Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2851/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X25 Əhəd oğlu sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X9, X12 Kamil qızı və X3, ərizəçilərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə X12 Kamil qızı və X3 “üçüncü şəxs qismində cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatətinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı 18 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. X12 Kamil qızı və X10 “üçüncü şəxs qismində cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı, 18 feral 2022-ci il tarixli qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 3 ünvanında yerləşir, ümumi sahəsi 90,70 kv.m. olmaqla 4 otaqdan ibarətdir. Kərimova Gülnar Kamil qızı xx.xx.1993-cü il tarixdə mənzildəqeydiyyatda olmaqla yaşayan X17 ilə rəsmi ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. Ailənin bütün üzvləri ilə ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuşdur. Həmin mənzildə birgə nikahlarından xx.xx.1993-cü ildə X13, xx.xx.1995-ci ildə X10, xx.xx.1998-ci ildə X14 və xx.xx.2002-ci ildə X18 doğulmuşdur. O və 4 övladı həmin mənzildə qeydiyyatda olmaqla 30 ildir yaşayır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(007)-3750/2015 saylı Qətnaməsi ilə X17 ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Nizami Rayon WAQ Şöbəsində qeydə alınmış nikahları pozulmuş, nikah pozulduqdan sonra 4 övladı onun yanında qalmışdır. Bakı şəhər 83 saylı MKİS-in xx.xx.2016-cı il tarixli 1375 saylı arayışda göstərilir ki, İddiaçı A.Manafov küçəsi 15/21, mənzil 65 ünvanında yaşayır. 1946-cı il təvəllüdlü İddiaçı 1977-ci il tarixdən, 1973-cü il təvəllüdlü X11 1977-ci il tarixdən, 1968-ci il təvəllüdlü X17 1990-cı il tarixdən, 1971-ci il təvəllüdlü Kərimova Gülnar Kamil qızı (gəlin) 2005-ci il tarixdən, 1993-cü il təvəllüdlü X13 (nəvə) 2005-ci il tarixdən, 1993-cü il təvəllüdlü X10 (nəvə) 2005-ci il tarixdən, 1998- ci il təvəllüdlü X14 2005-ci il tarixdən, 2002-ci il təvəllüdlü X18 (nəvə) 2005-ci il tarixdən həmin ünvanda daimi qeydiyyatdadırlar. O və 4 övladı 2005-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. X19 xx.xx.2016-cı il tarixdə ürək çatışmazlığından ölmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(007)- 3750/2015 saylı Qətnaməsi ilə X17 ilə aralarnda olan nikah pozulduqdan sonra, onun 4 övladı ilə birlikdə könüllü olaraq evdən köçmələrinin və mənzildən qeydiyyatdan çıxmalarını tələb etməyə başlamışlar. O və 4 övladı ilə birlikdə cavabdehlər X17, İddiaçı və X5 qarşı “Mənzilə dair istifadə qaydalarının müəyyən olunması” tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə iddia təmin olunmuş – Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağı Kərimova Gülnar Kamil qızı, X13, X10, X14 və X15 istifadəsinə verilməsini, yardımçı sahələrin ümumi istifadə saxlanılmasına, İddiaçı, X7 və X4 cavabdehlər Kərimova Gülnar Kamil qızı, X13, X10 və X8 qarşı “kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. Bundan sonra, yəni, məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin istifadə qaydası müəyyən olunduqdan sonra, İddiaçı Bakı İnzibati İnzibati Məhkəməsinin 2- 1(112)-3322/2022-ci il tarixli qərarına əsasən ünvan 4 ünvanında yerləşən evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir. İddiaçı (keçmiş qaynanası) Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3322/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı əsasında ünvan 5 ünvanında yerləşən 4 otaqlı evi öz adına 1 Saylı Bakı Ərazi İdarəsində Xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirərək xx.xx.2022-ci il tarixli Çıxarış almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X12 Kamil qızı və X10 tərəfindən apelyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və onların 3-cü şəxs qismində işə cəlb olunmaları xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişlər. Şikayətin məzmunu vəsatətlə oxşarlıq təşkil edir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2866/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadlı ilə, X12 Kamil qızı və X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Kərimova Gülnar Kamil qızı tərəfindən kassasiya şikayəti verilərək qərardadın ləğv edilməsini və aparılması üçün Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1015/2024 saylı inzibati işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(103)-2866/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməsi, işin təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ərizəçi Kərimova Gülnar Kamil qızının kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, ərizəçi Gülnar Kərimovanın mübahisəli evə gəlin kimi köçdüyünü və mənzil üzrə icarədar qaynatasının razılığı ilə həmin mənzilə qeydiyyata alındığını, 2017-ci ilə qaynatası vəfat etdikdən sonra ərizəçi Gülnar Kərimovanın ərinin çıxıb getdiyini və tapılmadığını, bundan sonra X16 Rayon Məhkəməsinə müraciət etdiyini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli mənzilin 2 otağının Gülnar Kərimovaya və onun övladlarının istifadəsinə verildiyini, yardımçı sahələrin ümumi istifadədə saxlanıldığını, iddiaçının ərizəçilərin razılığını almadan mənzil özəlləşdirməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə mürcaiət etdiyini, bununla da Mənzil Məcəlləsinin 53 və 84-cü maddələrinin tələblərinin pozulduğunu, belə ki, mənzilin ümumi özəlləşdirilməsinin ərizəçilərin razılığı olmadan mümkün olmadığını, mənzilin məhkəmə qaydasında bölündüyünü və ərizəçilərinin istifadə hüququnun tanındığını, mənzilin bölünməsindən sonra ünvan adında dəyişikliyin olmadığını, bundan əlavə icarədar vəfat etdiyindən mənzil üzrə heçkimin üstün hüquqa malik olmadığını, mənzildən istifadə edən şəxslərin bərabər hüquqa malik olduqlarını, bu səbəblə mənzildə yaşayan digər şəxslərin razılığı olmadan ümumi qaydada özəlləşdirilmənin qanunauyğun olmadığını bildirmişdir. Məhkəmə kollehiyasının iclasında iştirak edən ərizəçi Kərimova Gülnar Kamil qızı apellyasiya şikayətini müdafiə etdiyini, özü və övladları ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda olduqlarını və kommunal ödənişləri həyata keçirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qanuni qətnaməsi ilə mübahisəli mənzilin 2 otaq Gülnar Kərimovaya və onun övladlarının istifadəsinə, digər 2 otağın isə iddiaçının istifadəsinə verildiyini yardımçı sahələrin ümumi istifadədə saxlanıldığını və bu bölgüdən sonra ünvanda dəyişiklik edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədiklərini, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərar qəbul ediliyini, orderdə Kərimova Gülnar Kamil qızı və X3 adlarının göstərilmədiyini, özəlləşdirmə zamanı onların razılığının tələb olunmadığını, bu əsasla həmin şəxslərin üçüncü şəxs qismində cəlb olunmasına ehtiyac olmadığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Maddə 8.0. ... Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür; Maddə 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir; 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir; Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir; Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz; Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
ƏSASLANDİRİCİ HİSSƏ:
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı ləğv edilməli və X12 Kamil qızı və X10 üçüncü şəxs qismində cəlb edilməlidirlər. Məhkəmənin qəbul edəcəyi yekun qərarı üçüncü şəxslərin hüquqlarına toxunmadan qəbul edilməsi mümkün olmadıqda həmin şəxslər mütləq məhkəmə icraatına cəlb edilməli və zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Məhkəmə qərarı şəxslərin qanunla qorunan maraqlarına o zaman toxunur ki, cəlb ediləcək şəxsin maraqlarına hər hansı bir təsirin olması ehtimalı mövcud olsun. İnzibati prosessual qanunvericilik üçüncü şəxslərin işə cəlb olunmasını iki əsasla, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda həmin şəxslərin vəsatəti əsasında onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini nəzərdə tutmuşdur. Bu isə o deməkdir ki, qəbul ediləcək məhkəmə qərarı maraqlarına toxunan şəxs özü üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı ərizə müraciət etməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə hazırkı inzibati iş üzrə mübahisəli əmlak olan Bakı şəhəri Azər Manafov küçəsindəki 15/21 nömrəli evin 65 nömrəli mənzilinin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağı ərizəçi G.Kərimovaya və onun övladlarının istifadəsinə verilmiş, yardımçı sahələr (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılmış, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər G.Kərimova və qeyrilərinə qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi ilə müraciət etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə görə isə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə digər sənədlərlə yanaşı mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini əlavə etməlidir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, müvafiq məhkəmə qətanaməsi ilə mülkiyyət hüquqları qeydə alınması tələb olunan daşınmaz əmlaka dair Kərimova Gülnar Kamil qızı və X3 istifadə hüququ müəyyən edildiyinə görə qəbul ediləcək məhkəmə qərarı onların hüquqi statusuna birbaşa təsir etdiyindən və hüquqlarına toxunmadan qərarın qəbul edilməsi mümkün olmadığından onlar, iş üzrə üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Həmçinin, kollegiya İddiaçının müvafiq orderdə Kərimova Gülnar Kamil qızı və X3 adları göstərilmədiyi üçün özəlləşdirmə zamanı onların razılığının tələb olunmadığı və buna görə də həmin şəxslərin üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmaması dəlili ilə bağlı bildirir ki, iddiaçının mülkiyyət hüqununun qeydə alınması tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsi ilə (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) tənzimlənir. İşin hallarından göründüyü kimi müvafiq order 2009-cu il 1 oktyabr tarixinədək verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir) 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı hüquq münasibətlərinə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsi tətbiq edilməlidir. Buna görə də, məhkəmə kollegiyası Kərimova Gülnar Kamil qızı və X3 iş üzrə üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalı olduğunu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin kontekstində yoxlamağı məqsədəuyğun hesab edir. Belə ki, həmin maddədə 2 əsas müəyyən edilmişdir: birincisi - ərizəçi ilə birlikdə hal-hazırda yaşayan, ikincisi isə - həmin mənzil sahəsinə (evə) 18 yaşı tamam olmuş şəxsin hər hansı hüququ olan şəxsin bu barədə razılıq ərizəsinin olmasıdır. Hazırkı halda isə, ərizəçilərin Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzildə hazırda faktiki olaraq yaşaması və qeydiyyatda olması, eyni zamanda mənzilə hüququnun (istifadə hüququnun) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğu işin mübahisəsiz halıdır. Həmçinin kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarında mənzilə dair hüquqların qeydə alınması zamanı yalnız ilkin hüquq müəyyənedici sənədlərdə (order, kirayə müqaviləsi və s.) adları göstərilən şəxslərin razılığının alınması deyil, həmin mənzilə hüququ olan və məzildə yaşayan 18 yaşına çatmış şəxslərin razılıq ərizələrinin verilməsi tələbi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərdən də müəyyən olunduğu kimi, Kərimova Gülnar Kamil qızı və X1 mənzilə hüquqları müəyyən olunmaqla, həmin mənzildə hazırda yaşayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və s. istifadə etməklə həyata keçirməlidirlər.” Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 3322/2022 saylı iş üzrə Kərimova Gülnar Kamil qızı və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidirlər.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDİ:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 3322/2022 saylı iş üzrə Kərimova Gülnar Kamil qızı və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.