Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2857/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Üçüncü şəxslər X16 və X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC, X16, X19, X20, Heybətova (Ağarzayeva) Bəsti Ağarza qızı, X6) qarşı qeydiyyatın ləğv edilməsi və s. tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-234/2021 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) və 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatların; X11 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 06.06.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatın qanunsuz sayılmaqla ləğv edilməsi; cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və X11 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-234/2021 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX ******* nömrəli, 30.01.2016-cı il tarixli çıxarışa əsasən, Bakı şəhəri. Sabunçu rayonu. Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən, 0.12 ha-dan ibarət olan torpaq sahəsi hal-hazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının "Vət.X13ma fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 03.02.1995-ci il tarixli, 135 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi. Hüseynbala Əliyev küçəsində 1200 kv.m torpaq sahəsində yaşayış evinin tikintisi üçün sonuncuya verilmiş və AR DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən reyestr kitabı 24561, JN 28892 D, 03.04.2006-cı il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X9 məxsus olmuşdur. Torpaq sahəsi 12.04.2016-cı il tarixli, AN-İ ******* saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Heybətova (Ağarzayeva) Bəsti Ağarza qızı tərəfindən X7ma satılmış, sonradan da sonuncu tərəfindən hazırki mülkiyyətçiyə, yəni iddiaçıya bağışlanılmışıdır. İddiaçı iş üzrə üçüncü şəxslərdən daha əvvəl torpaq sahəsinə dair çıxarışa malik olmuş, hətta torpaq sahəsindəki yarımçıq tikili də məhz onun tərəfindən inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli 12.04.2006-cı il tarixli Dşınmaz Əmlakın alqı-satqı Müqaviləsinə əsasən X2 Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri şöbəsi tərəfindən 12.04.2006-cı ildə verilmiş 12605 №-li arayışa əsasən Bakı şəhəri, Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindəki 0,12 hektar torpaq sahəsini X1. İş materiallarından görünür ki, 25.01.2016-cı il tarixli Daşınmaz Əmlakın bağışlanması Müqaviləsinə əsasən X6 Bakı şəhəri, Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindəki 0,12 hektar torpaq sahəsini İddiaçı hədiyyə etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.01.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindəki 0,12 hektar torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 03.03.2020-ci il tarixli məktubla bildirmişdir ki, X3 və İddiaçı adlarına torpaq sahəsinin plan və ölçüsü aşkar edilməmişdir, X.Q.İsmayılovanın adına verilmiş çıxarış isə İdarənin arxivində saxlanılmamışdır. İş materiallarında olan 12.06.2020-ci il tarixli Yerində müayinə protokolundan görünür ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi H.Əliyev küçəsində yerləşən) X12 mülkiyyətində olan torpaq sahəsi (eyni ünvan adı ilə qeydiyyatdan keçən) tamamilə ayrı-ayrı yerlərdədir. Həmçinin, mühəndisin şifahi qaydada verdiyi məlumata əsasən iki torpaq sahələri arasında olan məsafə 2 kilometrdən çoxdur. X12 mülkiyyətində olan torpaq (eyni ünvan adı ilə qeydiyyatdan keçən) sahəsinə baxış keçirilən zaman müəyyən edildi ki, torpaq sahəsi dənizə tərəf olan hissədən hasarlanmışdır. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2828 nömrəli 05.04.2021-ci il tarixli Eskpert rəyində göstərilmişdir: “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə mülkiyyətə verilmiş torpaq sahəsinin yerinin “sxem”lərinin koordinatlarının olmaması, eləcə də sözügedən sxemlərə əsasən naturada ərazini tapmağın mümkün olmaması səbəbindən, JN-26733D saylı şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin, X17 Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən reyestr kitabı 24561, JN 28892D, KOD 00500066 olan 03.04.2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9 məxsus olmuş 0,12 ha torpaq sahəsinin və X17 Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən reyestr kitabı 25403 D, KOD 00500066 seriyalı, qeydiyyat kitabında 21928 nömrə ilə qeyd edilmiş, 20.10.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 məxsus olmuş 0,12 ha torpaq sahəsinin yerləşmə yerinin harada olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı adına verilmiş seriya ******* saylı, 30.01.2016-cı il tarixli çıxarışın əlavəsi olan plan-ölçü sənədini təqdim edilməməsi səbəbindən həmin 0.12 ha torpaq sahəsinin yerləşmə yerinin harada olmasını müəyyən etmək mümkün olmamışdır.” Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2828 nömrəli 05.04.2021-ci il tarixli Eskpert rəyində göstərilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş, koordinatları müəyyən edilmiş torpaq sahəsinə, X8 adına sahəsi 0,12 hektar reyestr nömrəsi **********63, X10 adına sahəsi 0,12 hektar reyestr nömrəsi **********01, Səfərov Eldar əhmən oğlunun adına sahəsi 0,12 hekatr sahəsi reyestr nömrəsi **********80, X8 adına (ikinci) sahəsi 0,12 hektar reyestr nömrəsi **********20 olan çıxarışlar verilərək mülkiyyət hüquqları qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini müəyyən etməlidirlər. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də öhdəliyin icrasına dair iddialar üzrə əvvəlcədən aidiyyəti inzibati orqana müraciət edilmiş olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən şərt hazırki inzibati iş üzrə irəli sürülən iddia tələbinin mümkünlüyünə münasibətdə ödənilmir və aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı inzibati iş üzrə iddia tələbi üç hissədən ibarətdir: -cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) və 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatların; X11 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən göstərdiyi torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 06.06.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatın qanunsuz sayılmaqla ləğv edilməsi; -cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və X11 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi; -Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. İş materiallarından isə görünür ki, hazırki iş üzrə iddiaçının inzibati orqana yeganə müraciəti iddia tələbinin üçüncü hissəsi - mübahisəli torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək verilməsi barədə olmuşdur. Belə ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazın mətnində də qeyd edilmişdir ki, iddiaçı orqana müraciətində mübahisəli torpaq sahəsinin nə vaxt, hansı əsaslarla, kimlərin mülkiyyətinə keçdiyi barədə məlumatların, müvafiq sənədlərin ona verilməsini və torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya hazırki iddia tələbinin yalnız üçüncü hissəsinə münasibətdə imtina cavabı verilmişdir. Digər şəxslərin adına aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğvi ilə bağı İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı ilkin müraciəti olmamışdır. İddiaçının arzuladığı hüquqi nəticəyə - torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək verilməsinə nail olması isə üçüncü şəxslərin adlarına aparılmış müvafiq qeydiyyatların ləğvindən asılıdır. Belə ki, iddianın üçüncü hissəsində qeyd olunan tələb, yəni “mübahisəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilərək iddiaçıya verilməsi”, iddianın birinci hissəsinə aid olan “X8 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) və 27.05.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatların; X11 adına Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən göstərdiyi torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə aparılmış 06.06.2017-ci il tarixli (RX seriyalı ******* saylı çıxarış) qeydiyyatın qanunsuz sayılmaqla ləğv edilməsi” və ikinci hissəsinə aid olan “X8 adına verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və X11 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi” tələblərindən asılı olmaqla, həmin tələblərlə də, iddiaçının cavabdeh inzibati orqana ilkin müraciətinin olmaması iş materialları ilə öz təsdiqini tapır. Beləliklə işin sadalalanan hallarından görünür ki, iddia tələbinin mümkün sayılmasının şərtlərindən biri olan cavabdeh inzibati orqana ilkin müraciətin olması hazırki iş üzrə iddia tələbinin birinci və ikinci hissələrinə münasibətdə ödənilmədiyindən, üçüncü tələb isə həmin tələblərin nəticəsindən asılı olduğundan iddia tələbinin mümkün sayılmamasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Faiq qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 1(112)-234/2021 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: İlham Kərimli Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2857/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2857/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver