Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2871/2019 28.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Eldar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, X2 “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh AR Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC) qarşı qərarın ləğv edilməsi və şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2- 1(81)-3440/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarının tamamilə ləğv edilməsi və «Ракушечка» əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, № 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadına əsasən cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş, “xxxx” MMC 3-cü şəxs qismində işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3440/2018 saylı xx xxxxxx 2018cı il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarının tamamilə ləğv edilməsi və «Ракушечка» əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, № 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Üçüncü şəxs “xxxx” MMC apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: **********, xx.xx.2005-ci il tarixində dövlət qeydiyyatına alınmış və qənnadı sənayesi sahəsində uğurlu fəaliyyət göstərir. 2006-cı ildə təsisçilər yerli qənnadı məhsullarının istehsalını artırmaq məqsədilə “Şirin” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və yerli qənnadı istehsalını təşkil etmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesabfakturalar, qaimələr, spesifakisayalardan görünür ki, “xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına «Ракушечка» adı altında “xxxx” məmulatları idxal edilmişdir. Lakin xxxx MMC tərəfindən «Ракушечка» adlı əmtəə nişanı 30-cu sinif “konfetlər" əmtəələri üzrə qeydiyyata alınmışdır. Göstərilən hallar sübut edir ki, məhkəmə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu madəəsinə düzgün tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-775/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3440/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2572/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİKnın 2-1(103)-775/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri ilə razılaşdığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmaısnı xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, İstehsalat Birliyi “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya Şurasına müraciət edərək, “Rakuşecka” adlı əmtəə nişanının (2016 1208 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqanın Apellyasiya şurasının E-1525 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-yə məxsus «Ракушечка» adlı əmtəə nişanının qeydiyyatına qarşı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtələri və xidmətləri 2016 1208 nömrəli qeydiyyat) iddiaçıların nümayəndəsi A.M.Kərimov tərəfindən Apelyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilərək, iddia təmin edilməmişdir. Bundan sonra iddiaçılar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarının tamamilə ləğv edilməsi və «Ракушечка» əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, № 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasınıa dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddiann təmin olunmasna dair nəticəyə gələrkən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3, 5, 6, 29, 31-ci maddələrinə, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 2-ci maddəsinə istinad etməklə, belə hesab etmişdir ki, Azərbaycan Respublikasının xx xxxxxxxx 1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, xx xxxxxx 1998-ci il tarixdən qoşulduğu “Ədəbi və Bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşmır. Əvvəla, Kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, məlum olduğu kimi, iddiaçıların iddia tələblərindən biri olaraq cavabdehin verdiyi xx xxxxxxx 2016-cı il tarixli, 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi irəli sürülmüşdür. Lakin iş materiallarında sözügedən şəhadətnamə mövcud olmamış, lakin birinci instansiya instansiyası məhkəməsi iddia predmetlərindən biri olan şəhadətnaməni İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin müəyyən etdiyi kimi sübut olaraq tələb etməmiş, nəticə etibarı ilə də araşdırmamış və həmin sənəd işdə ümumiyyətlə olmadığı halda ona hüquqi qiymət verərək şəhadətnaməni etibarsız hesab etmişdir. Eyni zamanda, iddia tələbi təmin edilərkən cavabdehin mübahisələndirilən qərarında qeyd edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxx 2018-ci il tarixli məktubunda göstərilmiş məlumatları nəzərə almamış və nəticə etibarı ilə iş üzrə sübutları araşdırmamışdır. Belə ki, mübahisələndirilən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasiyalardan görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına «Ракушечка» adı altında peçenye məmulatları daxil edilmişdir. Lakin, “xxxx” MMC tərəfindən «Ракушечка» adı əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyata alınmışdır. İş materiallarndan müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən «Rakuşeçka» adlı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alınmamasına qiymət verməmiş, hazırkı işin hallarını “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-cı maddəsinin (3) bəndi baxımından araşdırmamışdır. Halbuki, həmin maddədə deyilir ki “İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxıl olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır”. Bundan başqa, birinci instansiya məhkəməsinin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə istinad etməsi ilə də Kollegiya razılaşmr. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent- lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanmasi; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Eyni zamanda, “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Göründüyü kimi qeyd olunan maddə ilə ədəbi və bədii əsərlərin dairəsi konkretləşdirilmiş və əmtəə nişanları bu konvensiyanın predmeti kimi nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə qeydiyyatın etibarsız hesab edilməsi əsasları müəyyən edilmişdir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin birinci hissəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Həmin maddənin ikinci hissəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: “əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə”. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsində qeyd olunmuşdur: Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. Bundan əlavə, “Əmtəə nişanları və coğrafı göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6 “ç” maddəsinin ikinci hissəsinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Kollegiya cavabdeh orqann mübahisələndirilən qərarının əsaslılğı ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: -3-cü bəndinə əsasən əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. -4-cü bəndinə görə Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). e) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricilərdən ibarət əmtəə nişanları. Bu cür nişanlara aiddir: -müəyyən əmtəələr və ya xidmətlər üçün istifadə olunan, eyni cür əmtəələr və ya müxtəlif istehsalçılar arasında müəyyən şəkil alan həmin əmtəə növünün Azərbaycan Respublikasında uzun müddət istifadə olunması, həmçinin müxtəlif fəaliyyətlə bağlı ümumi şəkildə qəbul olunmuş rəmzlər və terminlər. -6-cı bəndinə əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq, əmtəə nişanının qeydə alınması barədə iddia sənədini iddiaçı (hüquqi və ya fiziki şəxs) SMPDK-ya verir. -23.2-ci bəndinə görə iddia sənədinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, ərizəyə qoşulan zəruri sənədlərin mövcudluğu, müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. -23.4-cü bəndinə görə SMPDK ilkin ekspertizanın nəticəsinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi barədə iddiaçıya bildiriş göndərir. -27.1-ci bəndində əsasən əmtəə nişanı kimi qeydə almaq üçün təqdim olunan iddia sənədinin ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın (işarənin) ekspertizası gedişində Qanunun 1-ci maddəsində verilmiş «əmtəə nişanı» anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində və bu Qaydaların 1-5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. -29.1-ci bəndinə görə mütləq əsaslar üzrə qeydiyyata etiraz üçün iddia olunan nişan (işarə) yoxlanılan zaman, onun bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olub-olmaması və ya həmin nişanı (işarəni) özünə daxil etməsi müəyyənləşdirilir. -32.1-ci bəndinə görə Qanunun 14-cü maddəsinə uyğun olaraq, iddia edilən nişanın ekspertizası nəticəsində bu Qaydaların 4-cü və 5-ci bəndlərinin tələblərindən hətta hər hansı birinə uyğun gəlmədiyi müəyyən edilərsə, onu qeydə almaqdan imtinaya dair qərar qəbul olunur və bu barədə iddiaçıya 10 gün ərzində bildiriş göndərilir. -36.1-ci bəndinə görə əmtəə nişanları ilə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən, ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını SMPDK tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir. Sadalanan normalardan göründüyü kimi əmtəə nişanının qeydiyyata alınmazdan öncə qeydiyyata alan orqan tərəfindən iddia olunan əmtəə nişanının qeydə alınması əsasları, o cümlədən əmtəə nişanının ilkinliyi, onun fərqlənmə qabiliyyətinin olub-olmaması yoxlanılır və ekspertizanın nəticəsi olaraq əmtəə nişanının qeydə alınması və ya qeydə alınmasından imtina barədə müvafiq qərar qəbul olunur. İş materiallarına əlavə edimiş sənədlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına «Ракушечка» əmtəə nişanı qeydə alınarkən iş üzrə ekspertizanın müsbət rəyi nəzərə alınmışdır. Beləliklə, Kollegiya işin faktiki hallarına məcmu halda qiymət verərək bu qənaətə gəlir ki, qeydiyyatın əsaslılığı prezumpsiyası mövcuddur və qeydiyyatın etibarsızlığını sübut etmək etiraz verən şəxsin üzərinə düşməsinə baxmayaraq, iddianın əsaslılığı ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktm qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3440/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, X2 “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ücüncü şəxs “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-3440/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. X2 “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh AR Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC) qarşı qərarın ləğv edilməsi və şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2871/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2871/2019
28.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver