Məhkəmə qərarları › İş №2-1(103)-2857/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2857/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2857/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.

2. İddiaçı 23 il 10 ay 10 gün Azərbaycan Respublikasının gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmiş və 19 aprel 2014-cü il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illəri nəzərə alınaraq onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Həmin dövrdən ona “X7” Qanunun 7 və 20-ci maddələri rəhbər tutularaq, yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı pensiyanın məbləği onun gömrük orqanlarında 23 il xidmət dövrü nəzərə alınaraq, xidmət illərinə görə hər ilə 3% əlavə, yəni xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59% hesablanmaqla aparılmışdır.

3. İddiaçı bununla razılaşmamış və bir müddət sonra, yəni 23 iyul 2019-cu il tarixdə DSMF orqanına müraciət edərək, onun əmək pensiyasının əlavə 10 ay 10 gün iş stajı və həmin dövrə görə illik 3%-in mütənasib məbləği nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir.

4. İddiaçının ilkin müraciətinə cavab verilməmiş, lakin iddiaçının sonrakı dövrlərdə təkrar müraciətindən sonra onun əmək pensiyasının xidmət illərinə görə əlavəsi təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılmaqla yenidən hesablanmışdır.

5. İddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılan hesablama ilə narazıdır və onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin 10 ay 10 gün staj əlavə olunaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və 12 iyul 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “X7” Qanunun 10cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə hərbi xidmətdən sonra S.M.Kirov adına Maşınqayırma Zavodunda başlamış, 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin Universiteti bitirərək hüquqşünas peşəsinə yiyələnmişdir. Bundan sonra 8 iyul 1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsinə böyük inspektor vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətini həmin İdarədə davam etdirmiş, Komitənin müxtəlif şöbələrində rəis müavini və rəis vəzifələrində çalışmışdır. 19 aprel 2014-cü il tarixdə pensiya hüququnun yaranması ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və ona 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təminat xərcliyinin 59 faizi məbləğindən hesablanmaqla 643,27 manat məbləğində təyin olunmuşdur. Lakin ona pensiya təyin olunarkən 23 il 10 ay 10 gün əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Pensiya hüququ pozulduğundan, cavabdeh təşkilata müraciət edərək əmək stajının 10 ay 10 gününə uyğun olaraq əmək pensiyasına 3 faiz əlavənin hesablanaraq pensiya məbləğinə əlavə olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilatdan bu günədək ona heç bir cavab verilməmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilməməsi (hərəkətsizlik) onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də hesab edir ki, qeyd olunan məsələ məhkəmə qaydasında həll olunmalıdır, əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin pul təminatının 3 faizi miqdarında hesablanaraq, pensiya məbləğinə əlavə edilməlidir. Ona pensiya təyin edilərkən yuxarıda qeyd olunan pensiya məbləğinə əlavənin hesablanmaması belə izah edilmişdir ki, 2014-cü il tarixdə qüvvədə olan “X7” Qanunun 20.14.1-ci maddəsində 20 ildən artıq hər il üçün təminat xərcliyinin 3% miqdarında əlavələrin hesablanması nəzərdə tutulmuşdur. Ona görə də il tamam olmadığı üçün iş stajının 10 ay 10 günü nəzərə alınmamışdır. 2017-ci ildə “X7” Qanunun 20.14.1-ci maddəsinə dəyişiklik olunaraq, maddəyə “il tamam olmadıqda isə natamam illərdəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. İddiaçının pensiya hüququ 2014-cü ildən yarandığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə, Mülki Məcəllənin 7-ci maddəsinə əsasən vəziyyətini yüngülləşdirən norma kimi geriyə qüvvəsi vardır və ona münasibətdə tətbiq edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-215/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 2-1(112)-3050/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014-cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçı X3 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasının xidmət illərinə əlavənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından DSMF orqanının imtinası qanunsuz sayılır. Belə olan halda, həmçinin iddiaçının müvafiq müraciətindən sonra cavabdeh inzibati orqanın onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılmaqla yenidən hesablanması hərəkətləri də qanuna zidd qiymətləndirilir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 iyun 2018ci il tarixli Fərmanı isə, iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunmuşdur və vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi ona münasibətdə tətbiq oluna bilməz.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv olunması və 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ilkin icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-429/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 saylı Fərmanı ilə ləğv edilmişdir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcəkdir.

16. Adı çəkilən sərəncama əsasən 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən edilən faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Hazırkı işdə iddiaçıya inzibati orqan tərəfindən 19 aprel 2014-cü il tarixdən pensiya təyin olunan zaman qüvvədə olan qanunvericiliyin, yəni yuxarıda adı çəkilən Fərmanla təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının inzibati orqan tərəfindən tətbiqi düzgün olmuşdur və bu zaman iddiaçıya münasibətdə “bərabərlik” və “mütənasiblik” prinsipləri pozulmamışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, 2014-cü ilin aprel ayında pensiyaya çıxarkən hesablanmaya 10 ay 10 gün əmək stajına görə əlavələrin iddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşının təminat xərcliyinin 2.58%-i miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat

18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ilin aprel ayında 23 il 10 ay 10 gün əmək stajı ilə pensiyaya çıxarkən ona təminat xərcliyinin 59%-i məbləğində pensiya təyin edilmişdir. Pensiyaya çıxarkən əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. 10 ay 10 gün əmək stajına görə ödənilməli olan məbləğin o, pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşının təminat xərcliyinin 3%-i miqdarında (10 ay 10 gün təqribən bir il kimi hesablanması şərti ilə) hesablanaraq pensiya məbləğinə əlavə edilməsi xahişi ilə ƏƏSMN-in tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə cavab olaraq göndərilmiş məktubda hesablanmayan 10 ay 10 gün əmək stajının da hesablanaraq pensiyanın təminat xərcliyinin 59%-dən 57.66%-ə endirildiyi bildirilir. Əslində pensiya məbləği “X7” Qanunun 20.14.1-ci maddəsinə görə belə hesablanmalı idi: 20 il xidmət ilinə görə 50%, 20 ildən yuxarı hər il üçün təminat xərcliyinin 3%-i miqdarında, 10 ay 10 gün stajı üçün 2.58. Yəni 50% + 3% + 3% + 3% + 2.58% = 61.58% . Pensiya məbləğinin 59%dən 57.66%-ə endirilməsini cavabdeh tərəf ölkə başçısının xx.xx.2018-ci il tarixli 142 saylı Fərmanı ilə təsdiq edilm iş “Pensiyaların hesablanması” Qaydalarının tətbiqini əsas gətirir. İddiaçının 10 ay 10 gün əmək stajının hesablanmaması ilə bağlı hüquqlarının pozulduğu Ədliyyə Nazirliyi tərəfindən verilmiş rəydə də təsdiqlənir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 21(103)-429/2024 №-li qərarında təsviri hissənin tam üç səhifəsi (səh. 2/17-4/17) 2019-cu ildə onun iddia tələbi ilə başlanaraq hər üç məhkəmə instansiyasından keçməklə yekunlaşmış hal-hazırkı mübahisə predmetinə aidiyyəti olmayan bitmiş məhkəmə qərarlarından köçürülmüşdür. Bu prosessual qanunvericiliyin kobud pozuntusudur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəyə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı barədə çıxışında dediklərinin heç birinə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarında münasibət bildirilməməsi onu göstərir ki, təqdim edilmiş sübutlar məhkəmə tərəfindən tam tədqiq edilərək qiymətləndirilməyib. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarını, Ədliyyə Nazirliyi tərəfindən mübahisələndirilən məsələ ilə əlaqədar verdiyi rəyi deyil 2014-cü ildə o, əmək pensiyasına çıxarkən mövcud olmayan, mübahisəli hüquq münasibətləri barədə qərar qəbul edərkən qüvvədə olmayan Prezident Fərmanı ilə təsdiq edilmiş (Sözügedən Fərman ölkə Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) Pensiyaların hesablanması haqqında” Qaydalara və apellyasiya şikayətində həqiqəti əks etdirməyən yanlış məlumatlara istinad etməsi şübhə yaradan məqamlardandır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, 2014-cü ilin aprel ayında pensiyaya çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajına görə əlavələrin iddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşının təminat xərcliyinin 2.58%-i miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-429/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri

20. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin onun pensiyaya çıxarkən tutuduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxslərin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014-cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı inzibati Məhkəməsinin 2-1(116)-7964/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-429/2024 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1266/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edlərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin qərarının əsaslandırma hissəsində qeyd olunmuşdur ki; 42. Beləliklə, iddiaçıya pensiyanın 20 aprel 2014-cü il tarixdə təyin edilməsi işin təkzibolunmaz faktıdır və aydındır ki, o zaman “X7” qanunun 20.14.1-ci maddəsinə nə yeni əlavələr edilmiş, nə də ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı mövcud olmuşdur. 43. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasını rədd edərkən həmin məsələləri diqqətə almamış və araşdırmamış və məhz sözügedən yuxarıda adı çəkilən maddi hüquq normalarının müddəalarına əsaslanaraq, onları geriyə, yəni iddiaçıya 20 aprel 2014-cü il tarixdə pensiya təyin olunduğu zaman şamil etmiş, bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyqun hərəkət etməmişdir. 44. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə cavab olaraq bildirilir ki, İddiaçı əmək pensiyasında hər hansı azalmaya səbəb olan və ya onun hüquqi vəziyyətini ağırlaşdıran hüquqi akt geriyə şamil olunmamışdır. Yəni, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı yalnız sözügedən fərmanın qüvvəyə mindiyi tarixdən sonra onun əmək pensiyasına sonrakı artımlar edilən zaman tətbiq edilmişdir ki, fərmanda da bu nəzərdə tutulmuşdur. Bundan başqa məhkəmə qərarının əsaslandırma hissəsində qeyd olunmuşdur ki: 45. Burada işin önəmli bir halına xüsusi diqqət yetirilməlidir belə ki, məlum olduğu kimi, iddiaçıya 20 aprel 2014-cü il tarixdə pensiya təyin olunduğu zaman, iddiaçının iş stajından 10 ay 10 gün müddəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, nəticə etibarı ilə də ümumi pensiya məbləğinə hesablanmamış və bildirilmişdir ki, “X7” qanunun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. 46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X7” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağada olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. 47. Bununla belə, qeyd edilməlidir ki, “X7” qanunun 20.14.1-ci maddəsinin, 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. Məhkəmənin qeyd olunan mövqeyinə cavab olaraq bildirilir ki, məhkəmənin özünün də qeyd etdiyi kimi, xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. Daha sonraki redaksiyada natamam ildəki iş stajının aylarının da hesablanması nəzərdə tutulsa da, bu 20 ildən əlavə tam iş stajı illərinin və sözügedən natamam iş stajı dövrlərinin 2%-lə hesablanması şərti ilə hesablanır. Yəni, iddiaçının natamam iş stajı illərinin 2%-ə mütanasib deyildə, 3%-ə mütənasib onun əmək pensiyasına yenidən hesablanması qanunvericinin tələblərinin pozulması və yanlış şərh edilməsi deməkdir. Həmçinin yalnız sözügedən maddənin natamam iş stajı aylarının sayına mütənasib olaraq (3%-lə) hesablanması hissəsinin tətbiq edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə görə qanunvericilikdə boşluqlar - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmamasıdır. Həmçinin qanunvericlikdə boşluqların anlayışına baxanda konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması başa düşülür ki, iddiaçıya pensiya təyin olunan zaman qanunvericilikdə həmin münasibətləri təzimləyən hüquq norması mövcud olduğundan, həmçinin bu tənzimləmə iddiaçının istəyinə uyqun gəlmədiyindən hazırki mübahisədə bunu qanunvericlikdə boşluq adlandırmaq qanunvericliyin bu normasından sui-istifadə deməkdir. Bundan başqa məhkəmə qərarının əsaslandırma hissəsində qeyd olunmuşdur ki; 57. Sözügedən bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki is stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli, 15 dekabr 2022- ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyinin bu qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur). 58. Adı çəkilmiş Qaydanın 2.5-ci bənddəki sözügedən müddəa “X7” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamış, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. 59. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Məhkəmənin qeyd olunan mövqeyinə cavab olaraq bildirilir ki, sözügedən müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəasından da göründüyü kimi təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bundan başqa qeyd edirlir ki, əgər məhkəmənin qeyd etdiyi kimi sonrakı artımlarda edilən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilməlidirsə, bu zaman “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama əsasən, 2023-cü il 1 yanvar tarixədək bu qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanması qaydası da xidmət illərinə görə əlavə alan bütün növ əmək pensiyaçılarının vəziyyətini ağırlaşdırır. Lakin bu mövqe tamamən yanlışdır və bu cür qiymətləndirməməlidir. Belə ki, qeyd edilən dəyişiklik cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinə sonrakı artımların faiz dərəcəsidir ki, bu da pensiyaya olunan növbəti artımların yenidən hesablanması deməkdir. Bu isə hesablanma qaydasının dəyişməsi olaraq qəbul edilməli və nəzərə alınmalıdır ki, hesablanma qaydasının dəyişməsi dövlətin sosial sahədə həyata keçirdiyi siyasətdən asılıdır. Bundan əlavə hazırki kateqoriya mübahisələrə dair qeyd edilməlidir ki, Avropa Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı. §61). Konvensiya üzrə razılığa gələn dövlətlər ümumi dövlət siyasətini müəyyən edən sosial və iqtisadi məsələlərdə geniş mülahizə sərbəstliyinə malikdilər (da X1rşı işi üzrə qərardad, § 37; Valkov və digərləri Bolqarıstana qarşı işi üzrə qərar, § 91). Buna səbəb dövlətin öz daxili sosial-iqtisadi vəziyyətini və ehtiyaclarını daha effektiv və səmərəli müəyyən edə bilməsi və bu məqsədlə müvafiq tədbirlərin və proqramların həyata keçirilməsidir. Açıq-aşkar əsassız və ya ağlabatan obyektiv əsaslar olmadıqda Konvensiya razılığa gələn dövlətlərin daxili siyasətlərini müəyyən etmək hüququnu şübhə altına almır. Şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansın və mütənasibliyin olub-olmadığı, xüsusilə də aidiyyəti şəxsin qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmadığı müəyyən edilməlidir (Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 167; Kufaki və Adedi Yunanıstana qarşı işi üzrə qərardad, § 42). Bununla yanaşı qeyd edilir ki, 2023-cü il 1 yanvar tarixədək bu qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Odur ki, hesablama qaydasının dəyişilməsi Konstitusiyanın 149-cu maddəsinin tətbiqi üçün əsas sayılmamalıdır. Ona görə də İddiaçı “iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014-cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-7964/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə və ona əlavəyə etirazların dəlilləri

21. Apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə etiraz onunla əsaslandırılmışdır ki, 2014-cü ildə əmək pensiyasına çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajına görə ödənilməli olan məbləğin hesablanaraq pensiya məbləğinə əlavə edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərdiyi xx.xx.2021-ci il tarixli müraciətə və xx.xx.2021-ci il tarixli xatırlatma məktubuna cavab verilmədiyi üçün xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən göndərilən məktubda pensiyaya çıxarkən təminat xərcliyinin 59%-i ilə hesablanmış pensiya məbləğinin ölkə başçısının xx.xx.2018-ci il tarixli 142 №-li Fərmanı ilə təsdiq edilmiş Qaydaları əsas gətirərək hesablanmayan 10 ay 10 gün əmək stajın da hesablanaraq pensiya məbləğinin təminat xərcliyinin 57,66%-ə endirilməsi barədə məlumat gördükdə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vətəndaşın sosial müdafiəsinə “həssaslıqla” qayğısının şahidi olmamışdır. Mərkəzi Filialın rəhbərliyi 2017-ci ildə qəbul edilmiş Qaydaların Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə zidd olaraq vətəndaşın zərərinə olan dəyişikliyi tətbiq etmək səlahiyyətini haradan mənimsəyibdir. Belə çıxır ki, Mərkəzi Filialın rəhbərliyinin qəbul etdiyi qərar ümümxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyadan üstün hüquqa malikdir. Prezidentin Fərman və Sərəncamlarının layihəsi hüquqi ekspertizadan keçirildikdən və mütəxəsislərin rəyi alındıqdan sonra ölkə başçısının imzasına təqdim olunur. Deməli Prezidentin imzaladığı hər hansı Fərman və Sərəncam Azərbaycan Respublikasında qüvvədə olan qanunlara və Konstitusiyaya zidd ola bilməz. Təqribi hesablamalara görə 2014-cü ildə pensiyaya çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajına görə pensiya məbləğinin artımı 100 manatdan çox deyildir. Təkcə hesablanmayan 10 ay 10 gün əmək stajına görə əmək haqqından (2014-cü ildən sonrakı illər üzrə infilyasiya faizləri nəzərə alınmadan). Məcburi sosial sığorta ödənişlərinin miqdarı 5 min manatdan çoxdur. İddianın təmin edilməsi pensiya məbləğinin təqribən 100 manat artacağı ehtimal olunur. Cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə qərardan apellyasiya şikayəti vermiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə baxaraq, onun konstitusion hüquqlarını pozan qanunsuz və əsassız qərar qəbul edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edilmişdir. Verilmiş kassasiya şiayəti əsasında Azərbaycan Ali Məhkəməsi İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-429/2024 saylı qərarını qanunsuz və əsassız hesab edərək ləğv etmiş, iş yeindən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıdakı hallara görə apellyasiya şikayətinə əlavə qəbul edilməməlidir: Bakı İnzibati Məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilməklə apellyasiya mərhələsi yekunlaşmışdır. Şikayətdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayətinə əlavə kimi qeyd edilsə də, məzmunundan da görünür ki, şikayətin obyekti Ali Məhkəmənin İnzibait Kollegiyasının 2- 1(102)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarıdır. Prosessual qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bu qanuna ziddir. Cavabdehin nümayəndəsi məhkəməyə etdiyi müraciətlərdə tez-tez, yerli-yersiz Avropa Konvensiyasından, Avropa Məhkəməsinin qərarlarından bu işə anoloji olmayan işlərdən sitatlar gətirməklə müraciətinin sanballı görüntüsünü yaratmağa cəhd etsə də özünü arzuolunmaz vəziyyətə salır. Hər hansı avropa ölkəsində vətəndaş pensiyaya çıxarkən əmək stajının səhfən, səhlənkarlıqdan və sair səbəbdən tam hesablanmaması aşkar edilərsə, məhkəmə müstəvisinə çıxarılmamış, inzibati orqan səhvini aradan qaldırar, vətəndaşa əlavə təzminat ödəyib, üzr də istəyər. Hal-hazırda məhkəmə baxışında olan iş üzrə haqsız durumda olan cavabdeh tərəf malik olduğu resurslardan isitfadə etməklə istəyinə nail olmağa çalışır. Bəzən buna nail də olur. Lakin pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəmə tərəfindən obyektiv qərar qəbul ediləcəyinə inanır. Tərəflərin izahatları

22. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətini əsassız edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

25. Maddə 60. İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

26. Maddə 38. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

27. Maddə 149. İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

28. Maddə 1.0. X8 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.9. qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması; 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi;

29. Maddə 8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; 8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; 8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 8.0.4. mütənasiblik; 8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; 8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; 8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi. X7 Azərbaycan Respublikasının Qanunu

30. Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:https://e-qanun.az/framework/11566 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir;https://eqanun.az/framework/11566 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;

31. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.

32. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;

33. Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:http://eqanun.az/framework/47138 20.14.1. (1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.1. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla.

34. Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir.

35. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

36. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

37. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. https://eqanun.az/framework/11566 https://e-qanun.az/framework/11566

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu

38. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

39. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

40. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.

41. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

42. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.

43. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

44. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

45. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

46. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

47. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

48. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

49. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);

50. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.

51. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.

52. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

53. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

54. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

56. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

57. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

58. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

58. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

60. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

61. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.https://eqanun.az/framework/46956

62. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

65. İnzibati işin materiallarından müəyyən olunur ki, iddiaçı X6 23 il 10 ay 10 gün Azərbaycan Respublikasının gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmiş və 19 aprel 2014-cü il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illəri nəzərə alınaraq onun gömrük orqanlarında xidmətinə xitam verilərək həmin dövrdən ona “X7” Qanunun 7 və 20-ci maddələri rəhbər tutularaq, yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı pensiyanın məbləği onun gömrük orqanlarında 23 il xidmət dövrü nəzərə alınaraq, xidmət illərinə görə hər ilə 3% əlavə, yəni xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59% hesablanmaqla aparılmışdır. İddiaçı bununla razılaşmamış və bir müddət sonra, yəni 23 iyul 2019-cu il tarixdə DSMF orqanına müraciət edərək, onun əmək pensiyasının əlavə 10 ay 10 gün iş stajı və həmin dövrə görə illik 3%-in mütənasib məbləği nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. İlkin müraciətə cavabdeh tərəfindən cavab verilməmiş, lakin iddiaçının sonrakı dövrlərdə təkrar müraciətindən sonra onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-ədək azaldılmaqla yenidən hesablanmışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirərək əmək pensiyasının müraciətində göstərilən düsturla yenidən hesablanmasını, eləcə də keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğini tələb edir.

66. İnzibati işdən daha sonra müəyyən olunur ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərkən qeyd etmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-429/2024 saylı qərarla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, “iddianın qismən təmin edilməsi, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, İddiaçı əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarını (qərarın mübahisələndirilən hissəsi) ləğv edib, iddianın rədd edilməsi nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanır. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “oxşar işlər üzrə inzibati məhkəmələrin təcrübəsində 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanmasına dair qərarlar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18 aprel 2023-cü il tarixli, 2-1(102)-316/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1417/2021 nömrəli qərarını qüvvədə saxlayaraq apellyasiya məhkəməsinin “iddiaçının xx.xx.2018-ci ildə ehtiyata buraxıldığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləğinin Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanması” mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 saylı Fərmanı ilə ləğv edilmişdir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcəkdir. Adı çəkilən sərəncama əsasən 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən edilən faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Hazırkı işdə iddiaçıya inzibati orqan tərəfindən 19 aprel 2014-cü il tarixdən pensiya təyin olunan zaman qüvvədə olan qanunvericiliyin, yəni yuxarıda adı çəkilən Fərmanla təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının inzibati orqan tərəfindən tətbiqi düzgün olmuşdur və bu zaman iddiaçıya münasibətdə “bərabərlik” və “mütənasiblik” prinsipləri pozulmamışdır. Bu əsaslandırma oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin yuxarıda adı çəkilən qərarlarında da öz əksini tapmışdır”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə ilə bağlı iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gələrkən, inzibati mübahisənin mahiyyətinin həll edilməsi zamanı konkret olaraq “X7” Qanunun 1.0.1, 1.0.5, 20.14, 20.1.11, 20.14.1, 26.3cü maddələrini, həmçinin (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasında) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1, 1.2, 2.5-ci bəndlərini tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati mübahisə üzrə gəldiyi sözügedən nəticə ilə razılaşmayaraq, hesab edir ki, inzibati mübahisə tam və müfəssəl araşdırılmamış və bu arada yuxarıda göstərilmiş maddi hüquq normalarının mətnlərini xatırlatmağı zəruri sayır. Belə ki, “X7” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1.11-ci maddəsinə müvafiq olaraq, bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Həmin Qanunun 20.14-cü maddəsinə görə (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyada) bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci bəndinə əsasən, Bu Qayda “X7” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “X7” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə müvafiq olaraq, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “X7” Qanunun (01 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş) 20.14.1-ci maddəsində deyilir ki, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla. Bu arada xüsusi olaraq diqqətə alınmalıdır ki, iş materiallarından görünür ki, 20 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən “X7” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq (təbii ki, həmin maddənin xx.xx.2017-ci il tarixədək olan redaksiyada) iddiaçıya 23 il 10 ay xidmət müddətinə görə təminat xərcliyinin (1.090,29 manat) 59 faizi (20 ilə görə 50 faiz, 3 ilə görə 9 (3x3) faiz) – 643,27 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçıya pensiyanın 20 aprel 2014-cü il tarixdə təyin edilməsi işin təkzibolunmaz faktıdır və aydındır ki, o zaman “X7” Qanunun 20.14.1-ci maddəsinə nə yeni əlavələr edilmiş, nə də ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasını rədd edərkən həmin məsələləri diqqətə almamış və araşdırmamış və məhz sözügedən yuxarıda adı çəkilən maddi hüquq normalarının müddəalarına əsaslanaraq, onları geriyə, yəni iddiaçıya 20 aprel 2014-cü il tarixdə pensiya təyin olunduğu zaman şamil etmiş, bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hərəkət etməmişdir. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Burada işin önəmli bir halına xüsusi diqqət yetirilməlidir, belə ki, məlum olduğu kimi, iddiaçıya 20 aprel 2014-cü il tarixdə pensiya təyin olunduğu zaman, iddiaçının iş stajından 10 ay 10 gün müddəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, nəticə etibarı ilə də ümumi pensiya məbləğinə hesablanmamış və bildirilmişdir ki, “X7” Qanunun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X7” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağada olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Bununla belə, qeyd edilməlidir ki, “X7” Qanunun 20.14.1ci maddəsinin, 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. Belə ki, yuxarıda artıq göstərildiyi həmin maddənin Vİİ hissəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Heç şübhəsizdir ki, iddiaçının natamam ildəki iş stajının, yəni 10 ay 10 gün müddətinin hesablanmasına (“X7” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir. Həmçinin məhkəmə kollegiyası ayrıca olaraq “X7” Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasında mövcud olan hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması məsələsinin hazırkı işin düzgün həll olunması baxımından xüsusi önəm daşıdığını qeyd edir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya aid təminat xərcliyi barədə: 2014-cü il təminat xərcliyi - 1090 manat; xx.xx.2018-ci il təminat xərcliyi - 1127 manat; xx.xx.2019-cu il təminat xərcliyi - 1263 manat; xx.xx.2020-ci il təminat xərcliyi - 1909 manat; İddiaçının 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi 1090,29 manat, 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi 1127,99 manat arasındakı fərq məbləğinin (37,70 manat) 57,66 faizi - 21,74 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (643,27 manat) üzərinə əlavə olunmaqla 665,01 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir(iş səh. 169). Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin məlumat vərəqələrinin dəqiq tarixlərini və mahiyyətini araşdırmayaraq, iş üzrə məhkəmə qərarı qəbul etmişdir. Halbuki sözügedən məsələnin tam və hərtərəfli araşdırılması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün çox əhəmiyyətlidir. Belə ki, burada xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 1903 nömrəli, xx.xx.2022-ci il tarixli fərmanı ilə ləğv edilmişdir). Həmin bənddə göstərilmişdir ki, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Sözügedən bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli, 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyinin bu qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur). Adı çəkilmiş Qaydanın 2.5-ci bənddəki sözügedən müddəa “X7” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamış, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Lakin inzibati mübahisəni həll etmiş apellyasiya məhkəməsi, sözügedən qanunvericilikdə mövcud olan həmin hüquqi məqamları nəzərə almadan, onları incələmədən və araşdırmadan iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir. Halbuki hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“X7” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvəyə minmiş yeni redaksiyasında, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “2017ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndi - 01 yanvar 2023-cü il tarixdən ləğv edilmişdir) və nəticə etibarı ilə də iddiaçının əmək pensiyasının düzgün hesablanmasının müəyyən olunması həmin maddi hüquq normalarına uyğun olaraq həyata keçirilməli olması zəruridir.”

67. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyindən, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmədiyindən, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 iyun 2018-ci il tarixli Fərmanı iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunduğu üçün vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.

68. Ona görə də iddiaçı X5 Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasının xidmət illərinə əlavənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından DSMF orqanının imtinası qanunsuzdur.

69. Bu səbəbdən kollegiya iddianın “cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması” hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir.

70. Kollegiya iddiaçı tərəfindən tələb edilən keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana 23 iyul 2019-cu il tarixdə (imtina barədə 15 avqust 2019-cu il tarixli **********4 nömrəli məktubdan müəyyən olunur) müraciət etdiyindən “X7” Qanunun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son son üç ilə aid hissəsi ödənilməli olmasına dair birinci instansiya məhkəməsinin qənaəti də əsaslıdır. Belə ki, “X7” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

71. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar