Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2875/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin və faiz məbləğinin qaytarılması barədə rəy tərtib edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndələri X1 və X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin və faiz məbləğinin qaytarılması barədə rəy tərtib edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2024 saylı 18 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İşdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə olan 17170,40 manat artıq ödəməsinin yaranmasına əsas iddiaçının xx.xx.2017-ci ildə 2017-ci ilin iyul ayı üzrə cari ƏDV bəyannamə təqdim edərək, 11699,79 manat azalma etməsi olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, 17170,4 manat artıq ödəmənin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq ona ünvanladığı məktubda göstərmişdir ki, aparılmış araşdırmalar zamanı iddiaçının avtomobil hissələrinin topdan satışı üzrə fəaliyyət göstərdiyi müəyyən olunmuş və rəhbərdən başqa əmək müqaviləsi ilə işə cəlb edilən işçinin olmadığı, heç bir təsəffürat subyektinin qeydiyyata alınmadığı aşkar olunmuşdur. Aparılan araşdırma nəticəsində topdansatış fəaliyyəti ilə məşğul olan analoji vergi ödəyicilərinin mal saxlanılması üçün ən azı bir anbarı və Cəmiyyətin fəaliyyətinin davam etməsi üçün müxtəlif sahələr üzrə işçilərinin olduğu müəyyən olmuşdur. Qeyd olunan hallar vergi öhdəliyinin düzgün bəyan edilməməsi ehtimalını yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq aşağıdakı sənədlərin təqdim olunması tələb olunur: müvafiq hesabat dövrləri üçün könüllü bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr; Ətraflı izahat məktubu; araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlər. Vergi Məcəlləsinin 38.3.1-ci və 38.3.5-ci maddələri əsas götürülməklə vergi orqanı tərəfindən növbədən kənar səyyar vergi yoxlaması təyin edilə bilər. Bu da nəticə etibariylə əlavə olaraq 50 faiz maliyyə sanksiyaları üzrə itkilərə məruz qalması ilə nəticələnə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda 7 (yeddi) il müddətində növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra artıq ödəmənin qaytarılması məsələsinə yenidən baxılacaqdır. İddiaçı daha sonra dəfələrlə məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh sonuncu dəfə iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərinə cavab olaraq bildirmişdir ki, aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 64998,93 manat (ƏDV-si 11699,79 manat) dəyərində (Frenka nişanlı diskli əyləclər üçün hissələr, BESER nişanlı yük avtomobillər üçün əyləc nakladkası) idxal edtdiyi malların 11 552 manatlıq hissəsinə (ƏDV-si 2 079,36) 20% ticarət əlavəsi tətbiq etməklə satdığını bəyan etmişdir. İdxal edərək satışını həyata keçirmədiyi malların ilin sonuna mal qalığının olmasına əsas verir. Bundan başqa xx.xx.2017-ci il tarixədək 59741,8 manat məbləğində sənədsiz alınmış malların olduğu və həmin malları təqdim edildiyi müəyyən olmuşdur. Lakin araşdırma zamanı təsərrüfat subyektinin (obyektinin) olmaması və ilin sonuna mal qalığının hesabatlarında bəyan olunmadığı qeyd edilən malların təqdim edilməsi kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq sənədlərin təqdim olunması tələb olunur. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra artıq ödəmənin qaytarılması məsələsinə yenidən baxılacaqdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.170,40 manat artıq ödənilmiş vergi məbləğinin iddiaçıya geri aytarılması və xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizlə birlikdə iddiaçının hesabına köçürülməklə ödənilməsinə dair rəyin tərtib edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 12627,82 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi ilə bağlı rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfındən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli, 01.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli (AVİS qeydiayyatı: xx.xx.2021-ci il tarixli **********225400nömrəli, xx.xx.2022-ci il tarixli **********939800 nömrəli və xx.xx.2022-ci il tarixli **********269100 nömrəli) tarilxi Ərizələr göndərilmiş, ərizələr müxtəlif bəhanələrlə geri qaytarılmışdır. Belə ki, müəssisənin son 3 illik dövrdə heç bir əməliyyatı olmadığı halda hansısa 2015-ci illərdə sübut edib vəzifə öhdəliklərini yerinə yetirməkdən və Vergi Məcəlləsinin tələblərinə riayət etməkdən boyun qaçırırlar. Qanunvericiliyin müddəalarından görünür ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hər hansı səbəbə görə artıq ödənilmiş və ya vergi orqanı tərəfindən artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması mexanizmini təsbit etmişdir. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. İddiaçı son olaraq xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, vergi ödəyicisi qismində çıxış edən iddiaçı gecikdirilmiş hər gün üçün müvafiq məbləğin 0,1% məbləğində faiz borcu tələb etmək hüququna malikdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 64998,93 manat (ƏDV-si 11699,79 manat) dəyərində (Frenka nişanlı diskli əyləclər üçün hissələr, BESER nişanlı yük avtomobillər üçün əyləc nakladkası) idxal edilən malların, 11 552,0 manatlıq hissəsinə (ƏDV-si 2 079,36) 20% ticarət əlavəsi tətbiq etməklə satıldığı məlum olmuşdur. İdxal edərək satışı həyata keçirilməyən malların ilin sonuna mal qalığının olmasına əsas verir. Bundan başqa xx.xx.2017-ci il tarixədək 59 741,8 manat məbləğində sənədsiz alınmış malların olduğu və iddiaçının həmin malları təqdim etdiyi müəyyən olmuşdur. Lakin araşdırma zamanı təsərrüfat subyektinin (obyekt) olmaması və ilin sonuna mal qalığının hesabatlarda bəyan olunmaması qeyd edilən malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, iddiaçının xx.xx.2022, xx.xx.2022-ci il tarixli müraciət məktublarına müvafiq olaraq verilmiş xx.xx.2022-ci il tarixində **********635200 nömrəli cavab məktubunda aşağıdakı sənədlərin təqdim olunması tələb olunmuşdur: Müvafiq hesabat dövrləri üçün könüllü bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr; Ətraflı izahat məktubu; Malların saxlanc yerləri barədə məlumat (təsdiqedici sənədlərlə birlikdə); Alış-satış cədvəlləri (üzləşmə aktları ilə birlikdə) Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər. Vergi Məcəlləsinin 38.3.1-ci və 38.3.5-ci maddələri əsas götürülməklə vergi orqanı tərəfindən növbədən kənar səyyar vergi yoxlaması təyin edilə bilər. Əgər nəticə olaraq yayınma məbləğləri aşkarlanarsa, həmin məbləğlərin 50 faizi həcmində maliyyə sanksiyaları tətbiq edilə bilər. Əlavə olaraq Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda 7 (yeddi) il müddətində növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan sənədlər və izahatlar təqdim edilmədiyi üçün artıq ödəmə məbləğinin geri qaytarılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən artıq ödənilmiş 12627,82 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 64998,93 manat (ƏDV-si 11699,79 manat) dəyərində (Frenka nişanlı diskli əyləclər üçün hissələr, BESER nişanlı yük avtomobillər üçün əyləc nakladkası) idxal edilən malların, 11 552,0 manatlıq hissəsinə (ƏDV-si 2 079,36) 20% ticarət əlavəsi tətbiq etməklə satıldığı məlum olmuşdur. İdxal edərək satışı həyata keçirilməyən malların ilin sonuna mal qalığının olmasına əsas verir. Bundan başqa xx.xx.2017-ci il tarixədək 59 741,8 manat məbləğində sənədsiz alınmış malların olduğu və iddiaçının həmin malları təqdim etdiyi müəyyən olmuşdur. Lakin araşdırma zamanı təsərrüfat subyektinin (obyekt) olmaması və ilin sonuna mal qalığının hesabatlarda bəyan olunmaması qeyd edilən malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanalarla əlaqədar olaraq, iddiaçının xx.xx.2022, xx.xx.2022-ci il tarixli müraciət məktublarına müvafiq olaraq verilmiş xx.xx.2022-ci il tarixində **********635200 nömrəli cavab məktubunda aşağıdakı sənədlərin təqdim olunması tələb olunmuşdur: 1.Müvafiq hesabat dövrləri üçün könüllü bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr; 2.Ətraflı izahat məktubu; 3.Malların saxlanc yerləri barədə məlumat (təsdiqedici sənədlərlə birlikdə) 4.Alış-satış cədvəlləri (üzləşmə aktları ilə birlikdə) 5.Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər. Lakin, qeyd olunanlara baxmayaraq, iddiaçı tərəfindən araşdırmaya hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Buna görə də, inzibati icraat haqqında qanuna və Vergi Məcəlləsinin tələbinə imtina və ya təsdiq barədə hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə öz qərarında iddianın təmin edilmə səbəbi kimi yeganə olaraq, iddiaçınnı şəxsi hesab vərəqəsində yaranan 12627,82 manat artıq ödəmə əsasını onun gömrük orqanına etdiyi ƏDV ödənişi təşkil edir və onun əvəzləşdirilməmiş, həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur. Həmçinin, iddiaçının ona müraciət etməsindən, 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh növbədən kənar səyyar vergi yoxlaması keçirməmiş, buna baxmayaraq iddiaçının ərizəsinin təmin edilməsinə yönələn hər hansı hərəkət etməmişdir. Məhkəmənin qeyd edilən əsasına əks arqument olaraq bildiririk ki, iddiaçıya cavabdeh olaraq, müraciətin araşdırılması üçün müvafiq məktubla məlumatlar tələb olunsa da, iddiaçının özünün hərəkətsizliyi səbəbindən müvafiq müraciət yekunlaşdırıla bilməmişdir. Həmçinin, məhkəmənin qeyd etdiyi, növbəti vergi yoxlaması təyin olunmamışdır kimi qənaəti ilə bağlı bildiririk ki, maddənin tələbinə fikir verdikdə, bu hüquqdur, vəzifə deyil! Başqa sözlə, diskresion səlahiyyət və iddiaçı özü də sənədləri araşdırma üçün təqdim etməyərək hərəkətsizlik etmiş, məhkəmə isə haqsız olaraq, bunu cavabdehin hərəkətsizliyi kimi qəbul etmiş və diskresion hüququ vəzifə kimi qeyd etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri X2 və X6 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiya hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tələbi “iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 12627,82 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi ilə bağlı rəy verilməsi” barədədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdehin özünün də istinad etdiyi kimi, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. İşdən görünür ki, iddiaçının ona müraciət etməsindən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh növbədənkənar vergi yoxlaması təyin etməmiş, buna baxmayaraq iddiaçının ərizəsinin təmin edilməsinə yönələn hər hansı bir hərəkət də etməmişdir.” Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixə olan 17170,40 manat artıq ödəməsinin yaranmasına əsas iddiaçının xx.xx.2017-ci ildə 2017-ci ilin iyul ayı üzrə cari ƏDV bəyannaməsi təqdim edərək, 11699,79 manat azalma etməsi olmuşdur. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə, o cümlədən xx.xx.2021-ci il tarixdə və bundan sonra da müraciət etmiş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ var. Həmin Məcəllənin 24.1.10-cu maddəsinə əsasən vergi orqanlarının vəzifələrindən biri vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməkdir. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 17170,40 manat artıq ödənilmiş məbləğ Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmədir. İddiaçı həmin artıq ödəmənin geri qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə inzibati orqana müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə olan 17170,40 manat artıq ödəməsinin yaranmasına əsas iddiaçının xx.xx.2017-ci ildə 2017-ci ilin iyul ayı üzrə cari ƏDV bəyannaməsi təqdim edərək, 11699,79 manat azalma etməsi olmuşdur. İşdən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli **********4562, **********4569 və **********4577 nömrəli gömrük bəyannamələri üzrə cəmi 11699,79 manat ƏDV ödəmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının şəxsi hesab vərəqəsində yaranan 12627,82 manat artıq ödəmənin əsasını iddiaçının gömrük orqanına etdiyi ƏDV ödənişi təşkil etmiş və onun əvəzləşdirilməmiş həmin məbləğin qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən iddiaçının xx.xx.2017ci il tarixdə 64998,93 manat (ƏDV-si 11699,79 manat) dəyərində (Frenka nişanlı diskli əyləclər üçün hissələr, BESER nişanlı yük avtomobillər üçün əyləc nakladkası) idxal etdiyi malların 11 552 manatlıq hissəsinə (ƏDV-si 2 079,36) 20% ticarət əlavəsi tətbiq etməklə satdığına, idxal edərək satışını həyata keçirmədiyi malların ilin sonuna mal qalığı olduğuna, xx.xx.2017-ci il tarixədək 59 741,8 manat məbləğində sənədsiz alınmış malların olduğuna və həmin malların təqdim edildiyinə, lakin təsərrüfat subyektinin (obyektinin) olmamasına və ilin sonuna mal qalığının hesabatlarında bəyan olunmadığına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünün də istinad etdiyi kimi, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Lakin iş materiallarından və tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, iddiaçının müraciət etməsindən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh növbədənkənar vergi yoxlaması təyin etməmiş, buna baxmayaraq iddiaçının ərizəsinin təmin edilməsinə yönələn hər hansı bir hərəkət də etməmişdir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan və həmin artıqödəmənin geri qaytarılmasına mane ola biləcək hallar mövcud olmadığından iddia tələbi əsaslıdır. Cavabdeh orqan isə həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərkən öz vəzifələrinin icrasından yayınmış və iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-456/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2875/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2875/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver