Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2875/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv olunması və pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 nömrəli, 18 may 2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 253 nömrəli Qərarı ilə prokurorluq işçilərinə verilən əlavənin (prokurorluq işçilərinə bu əlavənin verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.2-1-ci maddəsində də nəzərdə tutulmuşdur) “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci və 9.4.2-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq, yaş həddinə çatdığına görə prokurorluqda qulluğuna xitam verilənədək işlədiyi son 24 ayın (fevral 2019 - fevral 2021) bütün dövrünə, bu dövrdə ona verilmiş, əmək haqqının ibarət olduğu və qanunvericiliklə nəzərdə tutulmuş bütün ödənişlərə (əmək haqqı, məzuniyyətə görə müavinət, maddi yardım, xəstəliyə görə müalicə pulu) şamil edilməklə və həmin ödənişlər (üzərinə əlavə hesablanmaqla) də nəzərə alınmaqla əmək haqqının orta aylıq məbləği müəyyən edilərək, onun əsasında pensiyanın təyin olunması barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulması və bu vəzifənin icrası qaydasında cavabdeh tərəfindən qəbul edilən qərarla təyin olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən (müvafiq yaş həddinə çatdığına görə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarında qulluğuna xitam verilməklə yaşa görə əmək hüququ yarandığı gündən (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanmasının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən qulluq stajına görə 2015-ci ilin aprel ayında təyin olunaraq, prokurorluqda işləməkdə davam etdiyinə görə 50%-nin ödənişi həyata keçirilmiş, sonrakı illərdə qüvvədə olan qanunvericiliyə əsasən məbləği artaraq 2018-ci ildə 50%-i 2118 manat 54 qəpik (100%-i 4237 man. 08 qəp.) məbləğində müəyyən edilmiş (pensiyanın bu məbləği audit qaydasında yenidən yoxlanılaraq xx.xx.2020-ci tarixli qərarla təsdiq edilmişdir) ömürlük təyin edilmiş pensiyasının xx.xx.2021-ci il tarixdə yaşa görə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən (xx.xx.2021-ci ildən) etibarən 100% (4237 man. 08 qəp.) ödənişinin həyata keçirilməsini; Bu zaman həmin pensiya təyin olunduqdan sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xx.xx.2019-cu il tarixdə ona verilmiş daha yüksək xüsusi rütbəyə görə əmək haqqındakı artım hesablanaraq, pensiyasının 100% (4237 man. 08 qəp.) məbləğinin üzərinə əlavə edilməsini, bu qaydada müəyyən edilmiş pensiya məbləğinin üzərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3173 №li Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən etibarən həmin məbləğin 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməsini, 2022-ci il dekabrın 1-dən əmək haqqının artırılması nəzərə alınaraq həmin tarixdən etibarən pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarının əmək haqqının artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım əlavə edilməsini, bundan sonra yaranan pensiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən həmin məbləğin 14.7 faizi miqdarında indeksləşdirilməklə artırılmasını; Yuxarıda göstərilən qaydada hesablama aparılaraq xx.xx.2021-ci il tarixdən indiyədək olan dövrdə 4237 man. 08 qəpik üstəgəl fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xüsusi rütbəyə görə əmək haqqındakı artım (xx.xx.2019-cu il tarixdən etibarən), bu məbləğin üstünə xx.xx.2022-ci il tarixdən etibarən onun 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım hesablanaraq və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə cəm şəkildə hesablanmış pensiya məbləğindən xx.xx.2021-ci il tarixdən indiyədək faktiki ödənilmiş pensiya məbləği çıxılmaqla, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin olunması; DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiya məsələsi ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qərarların qanunsuz və əsassız olduqları üçün ləğv edilməsi; xx.xx.2021-ci il tarixdə onun yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiyasının məbləğinin qanuni və vicdanlı (etimad hüququna riayət edilməklə) xx.xx.2021-ci il tarixə hesablanılmasnın təmin edilməsini, onun üstünə xx.xx.2022-ci il tarixdən etibarən 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə xx.xx.2022-ci il tarixdən etibarən isə həmin pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10 faiz miqdarında maddi yardım hesablanaraq və sonra alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə pensiya məbləğinin müəyyən edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın eyni dövr üzrə məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsini, iki pensiyadan daha yüksək olanın seçilməsi prosesinin icrası qaydasında qəbul edilən qərarla müəyyən olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanması müəyyən edilməklə həmin vaxtdan etibarən yaranmış fərq (faktiki ödənilmiş pensiya nəzərə alınmaqla) hesablanıb birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-973/2023 nömrəli 18 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv olunması və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası - “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən qulluq stajına görə 2015-ci ilin aprel ayında təyin olunaraq, prokurorluqda işləməkdə davam etdiyinə görə 50%-nin ödənişi həyata keçirilmiş, sonrakı illərdə qüvvədə olan qanunvericiliyə əsasən məbləği artaraq 2018-ci ildə 50%-i 2118 manat 54 qəpik (100%-i 4237 man. 08 qəp.) məbləğində müəyyən edilmiş (pensiyanın bu məbləği audit qaydasında yenidən yoxlanılaraq xx.xx.2020-ci tarixli qərarla təsdiq edilmişdir) ömürlük təyin edilmiş pensiyasının xx.xx.2021- ci il tarixdə yaşa görə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən (xx.xx.2021-ci ildən) etibarən 100 % (4237 man. 08 qəp.) ödənişinin həyata keçirilməsi; Bu zaman həmin pensiya təyin olunduqdan sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xx.xx.2019-cu il tarixdə ona verilmiş daha yüksək xüsusi rütbəyə görə əmək haqqındakı artım hesablanaraq, pensiyasının 100 % (4237 man. 08 qəp.) məbləğinin üzərinə əlavə edilməsini, bu qaydada müəyyən edilmiş pensiya məbləğinin üzərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3173 №-li Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən etibarən həmin məbləğin 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməsini, 2022-ci il dekabrın 1- dən əmək haqqının artırılması nəzərə alınaraq həmin tarixdən etibarən pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarının əmək haqqının artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım əlavə edilməsini, bundan sonra yaranan pensiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən həmin məbləğin 14.7 faizi miqdarında indeksləşdirilməklə artırılması; yuxarıda göstərilən qaydada hesablama aparılaraq xx.xx.2021-ci il tarixdən indiyədək olan dövrdə 4237 man. 08 qəpik üstə gəl fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xüsusi rütbəyə görə əmək haqqındakı artım (xx.xx.2019-cu il tarixdən etibarən), bu məbləğin üstünə xx.xx.2022-ci il tarixdən etibarən onun 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022- ci il tarixdən etibarən isə pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım hesablanaraq və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə cəm şəkildə hesablanmış pensiya məbləğindən xx.xx.2021-ci il tarixdən indiyədək faktiki ödənilmiş pensiya məbləği çıxılmaqla, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin olunması; xx.xx.2021-ci il tarixdə onun yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiyasının məbləğinin qanuni və vicdanlı (etimad hüququna riayyət edilməklə) xx.xx.2021-ci il tarixə hesablanılmasnın təmin edilməsini, onun üstünə xx.xx.2022-ci il tarixdən etibarən 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə həmin pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10 faiz miqdarında maddi yardım hesablanaraq və sonra alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə pensiya məbləğinin müəyyən edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın eyni dövr üzrə məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsi hissələrində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)- 973/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə iddia qismən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********2 №-li və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının ləğv edilməsi hissəsində təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********2 №-li və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının ləğv edilməsi qərara alınmışdır. Hazırda iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 nömrəli 18 may 2023cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 2015-ci ildə prokurorluqda işləməyinin 25 ili tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddasinə əsasən staja görə əmək pensiyası təyin edilmiş, prokurorluqda işləməyə davam etdiyinə görə təyin olunmuş pensiyanın 50% ödənilmişdir. Pensiyanın 50% ödənilən məbləği əvvəl 1954 man. 34 qəp., xx.xx.2018-ci il tarixdən etibarən isə prokurorluq işçilərinin əmək haqqısının 10% artırılması ilə əlaqədar həyata keçirilmiş pensiya artımından sonra pensiyanın 50% ödənilən məbləği 2118 man. 54 qəp. müəyyən edilmişdir. DSMF 2020-ci ildə pensiyaların auditini keçirərkən iddiaçının pensiyasının təyin olunmasının və onun məbləğinin qanuniliyi və əsaslılığı təsdiq olunduğundan, xx.xx.2020ci tarixli qərarla 50% məbləği 2118 man. 54 qəp. ödənilən pensiya yenidən iddiaçıya ömürlük təyin edilmişdir. 2021-ci ilin fevral ayında 60 yaşma çadığına görə prokurorluqda qulluğuna xitam verilməklə o, ikinci pensiya hüququnu («Əmək pensiyaları haqqında» Qanunun 9.4.2-ci mad. əsasən) qazanmışdır. Bu zaman iddiaçı, həmçinin, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə əvvəldən iddiaçıya işlədiyinə görə 50% ödənilmiş pensiyanın tam məbləğini almaq hüququ ilə yanaşı, qazanmış olduğu iki pensiyadan daha yüksək olanının seçilməsi hüququnu qazanmışdır. Əvvəldən 50% ödənilən pensiyanın tam məbləği iddiaçı üçün bəlli olsa da (pensiyanın qulluq stajına görə əlavə hissəsinin həmin vaxtadək 50% ödənilmiş məbləğinin 100%, üstəgəl sığorta hissəsində yığılmış pensiya kapitalına görə 100%), 2021-ci ildə qazanmış olduğu ikinci pensiyanın məbləğinin nə qədər təşkil etməsi iddiaçı üçün aydın deyildi, ona görə ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il il tarixli 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə xx.xx.2020-ci il tarixdən etibarən bir aylıq vəzifə maaşı miqdarında əlavə verilməyə başlanılmış, ƏƏSMN yüksək vəzifəli rəsmisi isə bəyan etmişdi ki, hətta bir ay belə bu əlavəni almış prokurorluq işçisinə həmin əlavə pensiyanın təyin edilməsi üçün əsas götürülmüş son 24 ayın bütün əmək haqqı ödənişlərinə şamil edilməklə orta əmək haqqı hesablanaraq, onun əsasında pensiyanın məbləği müəyyən ediləcəkdir. Qeyd olunanları və pensiyaların təyinatı və ödənişi vəzifəsini həyata keçirən DSMF-nın həmin Nazirliyin tabeliyində olmasını nəzərə alaraq belə düşünməyə əsası olmuşdur ki, qazandığı ikinci pensiyanın məbləği birinci qazanmış olduğu pensiyanın tam məbləğindən də yüksək ola bilər. Buna görə də, iddiaçı XŞTMF-ya ərizə ilə müraciət edərək, həm əvvəldən 50%-ni aldığı pensiyanın tam məbləğinin (üzərinə fərdi hesabının sığorta hissəsində toplanılmış pensiya kapitalına görə və 2019-cu ilin sentyabrında verilmiş «baş ədliyyə müşaviri» xüsusi rütbəsinə görə əlavələr edilməklə), həm də 2021-ci ilin fevralında qazanmış olduğum ikinci pensiyanın məbləğini hesablayaraq, onların içərisindən daha yüksək olanının seçilib müəyyən edilməsini xahiş etdi. Onun bu müraciəti «Əmək pensiyaları haqqında» Qanunun müvafiq maddələri ilə yanaşı Konstitusiyanın 68-ci maddəsində təsbit olunmuş «hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ»na və «İnzibati icraat haqqında» Qanunda təsbit olunmuş etimad hüququna əsaslanmışdır. İddiaçıya 50% ödənilən əvvəldən qazandığı pensiyanın tam məbləğinin nə qədər olmalı olduğu iddiaçıya məlum idi və qüvvədə olan qanunvericiliyə əsasən minimum halda (ikinci qazandığı pensiyanın məbləği əvvəlkinin tam məbləğindən az hesablanıldıqda) iddiaçıya əvvəldən qazandığı pensiyanın tam məbləği verilməli idi. Lakin iddiaçıya ödənilən pensiyaların məbləğləri göstərirdi ki, iddiaçının qazanmış olduğu iki pensiyadan nəinki daha yüksək olanı seçilməmiş, bunun əksinə olaraq, onun əvvəldən qazanmış olduğu (2015-ci ildən 50% ödənilən) pensiyanın tam məbləği belə kəsilməklə, ondan tutulmalar həyata keçirilməyə başlanılmışdır. Buna görə də iddiaçı yenidən dəfələrlə XŞTMF-ya ərizələrlə müraciət edərək iddiaçının qazanmış olduğu iki pensiya növündən (2015-ci ildən etibarən 50% ödənilmiş staja görə pensiyanın tam məbləğindən və 2021-ci ildə qazanmış olduğum yaşa görə pensiyadan) daha yüksək olanının müəyyən edilib seçilməsini, əgər ikinci pensiyanın məbləği birincinin tam məbləğindən az alınırsa, birincinin tam məbləğinin seçilib müəyyən edilməsini xahiş etmişdir. Həmin ərizələrə baxılmamış və cavab verilməmiş, çox çətinliklə olsa da XŞTMFdan cəmi bir cavab aldıqdan sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək, dəfələrlə ərizələrində bu barədə tələb olunmasına baxmayaraq, iddiaçı pensiya məsələsi ilə bağlı qəbul edilmiş qərarlar haqqında iddiaçıya hər hansı məlumat verilməmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmənin XŞTMF-dan tələb etdiyi sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, XŞTMF iddiaçının 2021-ci ilin fevralında prokurorluqda qulluğuna xitam verilənədək 50% məbləğində aldığı pensiyanın tam məbləğini müəyyən etməmək, onun üzərinə fərdi hesabının sığorta hissəsində toplanılmış istifadə edilməmiş pensiya kapitalına görə və 2019-cu ilin sentyabrında verilmiş «baş ədliyyə müşaviri» xüsusi rütbəsinə görə əlavələr gəlməmək və əvvəldən qazanmış olduğu pensiyanın tam məbləğindən tutulmalar həyata keçirmək üçün iki tam qanunsuz və əsassız qərar qəbul etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, XŞTMF həmin tarixədək aldığı pensiyanın üzərinə fərdi hesabının sığorta hissəsində toplanılmış istifadə edilməmiş pensiya kapitalına əsasən və 2019-cu ilin sentyabrında verilmiş «baş ədliyyə müşaviri» xüsusi rütbəsinə görə əlavələr edilməklə pensiyanın tam məbləğini müəyyən edərək, onun dərhal ödənişini həyata keçirmək əvəzində, iddiaçının iki pensiyadan daha yüksək olan pensiyanın seçilməsinə dair müraciətindən fürsət kimi istifadə edərək, Baş Prokurorluğun xx.xx.2021-ci il tarixli 20/231 №-li (2019-2021-ci illərə aid olan) arayışından qeyri-qanuni istifadə etməklə, həmin arayışdan iddiaçının xx.xx.2018-ci il tarixdən etibarən aldığı aylıq vəzifə maaşının məbləği barədə və xx.xx.2019-xx.xx.2021-ci il dövrünün bir aylıq əmək haqqı ödənişinə dair digər məlumatları götürüb, onları tam əsassız olaraq xx.xx.2013xx.xx.2015-ci il dövrə tətbiq etməklə iddiaçının neçə illər ərzində aldığı əvvəlki pensiyanın tam məbləğindən qanunsuz tutulmanın aparılması üçün xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qanunsuz və əsassız qərarlar qəbul etmişdir. İş üzrə iddia tələbləri və XŞTMF-nın həmin qərarlarının qüvvədə olan qanunvericiliyə tamamilə zidd olması iddiaçının məhkəməyə təqdim etdiyi 1) xx.xx.2022-ci il tarixli İddia ərizəsində, 2) xx.xx.2023-cü il tarixli «İddia tələbinin dəqiqləşdirilməsi haqqında», 3) xx.xx.2023-cü il tarixli «İddia tələblərinin dəqiqləşdirilməsi, iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin həyata keçirilməsi və s. haqqında», 3) xx.xx.2023-cü il tarixli «İnzibati mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar barədə və XŞTMF-ya sorğu verilməsi haqqında» və 4) xx.xx.2023cü il tarixli «Pensiyanın tam məbləğindən qanunsuz tutulmanı müəyyən edən inzibati aktların icrasının dayandırılması və inzibati mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər faktiki və hüquqi hallar haqqında» ərizələrində və xx.xx.2023-cü il məhkəmə iclasındakı çıxışında hərtərəfli əsaslandırılmaqla müvafiq faktiki və hüquqi sübutetmə halları göstərilmişdir. xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə başlanılmış pensiya işinə baxılma, bir aylıq vəzifə maaşı haqqında əlavənin «sonrakı artım» olaraq tətbiqinə dair digər pensiya işi üzrə yuxarı instansiya məhkəməsinin qərarı qəbul olunmaqla apellyasiya islansiyası məhkəməsinin mövqeyi müəyyən edilməsi gözlənilərək bir neçə dəfə təxirə salınmışdır ki, həmin pensiya işi üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi bilinməklə ona uyğun qərar qəbul edilsin. Bu dövrdə cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olunma nəticəsində aldığı məlumatlar və qanunvericilikdə baş verən dəyişikliklər nəzərə alınaraq, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli «İddia tələbinin dəqiqləşdirilməsi haqqında» və xx.xx.2023-cü il tarixli «İddia tələblərinin dəqiqləşdirilməsi, iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin həyata keçirilməsi və s. haqqında» ərizə ilə iddia tələbləri dəqiqləşdirilmişdir. Göstərilən məsələlərin düzgün həlli üçün vahid hüquqi mövqeyin müəyyənləşdirilməsinə, həm hüquq tətbiq etmə təcrübəsinin, həm məhkəmə praktikasının öyrənilməsinə ehtiyac olmaqla, Konstitusiya Məhkəməsinin izahına zərurət yarana bilər. Buna görə də yuxarıda göstərilən məsələlər üzrə qanuna əsaslanan hüquqi mövqe, vahid məhkəmə praktikası, düzgün hüquq tətbiqetmə təcrübəsi müəyyən edilərək xx.xx.2021-ci il tarixdə iddiaçının yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiyanın məbləğinin qanuni və vicdanlı (etimad hüququna riayət edilməklə) xx.xx.2021-ci il tarixə hesablamlmasının təmin edilməsini, onun üstünə xx.xx.2022-ci il tarixdən etibarən 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə həmin pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım hesablanaraq və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə pensiya məbləğinin müəyyən edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın (iddia tələbinin 1-ci bəndində göstərilmiş qaydada hesablanmış) eyni dövr üzrə məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsini xahiş edir. İki pensiyadan daha yüksək olanın seçilməsi prosesinin icrası qaydasında qəbul edilən qərarla müəyyən olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən («Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanması müəyyən edilməklə həmin vaxtdan etibarən yaranmış fərq (faktiki ödənilmiş pensiya nəzərə alınmaqla) hesablanıb birdəfəlik qaydada ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1486/2023 №-li iş üzrə xx.xx.2023-cü il (xx.xx.2023) tarixli qərarı qəbul olunduqdan sonra pensiya işinə məhkəmədə baxılmasının təxirə salınmasına və sonrakı vaxtlara keçirilməsinə əsas olmuş hal aradan qalxmış, bir aylıq vəzifə maaşı haqqında əlavənin «sonrakı artım» olaraq tətbiqinə dair yuxarı instansiya məhkəməsinin mövqeyi məlum olmuş və iddiaçının pensiya işinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün yuxarı instansiya məhkəməsinin mövqeyi məlum olmayan hər hansı məsələ qalmamışdır. Belə olan halda məhkəmə işə mahiyyəti üzrə baxıb iddia tələblərində qaldırılan məsələlər üzrə qərar qəbul etmək əvəzinə, 2-1(112)-973/2023 №- li iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iş üzrə irəli sürülmüş üç bənddən ibarət iddia tələblərinin birinci və üçüncü bəndlərinin məhkəmədə baxılmasını mümkün saymamışdır. Əgər iddia tələblərinin bu bəndlərinə baxılması sonradan mümkün sayılmayacaqdırsa, onda pensiya işinə baxılmasının dəfələrlə təxirə salınaraq Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının çıxarılmasının gözlənilməsinin nə əhəmiyyəti olmuşdur, axı apellyasiya məhkəməsinin həmin qərarı mümkünlük məsələsinin həllinə aid olmamışdır. Həmin qərardadla yanaşı məhkəmə 2-1(112)-973/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərar qəbul edərək onun iddia tələblərinin 2-ci bəndində göstərilmiş tələbi təmin edərək XŞTMF tərəfindən iddiaçının pensiya məsələsi ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlar qanunsuz və əsassız olduqları üçün ləğv etmişdir. Yuxanda göstərilən qərardad və qərardan öncə isə məhkəmə iddiaçının pensiya məsələsi üzrə xx.xx.2023-cü il tarixli digər qərardadla (15(112)-201/2023-cü il tarixli iş üzrə) iddiaçının əvvəldən neçə illər ərzində aldığı pensiyasının tam məbləğindən qanunsuz tutulmanın qarşısını almaq üçün XŞTMF-nın xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qanunsuz və əsassız qərarlarının icrasını işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək dayandırmışdır. Bakı İnzibati Məhkəməsinin iddiaçının pensiya işi üzrə irəli sürülmüş üç bənddən ibarət iddia tələblərinin birinci və üçüncü bəndlərinin mümkün sayılmamasına dair 2-1(112)-973/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı yalnız onunla əsaslandırılmışdır ki, iddiaçının qazanmış olduğu iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsi ilə bağlı cavabdeh orqana müraciət olunmamışdır (bununla bağlı iddiaçı tərəfindən iş materiallarına heç bir sübut əlavə olunmamışdır). Qərardadda qeyd olunduğu kimi, göstərilən xiisusata əsasən məhkəmə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Halbuki, iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsi ilə bağlı cavabdeh orqana əzəldən və dəfələrlə müraciət olunmuş, cavabdehdən çox çətinliklə də olsa bir cavab alındıqdan sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdır. Əslində, cavabdeh orqana bütün müraciətlər elə bu barədə olmuşdur. İddia tələblərinin birinci və üçüncü bəndlərinin məhkəmədə baxılmasının mümkün sayılmamasına dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-973/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının hüquqi əsası kimi X1 35ci maddəsi göstərilmişdir. Lakin qanunun həmin maddəsinin məzmunu ilə tanışlıq iddiaçının pensiya işi üzrə iddianın mümkünlüyü haqqında şərtlərin tam yerinə yetirildiyini göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən sonradan dəqiqləşmə verilib artırılan tələblə bağlı cavabdehə müraciəti yoxdur. Ona görə də iddia tələbi mümkün sayılmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmayan hissəsi ilə bağlı cavabdeh orqana müraciət etməsi müəyyən edilmir. İddiaçı iddia tələbinin qeyd olunan hissəsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl cavabdehə müraciətini və ya cavabdeh tərəfindən onun müraciətinə verilmiş imtina cavabını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etməmişdir. Göründüyü kimi, iddianın qeyd olunan hissədə mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın qeyd olunan hissədə mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2875/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2875/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver