Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2862/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-692/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərarı nəzərə alınmaqla) qismən-2019- 2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və ona tətbiq edilmiş 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanksiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş 3545,32 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-692/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarı (hakim A.Əhədova) ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı (Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərarı nəzərə alınmaqla) qismən-2019-2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və ona tətbiq edilmiş 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanskiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş 3545,32 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbindən tamamilə imtina etdiyini bildirmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək 25 aprel 2025-ci il tarixdə verilmiş ərizənin nəzərə alınıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin: 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxılmasından imtina edilərək iş üzrə icraata xitam verilməsi barədə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 tərəfindən verilmiş ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
Məhkəmə qərarları › İş №2-1(103)-2862/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2862/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver