Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2871/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı firmasının Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadasrt və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs "xxxx" ASC-nin nüimayəndəsi və vəkili Vəkil, Apelyantın nümayəndəsi (qardaşı) X11 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadasrt və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) “xx.xx.2010-cu il tarixli DƏDRX tərəfindən verilmiş hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ********** nömrəli çıxarışın, cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli **********9 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1394/2022 saylı 21 fevral 2023-cü il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanda yerləşən 0.2704 ha özəl torpaq üzərində və bitişkənliyində (Möhsün Sənani küçəsi, 20) inşa olunan paylı ümümi sahəsi 24.000 kv metr X22 80 % təsisçi paya subyektiv hüquqları olan:- rəhmətə getmiş təsisçisi X13 vərəsəlik hüquqlari ilə yüklü mülkiyyət və sahibçilik hüquqlarının naturada –müəyyən olunması:Qanun üzrə vərəsəlik hüququ ilə həyat yoldaşı X2 - 80% payı ümümi paydan ayırmaqla müəyyən edilməsi, X7 80% vərəsəlik payının eyni Binada 20% təsisçi payına malik:- təsisçinin qardaşı X4 21 fevral 2017-ci il tarixində Baki şəhəri 14 sayli Notariat Ofisində saylı bağışlama müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən X17 və bitişkənliyində “vərəsəlik hüquqlarının” bağışlanması faktı üzrə qardaşından qalan miras əmlaklara dair - Əşya, tikililər qurğuları, liftlər, eskalatorlar Təlimata uyğun, “qeydiyyat vəsiqəsi ilə cıxarışlarin verilməsi Daşinmaz Əmlakın təsfiri təlimata uyğun 1-37 formada ayrı-ayrı qurğulara və əmlaka dair mülkiyyət və qeyri-mülkiyyət əşya hüquqlarına dair Arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddianın “xx.xx.2010-cu il tarixli DƏDRX tərəfindən verilmiş hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ********** nömrəli çıxarışın, cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli **********9 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” kimi məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1394/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə tərəf olmayan X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3605/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi və şikayətin qəbul edilməsindən imtina edilməsi, inzibati işin X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması məsələsinin yoxlanması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. X8 apellyasiya şikayətində işin nəticəsində maraqlı şəxs, “Mars -M” firmasının 100 % təsisçi payına malik olduğundan işdə iştirak etmək üçün üçüncü şəxs qismində cəlb edilməsini tələb edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1394/2022 saylı 21 fevral 2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə iraatına cəlb olunması barədə apellyasiya şikayətində qeyd etdiyi vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2871/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 apellyasiya şikayəti mümkün sayılmışdır. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, “Mars -M” firmasının 100 % təsisçi payına malik olduğundan işdə iştirak etmək üçün üçüncü şəxs qismində cəlb edilməlidir. Tərəflərin izahatları Apelyantın nümayəndəsi (qardaşı) X18 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X14 şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 3-cü şəxs "xxxx" ASC-nin nüimayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Hazırki işdən müəyyən olunur ki, X8 işin nəticəsində maraqlı şəxs, “Mars -M” firmasının 100 % təsisçi payına malik olduğundan işdə iştirak etmək üçün üçüncü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X1nun 3-cü şəxs qismində işə cəlb olunması barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə X1 işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, “Mars -M” firmasının 100 % təsisçi payına malik olduğundan üçüncü şəxs qismində işə cəlb edilməldir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla X8 məhkəməyə müraciətində(məhkəmə qərarından verdiyi şikayətində) göstərdiyi kimi, “Mars -M” firmasının 100 faiz təsisçi payına malik olan şəxs olmaqla 3-cü şəxs deyil, - prosesdə iddiaçı tərəfdir, onun maraqları İddiaçı firmasının maraqları ilə toqquşmur, maraqları biribirinə zidd deyil, üst-üstə düşməklə eynidir. Məhkəmə prosesində İddiaçı firmasının(eyni zamanda X3) hüquqlarının müdafiəsi onun təsis sənədləri üzrə qanun təmsilçisi, etibarnamə üzrə nümayəndəsi, order əsasında vəkili tərəfindən həyata keçirlmişdir. Belə ki, məhkəmə qərarının giriş hissəsində İddiaçı firmasının nümayəndələri kimi prosesdə iştirak etmiş şəxslər qeyd edilmişdir: Başirov Loğman Bəşir oğlu, X18, vəkil X16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadının 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin göstərdiyi dəlillər onun 3-cü şəxs qismində işə cəlb olunmasını qanunla tələb etmir və hazırki iş üzrə çıxarılacaq məhkəmə aktı Mərhəmət Bəşirovun fiziki şəxs kimi hər hansı qanuni mənafeyinə toxunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1394/2022 saylı 21 fevral 2023-cü il tarixli qərardadı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1394/2022 saylı 21 fevral 2023-cü il tarixli qərardadı mübahisələndirilən- apelyanta aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2871/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2871/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver