Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2876/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi» tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrası ilə bağlı tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1757/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-ci ildən xx.xx.1986-cı ilədək və xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1757/2017 saylı, 14 aprel 2017ci il tarixli qərarına əsasən iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1879/2019 saylı, 23 avqust 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin apellyasiya şikayətinin təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2- 1(82)-1757/2017 saylı, 14 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2168/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1879/2019 saylı, 23 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-1757/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1757/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-ci ildən xx.xx.1986-cı ilədək və xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1757/2017 saylı, 14 aprel 2017-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1757/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2097/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1757/2021 saylı qərardadı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı inzibati iş üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2097/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2139/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1879/2019 saylı, 23 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsinin qərardadını xx.xx.2022-ci il tarixdə almışdır. Apellyasiya şikayətini isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 gün müddəti ötürməklə verdiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi» tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrası ilə bağlı tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1757/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2876/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2876/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver