Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2866/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X31 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X13 ibarət tərkibdə, X23-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili X4, X1, X2 və X5 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə X2 və X5 “üçüncü şəxs qismində cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatətinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətə 29 noyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı 18 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. X2 və X18 “üçüncü şəxs qismində cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı, 18 feral 2022-ci il tarixli qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 3 ünvanında yerləşir, ümumi sahəsi 90,70 kv.m. olmaqla 4 otaqdan ibarətdir. X25 xx.xx.1993-cü il tarixdə mənzildə qeydiyyatda olmaqla yaşayan X32 ilə rəsmi ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. Ailənin bütün üzvləri ilə ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuşdur. Həmin mənzildə birgə nikahlarından xx.xx.1993-cü ildə X26, xx.xx.1995-ci ildə X18, xx.xx.1998-ci ildə X27 və xx.xx.2002-ci ildə X34 doğulmuşdur. O və 4 övladı həmin mənzildə qeydiyyatda olmaqla 30 ildir yaşayır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(007)-3750/2015 saylı Qətnaməsi ilə X32 ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Nizami Rayon WAQ Şöbəsində qeydə alınmış nikahları pozulmuş, nikah pozulduqdan sonra 4 övladı onun yanında qalmışdır. Bakı şəhər 83 saylı MKİS-in xx.xx.2016-cı il tarixli 1375 saylı arayışda göstərilir ki, İddiaçı A.Manafov küçəsi 15/21, mənzil 65 ünvanında yaşayır. 1946-cı il təvəllüdlü İddiaçı 1977-ci il tarixdən, 1973-cü il təvəllüdlü X19 1977-ci il tarixdən, 1968-ci il təvəllüdlü X32 1990-cı il tarixdən, 1971-ci il təvəllüdlü X25 (gəlin) 2005-ci il tarixdən, 1993-cü il təvəllüdlü X26 (nəvə) 2005-ci il tarixdən, 1993-cü il təvəllüdlü X18 (nəvə) 2005-ci il tarixdən, 1998-ci il təvəllüdlü X27 2005ci il tarixdən, 2002-ci il təvəllüdlü X34 (nəvə) 2005-ci il tarixdən həmin ünvanda daimi qeydiyyatdadırlar. O və 4 övladı 2005-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. X35 xx.xx.2016-cı il tarixdə ürək çatışmazlığından ölmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(007)- 3750/2015 saylı Qətnaməsi ilə X32 ilə aralarnda olan nikah pozulduqdan sonra, onun 4 övladı ilə birlikdə könüllü olaraq evdən köçmələrinin və mənzildən qeydiyyatdan çıxmalarını tələb etməyə başlamışlar. O və 4 övladı ilə birlikdə cavabdehlər X32, İddiaçı və X8 qarşı “Mənzilə dair istifadə qaydalarının müəyyən olunması” tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə iddia təmin olunmuş – Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağı X25, X26, X18, X27 və X28 istifadəsinə verilməsini, yardımçı sahələrin ümumi istifadə saxlanılmasına, İddiaçı, X14 və X3 cavabdehlər X25, X26, X18 və X15 qarşı “kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. Bundan sonra, yəni, məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin istifadə qaydası müəyyən olunduqdan sonra, İddiaçı Bakı İnzibati İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022-ci il tarixli qərarına əsasən ünvan 4 ünvanında yerləşən evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir. İddiaçı (keçmiş qaynanası) Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3322/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı əsasında ünvan 5 ünvanında yerləşən 4 otaqlı evi öz adına 1 Saylı Bakı Ərazi İdarəsində Xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirərək xx.xx.2022-ci il tarixli Çıxarış almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X2 və X18 tərəfindən apelyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və onların 3-cü şəxs qismində işə cəlb olunmaları xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti “3-cü şəxs qismində işə cəlb olunma barədə” ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Ərizəçilərin nümayəndəsi və vəkili X20 və ərizəçi X25 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi (qızı) X21 və iddiaçının nümayəndəsi və vəkili X22 şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, X2 və X18 iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “X2 və X18 iddiaçının ailə üzvü olmamaqla mənzil kirayə müqaviləsində və orderdə adları göstərilməmişdir. Mənzil kirayə müqaviləsi isə iddiaçı və onun ailə üzvlərinin istifadəsi üçün bağlanılmışdır. Yəni, qeyd edilən mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün ərizəçilərin razılığı tələb olunmur. Ərizəçilərin istinad etdiyi mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin mövcud olması da vəziyyəti ərizəçilərin xeyrinə dəyişmir. Belə ki, ərizəçilərin həmin mənzilə istifadə hüququ tanınsa belə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən şərtlər ödənilmir. Çünki qeyd edildiyi kimi, həmin mənzilə hər hansı hüququ olan deyil, məhz mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçilərin 3-cü şəxs qismində işə cəlb olunması barədə verdiyi vəsatəti təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 22 aprel 1977-ci il tarixli 174222 saylı orderin surətindən görünür ki, mübahisə predmeti olan mənzil iddiaçının mərhum əri X29 ayrılmış, ailə tərkibi kimi orderdə iddiaçı və dörd uşağı – X21, X30, X32 və X9 adları qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 52/2 nömrəli Sərəncamının kserosurətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-618/2021 saylı qərarına əsasən Bakı şəhəri Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 15/21 saylı evin yaşayış sahəsi 62,0 kv.m olan 4 otaqlı 65 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi baglanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında müqavilənin surətindən görünür ki, MKTD-nin sədrinin xx.xx.2021-ci il tarixli 52/2 nömrəli sərəncamı əsasında Bakı şəhəri Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 15/21 saylı evin, yaşayış sahəsi 62,0 kv.m olan 65 saylı mənzilin müddətsiz kirayəçi İddiaçı və onun ailə üzvlərinə verilməsi barədə 83 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə müqavilə baglanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Azər Manafov küçəsi, ev 15/21, mənzil 65, 07 iyul 2022-ci il tarixdə (qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrində 4117 nömrəli reyestr kitabının 384322 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-291/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Azər Manafov küçəsindəki 15/21 saylı evin, 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zal və zalın yanındakı yataq otağı X7, X10, X5, X11 və X28 istifadəsinə verilməsinə, yardımçı sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılmasına, İddiaçı, X14 və X3 cavabdehlər X16, X17, X12 və X15 qarşı "Kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdır. Daha sonra hazırki işin apellyasiya baxışı zamanı məlum olmuşdu ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə, üçüncü şəxslər 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal-Təsərrüfatı Birliyinə, X16, X17, X12, X15 və X33 qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli 2-1(103)- 618/2021 nömrəli qərarından üçüncü şəxslər X25, X26, X18, X27 və X37 tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2356/2023 saylı 15 noyabr 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, X2 və X18 iddiaçının ailə üzvü olmamaqla, mənzil kirayə müqaviləsində və orderdə adları göstərilməməklə yanaşı, mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı verilmiş iddia üzrə çıxarılmış məhkəmə qərarından da verdikləri kassasiya şikayəti mümkün sayılmadığı üçün onların hazırki iş üzrə verdikləri ərizənin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hazırki iş üzrə qəbul edilən məhkəmə aktının X7 və X5 hər hansı qanuni mənafeyinə toxunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncuların işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qərardadın ləğv edilməsinə və ərizənin təmin edilməsinə əsas vermir. Bununla bağlı X2 və X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2022 saylı 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2866/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2866/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver