Məhkəmə qərarları › İş №2-1(103)-2853/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2853/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2853/2025 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi vəkil X2 iştirakı ilə iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "mülkiyyət hüququna çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ##.##.1998-ci il tarixli ** nömrəli qərarını və digər hüquqmüəyyənedici sənədləri rəhbər tutmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi "Savalan" yaşayış massivi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinə dair mərhum X1 adına hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək tələbini Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ##.##.1998-ci il tarixli ** nömrəli qərarını və digər hüquqmüəyyənedici sənədləri rəhbər tutmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi "Savalan" yaşayış massivi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinə dair mərhum X1 adına hüququn ölmüş şəxs X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ##.##.1998-ci il tarixli ** nömrəli qərarına əsasən, X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** nömrəli və ## ######## 1991-ci il tarixli *** nömrəli qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. X1 ##.##.2020-ci ildə vəfat etmiş və vərəsə kimi onun ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bakı şəhəri ** saylı Notariat Ofisinin ## #### 2024-cü il tarixli **** nömrəli məktubla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək X1 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin hüquqmüəyyənedici sənədini (əmlakın ölmüş şəxsə məxsus olması barədə arayış) sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri ** saylı Notariat Ofisinə göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh torpaq sahəsinə çıxarışın verilməsindən əsassız olaraq imtina etmiş və məktubunda bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizənizə qanuna müvafiq şəkildə baxılacaqdır. Imtina tamamilə absurd, qanunsuz və əsassızdır. Belə ki, sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədinin əsli ilə düz olan surətini ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ tabeliyində xxxx MMC təqdim etmişdir. Təqdim olunmuş sənədlərə vurulan möhürdən görünür ki, orada böyük şriftlərə yazılmışdır: "Arxivdə saxlanılan sənədin nüsxəsi ilə eynidir". Bundan başqa, imtinanın digər səbəbi kimi, şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməməsi qeyd olunmuşdur. Halbuki Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ##.##.1998-ci il tarixli ** nömrəli qərarından çıxarışa və ona əlavə edilmiş yerləşmə sxeminə baxılarkən müəyyən olunur ki, X1 Maştağa qəsəbəsi "Savalan" yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və torpaq sahəsinin sxemində torpağın harada yerləşdiyi göstərilmişdir. Cavabdeh iddianı etiraf etməmiş və ##.##.2025-ci il tarixli etirazında bildirmişdir ki, Idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsi şərti göstərilmiş, sahədə hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşir. Həmçinin, torpaq sahəsinin 7 metrlik məsafəsində ləğv olunmuş neft quyusunun olması barədə bazada məlumat mövcuddur. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericilikdə olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Hazırkı iş üzrə torpaq sahəsi üzərində mülkiyyət hüququna dair məxsus olma barədə arayışın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ## #### 1998-ci il tarixli qərarından çıxarışa və təsdiq olunmuş yerləşmə sxeminin mövcudluğuna əsaslanaraq torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun yarandığını iddia edir. Doğrudur ki, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas qismində çıxış edir. Lakin hazırkı mübahisə üzrə iddiaçının təqdim etdiyi həmin qərar iddianın təmini üçün kifayət etmir. Belə ki, məhkəmə araşdırması zamanı Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ## #### 1998-ci il tarixli qərarının və həmin qərarın, eyni zamanda, yerləşmə sxeminin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə aidiyyəti üzrə sorğular verilmiş, lakin nə adı çəkilən sənədlərin, nə də ki həmin sənədlərin verilməsinə əsas olan hər hansı sənədin mövcudluğu nümayəndəliyin özündə, yerli icra hakimiyyəti orqanında, eləcə də arxiv idarəsində aşkar edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş qərar yalnız o zaman mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas qismində çıxış edə bilərdi ki, həmin qərar 2001-ci il ######ın #-dək verilmiş olsun və qərarın verilməsinin əsasında yerli icra hakimiyyətinin qərarı (yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması və ya torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi) olsun. Hazırkı iş üzrə isə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən nə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, nə də ki yerli icra hakimiyyətinin qərarı aşkar olunmamışdır. Əksinə, məhkəmə sorğusuna yerli icra hakimiyyəti orqanının məktubunda göstərilir ki, həmin nümayəndəliyin ümumiyyətlə torpaq ayırma səlahiyyəti mövcud olmamışdır. Halbuki, qanunvericiliyin tələbləri ilə də konkret müəyyən edilir ki, müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar hüququn qeydiyyatı və ya məxsus olma haqqında arayışın verilməsi üçün əsasdır. Torpaq ayırmanı həyata keçirən nümayəndəliyin tabe olduğu yerli icra hakimiyyəti orqanının məktubundan isə müəyyən edilir ki, torpaq sahəsinin bölüşdürülməsi barədə qərar mövcud olmamış, yerli icra hakimiyyəti orqanı məhkəməyə məktubunda həmin nümayəndəliyin torpaq ayırmasının səlahiyyətinin olmadığını da bildirmişdir ki, həmin qərarın arxiv, yerli icra hakimiyyəti orqanı, hətta nümayəndəliyin özündə də aşkar edilməməsi iddianın təminini istisna edən faktiki şərtlər kimi qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, "Məhkəmə və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda, məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2021-cü il tarixli qərarından görünür ki, Maştağa qəsəbəsi üzrə nümayəndəlik tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərara istinadla çıxarışın verilməsindən imtinaya dair cavabdehin mövqeyi qanuni və əsaslı hesab edilmişdir. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarında da oxşar mövqedən çıxış edilmiş, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçıya ayıran orqan Sabunçu RIH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi olmuş, lakin həmin nümayəndəliyə Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən belə bir səlahiyyətin verilməsinə dair sərəncam (qərar) müəyyən edilməmişdir. Sabunçu RIH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarında müvafiq icra hakimiyyətinin sərəncamına (qərarına) istinad edilməməsi də belə bir səlahiyyətin nümayəndəliyə verilməməsinə dəlalət edir. Halbuki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması, səlahiyyəti yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Digər tərəfdən, Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarı da hazırkı iddianın təmin edilməməsinə dair məhkəmə hesab etmişdir ki, dolayı mövqe ifadə edir. Həmin qərardan görünür ki, mülkiyyyət hüququna dair Maştağa qəsəbə XDS IK-nin ## ###### 1993-cü il tarixli qərarından çıxarışa dair müraciət üzrə iddianın təmin edilməli olması qənaətinə gəlinərkən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın 2.2-ci bəndinə görə də rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995ci il ######ın ##-dək qəbul edilmiş qərar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Bu səbəbdən cavabdeh iddiaçının tələbini yuxarıda qeyd edilən "Siyahının" 2.7-ci bəndinə istinad edərək imtina etməkdə haqlı sayıla bilməz. Göründüyü kimi, "Siyahı"nın 2.7-ci bəndində söhbət yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən ayrılmış torpaq sahəsindən gedir. Lakin üzərində hüququn qeydə alınmasının tələb edildiyi torpaq sahəsi (bundan sonra torpaq sahəsi) yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən deyil, Maştağa qəsəbəsi XDS Icraiyyə Komitəsinin ## ###### 1993-cü il tarixli ** nömrəli qərarı ilə ayrılmışdır. Məhkəmə də hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən qərar Maştağa qəsəbə XDS IK-nin qərarı olduğu halda, müraciətin təminindən söhbət gedə bilərdi. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarları da, məhz Maştağa qəsəbə XDS IK-nin qərar qəbul etmək səlahiyyəti ilə əlaqədardır. Lakin iddiaçı tərəfindən təqdim edilən qərar Maştağa qəsəbə XDS IK-nin qərarı yox, Nümayəndəliyin qərarıdır ki, Nümayəndəliyin də qərar qəbul etməkdə hansı halda səlahiyyətli olması yuxarıda aydın şəkildə müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı inzibati orqan tərəfindən bərabər rəftara məruz qalmamasına, inzibati praktikada fərqli davranmağa istinad edir ki, məhkəmə bununla bağlı xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, oxşar bir-neçə sənədlə cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, hər bir halda həmin hərəkətlərin onun daimi praktikasına keçirməsi anlamına gəlməməkdədir. Digər tərəfdən, hər bir halda qonşu və ətraf ərazidə mülkiyyət hüququnun oxşar sənədlə qeydiyyata alması məhkəmənin hazırkı iddianı da işin yuxarıda göstərilən mühim hallarını nəzərə almadan təmin etməsi anlamına gəlməməkdədir. Belə ki, qanunsuz inzibati praktika, həmin praktikanın məhkəmə qaydasında da davam etməsi üçün əsas deyildir. Məhkəmə qeyd etmişdir ki, hüquqmüəyyənedici sənədin mövcud olmaması müəyyən edildiyindən imtinanın digər əsaslarının araşdırılması zərurətini aradan qaldırmışdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinə hər hansı hüquq mövcud deyildirsə, onun hasarlanması, sovxoz və ya başqa ərazidə yerləşməsi, neft quyusunu yanında, üstündə ətrafında və s. olması hər hansı əhəmiyyət daşımır. Hər bir halda torpaq sahəsinə hüququn mövcudluğundan söhbət gedə bilməz. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənədinin əsli ilə düz olan surətini iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ tabeliyində Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC təqdim etmişdir. Təqdim olunmuş sənədlərə vurulan möhürdən görünür ki, orada böyük şriftlərə yazılmışdır: "Arxivdə saxlanılan sənədin nüsxəsi ilə eynidir". Bundan başqa, Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ##.##.1998-ci il tarixli ** nömrəli qərarından çıxarışa və ona əlavə edilmiş yerləşmə sxeminə baxılarkən müəyyən olunur ki, X1 Maştağa qəsəbəsi "Savalan" yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və torpaq sahəsinin sxemində torpağın harada yerləşdiyi göstərilmişdir. Məhkəmə əsassız olaraq qeyd etmişdir ki, "Siyahı"nın 2.7-ci bəndində söhbət yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən ayrılmış torpaq sahəsindən gedir, lakin üzərində hüququn qeydə alınmasının tələb edildiyi torpaq sahəsi (bundan sonra torpaq sahəsi) yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən deyil, Maştağa qəsəbəsi XDS Icraiyyə Komitəsinin ## ###### 1993-cü il tarixli ** nömrəli qərarı ilə ayrılmışdır. Bildiririk ki, bu tamamilə əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi Sabunçu RIH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının qərarı ilə ayrılmışdır. ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.7-ci bəndinə əsasən, aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlar daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsasdır. Daha sonra məhkəmə qeyd etmişdir ki, "digər tərəfdən iddiaçı inzibati orqan tərəfindən bərabər rəftara məruz qalmamasına, inzibati praktikada fərqli davranmağa istinad edir ki, məhkəmə bununla bağlı xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, oxşar bir-neçə sənədlə cavabdehin mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması, hər bir halda həmin hərəkətlərin onun daimi praktikasına keçirməsi anlamına gəlməməkdədir. Digər tərəfdən hər bir halda qonşu və ətraf ərazidə mülkiyyət hüququnun oxşar sənədlə qeydiyyata alması məhkəmənin hazırkı iddianı da işin yuxarıda göstərilən mühim hallarını nəzərə almadan təmin etməsi anlamına gəlməməkdədir. Belə ki, qanunsuz inzibati praktika, həmin praktikanın məhkəmə qaydasında da davam etməsi üçün əsas deyildir". Bu tamamilə absurd və əsassız yanaşmadır. Belə ki, həmin ərazidə başqa Azərbaycan vətəndaşları eyni vəziyyətdə çıxarış alıblarsa və bizə çıxarış və hüquqların dövlət qeydiyyatına alınması üçün arayış verilməsi bu çox ciddi ayrı seçkilikdir. Belə ki, iş materiallarına əlavə etdiyim çıxarış, plan və ölçülərdən görünür ki, düz qonşuluğumdakı şəxslər torpaqlarına çıxarış alıblar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəs qanun qarşısında bərabərdir. Cavabdeh orqan onlara çıxarış veribsə, bizə də çıxarış (arayış) verməlidir. Qonşuluğumda 3 nəfər çıxarış almışdır: 1) ************ reyestr nömrəli çıxarış 2) ************ reyestr nömrəli çıxarış 3) ************ reyestr nömrəli çıxarış. X7, X3, X4. Iş materiallarından görünür ki, çoxsaylı mötəbər dəlillər (sübutlar) təqdim etməyimizə baxmayaraq birinci instansiya məhkəməsi tamamilə əsassız olaraq iddiamızı rədd etmişdir. Iş materiallarına əlavə etdiyimiz ##.##.2024-cü il tarixli **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarıdır. Bundan başqa, cavabdeh etirazında qeyd etmişdir ki, torpaq sahəsi X14 Sovxozunun ərazisində yerləşir, 7 metrlik məsafəsində ləğv olunmuş neft quyusunun olması barədə məlumat mövcuddur. Cavabdeh müvafiq icra nümayəndəliyinin səlahiyyətinin olmamasına istinad etməmiş, cavabdeh tərəfindən bu məsələ mübahisələndirilməmişdir. Imtina məktubunda da tamamilə başqa əsassız bir nüansa görə vətəndaşın müraciətindən imtina olunmuşdur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına əsasən, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. IŞIN HALLARI: Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı Maştağa qəsəbəsi üzrə nümayəndəliyin aparatının * nömrəli ## #### 1998-ci il tarixli qərarını və digər hüquqmüəyyənedici sənədləri rəhbər tutmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun X1 məxsus olması haqqında arayışın verilməsini cavabdehdən xahiş etsə də, cavabdeh tərəfindən imtina verilmişdir. Işdə olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər surətdir, qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə müvafiq olaraq baxılacaqdır. Işdə olan Maştağa qəsəbəsi üzrə nümayəndəliyin aparatının qərarından çıxarışda qeyd edilmişdir ki, F.Hüseynova 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılır. Həmin qərarda Nazirlər Kabinetinin ## ######## 1991-ci il tarixli və ## ### 1991-ci il tarixli qərarlarına istinad edilmişdir. Işdə olan Bakı Şəhər Icra Hakimiyyətinin məktubundan görünür ki, Nümayəndəliyin sənədləri arxivdə aşkar edilməmişdir. Maştağa qəsəbəsi Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin məktubundan görünür ki, ## #### 1998-ci il tarixli * nömrəli iddiaçı tərəfindən istinad edilən qərar aşkar edilməmişdir. Dövlət Arxivinin Bakı Filialının məktubundan görünür ki, Nümayəndəliyin arxiv sənədləri Filiala təhvil verilməmişdir. Işdə olan Sabunçu Rayon Icra Hakimiyyətinin məktubundan görünür ki, Nümayəndəliyin torpaq sahəsi ayrılma səlahiyyəti olmamışdır. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 7-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.

"Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Iddiaçının hüquqi marağı və iddia tələbi Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə ayrılmış və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi "Savalan" yaşayış massivində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinə hüququn mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi hazırkı işə baxdığı zaman iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.7-ci bəndinə istinad etmişdir. Həmin bəndin ##.##.2025-ci ilədək qüvvədə olmuş redaksiyasına görə, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edilirdi. Birinci instansiya məhkəməsi iddia tələbini göstərilən norma baxımından qiymətləndirərək qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ## #### 1998-ci il tarixli qərarı, yerləşmə sxemi və həmin sənədlərin verilməsinə əsas olan hər hansı sənədin mövcudluğu nümayəndəliyin özündə, yerli icra hakimiyyəti orqanında, eləcə də arxiv idarəsində aşkar edilməmişdir, əksinə, yerli icra hakimiyyəti orqanı bildirmişdir ki, nümayəndəliyin torpaq ayırma səlahiyyəti mövcud olmamışdır. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2025-ci il tarixli *** nömrəli Fərmanı ilə ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.7-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: "2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar;" Göründüyü kimi, bəndin əvvəlki redaksiyasından fərqli olaraq, yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən ## ###### 2001-ci ilədək qəbul edilmiş qərarlar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilməyə başlanmışdır. Lakin bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin ##.##.2025-ci il tarixli *** nömrəli Fərmanı ilə "“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin HYPERLINK "https://e-qanun.az/framework/29097" \o "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı" \t "_blank" 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına aşağıdakı məzmunda 7-ci hissə əlavə edilmişdir: “7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.” Göründüyü kimi, Fərmanda edilmiş dəyişikliyə görə, Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması o halda həyata keçirilə bilər ki, milli arxiv fondunda həmin sənədlərin əsası mövcud olsun. Iddia ərizəsindən müəyyən edilir ki, iddiaçının istinad etdiyi torpaq sahəsinin ayrılması barədə qərar onun özündə yoxdur. O, həmin sənədin surətini Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edərək cavabdehə təqdim etmişdir. Lakin həmin sənəd Bakı Şəhər Icra Hakimiyyətinin arxivində, Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin arxivində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında aşkar edilməmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi sənəd "“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01. HYPERLINK "https://e-qanun.az/framework/29097" \o "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı" \t "_blank" 2015-ci il tarixli *** nömrəli Fərmanının 7-ci hissəsinin tələblərinə cavab vermir, bu səbəbdən də həmin sənəd üzrə hüququn dövlət qeydiyyatına alınması həyata keçirilə bilməz. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qonşuluqda olan X7, X3 və X4 adlı şəxslərə cavabdeh tərəfindən reyestrdən çıxarış verildiyini və bu səbəbdən onun da tələbinin təmin edilməli olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək həmin şəxsərə aid işlər və iddiaçıya aid iş üzrə mühüm faktiki hallarda hansı fərqlərin mövcud olması barədə məlumat tələb olunsa da, cavabdeh məhkəməyə bu barədə məlumat verməmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədin milli arxiv fondunda əsası olmadığına görə məhkəmə kollegiyası sadalanan şəxslərin adlarına aparılmış qeydiyyatın hazırkı iddianın həllinə təsir etmədiyi qənaətinə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz qərarını başqa əsaslarla əsaslandırsa da, gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgündür. Belə olan halda, formal mülahizələrə görə ləğv edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdehin iddiaya etirazında göstərdiyi digər dəlillər, yəni sahədə hasarlanma və mərzçəkmə işlərinin aparılmadığının müəyyən edilməsi, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşməsi, torpaq sahəsinin 7 metrlik məsafəsində ləğv olunmuş neft quyusunun olması barədə bazada məlumatın mövcud olması ilə bağlı isə kollegiya qeyd edir ki, sahədə hasarlanma və mərzçəkmə işlərinin aparılmamasının hazırkı işin həllinə təsiri yoxdur, digər dəlillərlə bağlı isə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, kollegiya qərara gəldi ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar