Məhkəmə qərarları › İş №2-1(103)-2877/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2877/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2877/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7216/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək cavabdeh 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iddiaçını qanunsuz inzibati tənbeh etməsinin, inzibati iddiaçıdan ətraf mühitə atılıan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatını, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatları, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2- TG (hava, su təsərrüfatı, təhlükəli tullantılar) illik statistik hesabatları tələb etməsinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən 1500 manat maddi və 50 000 manat mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2024-cü ilin Fevral-Mart ayları ərzində guya iddiaçının vəzifəli şəxsləri tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini pozulması, cinayət və inzibati xətalar törədilməsi ilə bağlı qərəzli olaraq icraatlara başlayıb, protokollar aktlar tərtib edərək prokurorluğa və məhkəməyə göndərib. Belə ki, cavabdeh guya iddiaçının öz ərazisində 3 ədəd ağacı kəsməsi ilə bağlı akt və protokol tərtib edib və iddiaçının rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün 26 Fevral 2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərib. Lakin Baş Prokurorluqda obyektiv araşdırma zamanı aşkar olunub ki, ağacların kəsilməsi faktının iddiaçıya heç bir aidiyyəti yoxdur. Bununla bağlı Baş Prokurorluqda 05 Aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərar çıxarılıb. Bundan başqa cavabdeh ******* saylı 28 Mart 2024-cü il tarixli X4 tərtib edərək guya iddiaçınınAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrindənəzərdə tutulan xətaları törətməsi barədə icraata başlayıb, iddiaçının cərimə olunması üçün materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərib. Lakin məhkəmədə iddiaçının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrindənəzərdə tutulan xətaları törətməsi faktı da öz təsdiqini tapmayıb, buna görə də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 3(005)- 756/2024 saylı 19 Mart 2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində inzibati icraata xitam verib. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi 3(103)- 815/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin şikayətini təmin etməyib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 756/2024 saylı 19 mart 2024-cü il tarixli qərarını dəyişdirilmədən saxlayıb Bundan əlavə də cavabdeh qərəzli olaraq 3-14-26/2- 375/2024 saylı 15 Mart 2024-cü il tarixli məktubla iddiaçıya qarşı qanunsuz tələblər irəli sürüb. Məktubda cavabdeh imperativ şəkildə ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin mücərrəd tələblərinə istinad edərək ətraf mühitə atılıan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (hava, su təsərrüfatı, təhlükəli tullantılar) illik statistik hesabatların qısa müddət ərzində idarənizə təqdim edilməsi və razılaşdırılmasıni tələb edir, iddiaçını yenə də cərimə tətbiq ediləcəyi ilə hədələyir. İddiaçı da həmin məktuba cavab olaraq 01 saylı 30 Mart 2024-cü il tarixli məktubla bir daha bildirib ki, o heç bir istehsal və təsərrüfat fəaliyyəti ilə məşğul olmur. Onun fəaliyyəti yalnız. mülkiyyətindəki daşınmaz əmlakları icarəyə verməkdən ibarətdir. Bu faktı araşdırmadan belə bir hədə ilə dolu qərəzli tələb irəli sürülməsinin heç bir qanun əsası yoxdur, ERA” ASC-yə qarşı qərəzli münasibət bilavasitə vəzifədən sui-istifadə etməklə həyata keçirilir. Dövlət qurumu sayılan cavabdehin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı davam edən qərəzli qanunsuz hərəkətlər nəticəsində iddiaçının işgüzar nüfuzuna ciddi zərər dəyib. İddiaçı hakimiyyət səlahiyyətlərinə malik cavabdeh qarşısında özünü müdafiəsiz hesab edir. Öz işgüzar nüfuzuna dəyən zərəri 50 000 (əlli min) manat qiymətləndiririr. İddiaçı qısa müddət ərzində məruz qaldığı məhkəmə proseslərinə və prokurorluq araşdırmalarına görə vəkilə müraciət etmək məcburiyyətində qalıb və 1500 manat vəkil haqqı ödəməyə məcbur olub. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7216/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq yazılmış və onunla əsaslandırılmışdır ki məhkəmə nəzərə almayıb ki, cavabdeh 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 2024-cü ilin Fevral-Mart ayları ərzində guya iddiaçının vəzifəli şəxsləri tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini pozulması, cinayət və inzibati xətalar törədilməsi ilə bağlı qərəzli olaraq icraatlara başlayıb, protokollar aktlar tərtib edərək prokurorluğa və məhkəməyə göndərib. Qanunsuz və qərəzli tərtib olunmuş protokolların ləğvi üçün iddiaçı vəsait ödəyərək vəkillə müqavilə bağlamağa məcbur olub və nəticədə cavabdehin tərtib etdiyi cinayət və inzibati xətalar törədilməsi iddia edilən protokollar ləğv edilib. Cavabdehin tərtib etdiyi protokollar ləğv olunduqda belə o, iddiaçıya qarşı qərəzli və qanunsuz hərəkətləri davam etdirib, 3-14-26/2-375/2024 saylı 15 Mart 2024- cü il tarixli məktubla imperativ şəkildə ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin mücərrəd tələblərinə istinad edərək ətraf mühitə atılıan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG(hava, su təsərrüfatı, təhlükəli tullantılar) illik statistik hesabatların qısa müddət ərzində idarənizə təqdim edilməsi və razılaşdırılması tələb olunub, iddiaçını cərimə tətbiq ediləcəyi ilə hədələyib. Lakin iddiaçı heç bir istehsal və təsərrüfat fəaliyyəti ilə məşğul olmur. Onun fəaliyyəti yalnız mülkiyyətindəki daşınmaz əmlakları icarəyə verməkdən ibarətdir. Digər tərəfdən məktubda həmin tələbin hansı normativ akta istinadən irəli sürülməsi də əsaslandırılmayıb və vəzifədən sui-istifadə edilməklə iddiaçıya hədə-qorxu gəlinib. Buna görə də iddiaçı konstitusion hüququndan istifadə edərək hüquqlarının məhkəmə müdafiəsini həyata keçirmök üçün iddia ərizəsi ilə məhkəməyə nüraciət edib. Məhkəmənin iddia ərizəsini mümkünsüz hesab etməsi ilə iddiaçının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquqlarını pozub. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh orqanın qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etmişdir. Bununla bağlı aşağıdakı qanunvericilik normalarına diqqət yetirilir: “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 18. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi

1. Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.

2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.

3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Qanunvericilik normalarından da göründüyü kimi cavabdeh orqan tərəfindən ətraf mühitin müəssisə monitorinqinə əsasən hesabatın tələb edilməsi qanunvericilikdə nəzərdə tutulduğundan iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müvafiq hesabat nəticəsində qəbul edilən qərar iddiaçının qanunla qorunan hüquqlarına təsir etdiyi təqdirdə inzibati məhkəmə araşdırmasının predmeti ola bilər. Bundan əlavə iş materiallarında olan sənədlərdən görünür ki: - 13-19 fevral 2024-cü il tarixli Monitorinq Aktı və “İnzibati xəta haqqında” xx.xx.2024cü il tarixli, MN1765261 nömrəli Protokol iş materiallarına əlavə olunmuşdur. - İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Protokola əsasən İddiaçı ASC-nin ərazisində qarışıq tərkibli (bərk məişət, istehsalat) tullantıların atılaraq qalaqlandığı və bəzi hissələrdə yandırıldığı müəyyən edilmişdir. Həmçinin tullantıların qanunamüvafiq idarə olunmadığı müəyyən olunmuşdur. Nəticədə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci və 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 756/2024 nömrəli Qərarı ilə “ERA" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərara əsasən ünvan 3 ünvanında 2023-cü il dekabr ayınnda Era ASC-yə məxsus olan ərazidə meşə fonduna daxil olmayan üç ədəd Ayland cinsli ağacın qanunsuz kəsilməsi 2880 (iki min səkkiz yüz səksən) manat xeyli miqdarda ziyan vurması faktına görə araşdırılan material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən olunduğu kimi, hazırda mübahisələndirilən hal (cavabdehin illik hesabat tələb etməsi) iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Tələbin maddi və mənəvi zərərin ödənilməsi hissəsi də həmin tələbdən irəli gələrək subsidiar xarakter daşıyır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(112)-9873/2024 nömrəli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə bağlı iddiası mümkün sayılmamışdır. Eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hər hansı əlavə araşdırma aparılmadan hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmənin qeyd edilən qənaəti hüquq müəyyənliyi prinsipinə əsaslanır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7216/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7216/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar