Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2880/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (X23, X24, X19, X25, X26, X27, X10 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X23, X24, X19, X25, X26, X27, X3 ona məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv.m olan fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. X4, X24, X19, X25, X26, X27, X10 ilə heç bir əlaqəsi yoxdur. Üçüncü şəxslər ona məxsus fərdi yaşayış evində heç vaxt yaşamamışlar və üçüncü şəxslərin həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa, üçüncü şəxslərin mübahisəli ünvanda qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarının məhdudlaşmasına və əlavə kommunal xərclərinin ödənilməsinə səbəb olur. O, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən də aydın olduğu kimi məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Belə olan halda iddiaçıya məxsus olan fərdi yaşayış evindən üçüncü şəxslər qeydiyyatdan çıxarılmalı idi. Bundan başqa, hazırki mübahisədə məhkəmə yekun akt qəbul edərkən diqqətdən yayındırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi,ev 4A (yeni qaydalarla ünvan 1 iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyətçi kimi o tanınmışdır. Belə çıxır ki, iddiaçı ona məxsus, qanunla müəyyən edilmiş mülkiyyət hüququna malik olduğu fərdi yaşayış evi üzərində sərəncam vermə hüququndan üçüncü şəxslərin razılığı olmadan həyata keçirə bilməz, onun özgəninkiləşdirilməsini realizə edə bilməz. Halbuki, mülkiyyət hüququnun üç elementindən biri olan sərəncam vermə hüququnu realizə edilə bilməməsi onun bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarına toxunur. Odur ki, onun mülkiyyət hüquqlarının nəzərə alınaraq üçüncü şəxslərin ona məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyi Sabunçu RPİ-nin üzərinə qoyulmalıdır. O mülkiyyətçi kimi sərəncam vermə hüququnun realizə edilməsi zamanı məhdudiyyətlə qarşılaşır. Belə ki, heç bir bağlılığının olmadığı, tanımadığı şəxslərin ona məxsus ünvanda pasport qeydiyyatında olması səbəbindən onların razılığını əks etdirən iradə ifadəsi tələb olunur. Üçüncü şəxslərin mülkiyyət hüququnun elementindən olan istifadə hüququ da qanunla mövcud olmadığı öz təsdiqini tapmışdır. Belə ki, onların ona məxsus fərdi yaşayış evinə gözlənti hüququ yoxdur. Ancaq nədənsə məhkəmə işi araşdırmayaraq ona məxsus mülkiyyət hüququnun mövcud olduğu əmlaka dair üçüncü şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun olması qənaətinə gəlmiş, qanunvericliklə müəyyən edilmiş imperativ normaları gözardı etmişdir. Məhkəmə heç bir əsas olmadan iddiaçının mülkiyyət hüququnu qorumaq yerinə hüququnu kobud surətdə pozmuşdur. X23, X24, X19, X25, X26, X27, X1 fərdi yaşayış evində pasport qeydiyyatında olmasına baxmayaraq, ona məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200.40 kv.m olan fərdi yaşayış evində heç vaxt yaşamamışdırlar. X23, X24, X19, X31, X26, X27, X3 iddiaçının xüsusi mülkiyyəti olan fərdi yaşayış evində pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Belə ki, sözügedən yekun aktda da bu fakt öz əksini tapmış, hətta üçüncü şəxs ona məxsus mübahisə predmeti olan əmlakda yaşamadığını etiraf etmişdir. Bununla da üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatında olması qanunun tələbinə söykənmir. Belə olan halda məhkəmə işi tam, obyektiv araşdırmaqla yekun ədalətli akt qəbul etməli idi. Buna baxmayaraq, məhkəmə işi tam araşdırmamış, üçüncü şəxsin izahatını, mövcud zəruri dəlilləri gözardı etmiş, absurd qənaətə gəlmişdir. Məhkəmə özü də etiraf etmişdir ki, üçüncü şəxslər onun mülkiyyətində olan fərdi yaşayış evində ümumiyyətlə yaşamamış, hər hansı bir istifadə hüquqları yoxdur. Eyni ünvanlı bir-birindən təcrid olunmuş fərdi yaşayış evlərində yaşasalar da, onlar iddiaçıya məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında qeydiyyatda olmaları onun mülkiyyət hüququnun realizəsi zamanı ona maneələr yaradır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X27 2017-ci ildən həmin ünvanda yaşamadığını, İddiaçı tanımadığını, apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, 20 noyabr 2023-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası N.V.Quluzadənin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakdan X23, X24, X19, X25, X26, X27, X3 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. İşin faktiki hallarını hərtərəfli araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İş materiallarında olan AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Saratov şəhərində doğulmuş İddiaçı Ağdam rayonu, Mərzili kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********24-10301 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-401 nömrəli 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 atası X20 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi 4 “a” saylı evə pasport qeydiyyatına alınmaları qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1455/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X11, X12, X8, X13, X14, X21, X15 və X16 qarşı (iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 cəlb edilməklə) “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər X23, X24, X19, X25, X26, X33, X28, X27, X3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan qətnamə ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X17, X9 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 4A saylı (yeni qaydalarla ünvan 1 mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə “Asan 6” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X23, xx.xx.2003-cü il təvəllüdlü X24, xx.xx.1978-ci il təvəllüdlü X19, xx.xx.2009-cü il təvəllüdlü X25, xx.xx.2008-ci il təvəllüdlü X26, xx.xx.1975ci il təvəllüdlü X27 və xx.xx.2007-ci il təvəlüldlü X10 ünvan 3 fərdi yaşayış evində qeydiyyatdadırlar. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-1/2-413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X27 ünvan 3 ünvanında qeydiyyatdadır. X29 məhkəmə qətnaməsi əsasında göstərilən ünvana qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-ci il tarixli, 18/2-9201/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X34 xx.xx.2003-cü il tarixdə, xx.xx.1975-ci il təvəllüdlü X27 xx.xx.2005-ci il tarixdə, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X25, xx.xx.2003-cü il təvəllüdlü X24 azyaşlı kimi anaları K.Xəlilovanın ünvanı üzrə xx.xx.2018-ci il tarixdə, xx.xx.2003-cü il təvəllüdlü X23 və xx.xx.2008-ci il təvəllüdlü X26 müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə ataları N.Quluzadənin ünvanı üzrə ünvan 4diyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Yuxarıda qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərinin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubuna qoşma kimi əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 035251 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 4A X5 (üçüncü şəxs – X6 atası) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 22 yanvar 2021-ci il tarixli, AZ-İİ 153705 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 04-cü günündə 892 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın direktoru Əliyev.M.İ tərəfindən verilən 7 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X27, arvadı Quluzadə (Əsgərova) Aygün Hacəli qızı, X23 və X2 rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, 1 saylı binanın 34 nömrəli mənzilində qeydiyyatsız yaşayırlar. Beləliklə işin hallarından aydındır ki, iş üzrə üçüncü şəxslər X23, X24, X19, X25, X26, X27, X3 İddiaçı məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv.m olan fərdi yaşayış evində yaşamırlar. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, “iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evində deyil, eyni ünvanlı bir-birindən təcrid olunmuş digər fərdi yaşayış evində (özbaşına tikili) qeydiyyatdadırlar. Belə ki, üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evi Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən üçüncü şəxslər həmin ünvana qeydiyyata alınmışlar və həmin yaşayış evindən istifadə hüquqları mövcuddur. Buna görə də üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları hazırki qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur”. Halbukı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Konstitusiya Məhkəməsinin bu qərarına əsasən, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından görünür ki, İddiaçı ona məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv.m olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər iddiaçı ilə hər hansısa formada ailə münasibətləri olmayan şəxslərdir, onların İddiaçı məxsus həmin mənzilə dair hər hansı əmlak hüquqları yoxdur, faktiki olaraq həmin mənzildə yaşamırlar, özlərinə məxsus olan özbaşına tikilidə yaşayırlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Üçüncü şəxslər X23, X24, X19, X25, X26, X27, X3 iş üzrə İddiaçı məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv.m olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2880/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2880/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver