Məhkəmə qərarları › İş №2-1(103)-287/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-287/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-287/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9086/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. BT seriyalı, 037540 nömrəli diplomun surətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin 658 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci ilədək Bakı Politexnik Texnikumunda əyani təhsil almışdır (3 il 9 ay 29 gün ümumi staj). İT-İ № ******* nömrəli, 04 oktyabr 1983-cü il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin və "xxxx" kiçik müəssisəsinin AB-152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Texniki peşə təhsili üzrə dövlət komitəsinin 112 saylı KPM-də istehsalat təhsili ustası peşəsində işləmişdir (3 il 1 ay 11 gün ümumi staj), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “İİTM” trestinin 1 nömrəli İTMİ-də 3-cü və 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (1 il 6 ay 4 gün güzəştli staj), xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək BMİ-də 3-cü və 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (4 il 3 ay 29 gün güzəştli staj), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Toz metallurgiyası sınaq zavodunda 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (3 ay 9 gün güzəştli staj), xx.xx.1990-cı ildən xx.xx.1990-cı il tarixədək BŞİ “İxtisaslaşdırılmış təmir tikinti” trestinin 7 nömrəli İTTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (5 ay 25 gün güzəştli staj), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Mərkəzi avto təmir tikinti montaj İxtisaslaşdırılmış tresti Sumqayıt İxtisaslaşdırılmış təsərrüfat hesablı sahəsində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (6 ay 25 gün güzəştli staj), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Murad” kiçik müəssisəsində 4-cü dərəcəli əl qaynağı elektrik qaynaqçısı peşəsində işləmişdir (8 ay 22 gün güzəştli staj), xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (2 il 3 ay 29 gün güzəştli staj), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Çirkey HES tikintidə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (4 ay 22 gün güzəştli staj), xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" kiçik müəssisəsində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir (5 il 2 ay 26 gün güzəştli staj), xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" kiçik müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir (xx.xx.2006-cı ilədək 5 il 11 ay 26 gün güzəştli staj). İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 29 il 9 ay 17 gün, güzəştli iş stajı isə 21 il 10 ay 7 gün gün təşkil edir. xx.xx.2018-ci il tarixdə iddiaçı 57 yaşına çatmışdır. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 19 dekabr 2023-cü il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan 14 mart 2024-cü il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi iddiaçının ümumi iş stajının 25 ildən az (16 il 5 ay 23 gün (xx.xx.1976-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə cəmi 1 il 8 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 10 ay 23 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) olması göstərilmşdir. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il tarixədək 29 il 9 ay 17 gün ümumi stajı, 21 il 10 ay 7 gün güzəştli stajı topladığına görə, ona «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya təyin edilməldir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 2 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüququ 57 yaşında yaranması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı», Bölmə 35 Ümumi peşələr, əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, iddiaçının 2 nömrəli siyahı üzrə ən azı 12 il 6 ay, ümumi isə 25 il sığorta stajı olarsa, pensiya kaptalı şamil edilmədən, ona 57 yaşdan pensiya təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-9086/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin olunmamış hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddiaçının cavabdehə qarşı İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi qismən (iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən ödənilməsi) təmin edilmişdir. İddiaçı hesab edir ki, qərar maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edildiyi üçün qismən ləğv edilib iddia tələbinin tam təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Məhkəmə qərarında qeyd edir ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və 57 yaşının tamam olduğu həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə, iddiaçının cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdən 3 il əvvəki, yəni xx.xx.2020-ci il tarixdən pensiyasının ödənilməsini qərara almışdır. Məhkəmə bu nəticəyə gəlməsinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsini göstərmişdir. Halbuki, e-sosial portaldan da görünür ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə həmin tarixdən əvvəl, yəni xx.xx.2021-ci il və xx.xx.2019-cu il tarixlərdə də cavabdeh orqana müraciətlər etmişdir. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsini düzgün tətbiq etməmişdir (iddiaçının ilk dəfə hansı tarixdə cavabdehə müraciət etməyini araşdırmamışdır). Bu da Bakı İnzibati Məhkəməsinin mövcud iş üzrə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarı məhkəmənin gəldiyi nəticə ilə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni saymır. Belə ki, məhkəmə İddiaçı "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş arayışa əsasən xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək elektron qaynaqçı, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək elektron qaynaqçı, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək "xxxx" kiçik müəssisəsində elektron qaynaqçı vəzifəsində işlədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş (halhazırda qüvvədən düşmüş) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ. Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrinin və göstəricilərinin siyahısı”nın 35-ci bəndinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verir. Məhkəmə qeyd edir ki, həmçinin həmin müəssisənin mövcudluğu və faəliyyət göstərməsi, məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə də müəyyən edilmişdir. Məhkəmə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək zərərli şəraitdə işlədiyini və xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı tələbi üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: ümumi iş stajının 25 il olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; güzəştli iş stajının 12 il 6 ay olması; iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması. İş materiallarına əsasən iddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasının surətində onun xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" kiçik müəssisəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də, iddiaçının xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1999-cu il və xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, iddiaçının sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların cavabdehin mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı qeyd olunan dövrlərdə onun işləməsini təsdiq edən hər hansı sənəd tapılmadığı və təqdim edilən güzəştli arayışının əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" kiçik müəssisəsinin 22 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də həmin dövrləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda, İddiaçı təqdim etdiyi sənədlərdə xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində onun Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə, iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 5 ay 23 gün (xx.xx.1976-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə cəmi 1 il 8 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 10 ay 23 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12105,65 manat təşkil edir. Sözügedən iş üzrə iddiaçının təqdim etdiyi sənədlərlə qeyd olunan məlumatların dəqiqləşdirilməsi və bir sıra sənədlərin alınması məqsədilə onun işlədiyi "xxxx" kiçik müəssisəsinə sorğu ünvanlanmış, "xxxx" kiçik müəssisəsinin xx.xx.2024-cü il tarixli, AB/157-23 nömrəli məktubu ilə İddiaçı işlədiyinə dair sənədlərin naməlum səbəblərdən itdiyi qeyd olunmuşdur. İddiaçının işləməsinə dair müvafiq sənədlərin sözügedən müəssisədə olmaması və bu sənədlər olmadan iddiaçıya dair güzəştli şərtlərlə iş hüququ verən arayışın tərtib edilməsi ziddiyyətlərin meydana çıxmasına səbəb olur. Məhz bu ziddiyyətlər müəssisə tərəfindən verilən güzəştli arayışın mötəbərliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi stajı 25 ildən az (16 il 5 ay 23 gün ) güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 10 ay 23 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən müəssisənin fəaliyyəti deyil, iddiaçının həmin müəssisəsdə işləməsi faktı mübahisələndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi İT-İ № ******* nömrəli əmək kitabçasının surətində onun xx.xx.1991- xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" kiçik müəssisəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də adıçəkilən şəxsin xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1999-cu il və xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, İddiaçı sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı qeyd olunan dövrlərdə onun işləməsini təsdiq edən hər hansı sənəd tapılmadığı və təqdim edilən güzəştli arayışına əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" kiçik müəssisəsinin 22 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də həmin dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, təqdim etdiyiniz sənədlərdə xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün adıçəkilən şəxsin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (16 il 5 ay 23 gün (xx.xx.1976-xx.xx.1980-cu il, xx.xx.1980-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə cəmi 1 il 8 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 10 ay 23 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989- cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı oimayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12105,65 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. İş materiallarında olan BT seriyalı 037540 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildə 133 nömrəli Bakı politexnikumuna daxil olmuş, 30 iyun 1980-ci ildə qaynaq istehsalının texnologiyası ixtisası üzrə tam kursu bitirmiş, ona texnik-texnoloq ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci tərəfindən verilmiş 658 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı il 222-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Qaynaq istehsalının texnologiyasıl” ixtisasına daxil olmuşdur. xx.xx.1980-ci il 293-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Qaynaq istehsalının texnologiyası” ixtisasını bitirmiş, Dövlət ixtisas komissiyasının qərarı ilə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və VT 037540 №-li diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyun 1996-cı il qərarına əsasən keçmiş Bakı Politexnik Texnikumu ilə keçmiş Bakı Maşınqayırma Texnikumları birləşdirilərək Bakı Maşınqayırma Texnikumunun bazasında Bakı Texniki Kolleci yaradılmışdır. İş materiallarında olan "xxxx" KM tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək 5-ci dərəcəli elektro qaynaqçı vəzifəsində və xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək "xxxx" Kiçik Müəssisəsində elektro qaynaqçı vəzifəsində çalışmışdır. İş materiallarında olan "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək (əmr №2-k xx.xx.1991-ci il) 5-ci dərəcəli elektro qaynaqçı vəzifəsinə işə qəbul olunub, xx.xx.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir (əmr №10-k xx.xx.1994-ci il), xx.xx.1994-xx.xx.1999-cu il (əmr №ll-k xx.xx.1994-cü il) işə qəbul olunub, xx.xx.1999-ci il öz xahişi ilə işdən azad edilib (əmr №10-k xx.xx.1999-cu il) və xx.xx.2000-xx.xx.2011-ci ilədək (əmr №01-k xx.xx.2000-ci il) işə qəbul olunub, xx.xx.2011-ci il öz xahişi ilə işdən azad edilib (əmr №20-k xx.xx.2011-ci il). "xxxx" Kiçik Müəssisəsində elektro qaynaqçı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş (hal-hazırda qüvvədən düşmüş) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin sihahısı”nın 35-ci bəndinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Kiçik Müəssisəsi (VÖEN **********) xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən 15188 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kiçik Müəssisəsinin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı Stansiyası, bağ 23a, rəhbəri X1r. "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisliyi və ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1999-cu il və xx.xx.2000xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" kiçik müəssisəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının həmin dövrlər ərzində işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığı üçün həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması imtina üçün əsas hesab oluna bilməz. Həmçinin sənədlərin saxlanılmasına iddiaçı məsuliyyət daşımır. Sənədlərin saxlanılmasına iş yeri və arxiv idarələri məsuliyyət daşıyırlar. İddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin iddiaçının həmin dövrdə işlədiyi müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən 15188 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisliyi və ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir. İş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, təhsil dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək 25 ildən artıqdır (xx.xx.1976-xx.xx.1980 (təhsil), xx.xx.1980-xx.xx.1983, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1989, xx.xx.1989-xx.xx.1989, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990xx.xx.1991, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991-xx.xx.1994, xx.xx.1994-xx.xx.1994, xx.xx.1994-xx.xx.1999, xx.xx.2000-xx.xx.2006 - cəmi 28 il 10 ay 02 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1999-cu il ilədək, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək "xxxx" Kiçik Müəssisəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir (cəmi 13 il 06 ay 26 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXİİİ. Ümumi peşələr, 23200000—19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 13 il 06 ay 26 gün). Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından (xx.xx.2018-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətində ona pensiyanın ilkin müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən ödənilməsini mübahisələndirərək, güzəştli şərtlərlə pensiya təyinatı barədə həmin tarixdən əvvəl, yəni xx.xx.2021-ci il və xx.xx.2019-cu il tarixlərdə də cavabdeh orqana müraciətlər etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaransa da, iddiaçı ona məhz əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən pensiya ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9086/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar