Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2874/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla) qərarın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli yoxlamanın nəticəsi barədə seriya DVX № 005391 nömrəli aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7037 nömrəli qərarın qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7037 №-li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2019-cu ildən Vergilər Nazirliyi MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş və hazırda da ünvan 1 ünvanında fəaliyyət göstərir. 27 iyun 2021-ci il tarixində MMC-nin direktoru olaraq X6 ilə cavabdeh orqandan telefonla əlaqə saxlanılaraq, malların qalığının hesablamaq üçün şirkətdə olan malların siyahıya alınmalı olduğu bildirilmişdir. O, isə həmin gün qeyri iş günü olduğundan işləmədiklərini bildirmiş, lakin cavabdeh orqanın əməkdaşı israrla idarənin tapşırığıdı deyərək, MMC-nin həyətində növbətçi qoyulmasını və səhər tezdən qapının açılmasını tələb etmişdir. O, məcbur olub cavabdeh orqanın əməkdaşlarının əraziyə buraxılması barədə göstəriş vermiş, cavabdehin əməkdaşları şirkətə bəyannnamə olmadan mal gətirdiklərini bildirmişlər. O, İddiaçı MMC-nin idxalixracla heç bir əlaqəsi olmadığını və yalnız sifariş olunan malların kəsimi ilə məşğul olduğu barədə məlumatlandırmışdır. Şirkətə gələn mallar kəsilir və geri qaytarılır. Cavabdehin əməkddaşları həmin gün malları siyahıya almış, təxmini olaraq heç bir çəki və ya malların dəyərinin dəqiq hesabatın aparmadan 258612.46 manat dəyərində malı elektron qaiməfaktura idxal gömrük bəyannaməsi əsasında alınmayan mal kimi qeydə alaraq xx.xx.2021 -ci il tarixli seriya DVX № 003222 nömrəli siyahı tərtib etmişlər. Həmin siyahı üzrə də bir gün sonra xx.xx.2021-ci il tarixdə yoxlamanın nəticəsi barədə seriya DVX № 005391 nömrəli AKT tərtib etmişlər ki, o, həmin aktla razılaşmayaraq qəbul etməmişdir və imza etməkdən imtina etmişdir. Həmin akt əsasında 25861.25 manat maliyyə sanksiyası hesablanmışdır. Bütün bu şəbəbdən də cavabdeh tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli № **********7037 nömrəli Qərar çıxarılmışdır. Məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli № **********7037 nömrəli qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, qeyd edilən və siyahıya alınan mallar onlara məxsus deyildir, hesablanan miqdarda olan mal şirkətdə olmamışdır və onların şirkəti yalnız malların kəsim işinə baxırlar. Bu barədə cavabdehin əməkdaşlarına da bildirilmiş və onların yanında da gələn mallardan kəsilmiş mallar geri qaytarılmışdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 16:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt İddiaçı MMC-nin rəhbəri X3 təqdim edilsə də, rəhbər aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005391 nömrəli akta, eləcə də malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura əsasında alınması barədə aktda göstərilən qeydlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 25861,25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Xidmət haqqı 1 ton kəsimə görə ƏDV daxil 11 manat 80 qəpik təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar günləri istirahət günləridir”. İddiaçı MMCnin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, “MMC-nin əsas fəaliyyət növü yastı prokatın doğranmasıdır (emalı). Göstərilən xidmətə görə hər ton üçün 11,8 manat (ƏDV daxil) xidmət haqqı alırıq”. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü sair hazır metal məmulatlarının istehsalı olaraq qeyd edilmişdir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaiməfakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı tərtib edilmişdir. Həmin siyahıda bir vahidinin qiyməti 1,716 manat olan 569015,65 kq, ümumi məbləği 976430,86 manat olan elektron qaiməfaktura və idxal gömrük bəyannaməsi əsasında alınmış mal və bir vahidinin qiyməti 1,876 manat olan 137796 kq, ümumi məbləği 258612,45 manat olan elektron qaimə-faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmayan mal aşkar edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və MMC tərəfindən Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbləri pozularaq, 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı (hakim: N.Abıyev) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Qeyd edilmişdir ki, məhkəmə işi düzgün və obyektiv araşdırmadan, təqdim edilən və araşdırılan sənədlərə düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qərar çıxarmışdır ki, aşağıda qeyd edilən əsaslara görə ləğv edilməli və iş üzrə iddianın təmin təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı MMC-nin rəhbəri X6 tərəfindən İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışdan, eyni zamanda da məhkəməyə verdiyi ifadədən də açıq-aşkar görünür ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Hətta məhkəmə araşdırması zamanı cavabdehə həm iddiaçı, həm də məhkəmə tərəfindən yoxlamanın keçirilməsinin səbəbini, səbəbi var idisə, nədən ibarət olmasını və qərarında bu barədə qeydlərin olmasını, aktda qeyd edilən çəkidə, ölçüdə və nə qədər dəyərdə olmasını necə qiymətləndirməsini sübut etməsini, izahlı şəkildə başa salmasını istəsə də, cavabdeh buna dair sadəcə sübut kimi tarixi və ya şəkilin necə çəkildiyini, harda çəkilməsini sübut olunmayan şəkillərlə olduğunu bildirmişdir. Hətta qərar çıxarılarkən işə baxan hakimdən əvvəl işə baxan hakim cavabdehin sübut kimi qiymətləndirdiyi və əsaslandığı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1346 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə 33567,90 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunmasının bu işlə əlaqəsinin olub-olmamasının yoxlanılması üçün "xxxx" MMC işə cəlb edilsə də, onun iştirakını təmin etmədən qərar çıxarmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamalann əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Beiə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir, inzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli **********9189 №li nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X5 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mallar üzrə elektron-qaimə faktura təqdim edilmədiyinə görə MMC-yə maliyyə sanksiyası tətbiq edilmiş, MMC tərəfindən həmin maliyyə sanksiyası ödənilmişdir. Həmin mallar maşında İddiaçı MMC-nin anbarına aparılmış, sənədləri olmadığına görə geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsi: - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys) və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. Malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Çıxarışda hüquqi şəxsin ünvanı - ünvan 3miyyətin qanuni təmsilçisi X4r. - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9189 №-li, xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı MMC-yə məxsus obyektdə - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında Qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmala) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9207 №-li, xx.xx.2021-ci il tarixli tələbnamə ilə İddiaçı MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlər, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin təqdim olunması tələb olunmuşdur. - İddiaçı MMC-nin rəhbəri X6 tərəfindən İdxalİxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Xidmət haqqı 1 ton kəsimə görə ƏDV daxil 11 manat 80 qəpik təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar günləri istirahət günləridir. - İddiaçı MMC-nin rəhbəri X6 tərəfindən İdxalİxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli izahatda da bildirilmişdir ki, MMC-nin əsas fəaliyyət növü yastı prokatın doğranmasıdır (emalı). Göstərilən xidmətə görə hər ton üçün 11,8 manat (ƏDV daxil) xidmət haqqı alınır. - “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 005391 №li aktın surətindən müəyyən olunur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən İdarənin xx.xx.2021-ci il tarixli **********9189 №li qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, xx.xx.2021-ci il tarixdə saat 16:00-da İddiaçı MMC-yə məxsus qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 25861,24 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Akta əlavə olunmuş “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı”nda bir vahidinin qiyməti 1,716 manat olan 569015,65 kq, ümumi məbləği 976430,86 manat olan elektron qaimə-faktura və idxal gömrük bəyannaməsi əsasında alınmış mal və bir vahidinin qiyməti 1,876 manat olan 137796 kq, ümumi məbləği 258612,45 manat olan elektron qaimə-faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmayan mal aşkar edildiyi qeyd edilmişdir. - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7037 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71.2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 25861.25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7038 №-li tələbnamədən görünür ki, İddiaçı MMC-dən büdcəyə ödənilməli olan 25861,25 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb olunmuşdur. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********483200 №li məktubu ilə bildirilmişdir ki, Çin Xalq Respublikasından (ÇXR) idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannaməsi ilə "xxxx" MMC adına rəsmiləşən malların BBGİ-nin X13 ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, elektron-qaimə faktura təqdim edlmədən İddiaçı MMC-yə məxsus anbara aparılması halı araşdırma nəticəsində Baş İdarə tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd olunan halın yoxlanılması məqsədilə Baş İdarə tərəfindən VM-nin 50.2.2-ci və 50.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********9186 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. OVN zamanı anbarda aşkar olunmuş malların üzərində olan etiketlər əsasında və malların ölçüləri barədə məlumatlardan istifadə olunmuş, həmçinin malların qiymətləri GB-də göstərilən qiymətlər əsasında müəyyən edilmişdir. İddiaçı MMC malları elektronqaimə fakturasız aldığına görə VM-nin 58.8-ci maddəsinə əsasən 25861,24 (258612,46 x 10 %) manat maliyyə sanksiyası tətbiq edilmişdir. - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9186 №-li, xx.xx.2021-ci il tarixli Qərarının, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 005393 №li aktın surətlərindən və "xxxx" MMC-yə aid şəxsi vərəqədə olan məlumatlardan müəyyən olunur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül S/zonası, 507-ci küçə, 2113-cü məhəllə (kvartal) ünvanında yerləşən **********- 15001 kodlu anbarda YGB əsasında idxal edilmiş alış dəyəri ilə 84651 manat məbləğində mal aşkar edilmiş, **********1532, **********711, **********1868, **********1839, **********1613 nömrəli gömrük bəyannamələri ilə idxal edilmiş 258612,45 manat dəyərində malı, 10 % ticarət əlavəsi, 18 % ƏDV tətbiq etməklə 335678,96 manata e-qaimə tətbiq etmədən satıldığı müəyyən olunmuş, VM-nin 16.1.3, 71 və 130-cu maddələrinin tələblərinin pozulduğuna görə vergi ödəyicisi barəsində VM-nin 58.1.3-cü maddəsinə əsasən 33567,89 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuş, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1346 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC –yə 33567,90 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunmuş, qeyd olunan məbləğ vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli ödəniş tarşırığı ilə büdcəyə ödənilmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də malların elektron qaimə təqdim edilməli olduğu halda təqdim edilmədən satılmasıdır. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan iddiaçının sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2 maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyəti mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü sair hazır metal məmulatlarının istehsalı olaraq qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı X9 izahatından müəyyən olunmuşdur ki, o, adı çəkilən İdarənin əsasnaməsinə uyğun olaraq, vəzifə səlahiyyətləri çərçivəsində BBGİ-nin X13 ərazisində növbədə olarkən ÇXR-dan idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına rəsmiləşən malların Gömrük Postunun ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, İddiaçı MMC-yə məxsus anbara aparılmasını müşayət etmişdir. Bununla bağlı iddiaçı müəssisənin səlahiyyətli əməkdaşlarının icazəsi ilə cəmiyyətin fəaliyyət göstərdiyi sexin ərazisinə daxil olarkən, 3 avtomobillə sexin ərazisinə gətirilən mallardan (yastı prokat) bir hissəsinin əraziyə boşaldıldığını müşayət etmişdir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin digər əməkdaşı X14 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İdarənin xx.xx.2021- ci il tarixli **********9189 №li qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, xx.xx.2021-ci il tarixdə saat 16:00-da İddiaçı MMC-yə məxsus qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Malların üzərində olan məlumatlardan (etiket) onların hansı ölkədən daxil olduğu müəyyən edilmişdir. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib olunaraq, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 25861,24 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı MMC-nin nümayəndəsi X6 da 16/xx.xx.2021-ci il tarixlərində BBGİ-nin X13 ərazisindən ÇXR-dan idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına gətirilmiş malların İddiaçı MMC-nin ərazisinə daxil olduğunu, malların bir qismi boşaldıldıqdan sonra, həmin malların səhv olaraq onların ünvanına daxil olduğunu müəyyən etdiklərindən, həmin malları aid olduqları ünvana göndərdiklərini bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən keçirilmiş OVN zamanı vergi ödəyicisi olan iddiaçının sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktra (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2 maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyəti mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması halının aşkar olunması halı işin araşdırılan halları ilə tam sübuta yetirilmişdir. İddiaçının qeyd olunan halların yanlışlıq nəticəsində baş verməsi (malların səhvən onlara aid sexin ərazisinə daxil olması və bir qisminin boşaldılması) real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi) ki, cavabdeh orqan bunu sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Beləliklə, mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi, həm də maddihüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 50-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati akt qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində heç bir əsaslı dəlil irəli sürülməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2874/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2874/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver