Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2870/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(112)-2983/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə və aidiyyəti sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tamamilə əsassız və qanunsuz olmuşdur. Onunla bağlı əmək kitabçası xx.xx.1982-ci il tarixdə açılmışdır. Həmin vaxtdan əmək fəaliyyəti bu günə kimi davam etmişdir. Belə ki, onun tələb olunan 25 il ümumi iş stajından da, çox əmək stajı var. Eyni zamanda zərərli işlərdə çalışdığı müddət də, 12 il 6 aydan artıqdır. 1994-cü ildən o, neft-qaz sahəsində çalışır. Hal-hazırda da, Heydər Əliyev adına X3 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsində qaz təchizat qrupunda böyük usta kimi işləyir. İş yerindən lazımi arayışları cavabdeh quruma təqdim etmişdir. Əvvəllər ona imtina verilsə də, son müraciəti zamanı bütün sənədlərin tam formada araşdırıldığı bildirilmişdir, cavabdehin nümayəndəsi hətta şifahi şəkildə ona tez bir zamanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ediləcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi hətta onun işlədiyi yerə gəlmiş, işlədiyi müəssisənin əməkdaşları ilə birlikdə onun stajı ilı bağla araşdırma aparılmışdır. İlk dəfə 16 avqust 2023-cü il tarixdə tərtib olunmuş aktda onun zərərli işlərdə tələb olunan iş stajı təsdiq olunmuş və onun özünmə şəxsən DOST mərkəzdən bildirilmişdir ki, pensiyası hesablanıb təyin ediləcəkdir. Lakin, ona məlum olmayan səbəbdən xx.xx.2023-cü il tarixdə onun ziyanına yeni akt tərtib edilmiş və nəticədə həmin akt əsas götürərək cavabdeh orqan ona imtina vermişdir. Həmin aktların surəti ona təqdim edilməmişdir. Baxmayaraq ona da, verilməsini xahiş etmişdir. Buna görə də, məhkəmədən xahiş edir ki, qeyd etdiyi hər iki aktın məhkəmə araşdırılmasına təqdim edilməsi təmin edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilir ki, “Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" MMC-nin sizə dair xx.xx.2022-ci il tarixli 105/02/1-01-24 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində turbin sexində maşinist diarator, “SOCAR Downstresr”-in ona dair xx.xx.2023cü il tarixli 14-2-27/2-789/2023 nömrəli arayışında isə xx.xx.2008-ci il tarixindən bugünədək buxar və qaz boru kəmərlərinin təmiri və istilik təsərrüfatı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi maşinist diarator vəzifəsi sözügedən istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının elektrik stansiyaları, enerji qatarlan, buxar və güç təsərrüfatı bölməsində nəzərdə tutulmamış və “SOCAR Downstream“ müəssisənin fəaliyyət sahəsi elektrik stansiyaları, enerji qatarları, buxar və güç təsərrüfatı sahəsinə aid deyil. Göstərilən səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. O, inzibati orqanın bu qərarı ilə razı deyildir. O, yuxarıda adı çəkilən idarələrdə işləmiş və bu barədə də, əmək kitabçasında müvafiq qeydlər vardır. Bu məsələ cavabdeh tərəfindən tam araşdırılmalı idi.
3. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edilərək ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə X4 Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-B- 213718/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şədlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə X4 filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 105/02/1- 01-24 nömrəli arayışında xx.xx.1982- xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində turbin sexində maşinist diarator, SOCAR “Downstream”-in iddiaçıya dair xx.xx.2023-cü il tarixli 14-2-27/2-789/2023 nömrəli arayışında isə xx.xx.2008-ci il tarixindən bugünədək buxar və qaz boru kəmərlərinin təmiri və istilik təsərrüfatı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı bildirirlər ki, iddiaçının işlədiyi maşinist diarator vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd etmişlər ki, iddiaçının işlədiyi SOCAR “Downstream” müəssisəsinin fəaliyyət sahəsi elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu fakt “Heydər Əliyev adına X6 16 avqust 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli birgə Aktları ilə təsdiq edilib. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 08 gün (xx.xx.1984-xx.xx.1989cu il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2983/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 60 yaşından, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-213718/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qərarı əsaslandıraraq bildirmişdir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktublarında iddiaçının SOCAR-da işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24 nömrəli bölməsində “Elektrik stansiyaları, enerji qatarları, buxar və güç təsərrüfatı qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar qeydi Heydər Əliyev adına X5 ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsinin qaz təchizat qrupunda böyük usta vəzifəsilə eynilik təşkil etməsi, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsinin qaz təchizat qrupunun böyük ustası əmək funksiyalarını zavodun texnoloji qurğularında icra etməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışla da iddiaçının “Bakı İEM-2”-də Turbin və Qaz Turbin sexində işlədiyi işlədiyi peşələrin Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24 nömrəli bölməsində nəzərdə tutulmuş peşələrə aid olması bir daha təsdiq edilmişdir. Göründüyū kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən hallari ilə iddiaçının güzəştli iş stajının mübahisələndirilməyən müddəti 4 il 10 ay 08 gün olmuş, məhkəmə araşdırması zamanı öz təsdiqini tapan müddət: - xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.2008-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixdən hal-hazıradək. İddiaçı cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 105/02/1- 01-24 nömrəli arayışında xx.xx.1982- xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində turbin sexində maşinist diarator, SOCAR “Downstream”-in iddiaçıya dair xx.xx.2023-cü il tarixli 14- 2-27/2-789/2023 nömrəli arayışında isə xx.xx.2008-ci il tarixindən bugünədək buxar və qaz boru kəmərlərinin təmiri və istilik təsərrüfatı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı bildirirlər ki, iddiaçının işlədiyi maşinist diarator vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd etmişlər ki, iddiaçının işlədiyi SOCAR “Downstream” müəssisəsinin fəaliyyət sahəsi elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu fakt “Heydər Əliyev adına X6 16 avqust 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli birgə Aktları ilə təsdiq edilib. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 08 gün (xx.xx.1984-xx.xx.1989cu il tarixləri arasındakı dövr)) təşkil edir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İş materiallarından görünür ki, Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 15 sentyabr 2023-cü il tarilxi 3-17-1/2-B-213718/2023 nömrəli məktubla imtina edilmişdir.
12. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı 07 may 1982-12 may 1984-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
13. Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 2175 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı 26 avqust 1978-ci il tarixində 243 saylı əmrlə Bakı Baza Energetika Texnikumuna əyani şöbəsinə qəbul olunmuşdur. 06 mart 1982-ci il tarixində 42 saylı əmrlə “İstilik elektrik stansiyalarının buxar generatoru və turbin qurğuları” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “istiliktexniki” ixtisas dərəcəsi və BT № 053737 saylı diplom verilmişdir.
14. İş materiallarına iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası əlavə edilmişdir.
15. X1 tərəfindən verilmiş 15 may 2023-cü il tarixli 14-2-27/2-789/2023 nömrəli “Zərərli iş şəraiti haqqında arayışa” əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli (buxar və qaz boru kəmərlərinin təmiri) sahəsi, sahə ustası; xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 14 nömrəli sahə, buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2017-ci il tarixdən hal-hazıradək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta peşələrində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi”ndə nəzərdə tutulmuşdur. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsi qazanxana, turbin (qaz turbini) yanacaqsöndürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta vəzifəsi ilə eynilik təşkil edir.
16. "xxxx" MMC tərfindən verilmiş xx.xx.2022-ci il tarilxi 105/02/1-01-24 nömrəli arxiv arayşına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Turbin sexi-maşinist diarator (Əmr 28k xx.xx.1982-ci il və Ənır 32k xx.xx.1982-ci il) xx.xx.1984-cü il tarixdən “Bakı İEM-2”-də Qazan-turbin sexi-qazanxana maşinisti (Əmr 52k xx.xx.1984 il), xx.xx.1985-ci il tarixdən (Əmr 87k xx.xx.1985 il) xx.xx.1989-cu il tarixədək (Əmr 23k xx.xx.1989 il) “Bakı İEM-2”- də Qazan- turbin sexi- böyük maşinist vəzifəsində zərərli iş şəraitində işləyib. Bu iş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı” bölməsinə aiddir. xx.xx.2005-ci il tarixdən Bakı 1EM-2 adı dəyişdirilərək "xxxx" MMC olmuşdur ("xxxx"ASCnin xx.xx.2005 il tarixli, AÜ/134 saylı əmrinə əsasən).
17. Məhkəmənin sorğusuna əsasən Heydər Əliyev adına X7 tərəfindən verilmiş 14-2-27/2-439/2024 nömrəli 19 fevral 2024-cü il tarixli məktuba əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayışı məhkəməyə təqdim edilmişdir. Həmin arayışdan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli (buxar və qaz boru kəmərlərinin təmiri) sahəsi, sahə ustası; xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 14 nömrəli sahə, buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixədək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2017-ci il tarixdən hal-hazıradək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta peşələrində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi”ndə nəzərdə tutulmuşdur. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsi qazanxana, turbin (qaz turbini) yanacaqsöndürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta vəzifəsi ilə eynilik təşkil edir. İstilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsinin qaz təchizat qrupunun böyük ustası əmək funksiyalarını zavodun texnoloji qurğularında icra edir.
18. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 13-9/105/02/1-01-11 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışa əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Bakı İEM-2”-də Turbin sexində deaerator maşinisti (Əmr № 28k, xx.xx.1982 il, Əmr № 32k xx.xx.1982) vəzifəsində, xx.xx.1984-cü il tarixdən Qazan turbin sexində qazanxana maşinisti (Əmr № 52k, xx.xx.1984 il), xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Qazan turbin sexində böyük maşinist (Əmr № 87k , xx.xx.1985 il, Əmr № 23k, xx.xx.1989) vəzifəsində zərərli iş şəraitində işləyib. xx.xx.2005-ci il tarixdən Bakı İEM-2 adı dəyişdirilərək "xxxx" MMC olmuşdur ("xxxx"ASC-nin xx.xx.2005 il tarixli, AÜ/134 saylı əmrə əsasən) Bu iş İddiaçı hüquq verir ki, güzəştlə pensiyaya çıxsın. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007 il tarixli Qərarın 24-cü bəndinin “a” yarımbəndi.
19. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 13-9-105/02/1-04-37 nömrəli məktubda qazan turbin sexində qazanxana maşinisti və böyük maşinistin vəzifə təlimatına uyğun olaraq icra etdiyi konkret işin xüsusiyyətləri olaraq göstərilmişdir: - Ümumi istilik istehsal gücü olan 84-dən 273 QDj/s-dək (20-dən – 65 Qkal/saat) olan su qızdırıcı və buxar qazanlarına və ya istilik istehsal gücü 273-dən 546 QDj/s-dək olan bərk yanacağla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Qida xətlərinin dəyişdirilməsi. buxar xətlərinin doldurulması və boşaldılması. Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktiki baxış qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Onların təmirdən sonra qəbulu və işə hazırlanması. - İşçi bilməlidir: Su qızdırıcı və buxar qazanlarının müxtəlif sistemlərinin quruluşu və iş prinsipi; qazanxana avadanlığı və mexanizmlərinin istismar göstəricilərini; avtomatik tənzimləmə aparatlarının quruluşunu; cihazların göstəricilərindən asılı olaraq qazanxanaların iş rejiminin aparılması qaydasını; qazanxanada borukəmərli şəbəkəsinin və siqnalizasiyasının sxemini; nəzarət-ölçü cihazlarının tənzimlənməsi qaydalarını. Bu vəzifə İddiaçı müvafiq qanunvericiliyə uyğun olaraq güzəştli şərtlə təqaüdə çıxmasına şərait yaradır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007 il tarixli Qərarın 24-cü bəndinin “a” yarımbəndi. (qazan turbin sexlərinin böyük maşinistləri, qaz turbin qurğularının maşinistləri qazan maşinistləri)
20. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Heydər Əliyev adına X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-7/2-643/2024 bildirilmişdir ki, NEZ-in müvafiq ildə təsdiq olunmuş ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük ustanın funksional vəzifəsi aşağıdakılardan ibarətdir; 1.1 Buxar və qaz boru kəmərlərinin düzgün istismar edilməsinə nəzarət etmək. 1.2 İşlərin operativ planının hazırlanmasında yaxından iştirak etmək. 1.3 İstehsalat planına uyğun ayrı-ayrı fəhlələrlə tapşırıqları müəyyən etmək. 1.4 Buxar və qaz boru kəmərlərinin təmiri üçün qüsur cədvəllərinin tərtibatında yaxından iştirak etmək. 1.5 Qrafikə uyğun cari və planlı – xəbərdarlıqlı təmirləri yerinə yetirmək. 1.6 Avadanlıq, material və ehtiyat hissələrinə əsaslandırılmış tələbnamələr tərtib edir və tələb olunan yerlərə təqdim etmək. 1.7 təmir üçün istifadə olunan bütün növ materialların qənaətli sərfini təmin etmək. 1.8 Yerinə yetirilmiş bütün növ təmir işlərinin tamlığına və keyfiyyətinə nəzarət etmək. 1.9 İş yerində nizam-intizam qaydalarına və təmizliyə nəzarət edir, iş vaxtının uçotuna dair ilkin sənədlərin düzgün və vaxtlı-vaxtında tərtib edilməsini təmin etmək. 1.10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra etmək və məsuliyyət daşımaq. Qeyd: SOCAR-ın Heydər Əliyev adına X5 (NEZ) fəaliyyət haqqında 27 dekabr 2021-ci il tarixli SOCAR**********00040020A00147 nömrəli əmrinə əsasən Menecment müqaviləsindən irəli gələn idarəetmə münasibətlərinin daha səmərəli tənzimlənməsini təmin etmək üçün NEZ-in idarəetmə aparatının bütün funksiyaları ( o cümlədən, NEZ-in Nizamnaməsinin 7-ci bəndi ilə müəyyən edilmiş səlahiyyətlər daxil olmaqla) "xxxx" MMCyə (SDM) ötürülmüşdür.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
22. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
24. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
25. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüddür. İddiaçının xx.xx.2023-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2023-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
27. İddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır.
28. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktublarında iddiaçının SOCAR-da işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24 nömrəli bölməsində “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar qeydi Heydər Əliyev adına X5 ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsinin qaz təchizat qrupunda böyük usta vəzifəsi ilə eynilik təşkil etməsi, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsinin qaz təchizat qrupunun böyük ustası əmək funksiyalarını zavodun texnoloji qurğularında icra etməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışla da iddiaçının “Bakı İEM-2”-də Turbin və Qazan Turbin sexində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24 nömrəli bölməsində nəzərdə tutulmuş peşələrə aid olması bir daha təsdiq edilmişdir.
29. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır (cavabdeh tərəfindən mübahisələndirilməyən müddəti 4 il 10 ay 08 gün olmuş, məhkəmə araşdırması zamanı öz təsdiqini tapan müddət - xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.2008-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixdən hal-hazıradək).
30. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssiələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
33. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
34. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
35. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
36. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
37. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. 38.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
40. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(112)-2983/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Cahangir Yusifov Nigar Nəbizadə