Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-288/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışda düzəliş edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 saylı bağ sahəsinin ölçüsünün 1193,5 kv.m, 342A bağ sahəsinin isə 1200 kv.m kimi qəbul edilərək, çıxarışlarda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə iddiaçının mərhum həyat yoldaşı X9 tərəfindən iddiaçının adına Bakı şəhəri, Buzovna qəsəbəsində 3 (üç) torpaq sahəsi alınmışdır: 1) X3 məxsus 342 saylı bağ sahəsi (Qoşmada 2), X5 məxsus 342A bağ sahəsi (Qoşmada 3) və Əzizbəyov rayon İcra Hakimiyyətinin 2770 saylı Sərəncamı ilə vətəndaş X10 ayrımış 600 kv.m torpaq sahəsi (Qoşmada 4), ümumilikdə 3000 kv.m. Hər üç sahə bir yerdə bir hasar daxilində yerləşirlər. 2019-cu ildə iddiaçının mərhum həyat yoldaşı, ona verdiyi etibarnamə əsasında, 342 və 342A torpaq sahələrini özəlləşdirmək məqsədi ilə arxiv arayışının alınması üçün müraciətinə müvafiq olaraq **********92 və **********93 saylı məktublarla (qoşmaları ilə birlikdə) cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xödmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarına əlavə edilmiş qoşmalarda 342 bağın sahəsi 1609 kv.m, 342A bağın sahəsi isə 800 kv.m göstərilmişdir. Qeyd edilən sənədlər əsasında Çıxarışların alınması üçün müraciət edilmiş, nəticədə 342 bağın sahəsi 1100 kv.m, 342A bağ sahəsi 1042 kv.m olmaqla iddiaçının adına Çıxarış verilmişdir. 342A bağ sahəsinin Çıxarışında sənəd üzrə torpaq sahəsi 1100 kv.m göstərilsə də, faktiki olaraq 1042 kv.m və ya 58 kv.m az qeyd edilmişdir. 2022-ci ildə bağ sahəsində yenidənqurma işlərinin aparılması üçün (torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi) iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xödmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və idarənin nümayəndələri ona verilmiş çıxarışlar əsasında olçü işlərini aparmışlar və nəticənin aşağıdakı sxemdə göstərilən kimi olduğunu ona bildirmişlər (Qoşmada 10). Sxemdən göründüyü kimi iddiaçıya məxsus hasarın içində onun mülkiyyətindən kənar iki sahə müəyyən edilmişdir. Birinci sahənin dövlət dəniz mühafizə zolağına aid olunduğu, ikinci sahənin isə sənədsiz olduğu bildirilmişdir. (61.27*3.8=233 kv.m). Birinci sahə üzrə iddiaçının sualının olmadığını, ikinci sahənin niyə burda, ümumi torpaq sahəsinin başlancığında yox müəyyələşdirilməsi sualına cavab verilməmişdir. X6 alınmış torpaq əvvəllər yol olub və buna görədə sənədsiz ərazi varsa da, o ərazidə olmalıdır. Bunu köhnə xəritələrdən və qonşuların çöl hasarı xəttindən müəyyən etmək olar. Göstərilən məsələdən narazı qaldığı üçün iddiaçı yenidən cavabdehə müraciət edərək iki sahə üzrə 2409 kv.m (1609+800) əvəzinə onun mülkiyyətimə 2142 kv.m (1042+1100) verildiyini sorğulamış, cavab olaraq ona bildirmişlər ki, mülkiyyət hüququ Bağlar idarəsi ilə bağlanmış müqavilə əsasında müəyyən edilir. Onda belə bir sual ortaya çıxır ki, niyə iddiaçının sorğusuna əsasən müqavilə əvəzinə arxivdən texpasportun surətlərinin verilməsi sualına cavab verilmədi və iddiaçıya yenidən müraciət edərək müqavilələrin istənilməsi tövsiyyə edildi. İddiaçının rəsmi ərizələri əsasında ona 342 və 342A torpaq sahələrinin icarə müqavilələri təqdim olunmuşdur. 342 saylı bağ sahəsi üzrə bağlanmış müqavilədə ayrılmış torpaq sahəsi 1100 kv.m göstərilmişdir. Müqavilənin şərtində qeyd edilmişdir ki, ayrılacaq sahə 1200 kv.m dən artıq olmamalıdır. Eyni zamanda müqavilənin 1-ci vərəqində “30 iyun 2003- cü il tarixli müqavilə əsasında yazılmış 93.5 kv.m yaşayış sahəsi qanuni hesab edilir” sözləri yazılmış və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi əvvəlki sahibi tərəfindən tikilmiş yaşayış yerinin altında olan torpaq sahəsi əlavə razılaşmaya əsasən ona verilmişdir. Müqavilədə hər hansı bir tikiləcək yaşayış sahəsinin müqavilədə qeydiyyatı barədə müddəa yoxdur və 342A bağ sahəsində olan əmlak barədə də müqavilədə heç bir qeyd olmamışdır. 342A saylı bağ sahəsi üzrə təqdim edilmiş müqavilədə torpağın ölçüsü 1200 kv.m göstərilsə də, cavabdehin əməkdaşları müqavilədə torpaq sahəsinin ölçüsü yazısına düzəlişin edildiyini birdirərək, bu ölçünün 1100 kv.m olduğunu iddia edirlər. Lakin təqdim etdiyi məktubda qeyd ediblər ki, ilk sahibinə verilmiş orderdə də düzəlişlər edilib, sonradan notarial qaydada X4 adına verilib. Məktubda edilmiş düzəlişlərin möhürlə təqdiq edilmədiyi də göstərilir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktibu ilə üzvlük kitabçasının və ya üzvlərin iclasının protokoldan çıxarışın təqdim olunmaması səbəbi ilə imtina olunmuşdur. Cavabdehin imtinası əsassız də qanunsuzdur. Belə ki, cavabdehin imtina məktubunda göstərilən əsasları ümumiyyətlə iddiaçının müraciətinə heç bir aidiyyəti yoxdur. İddiaçı qanunla tələb edilən sənədləri təqdim etsə də, cavabdeh heç bir hüquqi əsası olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. İddiaçının iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmi vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə və ya hər hansı uyğunsuzluq aşkar ediləmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Xəzər dənizinin mühafizə zolağına düşən hissəsi istisna olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 saylı bağ sahəsinin ölçüsünün 1193,5 kv.m, 342A bağ sahəsinin isə 1200 kv.m kimi qəbul edilərək, İddiaçı verilmiş çıxarışlarda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 396 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir. Əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, ərazinin ümümi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1100 kv.m, faktiki isə 1698 kv.m təşkil edir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 342 saylı bağ evi ilkin olaraq keçmiş X1 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış xx.xx.2000-ci il tarixli 29503 nömrəli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342a nömrəli bağ sahəsi ilkin olaraq keçmiş X1 və İstismarı Birliyi ilə X11 arasında xx.xx.2001-ci il tarixli, 30698 nömrəli müqavilə əsasında X4 adına qeydiyyata alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının iddiaçının tələbinin təmin edilən hissədə ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini həmin hissədə yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına 2 bağ sahəsi və 600 kv.m torpaq sahəsi alınmışdır. X3 məxsus 342 saylı bağ sahəsi, X5 məxsus 342A bağ sahəsi və Əzizbəyov rayon İcra Hakimiyyətinin 2770 saylı Sərəncamı ilə vətəndaş X10 ayrımış 600 kv.m torpaq sahəsi, ümumilikdə 3000 kv.m. Hər üç sahə bir yerdə bir hasar daxilində yerləşir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı mülkiyyətində olan 342 və 342 A saylı bağ sahələrinin ölçüləri ilə bağlı müvafiq dəyişiklik edilməsi və dəyişikliyə uyğun yeni çıxarış və plan və ölçü sənədinin verilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair qərarda öz mövqeyini onunla əsaslandırmışdır ki, “....məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, 342 saylı bağ sahəsinin ölçüsü 0,11 ha göstərilmiş, sonradan artıq istifadə edilən 93,5 kv.metr sahə həmin müqaviləyə əlavə edilmiş və müvafiq qeydlə təsdiqlənmişdir. Qeyd edilən müqavilə və ona əlavə edilən qeyd cavabdeh tərəfindən təqdim edilən sənədlərin arxiv nüsxəsində əksini tapmışdır. İddiaçı da məhz həmin qeydə istinad edərək 93.5 kv.m sahənin çıxarışa əlavə eidlməsini xahiş edir. Lakin cavabdeh həmin müqaviləyə edilmiş əlavəyə, hansıki həmin əlavələr imza edilməklə təsdiqlənmiş və cavabdehin arxiv sənədlərində olan sənədlərdə əksini tapmışdır, əhəmiyyət verməyərək iddiaçıdan hüquqmüəyyənedici sənəd tələb edir. Ona görə də, iddia tələbin 342 saylı bağ sahəsinin ölçüsünün 0,11 ha-dan 1193.5 kv.m artırılması hissədə əsaslıdır. Həmçinin məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, 342A saylı bağ sahəsinə dair müqavilədə bağın sahəsi 0,12 ha-dır. Lakin cavabdeh tərəfindən həmin bağa çıxarış verilərkən torpağın ölçüsü 0,1042 ha (müqavilədə göstərilən ölüdən 158 kv.m az) göstərilmişdir. Ona görə də, ididia tələbi 342A bağ sahəsinin 1200 kv.m kimi göstərilməsi hissədə də əsaslıdır. Məhkəməyə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, təqdim edilən arxiv sənədlərində bağın icarəyə verilməsinə dair müqavilələrlə bağların texniki göstəricilərini əks etdirən sənədlər də əlavə edilmişdir. Həmin sənədlərə əsasən də torpaq sahələrinin həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sahələrinin cavabdeh tərəfindən verilən çıxarışlarda qeyd edilmiş ölçülərdən çox olması müəyyən edilir”. Kollegiya məhkəmənin mövqeyi ilə aşağıdakı əsaslara görə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. İş materiallarından müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 ümumi sahəsi 157,2 kv.metr, yaşayış sahəsi 93,51 kv.metr, yardımçı sahəsi 63,69 kv.metr olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 342 ünvanında yerləşən 7 (yeddi) otaqlı bağ evini iddiaçıya satmışdır. Həmçinin xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X4 (satıcı) ünvan 2 ünvanında yerləşən 1 (bir) otaqlı bağ evini iddiaçıya satmışdır. Həmin bağ evləri və evlərin yerləşdiyi torpaq sahələrinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və çıxarış verilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 342 saylı bağ evi və 0,11 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********46 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən, ünvan 2 və 0,1042 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi 342A saylı bağ sahəsinə dair müqavilədə bağın sahəsinin 0,12 ha olduğunu, lakin cavabdeh tərəfindən həmin bağa çıxarış verilərkən torpağın ölçüsünün 0,1042 ha (müqavilədə göstərilən ölüdən 158 kv.m az) göstərildiyi qənaətinə gəlmişdir. Kollegiya torpaq sahəsinin ölçüsü hissəsində çıxarış dəyişiklik edilməli olması ilə bağlı iddiaçının tələbini və birinci instansiya məhkəməsinin qənaətini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan 342a nömrəli bağın icarəyə verilməsi haqqında 30698 nömrəli müqavilə və bağın inventarlaşdırma vərəqəsi vizual şəkildə Kollegiya tərəfindən nəzərdən keçirilərkən bağın ölçüsü qeyd edilən hissədə qələmlə düzəliş edilməsi şübhəsi yaranmış, bu səbəbdən də Kollegiyanın 2-1(103)-3306/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Kollegiyanın sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 29 dekabr 2001-ci il tarixli 342 a nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədə “hektarlıq bağ sahəsini” sözünün qarşısındakı və 342 a nömrəli X1 və istismarı birliyində “bağdakı bitkilər” sözünün qarşısındakı “0,12” rəqəmlərində olan “2” rəqəmin yerində “1” rəqəmi olmuş sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Göründüyü kimi, sözügedən müqavilədə torpaq sahəsinin ölçüsünün ilkin olaraq 0,11 hektar olaraq qeyd edildiyi ekspert rəyi ilə təsdiqlənir. Kollegiya bildirir ki, müqavilədə düzəliş edilərək torpaq sahəsi 0,12 hektar edilsə də, torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi lazımı qaydada təsdiq edilməməklə yanaşı, əlavə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Bununla belə Kollegiya müqavilədə torpaq sahəsinin ilkin olaraq 0,11 hektar qeyd edilməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342A bağ sahəsi 1100 kv.m olaraq qəbul edilməli və çıxarışda düzəliş edilməli və buna dair plan ölçünün verilməlidir. 342 saylı bağ sahəsinin ölçüsünün 1193,5 kv.m kimi qəbul edilməsi ilə bağlı isə Kollegiya iddia tələbini əsassız hesab edərək, qərarın həmin hissədə tam ləğv edilərək iddianın təmin edilməməsi ilə barədə öz qənaətini aşağıdakı kimi əsaslandırır: İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 ümumi sahəsi 157,2 kv.metr, yaşayış sahəsi 93,51 kv.metr, yardımçı sahəsi 63,69 kv.metr olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 342 ünvanında yerləşən 7 (yeddi) otaqlı bağ evini iddiaçıya satmışdır. İş materiallarında olan ********** qeydiyyat nöçrəli çıxarışdan görünür ki, 342 nömrəli bağ sahəsinin ölçüsü 0.11 ha olaraq qeyd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 342 saylı bağ sahəsinin ölçüsü 0,11 ha göstərilmiş, sonradan artıq istifadə edilən 93,5 kv.metr sahə həmin müqaviləyə əlavə edilmiş və müvafiq qeydlə təsdiqlənmişdir. Qeyd edilən müqavilə və ona əlavə edilən qeyd cavabdeh tərəfindən təqdim edilən sənədlərin arxiv nüsxəsində əksini tapmışdır. İddiaçı da məhz həmin qeydə istinad edərək 93.5 kv.m sahənin çıxarışa əlavə edilməsini xahiş edir. Lakin cavabdeh həmin müqaviləyə edilmiş əlavəyə, hansıki həmin əlavələr imza edilməklə təsdiqlənmiş və cavabdehin arxiv sənədlərində olan sənədlərdə əksini tapmışdır, əhəmiyyət verməyərək iddiaçıdan hüquqmüəyyənedici sənəd tələb edir. Məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmayan Kollegiya bildirir ki, iş materiallarında olan bağın icarəyə verilməsi haqqında 13 noyabr 2000-ci il tarixli müqavilənin üzərində qeyd edilmişdir ki, “93,51 kv.m yaşayış sahəsi qanuni hesab edilir”. Göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi qeyd tikilinin qanuniliyi ilə bağlı olmuşdur. Bu isə iddiaçıya ayrılmış torpaq sahəsinin artırılmasına əsas vermir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342A bağ sahəsinin ölçüsü 1100 kv.m kimi qəbul edilərək, çıxarışda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-288/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-288/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver