Məhkəmə qərarları › İş №2-1(103)-2859/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2859/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-2859/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ## ###### 1993-cü il tarixli və ## #### 1998-ci il tarixli ** nömrəli qərarları ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində ayrılmış 0,24 ha torpaq sahəsindən faktiki onun sahibliyində və istifadəsində olan 0,2253 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilərək, işin baxılması təyin edilmişdir. Iddiaçıya göndərilmiş məhkəmə bildirişi poçt zərfinin üzərində «vəfat edib» qeyd edilməklə geri qaytarılmışdır. Bundan sonra Elektron Məhkəmə Informasiya Sistemində olan məlumatlara əsasən iddiaçı onun hüquq varisi (qızı Hüquqi varis) ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Elektron Məhkəmə Informasiya Sistemində olan məlumatlara əsasən iddiaçı ##.##.2025-ci ildə vəfat etmişdir, lakin apellyasiya şikayəti ##.##.2025-ci ildə poçt vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti iddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmışdır və onun səlahiyyətlərini təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilməmişdir (iddiaçının hüquqi varisi qismində cəlb olunma barədə vəsatət, bunu təsdiq edən sənədlər və sair). Eyni zamanda, prosesə cəlb olunduqdan sonra prosessual hüquq varisi apellyasiya şikayətini müdafiə etməsi barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Iş materiallarının araşdırılması zamanı IPM-nin 86.1.1-ci maddəsinin tələbləri ödənilmədiyi üçün iddiaçının apellyasiya şikayətinin mümkün olmaması qənaətinə gəlinmişdir. Belə ki, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, apellyasiya şikayətini imzalayan şəxsin apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilməmişdir, apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş üzrə Bakı Inzibati Məhkəməsinin e- *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar