Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2881/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair plan və ölçünün verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1.5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 1556/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2- 1(112)-158/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarı qanuni qüvvəsini almış və İPM-in 79-cu və 116-cı maddələrinə müvafiq qaydada icraya yönəldilərək, həmin məhkəmənin 19 dekabr 2023-cü il tarixli icra məktubu əsasında icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Konkret halda, cavabdeh xx.xx.2024-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarının icrasının dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qərarın icrasını mümkünsüz edən və daha əvvəllər məlum olmayan yeni açılmış hallar müəyyən edilmiş və bununla bağlı İdarə tərəfindən müvafiq inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh həmin qərardalardan apellyasiya şikayəti verərək ləğv edilməsini və icraatın dayandırılması barədə vəsatətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 nömrəli qərarı icraya yönəldilmiş, lakin qərarın icra mərhələsində sahənin Mədəniyyət Nazirliyinin balansında olan abidənin yerləşdiyi xüsusi qorunan ərazilərə aid olması və bununla bağlıAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə xx.xx.2023-cü il tarixli müraciətinin daxil olduğu məlum olmuşdur. Məhkəmə tərəfindən icraatın dayandırılması barədə vəsatətlə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Cavabdehin vəsatətindən göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2-1(112)-158/2022 saylı qərarının icrasını dayandırılmasına əsas kimi bildirilir ki, onun icrasını mümkünsüz edən və daha əvvəllər məlum olmayan yeni açılmış hallar müəyyən edilmiş və bununla bağlı tərəfindən məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmişdir. Məhkəmə kollegygiyası bununla əlaqədar ilk öncə onu qeyd edir ki, İPM-in 105.1-ci maddəsinə əsasən ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Digər tərəfdən, icraatın təzələnməsinə əsas ola bilən yeni açılmış hallar mövcud deyildir . Bu baxımdan, icraatın təzələnməsi barədə ərizəsinin böyük ehtimalla uğurlu olacağı da görünmür. Çünki, ərizəsində İPM-in 100-cü maddəsinə müvafiq olaraq iş üzrə icraat başa çatdıqdan sonra, ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını əks etdirən əsaslı yeni sübutlar və ya halların mövcudluğu müəyyən edilmir. Eyni zamanda, İPM-in qeyd edilən 116.1-ci maddəsi baxımından, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsində nəzərdə tutulan qərarın icrasının dayandırılmasına əsas ola bilən hallar da yoxdur. Belə ki, həmin Qanunun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qərarın icrasının dayandırılması barədə vəsatətinin rədd edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası onun apellyasiya şikayətinin məhkəmə tərəfindən araşdırma aparılmadan əsassız qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2881/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2881/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver