Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2875/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, ərizəçinin nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 21(102)-1332/2021 saylı qərarı ilə üzərinə qoyulmuş öhdəliklərini icra olunmadığı üçün cərimə edilməsi barədə” ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4791/2020 saylı xx.xx.2022-ci il qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Ərizəçi "xxxx" MTK ilk öncə xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli 2-1(112)-1332/2021 saylı və 2-1(102)-1726/2021 saylı xx.xx.2021-ci il tarixili məhkəmə qərarları üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi Çınar-AN” MTK həmin ərizəsinin dəqiqləşdirilməsi barədə başqa ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarının icra edilməməsinə görə cavabdeh orqanın 50.000 manat cərimə ediməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4791/2020 saylı xx.xx.2022-ci il qərardadı ilə Çınar-AN” MTK-nın həmin ərizəsi rədd edilmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və cavabdehin 50.000 manat məbləğində cərimə olunması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarının icra edilməməsinə görə cavabdeh orqanın 50.000 manat cərimə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Halbuki, ərizəçi tərəfindən vergi orqanına Ali Məhkəmənin qərarının icrası ilə bağlı dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərar vergi orqanı tərəfindən 927142,55 manat hissədə icra olunub, lakin 1329614,33 manat hissəsində hələ icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri həmin qərarın icrasına maneçilik törədərək müəssisənin bank hesablarına sərəncam qoyulmasına davam edirlər. Cavabdeh vergi orqanı tərəfindən onun müraciət və şikayətlərinə baxılmamı, qanunamüvafiq qaydada cavab verilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməmişdir. Məhkəmə kollegiysının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək məhkəmə tərəfindən ümumiyyətlə, iddiaçının dəqiqləşdirilmiş ərizəsinin araşdırılmadığını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayndəsi isə bunun əksi olaraq qərarın icra olunduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən inzibati orqana müddət təyin edilməklə, cərimə olunacağı barədə xəbərdarlıq edə və həmin müddət ərzində öhdəliyini icra etməyən inzibati orqan barəsində cərimə tətbiq edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarının icra edilməməsinə görə cavabdeh orqanın 50.000 manat cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarı ilə cavabdeh inzibati orqanın üzərinə qoyulan öhdəliklər məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə cavabdeh inzibati orqan tərəfindən icra olunduğu mübahisələndirilməyən tamamilə (dəqiqləşdirilmiş ərizəsində iddiaçı tərəfindən predmətdən çıxarılan) Ali Məhkəmənin başqa bir 1(102)- 1726/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixili qərarı araşdırma obyektini təşkil etmişdir. Birinci instansiya məhkəməsi qərardadında bir kəlmə ilə qeyd etmişdir ki, iş materiallarında bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2021ci il tarixli 2-1(102)-1332/2021 saylı qərar qəbul edilməmişdir. Halbuki, həmin qərar iş materiallarının 101-115-ci vərəqlərində mövcuddur. Beləliklə, işin qeyd olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsinə baxmamışdır. İPM-in 87.7.2-ci maddəsinin tələbindən isə görünür ki, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək məhkəmə icraatının davam etdirilməsi üçün işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin onun ərizəsinə mahiyyəti üzrə baxılmadığını və əsassız qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4791/2020 saylı xx.xx.2022-ci qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4791/2020 saylı xx.xx.2022-ci il qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2875/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2875/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver