Məhkəmə qərarları › İş №2-1(103)-2868/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2868/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2868/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30 mart 1994-cü il tarixli, 445 saylı, Suraxanı Rayon İcra Başçısının xx.xx.1994-cü il tarixli, 1636 saylı sərəncamlarını nəzərə alaraq tikdirdiyi qarajın faktiki vəziyyətində, yəni 38.2 kv.m. ölçüdə hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 mart 1994-cü il tarixli 445 saylı sərəncamına əsasən Suraxanı rayonu Yeni Günəşli Y/S “D” bina 12-də yaşayan sakinlərin 26 nəfərinə və o cümlədən ona fərdi avtomobillərini saxlamaq üçün kollektiv qaraj tikintisinə görə Yeni Günəşli Y/S “D” 13 saylı binanın qarşısında torpaq sahəsi ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 13 sentyabr 1994-cü il tarixli 1636 saylı sərəncamı ilə onlara ayrılmış torpaq sahəsində fərdi avtomobillərini saxlamaq üçün kollektiv qaraj tikintisinə icazə vermişdir. Həmin sərəncamın 1.25-ci maddəsinə görə ona da fərdi avtomobilini saxlamaq üçün qaraj tikdirməyinə icazə verilmişdir. Sərəncama görə qarajın ölçüləri 6x3.4m, yəni 20.4 kv.m olmalı idi. Lakin o zaman ehtiyac olduğundan bütün kollektiv üzvləri qarajlarını 40 kv.m həcmində tikdirdi. Tikdirdiyi qaraja texniki pasport almaq istəmişdir. xx.xx.2001-ci il tarixində ********** nömrəli ərizə ilə DƏDRX xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmiş və 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********98 saylı cavab məktubunda tikilmiş qarajın ölçüsünün faktiki olaraq 38.2 kv.m olmasını bildirərək texniki pasport verməkdən imtina etmişdir. Ancaq kollektiv qaraj çoxdan tikilmişdir və onun ölçüsünün az olması səbəbindən böyük qaraj tikilməyə ehtiyac duyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Hazırda həmin qərardan üçüncü şəxs X2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Y.Günəşli Y/S “D” bina 12-də yaşayan bir qrup sakin şəxsi minik avtomobillərini saxlamaq üçün kollektiv qaraj tikdirilməsinə, torpaq sahəsinin ayrılmasına və tikintisinə icazə verilməsinə görə Suraxanı Rayon İcra Hakimiyyətinə xahişlə müraciət etmişlər. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2498 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilərək onlara qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması barədə xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamı ilə Y.Günəşli massiv “D” 12 saylı binanın 26 nəfər sakininə həmin massivin 13 saylı binasının qarşısında fərdi qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.1994-cü il tarixli 1636 saylı sərəncamı ilə 12 saylı binanın 26 nəfər sakininə, o cümlədən nümayəndəsi olduğu İddiaçı Y.Günəşli yaşayış sahəsi “D” 13 saylı binanın qarşısında 20.4 kv.m, 6x3.4 metr ölçüdə daşdan qaraj tikintisinə icazə vermişdir. Lakin ehtiyac olduğundan sonralar həmin tikilmiş qaraj rekonstruksiya olunaraq genişləndirilmişdir. Hazırda həmin qarajın sahəsi 38.2 kv.m təşkil edir. Qarajın tikintisinə icazə verilərkən, Suraxanı Rayon İcra Hakimiyyətinin 1636 saylı sərəncamına səhlənkarlıq nəticəsində cizgi və akt tərtib edilməmişdir. Respublika Dövlət Arxivinin Bakı filialının 26 noyabr 2021-ci il tarixli BA-05646-2001-Cİ saylı verdiyi arayışında qeyd olunmuşdur ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 1636 saylı sərəncamında cizgi və akt sərəncama əlavə olunmamışdır. Məhkəmə tərəfindən DƏDRX-nin 1 saylı ərazi idarəsinin dəlillərini əsas götürərək iddia ərizəsi təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, tikilən qarajın cizgisi əlavə olunmamışdır. Halbuki, Suraxanı Rayon İcra Hakimiyyətinin Sərəncamı verilərkən ona cizgi tərtib edib əlavə etməmişdir. Bu da iddiaçının və ya kooperativ üzvlərinin günahı deyildir. Həmin sərəncamla İddiaçı ilə bərabər qeyd olunan sərəncamda da qaraj tikintisinə icazə verilmişdir və onun da həmin yerdə qonşu qarajı vardır. DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli inventar nömrəsi olan 04/69 saylı reyestr nömrəsi ilə onun qarajını qeyri-yaşayış sahəsi kimi qeydiyyata alaraq texniki pasport verilmişdir. O həmin texniki pasportu proses dövründə məhkəməyə təqdim etmiş, lakin məhkəmə nə səbəbdənsə qeyd etdiyi texniki pasportu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini o öz adından versə də, İddiaçı adından çıxış etmişdir. İnzibati orqana da öz adından İddiaçı hüquqlarını təmsil edərək müraciət etmişdir. Bunun üçün etibarnaməsi də vardır ki, surəti iş materiallarına əlavə edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsinə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, apellyasiya şikayətini verən üçüncü şəxs X2 faktiki olaraq İddiaçı hüquqlarını təmsil edərək şikayət vermiş və tələbi də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsindən ibarətdir. Halbuki, üçüncü şəxs X2 iddiaçı tərəfindən ona etibarnamə verildiyi və həmin etibarnamənin iş materiallarına əlavə edildiyi qeyd edilsə də, iş materiallarında olan 491600 nömrəli etibarnamədən X1 İddiaçı məhkəmədə təmsil etmək hüququnun olması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Beləliklə, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs X2 öz adından İddiaçı təmsil edərək inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan Məhərrəm Quliyevin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətləri olmasını əsas götürərək sonuncunun üçüncü şəxs qismində cəlb edilməsi barədə Bakı İnzibati məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Halbuki, qəbul ediləcək qərar hazırkı vəziyyətdə heç bir formada X1 maraqlarına toxunmadığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti verərkən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə qərarının tarixi və nömrəsi barədə məlumatlar düzgün göstərilməmiş, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməli olduğu halda, edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, X1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün hesab edilməməli və geri qaytarılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 31, 86 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: X1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Azad İmanov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar