Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2851/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı1, iddiaçı X1 və X3 nümayəndəsi X5 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X7, X2 və X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: Maraqlı şəxs MMC) “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 18 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Maraqlı şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına (zəruri cəlbetmə) cəlb edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Bakı şəhəri İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamın iddiaçıların ünvan 3 ünvanında yerləşən əmlakına aid hissədə etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini, həmçinin X7, X5 və X3 da işə iddiaçı qismində cəlb edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamı iddiaçıların ünvan 3 ünvanında yerləşən əmlakına aid hissədə etibarsız hesab edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə sistemə yerləşdirilmişdir. Üçüncü şəxs yenidən məhkəməyə müraciət edərək qərarın surətinin təqdim edilməsini xahiş etmiş, məhkəmə məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışa əsasən qərarın xx.xx.2025-ci il tarixdə elektron kabinetə yüklənməsi barədə məlumat vermiş, həmçinin məhkəmə qərarını əlavə olaraq kağız daşıyıcıda təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Üçüncü şəxs Maraqlı şəxs MMC məhkəmə qərarından apellyasiya şikayəti verməklə yanaşı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar və nümayəndəsi və vəkili ərizənin təmin edilməməsini, apellyasiya şikayətinin mümkünsüz hesab edilərək, icraata qəbul edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Üçüncü şəxs buraxılmış müddət bağlı vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən qərarın qəbul edilməsindən və elektron kabinetdə yerləşdirilməsindən MMC-nin məlumatı olmamışdır. Belə ki, həmin iş MMC-də hüquqşünas vəzifəsində çalışan X4 icraatında olmuşdur. Lakin, xx.xx.2025-ci il tarixli, 11 saylı əmrə əsasən, MMC ilə X9 arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun tərəfindən həmin qərar və onun şikayət verilmə müddəti barədə MMC-yə məlumat verilməmişdir. Əmək müqaviləsinə xitam verildikdən bir müddət sonra, yeni nümayəndə ilə danışıqlar aparılarkən MMC iş barədə məlumatlanmışdır. xx.xx.2025-ci il tarixində isə qərar rəsmi olaraq Bakı İnzibati Məhkəməsində cavandeh tərəfindən təhvil alınmışdır. Məhkəmə kollegiyası isə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, üçüncü şəxs Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində qeyd edilənlər üzürlü hesab edilmədiyindən təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə qərarı MMC-nin hər hansı bir işçisinin deyil, məhz MMC-nin adına olan elektron kabinetə yerləşdirilmişdir. MMC-nin bir işçisinin işdən çıxması hazırki vəsatət üzrə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü hesab edilməsinə əsas vermir. Bundan əlavə ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən də görünür ki, elektron kabinetə nəzarət edən işçi ilə xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, məhkəmə qərarı isə təxminən 2 ay əvvəl xx.xx.2025-ci il tarixdə elektron kabinetə yüklənmişdir. Həmçinin, Məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2362/2022 saylı qərardadında qeyd edilmişdir ki,
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 23.05.22-ci il yəni məhkəmə qərarının cavabdehin elektron kabinetinə yüklənməsi tarixindən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarından üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev