Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-287/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)- 5606/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, xx.xx.2016-cı il tarixli seriya RX ******* saylı reyestrdən çıxarışa əsasən (daşınmaz əmlakın r/n **********66-05301-083004, qeydiyyat nömrəsi **********) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., b. 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar pr., 83 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur. 2010-cu ildə qeyri-yaşayış sahəsinin ümumi sahəsinin dəyişməsi ilə nəticələnən qeyd edilən binanın fasadında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yenidənqurma işləri aparılmışdır. Həmin dəyişikliyin hansı əsasla keçirildiyini müəyyən etmək məqsədilə 2010-cu ildən etibarən müxtəlif strukturlara müraciət edilmişdir. Belə ki, yenidənqurma işlərini aparan podrat şirkəti olan "xxxx" MMCnin AZ/440 saylı xx.xx.2013-cü il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında yenidənqurma işləri aparılmışdır. Yerinə yetirilən işlər əsnasında binanın 1-ci və 2-ci mərtəbələrində İddiaçı ÄSC-yə məxsus qeyriyaşayış obyektinin ölçülərində tam şəkildə həmin layihəyə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir. "xxxx" MMC-nin bu məktubu ilə sözügedən layihənin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planları qoşma olunması qeyd edilsə də, faktiki olaraq iddiaçıya göndərilməmişdir. Qeyd edilən yaşayış binasında aparılmış yenidənqurma işlərinin layihəsinin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planlarını əldə etmək məqsədilə dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə, eləcə də AR Milli Arxiv İdarəsinə müraciət edilsə də, həmin layihə sənədlərini əldə etmək mümkün olmamışdır. Belə ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13.01,2020-ci il tarixli 03/03-39 saylı və xx.xx.2020-ci il tarixli 03/03-564 saylı cavab məktubları ilə bildirilmişdir ki, yuxarıda qeyd edilən ünvanda İddiaçı ASC-yə dair sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin 7-2360/17 saylı 24 avqust 2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən razılaşdırılmış layihələr və s. bu kimi sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialının 561 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx.xx.2020-ci il tarixli müraciətlə cavabdeh təşkilatdan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyriyaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Cavabdeh təşkilat **********32 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə qeyd edilən qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edib ona görə ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır və qeyd edilən ünvanda aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması səbəbi əsassızdır ona görə ki, cavabdeh təşkilatın heç bir mütəxəssisi bu məsələ ilə əlaqədar əlaqə saxlamamış və ya qeyri-yaşayış sahəsinə gəlməmişdir. Aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə səbəb isə yuxarıda sadalanan mərhələlər üzrə müvafiq qurumlara çoxsaylı müraciətlərin nəticəsizliyi olmuşdur. Lakin bu hal adıçəkilən dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi üçün əsas deyildir. Cavabdeh məhkəməyə ünvanlanmış iddiaya etirazda göstərmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyriyaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya **********732 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5606/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın əsaslandırmasında özü də etiraf edir ki, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsindəki yenidənqurma işləri iddiaçının təşəbbüsü ilə aparılmamış, onların təşəbbüskarı olan Bakı şəhəri İcra Hakimiyyəti iddiaçının həmin işlərin aparılması üçün əsas olmuş sənədlərin ona təqdim edilməsinə dair müraciətinə 7- 2360/17 saylı 24 avqust 2020-ci il tarixli cavab məktubu ilə iddiaçıya bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən razılaşdırılmış layihələr və s. bu kimi sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İddiaçı, təşəbbüskarı olmadığı yenidənqurma işlərinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün bütün səylərini göstərmişdir, lakin həmin sənədlər nə həmin işlərin təşəbbüskarı olmuş Bakı şəhəri İcra Hakimiyyətində, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, nə də ki AR Milli Arxiv İdarəsində mövcud deyil. Belə olan halda iddiaçı mülkiyyətində olan əmlakın sənədlərini əmlakın faktiki vəziyyətinə uyğun şəklə gətirmək üçün başqa nə etməlidir? O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh idarənin mütəxəssisi iddiaçının nümayəndəsi ilə əlaqə saxlayıb sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirmək zərurətinin olduğunu bildirmişdir. İddiaçı tərəfindən dərhal həmin mütəxəssisə qeyri-yaşayış sahəsinə baxış keçirmək imkan yaradılmış, mütəxəssis müvafiq ölçü işlərini aparmış, lakin cavabdeh idarədən Məhkəməyə və ya iddiaçıya həmin ölçü işlərinin nəticəsi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarının şərh edilməsinə formal yanaşmış və nəticədə iddiaçının hüquqlarını və qanuni mənafelərini pozan qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməli və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə çəkişməsindən öncə və məhkəmə çəkişməsi zamanı müxtəlif orqanlara müraciət etməyimizə baxmayaraq İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASCyə məxsus zirzəmi, 1 mərtəbə və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində aparılmış abadlaşdırma işlərinin aparılmasına əsas olmuş sənədlərin o cümlədən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihəsinin əldə edilməsi və aparılmış abadlaşdırma işləri ilə bağlı artmış sahəmizə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağımız mümkün olmamışdır. Bundan başqa məhkəmə isə öz qərarında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edərək, həmin məcəllənin, 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir, 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti — tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir, 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79 və 79.1.7-ci maddələrinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmadığını vurğulayır. Həmçinin məhkəmə qeyd edilən normalardan göründüyü kimi, tikinti obyektinin yenidən qurulması (hazırkı iş üzrə fasadın yenidən qurulması) tikinti obyektlərinin tikintisi anlayışı ilə əhatə olunur və iddiada da qeyd edildiyi kimi, sözügedən obyektin (fasadının) yenidən qurulması tikinti obyektinin sahəsinin dəyişməsinə (artmasına) səbəb olduğundan iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməli olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq İddiaçı ASC cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə 5 (beş) iş günü müddətində Cəmiyyətin mülkiyyəti yerləşən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakımızın əvvəlki vəziyyətə gətirilməsi barədə qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində İddiaçı ASC-nin iddia tələbi araşdırılarkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə məhkəməyə təqdim edilmişdir. Bundan başqa Bakı inzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-3788/2022 saylı qərarı ilə təmin edilməməsinə əsas kimi cavabdeh orqanlar tərəfindən aparılan yenidənqurma işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığı müəyyən edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-3788/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmənin isə aparılmış abadlaşdırma işlərinin layihəsinin təsdiq edilməsinin 2009-cu ildə təsadüf etməsi və abadlaşdırma işlərin 2010-cu ildə olmasına baxmayaraq sonradan qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edərək cavabdehin imtinasının əsaslı olmasını sübut etməyə çalışması mülkiyyətçi kimi bizim hüquqlarımızın pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VİL-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Halbuki, hazırkı apellyasiya şikayətinə əlavə etdiyimiz Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-378812022 saylı qərarına əsasən aparılmış abadlaşdırma işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığı bundan başqa aparılmış abadlaşdırma işlərinin layihəsinin təsdiq edildiyi və aparılmış abadlaşdırma işlərinin layihəsinin 2009-cu ildə təsdiq edildiyi, abadlaşdırma işlərinin 2010-cu ildə aparıldığı müəyyən edilir. Bundan başqa məhkəmə xx.xx.2021-ci il tarixli qərarında qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli layihə sənədinə istinad etsə də, həmin layihəni və digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi və məhkəmə araşdırması zamanı həmin sənədlərin aşkar edilmədiyi qənaətinə gəlmiş və tələbimizin əsassız olması və mülkiyyətçi kimi hüquqlarımızın inzibati orqan tərəfindən pozulmamasını sübut etməyə çalışmışdır. Belə olan halda artıq hesab edirlər ki, məhkəmənin istinad etdiyi iş materiallarında həmin dövr mövcud olmayan layihə və digər sübut edən faktlar artıq məhkəməyə təqdim edilmişdir, onda həmin sübutlara yenidən qiymət verilməli və iş ətraflı araşdırılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, digər qərar artıq qanuni qüvvəsini alıb, birinci instansiya məhkəməsi Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarını tətbiq edib. Lakin həmin Məcəllənin müddəaları hazırkı işə tətbiq oluna bilməz. Qərar və layihə hüquqmüəyyənedici sənədlərdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 (Yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83) ünvanında yerləşən 1155.7 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmişdir. "xxxx" MMC-nin İddiaçı ASC-yə ünvanlanmış 27 noyabr 2013-cü il tarixli Az/440 nömrəli məktubun kserosurətinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında "xxxx" MMC tərəfindən İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında yenidənqurma işləri aparılmışdır. Yerinə yetirilən işlər əsnasında binanın 1-ci və 2-ci mərtəbələrində İddiaçı ASC-yə məxsus qeyri-yaşayış obyektinin ölçülərində layihəyə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 24 dekabr 2020-ci il tarixli **********32 saylı imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyesttri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mininədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 aprel 2021-ci il tarixli BA01582-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxiv sənədləri, o cümlədən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli layihəsi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29 aprel 2021-ci il tarixli XO-xx-xx-2021-02367 nömrəli məktubunda görünür ki, Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus 16 mərtəbəli yaşayış binasının tikintisinə dair sənəd və məlumatlar Komitədə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, hazırkı işdə iddia olunan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. İddiaçı iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli layihə sənədinə istinad etsə də, həmin layihəni və digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir; 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79 və 79.1.7-ci maddələrinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi, tikinti obyektinin yenidən qurulması (hazırkı iş üzrə fasadın yenidən qurulması) tikinti obyektlərinin tikintisi anlayışı ilə əhatə olunur və iddiada da qeyd edildiyi kimi, sözügedən obyektin (fasadının) yenidən qurulması tikinti obyektinin sahəsinin dəyişməsinə (artmasına) səbəb olduğundan iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/04-444 nömrəli məktubu ilə razılaşdırılmış Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının fasad hissəsinin yenidən qurulmasının eskiz layihəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3788/2022 saylı, xx.xx.2022ci il tarixli Bakı İnzibati Məhkəməsinin məktubu) Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3788/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından göürünr ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin üzərinə 5 (beş) iş günü müddətində Cəmiyyətin mülkiyyəti yerləşən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83, ünvanında yerləşən həmin 16 mərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. Cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi Yasamal rayonu, İnşaatçılar prospekti 83, ünvanında 16 mərtəbəli yaşayış binasında 2010-cu ildə yenidənqurma (fasad) işləri aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/04-444 nömrəli məktubu ilə razılaşdırılmış eskiz layihəsinin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparılmışdır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin sökülməsi, binanın əvvəlki vəziyyətə qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparıldığı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 ünvanında yerləşən 1155.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmişdir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5606/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5606/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-287/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-287/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver