Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2855/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə qəbul edilmə tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1590/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1590/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə poçt vasitəsilə apellyasiya şikayəti göndərərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyi nəzərə alınaraq, hazırkı günə, yəni, xx.xx.2023-cü il tarixinə mümkünlük iclası təyin edilmiş və bu barədə cavabdeh və iddiaçı məhkəmə bildiriş verilməklə məlumatlandırılmışlar. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh, habelə iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı, cavabdehə poçt vasitəsilə məhkəmənin 24 fevral 2023-cü il tarixli məktubu ilə göndərilmiş və xx.xx.2023-cü il tarixində sonuncu həmin qərarı almışdır (poçt xəbərnaməsinin ştrix kodu: SS844536806AZ. İş vərəqi 57). İPM-in 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Tədqiq olunan poçt xəbərnaməsindən və işə əlavə olunmuş cavabdehin apellyasiya şikayətinə və həmin şikayətin göndərildiyi “Operativ express” kuryer xidmətinin 000291 saylı qəbul-çatdırma qəbzindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını cavabdeh xx.xx.2023-cü il tarixində aldığı halda, həmin qərardan apellyasiya şikayətini məhkəməyə kuryer daşıma xidməti vasitəsilə xx.xx.2023cü il tarixində göndərmişdir. Göründüyü kimi, qanunla müəyyən edilən 30 günlük apellyasiya şikayəti vermə müddəti xx.xx.2023-cü il tarixdə tamamlandığı halda, 42 gün sonra vermişdir. Yəni, İPM-in 85.1-ci maddəsi ilə müəyyyən olunan şikayət vermə müddəti ötürılmüş və həmin müddətin ötürülməsinin üzürlü səbəbləri barədə isə məhkəməyə əsaslanıdırılmış məlumat və sübutlar verməmişdir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən olunmur. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apllyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş Bakı şəhəri Cavabdehnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2855/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2855/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver