Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2876/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X11 iştirakları ilə, İddiaçılar X9, İddiaçı2 və İddiaçı3 Əliabas qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X23) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3496/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərarından üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X9, İddiaçı2 və İddiaçı3 Əliabas qızı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X21 və X15 Bakı şəhəri, Nəsimi rayonu, İsmayılov küçəsi, 46 saylı evdən qeydiyyatdan çıxarılmalarının Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, İsmayılov küçəsi, 46 saylı ev iddiaçılar İddiaçı2, X9 və Kərimova X24 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən göstərilən əmlakın iddiaçıların mülkiyyətində olması təsdiq olunur. Cavabdehlər X21 və X23 Bakı şəhəri, Nəsimi rayonu, İsmayılov küçəsi, 46 saylı evdə formal olaraq qeydiyyatdadırlar. X21 özünə aid payı X1. Cavabdehlər artıq on ildən artıq Bakı şəhəri, Nəsimi rayonu, İsmayılov küçəsi, 46 saylı evdə yaşamırlar və qeydiyyatları formaldır. Cavabdehlər X21 və X15 iddiaçılara məxsus Bakı şəhəri, Nəsimi rayonu, İsmayılov küçəsi, 46 saylı evdə formal olaraq qeydiyyatda olması iddiaçıların mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13899/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X21 və X23 iddiaçılar X5, İddiaçı2 və İddiaçı3 Əliabas qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Üçüncü şəxs X11 təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, mərhum anası 1957-ci ildə X27, X12 ilə ailə həyatı qumuş və İlqar İsmayılov 46 ünvanına gəlin köçmüşdür. Bu nikahdan onun iki övladı var. X21 1959-cu ildə anadan olmuş və X8 1961-ci ildə anadan olmuşdur. Bu onun və bacısının xüsusi mülkiyyətidir. Xüsusi mülkiyyət dövlət tərəfindən qorunur. O, heç kimə ev satmamışdır, razılıq verməmişdir, imzası da yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3496/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş, X21 və X15 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslərdən X21 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yenidən baxılması üçün İnzibati Məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anası 1957-ci ildə X27, X12 ilə ailə həyatı qumuş və İlqar İsmayılov 46 ünvanına gəlin köçmüşdür. Bu nigahdan onun iki övladı var. X21 1959-cu ildə anadan olmuş və X8 1961-ci ildə anadan olmuşdur. Bu onun və bacısının xüsusi mülkiyyətidir. Xüsusi mülkiyyət dövlət tərəfindən qorunur. O, heç kimə ev satmamışdır, razılıq verməmişdir, imzası da yoxdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, işin yenidən baxılması üçün İnzibati Məhkəməyə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçılardan İddiaçı2 və İddiaçı3 Əliabas qızı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi və üçüncü şəxslərdən X23 məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmiş, digərləri gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunsa da, digər 3-cü şəxs X23 tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız üçüncü şəxs X11 verdiyi apellyasiya şikayəti həddində ona münasibətdə qərarı yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayəti vermiş üçüncü şəxs X16, iddiaçının nümayəndəsi və vəkili Vəkil dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına istinadən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 adına 2/4 hissədə, X5 adına ¼ hissədə, İddiaçı3 Əliabas qızının adına ¼ hissədə paylı mülkiyyətdədir. İddiaçıların qeydiyyatdan çıxarılmasını tələb etdikləri şəxslərdən X21 oğlunun mübahisəli ünvanda yerləşən mənzilə dair əşya hüququnun olduğu iş üzrə müəyyən olunmur. Belə ki, mübahisəli evin paylı mülkiyyətçilərindən olmuş X13 ona aid ¼ hissəni hər biri 1/8 hissə olmaqla xx.xx.2008-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən X23 və X4, sonuncuların mülkiyyət hüquqları qeydiyyata alınmış, daha sonra Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-165/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə X13 ilə X18 və X23 arasında xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, o cümlədən, X15 adına olan dövlət reyestrindəki qeydlər ləğv edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi X7 adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsilə yenidən qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixli, ******* nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən, satıcı X13 ünvan 1 ünvanında yerləşən evin özünə məxsus ¼ hissəsini alıcı X2, bu zaman müqavilənin bağlanması ilə bağlı bütün notarial hərəkətlər X7 etibarnamə üzrə nümayəndəsi X11 imzası və iştirakı ilə aparılmışdır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında sədrlik edənlə üçüncü şəxs Aydın Əliyev tərəfindən iş materiallarında olan (səh 107) xx.xx.2010-cu il tarixli, ******* nömrəli Alqı-Satqı Müqaviləsinə baxış keçirilmiş, sədrlik edənin sualına cavab olaraq üçüncü şəxs Aydın Əliyev müqavilədəki imzanın və imzanın altında kiril əlifbası ilə yazılmış “Əliyev A.M” sözlərinin ona aid olduğunu qəbul etmişdir. Beləliklə, iş üzrə mübahisəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərdə X11 hər hansı əmlak hüquqlarının mövcud olduğu (qeydiyyat sənədləri, istifadə hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və s.) müəyyən olunmamışdır. Eyni zamanda X3 ünvanda faktiki olaraq yaşaması da sübut olunmur. Belə ki, həmin ünvana xidmət edən Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023cü il tarixli arayışında X3 ünvanda qeydiyyatda olsa da, faktiki yaşamadığı qeyd edilmişdir. Göründüyü kimi, üçüncü şəxs Aydın Əliyevin mübahisəli fərdi yaşayış evinə hər hansı əmlak hüquqları mövcud deyildir, eyni zamanda o, həmin ünvanda faktiki olaraq yaşamır, qeydiyyat formal xarakter daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3496/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərarı üçüncü şəxs X17 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov