Məhkəmə qərarları › İş №2-1(103)-2867/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2867/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2867/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Şüvəlan bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) “sərəncam və aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə X1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətinin təmin edilməməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Şüvəlan bələdiyyəsinə qarşı vətəndaş X3 1200 kv.m torpaq sahəsinin ayrılması haqqında Xəzər rayonu Şüvəlan bələdiyyəsi sədrinin 28 noyabr 2005- ci il tarixli 22 saylı sərəncamının, eləcə də həmin sərəncamın hüquqi nəticəsi olan torpaqların alqı-satqısına dair aktın ləğv edilməsi tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra ərizəçi X10 məhkəməyə vəsatət ilə müraciət edərək, onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi mayak bağ massiv ərazisində yerləşən 0.16 ha torpaq sahəsi Şüvəlan bələdiyyəsi tərəfindən 2011-ci ildə X8 verilmişdir. Şüvəlan bələdiyyəsi tərəfindən ona bildirilmişdir ki, sənədləşdirmə işləri aparalanadək həmin topraq sahəsindən istifadə etsin. Həmin torpaq sahəsini o, hasarlamış, orada abadlıq işləri aparmış, səliqə sahman işləri apararaq, darvaza qoymuş, tərəvəz bitkiləri əkmişdir. 2014-cü ildən oraya işıq çəkdimiş, elektrik enerjisindən istifadəyə görə pul ödəmişdir. Həmin torpaq sahəsi faktiki olaraq onun əmlakı olsa da, bələdiyyənin günahı ucbatından bu günə kimi onun mülkiyyətində olma faktını müəyyən edə bilməmişdir. Həmin torpaq sahəsi vətəndaş İddiaçı tərəfindən zəbt edilmişdir. O dəfələrlə tələb etməsinə baxmayaraq İddiaçı qeyri-qanuni zəbt etdiyi torpaq sahəsindən çıxmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, vətəndaş İddiaçı tanımadığı Rövşən Səidov adlı birisini məhkəməyə verərək, ona məxsus həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Həmin torpaq sahəsi onun faktiki istifadəsindədir, nə İddiaçı, nə də Rövşən Səidova heç bir aidiyyatı yoxdur. Belə ki, Azərbaycan Prezidentinin xx.xx.1997-ci il traixli 534 nömrəli fərmanı ilə təsdiq olunmuş, “Vətəndaşların qanuni istifadəsindəki torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi haqqında'’ əsasnaməyə uyğun olaraq göstərilən torpaq sahəsi faktiki onun istifadəsində olduğu üçün Şüvəlan bələdiyyəsi həmin torpaq sahəsini onun mülkiyyətinə verməli idi. Göstərilən torpaq sahəsinin ərizəçinin istifadəsində olmasını torpaq sahəsində çəkdirdiyi hasar, qoydurduğu dəmir darvaza, işığa görə keçirdiyi pul ödənişləri də sübut edir. Beləliklə iddiaçı və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, 2011-ci ildən faktiki istifadəsində olmuş torpaq sahəsinə indiyədək müvafiq sənədlər verilməmiş, torpaq sahəsi adına sənədləşdirilməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Şüvəlan bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) “sərəncam və aktın ləğv edilməsi” tələbinə dair inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi mayak bağ massiv ərazisində yerləşən 0.16 ha torpaq sahəsi Şüvəlan bələdiyyəsi tərəfindən 2011-ci ildə X8 verilmişdir. Şüvəlan bələdiyyəsi tərəfindən ona bildirilmişdir ki, sənədləşdirmə işləri aparalanadək həmin topraq sahəsindən istifadə etsin. Həmin torpaq sahəsini o, hasarlamış, orada abadlıq işləri aparmış, səliqə sahman işləri apararaq, darvaza qoymuş, tərəvəz bitkiləri əkmişdir. 2014-cü ildən oraya işıq çəkdimiş, elektrik enerjisindən istifadəyə görə pul ödəmişdir. Həmin torpaq sahəsi faktiki olaraq onun əmlakı olsa da, bələdiyyənin günahı ucbatından bu günə kimi onun mülkiyyətində olma faktını müəyyən edə bilməmişdir. Həmin torpaq sahəsi vətəndaş İddiaçı tərəfindən zəbt edilmişdir. O dəfələrlə tələb etməsinə baxmayaraq İddiaçı qeyri-qanuni zəbt etdiyi torpaq sahəsindən çıxmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, vətəndaş İddiaçı tanımadığı Rövşən Səidov adlı birisini məhkəməyə verərək, ona məxsus həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Həmin torpaq sahəsi onun faktiki istifadəsindədir, nə İddiaçı, nə də Rövşən Səidova heç bir aidiyyatı yoxdur. Belə ki, Azərbaycan Prezidentinin xx.xx.1997-ci il traixli 534 nömrəli fərmanı ilə təsdiq olunmuş, “Vətəndaşların qanuni istifadəsindəki torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi haqqında'’ əsasnaməyə uyğun olaraq göstərilən torpaq sahəsi faktiki onun istifadəsində olduğu üçün Şüvəlan bələdiyyəsi həmin torpaq sahəsini onun mülkiyyətinə verməli idi. Göstərilən torpaq sahəsinin ərizəçinin istifadəsində olmasını torpaq sahəsində çəkdirdiyi hasar, qoydurduğu dəmir darvaza, işığa görə keçirdiyi pul ödənişləri də sübut edir. Beləliklə iddiaçı və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, 2011-ci ildən faktiki istifadəsində olmuş torpaq sahəsinə indiyədək müvafiq sənədlər verilməmiş, torpaq sahəsi adına sənədləşdirilməmişdir. Lakin məhkəmə bu işi araşdırmamış, məhkəməyə təqdim etdiyi sənədlərə hüquqi qiymət verməmiş, nəticədə əsassız qərardad qəbul etmişdir ki, həmin qərardad ləğv edilməli, üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən ərazidə 16 sot torpaq sahəsini 2011-ci ildə bələdiyyəyə ödəniş edərək almışdır. Sədrlik edənin sualına cavab olaraq isə qeyd etdi ki, bələdiyyə ödənişin əvəzində ona hüquqi savadı olmadığına görə heç bir sənəd təqdim etməmiş, yalnız "xxxx" MMC-yə 800 manat ödəyərək əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 25 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 Şüvəlan ərazisində bələdiyyə tərəfindən heç bir torpaq sahəsi ayrılmamışdır. AR İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 40-cı bəndinə əsasən adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur. Kollegiya hesab edir ki, ərizəçinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması üçün əsaslar mövcud deyildir. Belə ki, ərizəçi ərizəsində və şikayətinin dəlillərində Şüvəlan bələdiyyəsi ərazisindən ona torpaq sahəsi ayrılmasını qeyd etsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hazırkı iddia tələbi üzrə qəbul edəcəyi qərarın X7 maraqlarına hansı qaydada toxunmasına dəlalət edən hallar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar