Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2858/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X26 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X14 ibarət tərkibdə, X19-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxslər X1, X2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9135/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarından 3-cü şəxslər X8, X4 və X9 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2000-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın AN-1 seriyalı ******* nömrəli 25 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini X22 müqavilə əsasında almışdır. Müqavilənin 13-cü bəndinə əsasən “Satıcı” xx.xx.2021-ci tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüldü X29, xx.xx.1968-ci il təvəllüdlü X8, xx.xx.1974-cü il təvəllüldü X4, xx.xx.1972-ci il təvəllüldü X9 və xx.xx.2013-cü il təvəllüldü X16 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İddiaçı onun mülkiyyətində olan evdən həmin evdə qeydiyyatda olan şəxslərin qediyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, lakin tələbi sonuncu tərəfindən təmin olunmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 059-18879Ə-3222 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X29, X8, X4, X9 və X10 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları və ya yaşayış yerindən istifadə hüquqlarına xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, X23, X3, X1, X2 və yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X10 ona məxsus olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin qərardadı ilə X29, X8, X4, X9 və X16 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanı ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Ona məxsus mənzildə keçmiş sakinləri, X29, X8, X4, X9 və yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X10 qeydiyyatda olmalarına baxmayaraq, onlar xx.xx.2021-ci il tarixdən həmin ünvanda yaşamırlar. Üçüncü şəxslər həmin ünvandan qeydiyyatdan çıxmağı üzərlərinə götürsələr də, həmin öhdəliyi yerinə yetirməmişlər və ona məxsus mənzildən qeydiyyatda qalmışlar. Üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olmaları onun həmin ünvandan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməyə mane olur və bu hüquqlarını məhdudlaşdırır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 3-cü şəxslər könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaqdan boyun qaçırdığları üçün məhkəmə qaydasında mənzil qeydiyyatından çıxarılmalıdırlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9135/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər - xx.xx.1993-cü il təvəllüdlü X23, xx.xx.1968ci il təvəllüdlü X3, xx.xx.1974-cü il təvəllüdlü X1, xx.xx.1972-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X10 İddiaçı məxsus ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər X8, X4 və X9 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MН seriyalı, 118843 saylı qeydiyyat vəsiqəsinə əsasən mərhum anası X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə reyestr kitabında xx.xx.1996-cı ildə, 623 nömrə ilə qeydiyyat aparılmışdır. Anasının sağ olan hər üç övladları (bir qardaşı vəfat etmiş və ailəli olmamışdır), yəni hazırkı iş üzrə üçüncü şəxslər, həmçinin X3 qızı X16 ünvan 8 ünvanında anadan olmuş və hazırki vaxtadək orada yaşayırlar. Hüquqlarını bilmədiklərindən isə hazrki vaxtadək anasının adına xüsusi mükiyyət hüququ ilə qeydiyyatdan keçmiş evi vərəsəlik yolu qəbul etmək etməmişdirlər. Lakin onlar həmin əmlakı fakitiki qəbul etməklə yanaşı heç evi tərk etməmiş, hazırki vaxtadək hər biri orada yaşamaqda davam edirlər. Tərəflərin izahatları: 3-cü şəxslər X4, X9 və sonuncunun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişlər ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan üzrə başqa evdə yaşayırlar, onların yaşadıqları evin iddiaçıya məxsus evə heç bir aidiyyatı yoxdur, hal-hazırda da özlərinə məxsus evdə yaşayırlar, yaşadıqları ev Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MН seriyalı, 118843 saylı qeydiyyat vəsiqəsinə əsasən mərhum anaları X11 məxsus olmuş və onlara analarından miras qalmışdır. Həmin evin rəsmiləşdirilməsi ilə bağlı vərəsəlik qaydasında müraciətləri var. Odur ki, onların həmin ünvandan qeydiyyatdan çıxarılması qanunsuzdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək onlara qarşı iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh və digər 3-cü şəxslər X29, X8, qızı X16 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər 3-cü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə, cavabdehin və digər 3-cü şəxslər X29, X8, qızı X10 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əlavə olaraq qeyd olunun ki, apellyasiya şikayəti X8, X4 və X9 tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı məhz həmin şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayan X12 qarşı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, digər 3-cü şəxs X29 məhkəmə qərarı ilə ona qarşı iddia təmin olunsa da, məhkəmə qərarından apellyasiya şikayəti verməmişdir və nəticədə məhkəmə qərarı ona münasibətdə qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Binəqədi rayon Polis İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarının məzmunundan görünür ki, X29 göstərilən ünvanda qeydiyyatda yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis idarəsinə qarşı tələbi “X23, X3, X1, X2 və yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X10 ona məxsus olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin (qərarın yoxlanıldığı hissədə) X3, X1, X2 və yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X10 iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin faktiki hallarına görə, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı həmin evi notariat orqanında bağlanmış müvafiq alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bundan sonra həmin ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı onun xüsusi mülkiyyətində olan evdə tanımadığı 3-cü şəxslərin qeydiyyatda olduğuna istinad edərək həmin şəxslərin onun mülkiyyətində olan evindən qeydiyyatdan çıxarılmasını tələb edir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 059-31225-1222 nömrəli məktubunda bildirilmişdi ki, X8 xx.xx.2005ci il tarixdən, X4 xx.xx.2007-ci il tarixdən, X13 xx.xx.2003-cü il tarixdən və X18 xx.xx.2018ci tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Həmin şəxslərin qeydiyyata alınmaları barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması imkanları xaricindədir. Həmçinin məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-17509- 1222 nömrəli məktubunda göstərilmişdi ki, X4 xx.xx.2007-ci il, X29 xx.xx.2012-ci il, X7 xx.xx.2003-cü il, X8 xx.xx.2005-ci il, X18 xx.xx.2018-ci tarixdən hal-hazıradək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyii yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvan rekvizitinin təkrarlanması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə 3-cü şəxslərin həmin ünvanda faktiki olaraq yaşamamasına, istifadə hüququ olmadığı ünvan üzrə qeydiyyatda olmalarına və cavabdeh qurumun imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. İşin apellyasiya baxışı zamanı 3-cü şəxslər- X4, Soltanova (Xəlilova) Cəmilə Balaməmməd qızı iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan üzrə başqa evdə yaşadıqlarını, onların yaşadıqları evin iddiaçıya məxsus evə heç bir aidiyyatının olmadığını, hal-hazırda da özlərinə məxsus evdə yaşadıqlarını, yaşadıqları evin Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MН seriyalı, 118843 saylı qeydiyyat vəsiqəsinə əsasən mərhum anaları X11 məxsus olduğunu bildirmişlər. Apelyanlar tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MН seriyalı, 118843 saylı qeydiyyat vəsiqəsi nəzərdən keçirilərkən müəyyən olundu ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Lunaçarski küçəsindəki “17 a” No-li yaşayış evinin “A” hissəsi X5 adına mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 3107/7 No-li reyestr kitabında 4766-cı səhifəsində qeydəalma “30” nömrə “623” ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası iddiaçının xüsusi mülkiyyətində olan ünvan 11 ünvanı ilə 3-cü şəxslərin yaşadıqları və mərhum analarına vaxtilə qeydiyyat vəsiqəsi ilə məxsus olan ünvan 12 ünvan olub-olmamasını müəyyən etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsinə sorğu vermişdir. Həmin orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2013-cü il tarixli məktubla bildirilmişdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 112 saylı sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonunda Lunaçarski küçəsinin adı dəyişdirilməklə Teymur Yaqubov küçəsi adlandırılmışdır. Odur ki, ünvan 13 ünvanı ünvan 14əşkil edir. Beləliklə, apellyasiya instansiyasında aparılan araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər X4, Soltanova (Xəlilova) Cəmilə Balaməmməd qızı və X8 (o cümlədən X3 qızı yetkinlik yaşına çatmayan X16) iddiaçıya məxsus evdə yaşamırlar, onların yaşadıqları evin iddiaçıya məxsus evə heç bir aidiyyatı yoxdur, belə ki, həmin şəxslər hal-hazırda da özlərinə məxsus, yəni vaxtilə mərhum analarının adına Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MН seriyalı, 118843 saylı qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış evdə yaşayırlar, hansı ki, həmin evin ünvanı adı çəkilən qeydiyyat vəsiqəsində “ünvan 13” olaraq qeyd edilmiş və sonradan həmin ünvan dəyişdirilərək, “ünvan 15 adlandırılmışdır. Buna görə də 3-cü şəxslər- X4, Soltanova (Xəlilova) Cəmilə Balaməmməd qızı və X3 (o cümlədən sonuncunun qızı yetkinlik yaşına çatmayan X16) mərhum analarından onlara miras qalmış və iddiaçının xüsusi mülkiyyətində olan evə heç bir aidiyyatı olmayan evin vərəsəlik qaydasında adlarına rəsmiləşdirmək hüquqları olduğu üçün, həm də həmin ünvan iddiaçının xüsusi mülkiyyətində olan evin ünvanı ilə eynilik təşkil etdiyindən iddiaçının tələbi hazırki vəziyyətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Hazırki işdə iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan 3-cü şəxslərin əlində olan qeydiyyat vəsiqəsində yazılan ünvanla eyni ünvan olsa da, 3-cü şəxslər vaxtilə mərhum analarının adına verilmiş qeydiyyat vəsiqəsinə əsasən mərhuma məxsus başqa evdə yaşamaqla, həmin evdə qeydiyyatda olan şəxslər olduğundan bu hal, iddiaçının tələbinin təmin olunmasını hazırki vəziyyətdə istisna edir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxslər X8, X4 və X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9135/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın X8, X4, X9 və yetkinlik yaşına çatmayan X12 qarşı təmin olunmuş hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İddiaçıya və apelyantlara izah olunur ki, onlar faktiki olaraq yaşadıqları, ayrı-ayrı yerlərdə yerləşən lakin bir ünvanda qeydiyyatdan keçmiş evlərinin ünvanlarını dəyişdirmək hüquqları var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxslər şəxslər X8, X4 və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9135/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın X8, X4, X9 və yetkinlik yaşına çatmayan X12 qarşı təmin olunmuş hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2858/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2858/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver