk şəhəri xx.xx.2022-ci il tarixli ** AA ***0259 nömrəli arayışında qeyd edilmişdir ki, X4 yetkinlik yaşına çatmayan övladları: 04 avqust 2004-cü il doğum tarixli X1 və 17 iyul 2013-cü il doğum tarixli İddiaçı Fərhadovnanın Azərbaycan Respublikası vətəndaşlığının əldə etməsinə və Azərbaycan Respublikası pasportunu almasına razılıq verir. (Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi işə əlavə edilmişdir).Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə Kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: - 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: - 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; - 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; - 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; - 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. - Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. - Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası” - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. - 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. - 3.4.10-cu bəndinə istinadına məhkəmə bildirir ki, (Həmin bəndə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir), həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizəanketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir. - 4.4.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Daha sonra məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
32. xx.xx.2013-cü il təvəllüdlü X8 atası xx.xx.1978-ci təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Qanuni nümayəndə, anası xx.xx.2013-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X2.İddiaçı Fərhadovna xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində doğulmuş və ona Rusiya Federasiyasının vətəndaşının pasportu verilmişdir.
33. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir.Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsinin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.
34. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur).
35. İddiaçı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır.Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir.
36. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
37. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
39. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
40. İddia tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.4.10-cu bəndinə istinadına məhkəmə bildirir ki, (Həmin bəndə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir), həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizəanketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir.
41. Odur ki, vətəndaşlıq mənsubiyyəti müəyyən edilən şəxs öz seçimi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etdikdə həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədi təqdim etməlidir, yəni norma yetkinlik yaşına çatmış şəxsə öz mənsubiyyətini öz iradəsinə əsasən müəyyənləşdirilməsinə hüquq verir.Bu isə mahiyyət etibarilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin (digər dövlətin vətəndaşlığının könüllü əldə edilməsi) icrasını təmin etməyə yönəlib.
42. Bu səbəbdən də məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
43. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının qanuni nümayəndəsinin şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.