Məhkəmə qərarları › İş №2-1(103)-2854/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2854/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2854/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 15 yanvar 2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. Hərbi biletin və əmək kitabçasının surətindən görünür ki, 15 noyabr 1980-ci il tarixdən 30 oktyabr 1982-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 15 noyabr 1983-cü il tarixdən 08 iyul 1985-ci il tarixinə kimi Spitak “Liftqayırma” zavodunda əmək fəaliyyətinə başlayaraq çalışmış, 02 oktyabr 1985-ci il tarixdən 28 avqust 1989-cu il tarixinədək “Bakı Dərin Özüllər Zavodu”nda elektrod çeşidləyicisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 13 iyun 1988-ci il tarixdən 29 dekabr 1990-ci il tarixinə kimi həmin zavodda elektrod istehsalı üyüdücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 02 yanvar 1991 -ci il tarixdən 30 iyun 2003-cü il tarixinədək “Şelflayihətikinti” İstehsalat Birliyində (Bakı Dərin Özüllər Zavodu) üyüdücü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 16 noyabr 2003-cü il tarixdən 31 oktyabr 2004-cü il tarixinədək “X1” şirkətində fəhlə vəzifəsində, 01 noyabr 2004-cü il tarixdən 12 fevral 2007-ci il tarixinədək “Caspian Ofşore fabrikators” şirkətində fəhlə vəzifəsində, 01 mart 2007-ci il tarixindən 12 fevral 2008-ci il tarixinədək Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda qaynaq çubuqları (elektrod) briketləyicisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində işləmiş bundan sonra həmin zavodda müxtəlif vəzifələrdə işləyərək 29 avqust 2017-ci il tarixinə kimi əmək fəaliyyətini davam etdirmişdir. Beləliklə, 29 avqust 2017-ci il tarixinə kimi ümumi iş stajı 37 il 8 ay 4 gün təşkil etmiş, həmin staj illərindən 19 il 4 ay 12 gün müddətini hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla da, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də, 60 yaşına çatdığı 15 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Göstərilənləri nəzərə alaraq, ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinin tələblərinə müvafiq olaraq 60 yaşı tamam olduğu 15 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavavdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.1962-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir.

4. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2654/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 777/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2654/2023 saylı qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayət qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi 15 noyabr 1983-cü il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin inzibati icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 13 mart 2018-ci il tarixli və 19 iyun 2020-ci il tarixli arayışları sadəcə arxiv arayışı olub, məzmunu etibarilə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını müəyyən etməyə imkan vermir. Belə ki, qeyd olunan arayışda iddiaçının zərərli və ağır əmək şəraitinə görə 16% və 12% əlavə əməkhaqqı aldığı qeyd edilsə də, işlədiyi sahə, peşə və vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin bildirilmişdir ki, Heydər Əliyev adına adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış 20 iyul 2022-ci il tarixli məktubda iddiaçının zavodun zərərli istehsal sahəsi hesab olunan “Qaynaq çubuqlarının istehsalı sexi”ndə “üyüdücü”, “xırdalayıcı”, “briketləyici” peşələrində işlədiyi, NK-nın xx.xx.2002-ci il tarixli 137 Ns-li qərarına əsasən tarif maaşının uyğun olaraq 16% və 12% əlavə əməkhaqqı ödənildiyi, lakin “Qaynaq çubuqlarının istehsalı” sahəsi üzrə “üyüdücü”, “xırdalayıcı”, “briketləyici” peşələrinin NK-nın 21 iyun 1993-cü il və 23 yanvar 2007-ci il tarixli qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi 06 yanvar 2023-cü il tarixli məktubun məzmununu ətraflı və düzgün tədqiq etməmiş, sahə uyğunsuzluğunu nəzərə almamış, məktubda mötəbər sübut növü kimi müvafiq sahə üzrə mütəxəssis rəyinin alınmasının işin düzgün həlli üçün əhəmiyyətli olacağı qeyd edilsə də, müvafiq rəyi almamış, iddiaçının güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyini mötəbər qaydada müəyyən etməmiş, 06 yanvar 2023-cü il tarixli məktubu 20 iyul 2022-ci il tarixli məktubla müqayisəli təhlil etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının pensiya yaşına çatdığı tarixi düzgün müəyyənləşdirməmiş, iddiaçıya xx.xx.1962-ci il tarixdən müvafiq pensiya təyin edilməsini qərar almışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Cavadova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İş materiallarından görünür ki, iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

11. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, 15 noyabr 1980-ci ildən 30 oktyabr 1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur

12. İddiaçıya məxsus ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən müəyyən edilmişdir ki, xx.xx.1983-cü il tarixdən, xx.xx.19985-ci il tarixədək Spitak “Liftqayırma” zavodunda çalışmış, Bakı Stasionar Dərinlik Özülləri zavodunun 20 nömrəli sexinə xx.xx.1985-ci il tarixindən 3-cü dərəcəli çeşidləyici peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdən 20 nömrəli sexə 3cü dərəcəli üyüdücü (drobilşik) peşəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdən 4-cü dərəcəli üyüdücü peşəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdən “Qaynaq” X5 köçürmə yolu ilə işdən azad edilmiş, “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin “Qaynaq” X5 xx.xx.1991-ci il tarixdən 4-cü dərəcəli üyüdücü peşəsinə işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdən 5-ci dərəcəli üyüdücü dərəcəsi verilmişdir. xx.xx.2003-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2003-cü il tarixdə X2 TNK 3-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2004-cü il tarixdə “X7” MMC-yə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə 3-cü dərəcəli fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci iltarixdə işdən azad edilmiş, xx.xx.2007-ci il tarixdə Heydər Əliyev adına Bakı Dərin Özüllər X6 İstehsalı sexinə 3-cü dərəcəli briketləyici peşəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdən 3-cü dərəcəli əridici peşəsinə keçirilmiş, xx.xx.2008-ci iltarixdən 5-ci dərəcəli örtük komponentlərinin xırdalayıcı peşəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdən qaynaq çubuqları istehsalı sahəsinə örtük komponentlərinin xırdalayıcı peşəsinə keçirlmiş, xx.xx.2013-cü il tarixdən işdən azad edilmiş, xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də örtük komponentlərinin xırdalayıcısı peşəsinə işə qəbul edilmiş xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2015-ci il tarixdə "xxxx" Birgə Müəssisəsinə qaynaqçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

13. Heydər Əliyev adına Bakı Dərin Özülləri Zavodu tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli arayışa əsasən İddiaçı Bakı Stasionar Dərinlik özülləri zavodunun 20 №-li sexinə xx.xx.1985-ci il tarixindən 3-cü dərəcəli çeşidləyici peşəsinə işə qəbul edilib. (Əsas: xx.xx.1985-ci il tarixli 164/K saylı əmr). xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinə qədər 20 №-li sexdə üyüdücü peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 16% əlavə əmək haqqı almışdır. xx.xx.1991-ci il tarixindən xx.xx.2003-cü il tarixinə qədər “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin “Qaynaq” X4 üyüdücü peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 16% əlavə əmək haqqı almışdır. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi Heydər Əliyev adına Bakı Dərin Özüllər X6 istehsalı sexində briketləyici peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 12% əlavə əmək haqqı almışdır. xx.xx.2008-ci il tarixindən xx.xx.2013-cü il tarixinə qədər Qaynaq çubuqları istehsalı sahəsinə örtük komponentlərinin xırdalayıcı peşəsində, zərərli və ağır əmək şəraitinə görə 12% əlavə əmək haqqı almışdır.

14. xx.xx.2024-cü il tarixli 3-17-1/2-153732/2024 №-li məhkəmənin sorğusuna cavab məktubuna əsasən İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmyan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixinə ona münasibətdə 48960,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 54793,57 manat təşkil etməsi göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Cavabdeh tərəfindən iddiaçının ümumi stajı mübahisələndirilməsə də, məhkəmə kollegiyası iş materiallarında olan əmək kitabçasına əsasən qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixə 25 ildən çox ümumi stajı vardır.

16. Cavabdeh tərəfindən mübahisələndirilən hal odur ki, iddiaçının xx.xx.1988xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır.

17. Lakin, iş materiallarında olan iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubundan görünür ki, İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı üzrə aşağıdakı peşə funksiyaları ilə eynilik təşkil edir: “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760).

18. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Heydər Əliyev adına Bakı Dərin özüllər zavoduna sorğu verilmiş, sorğuya cavab olaraq məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 14-2-8/2-122/2023 nömrəli məktubda aşağıdakılar qeyd edilmişdir: - İddiaçının işləmiş olduğu peşələr respublikada nadir peşələrdən olmuş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 Ns-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan İşlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 N-li Siyahısında zavodda aparılan istehsal sahəsi üzrə “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinə daxil edilməmişdir.

19. Halbuki eyni istehsal sahəsi ilə məşğul olan keçmiş sovet ittifaqında fəaliyyət göstərən müəssiələrdə eyni peşələrin adları yaşa görə güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa imkan verən müvafiq siyahılara daxil edilmiş, bu gün də MDB ölkələrində bəhs edilən müvafiq siyahılarda mövcud olmaqda davam etməkdədir. (SSRİ Nazirlər Kabinetinin “Güzəştli pensiya təminatı hüququ verən istehsalat, iş, peşə, vəzifə və göstəricilərin siyahısı”ının təsdiq edilməsi haqqında xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarından çıxarış və Qazaxstan Respublikası Hökumətinin xx.xx.1999-cu il tarixli 1930 nömrəli qərarından çıxarış məktuba əlavə olunur).

20. Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təqdim etdiyi xx.xx.2022ci il tarixli, SOCAR**********30480092X00014 nömrəli məktubda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli və qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİ bölməsində “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsal sahəsi üzrə güzəştli pensiya hüququ verən peşələrin siyahısına daxil edilməməsi faktına istinad edilmişdir.

21. Eyni zamanda, faktiki olaraq ARDNŞ-nin xx.xx.2008-ci il tarixli 136 saylı əmrinə uyğun olaraq Əmək şəraiti normalarının işlənməsi idarəsi tərəfindən iddiaçının işləmiş olduğu Qaynaq çubuqlarının istehsalı sexində iş yerinin də attestasiyası aparılmış, attestasiyanın nəticələrinə görə onun işlədiyi peşələr əmək şəraiti ağır və zərərli, xüsusi ilə ağır və xüsusi ilə zərəli peşə və vəzifələrin siyahısına daxil edilmiş, zavodun xx.xx.2010cu il tarixli, 325/İ nömrəli əmri ilə Əmək şəraitinə görə vəzifə maaşına artım əmsalı 1.12 müəyyən edilmişdir.

22. Məlum olduğu kimi, 1.12 əmsalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il 137 N-li qərarına uyğun olaraq əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin yuxarı səviyyəsi üçün müəyyən olunmuşdur.

23. Qeyd olunanlara əsasən İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələrinin adlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993cü il tarixli, 320 nömrəli və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 Ns-li Siyahısı üzrə “Metal məmulatların istehsalı” adlı Vİ böməsinin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:2Q702000) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyicilər'! (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760) peşələri ilə uyğunluq təşkil etməsi qeyd olunmuşdur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.

25. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

26. İş materiallarından müəyyən edilir ki, iddiaçının işlədiyi SOCAR-ın Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələri işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmasada, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993cü il tarixli, 320 nömrəli və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə “Metal məmulatların istehsalı” adlı Vİ bölməsinin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:2Q702000) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyicilər” (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760) peşələri ilə uyğunluq təşkil edir.

27. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. 28.Məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərarında iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin təmin olunmasını yoxlanılması barədə göstərişinə(qeydinə) münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 3-17-1/2-153732/2024 №-li məhkəmənin sorğusuna cavab məktubuna əsasən İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmyan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixinə ona münasibətdə 48960,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 54793,57 manat təşkil etməsi göstərilmişdir.

29. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddiaçının pensiya yaşına çatdığı tarixi düzgün müəyyənləşdirmədiyini, iddiaçıya xx.xx.1962-ci il tarixdən müvafiq pensiya təyin edilməsi barədə göstərdiyi dəlilə münasibətdə qeyd edir ki, “xx.xx.2022-ci il” əvəzinə texniki səhv nəticəsində “xx.xx.1962-ci il” ifadəsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu texniki səhv aradan qaldırılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tarixinə düzəliş edilməlidir. 30.Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 32.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 33.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, həmin qərarın nəticə hissəsində qeyd edilən “xx.xx.1962-ci il” ifadəsi “xx.xx.2022-ci il” ifadəsi ilə əvəz edilərək dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar