Məhkəmə qərarları › İş №2-1(103)-2874/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2874/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2874/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “hərəkətsizliyə son qoyulması, öhdəliklərin yerinə yetirilməsi, müvafiq tədbirlərin görülməsi, cinayət əməlinin olub-olmaması barədə cavabdeh orqanın müvafiq qərarının verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8388/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hərəkətsizliyə son qoyulması, öhdəliklərin yerinə yetirilməsi, müvafiq tədbirlərin görülməsi, cinayət əməlinin olub-olmaması barədə cavabdeh orqanın müvafiq qərarının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı bir neçə dəfə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna yazılı şəkildə rəsmi 961 qaynar xətti ilə, poçt vasitəsilə vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh orqan onun müraciəti ilə bağlı müvafiq tədbir görmür, istintaq aparmır və qərarı ona vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8388/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, müstəntiqlər, prokurorlar onun şikayətlərinə baxmır, heç bir prosessual hərəkətlər etmir, öz öhdəliklərini yerinə yetirmir. O, cavabdehin bu hərəkətlər və hərəkətsizliyə son qoymaq üçün inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin tələbinin mənasından isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Qanunun qeyd olunan norması baxımından, iddiaçının şikayət ərizələri üzrə müvafiq tədbirlərin görülməsi və cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlərin aparılmasının Baş Prokurorluğun üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. Beləliklə də, iddiaçının hazırkı iddia tələblərinin inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlərin mövcud olmadığından, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia tələbləri kimi qiymətləndiriləərək mükün sayıla bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8388/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8388/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar