Məhkəmə qərarları › İş №2-1(103)-2880/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2880/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2880/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi və sair” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********33 nömrəli imtinasının qanunsuz hesab edilməsi·və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 163 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev (hazırkı– V.Plotnikov) küçəsində yerləşən ümumi sahəsi 47.8 kv.m, (yaşayış hissəsi 17.0 kv.m, köməkçi sahəsi 30,8 kv.m) təşkil edən 1 (bir) otaqlı 26 nömrəli evin 8 nömrəli mənzilinin iddiaçının adına özəlləşdirilməsi, buna dair çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11559/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11559/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir. Bundan sonra iddiaçı prosessual müddətin bərpasına dair ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, ötürülmüş müddətin bərpa edilməsini və apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpasına dair ərizə mümkün sayılmamlıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin apellyasiya şikayəti poçta xx.xx.2024-cü il tarixdə qoyulmuş və məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və yuxarda qeyd edildiyi kimi, Kollegiyanın müvafiq qərardadı ilə müddətin ötürülməsi əsası ilə şikayətin qəbulundan imtina edilmişdir. Hazırda iddiaçı prosessual müddətin bərpa edilməsini, apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etsədə, Kollegiya qeyd edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi mümkün hesab edilə bilməz. Belə ki, prosessual müddətin ötürülməsi səbəbindən iddianın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında baxılmış və müvafiq qərardad qəbul edilmişdir. Odur ki, iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizə apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün təyin edilmiş iclasadək və ya iclas zamanı təqdim edilmədiyindən və bununla bağlı məhkəmə aktı qəbul edildiyindən, hazırkı halda iddiaçının ərizəsi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə mümkün sayılmasın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar