Məhkəmə qərarları › İş №2-1(103)-2862/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2862/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2862/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs "xxxx" ASC) qarşı “kompensasiyanın və maliyyə yardımının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-8594/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən bir mərtəbəli binada 25,4 kv.m ümumi, 14,0 kv.m yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar onun adına ayrılan 50000 manat kompensasiyanın və 12000 manat maliyyə yardımının cavabdehdən alınaraq onun xeyrinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" ASC 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya 13 may 2022-ci il tarixli məktub ünvanlayaraq müvafiq iddia tələbi ilə bağlı inzibati orqana müraciət edilməsi, cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsinə dair müvafiq sənədlərin məhkəmə təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-8594/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında atası Nümayəndə1 etibarnamə üzrə iştirak etmişdir. İnzibati orqanın imtina məktubunu məhkəmədə təqdim etmək istəyəndə lakin hakim atasının təqdim etdiyi etibarnaməni qəbul etməyərək atasını məhkəmə prosesində iştirak etməkdən məhrum etmişdir. Halbuki, həmin etibarnamə ilə digər məhkəmələrdə onu təmsil etmişdir. Ondan əlavə iş üzrə 3-cü şəxs "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi qərardan Yasamal Rayon İcra Hakmiyyəti Ali Məhkəmənin plenumuna şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC Cavabdehnə və üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli binada 25,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilinin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs İddiaçı Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəmənin 2-1(112)-644/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarına əsasən iddia tələbinin təmin edilməsi, iddiaçı "xxxx" ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 2 ünvanında yeləşən 1 mərtəbəli binada 24,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs İddiaçı Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) "xxxx" ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1891/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs İddiaçı həmin qərardan kassasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 315/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1891/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mənzilin sökülməsi ilə əlaqədar onun adına ayrılan 50000 manat kompensasiyanın və 12000 manat maliyyə yardımının cavabdehdən alınaraq onun xeyrinə verilməsini tələb etdiyi əmlak "xxxx" ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edildiyindən və hazırki İddiaçı əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs hesab edildiyindən, Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) "xxxx" ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alındığından və istinad olunan məhkəmə qərarı artıq qanuni qüvvəsini aldığından, iddiaçı tərəfindən mövcud tələb hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməz. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən müvafiq kompensasiyanın və maliyyə yardımının alınması üçün əmlakı hesab etdiyi mənzilə dair istinad edilən qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) "xxxx" ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alındığından, qeyd olunan mənzillə bağlı hər hansı kompensasiya, yaxud maliyyə yardımının iddiaçıya ödənilməsinə dair tələbi hazırki inzibati icraatın predmetini təşkil edə bilməz. Başqa sözlə iddiaçının sözügedən mənzilə dair subyektiv hüuqunun olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia qeyri mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-8594/2022 saylı ylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar