Məhkəmə qərarları › İş №2-1(103)-2883/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2883/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2883/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi X1, 3-cü şəxslər X2 və X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından 3-cü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)- 3535/2021 nömrəli qətnaməsi ilə iddiaçı “X16” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininx saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cəmi borca aid hissədə və cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi, faiz borcunun tutulması barədə iddia qismən, cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə iddianın tam təmin edilməsi, faiz borcu 10.790,06 ABŞ dolları və cəmi borc 39.056,86 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər Məmmədov Zavur Təyyar oğlu və X14, yetkinlik yaşına çatmayan X7 və X8 ilə birlikdə həmin mənzildən çıxarılmaları, qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respubliası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6136/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Məmmədov Zavur Təyyar oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)- 3535/2021 nömrəli icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15 iddiaçı “X16” ASC –nin mülkiyyətindədir. Hərracın Yekunları barədə 48/02 №-li protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3535/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə və Sabunçu rayon İcra şöbəsinin 752-3109/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin müvafiq məktubuna əsasən Məmmədov Zavur Təyyar oğluna məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi “X16” ASC-yə keçmişdir. İİ. Tərəflərin əsaslandırması

1. İddiaçının əsaslandırması:

İddiaçı “X16” ASC cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X16” ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin 15 saylı mənzilindən X17, X18, X12, X8, X9, X7, X14, X4 və X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X17, X18, X12, X8, X9, X7, X14, X4 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus mənzilli hərracın yekunları barədə protokol əsasında əldə etməmişdən qabaq üçüncü şəxslər həmin evə qeydiyyata alınmışdırlar.Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalmaları onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir.

2. Cavabdehin etirazı:

Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.

4. 3-cü şəxs X13 Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırki iş üzrə 3-cü şəxs olan Zavur Məmmədov Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15-ə dair bağlanmış xx.xx.2013-cü il tarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdehin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsasını qanunvericiliyin tələblərinə zidd olaraq hərrac təşkilatı tərəfindən 3cü hərracın keçirilməsi təşkil etmişdir.Təəssüflər olsun ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4528/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir və hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır (iş nömrəsi 2(102)- 2533/2023).Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”-nda məhkəmə qərarı icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallar da əksini tapıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”- mn 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.

6. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

7. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxslər iddiaçının qeydiyyatdan çıxarılması barədə tələb irəli sürdüyü ünvanın onların mülkiyyətində olan ünvanla eyni olduğunu, lakin faktiki fərqli mənzillər olduğunu bildirməklə yanaşı, mübahisələndirilən qərardan məlumatsız olduqlarını, bu səbəbdən apellyasiya şikayətinin verilmədiyini qeyd etmişlər.

8. Məhkəmə Kollegiyasının iclasınını vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə kolegiyası iş üzrə materialları, 3-cü şəxs X5 apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5887/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

10. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından yalnız 3-cü şəxs X13 apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarı həmin şikayətin dəlillərinin yoxlanılması ilə məhdudlaşır.

11. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

12. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

13. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

16. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər.

17. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

19. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır.

20. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır.Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

21. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

22. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir.

23. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olub-olmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir.

24. İşin faktiki halları ilə bağlı isə qeyd edilməlidir ki, mübahisə predmetini təşkil edən mənzil (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15) üçüncü şəxs Məmmədov Zavur Təyyar oğlunun adına qeydiyyatdan keçmiş, lakin Hərrac Təşkilatının hərracın yekunları barədə protokoluna, hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsinə əsasən iddiaçının adına özgəninkiləşdirilmişdir.

25. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır (maddə 414.1 və 414.4). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2).

27. Məhkəmə qeyd edir ki, hərrac keçirilməsi yolu həm əmlakın (o cümlədən daşınmaz əmlakın), həm qiymətli kağızların, həm də əmlak hüququnun satışı barədə müqavilələr bağlana bilər. Hərrac keçirilməsi yolu ilə bağlanan müqavilə iştirakçılarından biri hərracın təşkilatçısıdır. Hərracın təşkilatçısı rolunda, bir qayda olaraq, əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi çıxış edir. İxtisaslaşdırılmış təşkilatlar da hərrac keçirilməsini təşkil edə bilərlər. Hərrac qanunda nəzərdə tutulan qaydada təşkil edilir və keçirilir. Hərrac keçirilməsinin nəticələri protokolla rəsmiləşdirilir. Protokol hərrac keçirilməsi yolu ilə müqavilənin bağlanmasını ifadə edir. Ona görə ki, həmin sənəd müqavilə qüvvəsinə malikdir (MM-in 415-ci maddəsinin 5-ci bəndi). Protokolu hərracı udmuş şəxs və hərracın təşkilatçısı imzalayırlar. Müqavilə qüvvəsinə malik olan həmin sənəd hərracın — auksionun və ya müsabiqənin keçirildiyi gün tərtib edilir. Beləliklə, hərrac təşkilatçısı ilə hərracı udan şəxs arasında bağlanan müqavilə hərracın nəticələri haqqında protokolla rəsmiləşdirilir.

28. İş materiallarında olan çıxarışdan da göründüyü kimi sahiblik, istifadə və sərəncam hüquqları, iddiaçıya məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi çıxış edir. Həmin hüquq isə iddiaçıya köhnə mülkiyyətçi Məmmədov Zavur Təyyar oğlunun (üçüncü şəxs) mülkiyyətində olan əmlakın satışı ilə bağlı keçirilmiş hərrac nəticəsində keçmişdir.

29. Nəzərə alınmalıdır ki, hal-hazırda hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi ləğv olunmadığından, yəni qüvvədə olduğundan, hərrac nəticəsində iddiaçı əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malik olmuşdur.

30. Apellyasiya şikayətində qeyd edilmişdir ki, hazırki iş üzrə 3-cü şəxs olan Zavur Məmmədov Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15-ə dair bağlanmış xx.xx.2013-cü il tarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsasını qanunvericiliyin tələblərinə zidd olaraq hərrac təşkilatı tərəfindən 3cü hərracın keçirilməsi təşkil etmişdir.Təəssüflər olsun ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4528/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir və hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır (iş nömrəsi 2(102)- 2533/2023).

31. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, şikayətin dəlillərinin araşdırılması baxımından Elektron məhkəmə informasiya vasitəsilə məhkəmənin əldə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2533/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qanunvericiliyin tələblərinə zidd olaraq hərrac təşkilatı tərəfindən 3-cü hərracın keçirilməsi və.sair dəlillər üzrə həmin dəlillərin əsassız olmasına artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir.

33. Daha sonra məhkəmə Kollegiyası vurğulamağı zəruri hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisi hazırkı iş üzrə apelyatordur və birinci instansiya məhkəməsinin aktından yalnız 3-cü şəxs X13 apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarı həmin şikayətin dəlillərinin yoxlanılması ilə məhdudlaşır.

34. Məhkəmə Kollegiyası onu da nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)- 3535/2021 nömrəli qətnaməsi ilə iddiaçı “X16” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininx saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cəmi borca aid hissədə və cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi, faiz borcunun tutulması barədə iddia qismən, cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə iddianın tam təmin edilməsi, faiz borcu 10.790,06 ABŞ dolları və cəmi borc 39.056,86 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər Məmmədov Zavur Təyyar oğlu və X14, yetkinlik yaşına çatmayan X7 və X8 ilə birlikdə həmin mənzildən çıxarılmaları, qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

35. Azərbaycan Respubliası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6136/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Məmmədov Zavur Təyyar oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

36. Göründüyü kimi, qanun qüvvəsi almış məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə apelyatorun xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olmuş və ipotekasaxlayanın, yəni iddiaçının mülkiyyətinə keçmiş mübahisəli mənzildən çıxarılması qət edilmişdir.Odur ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə mahiyyət üzrə baxmağa haqlı olmuşdur. 37.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2023 saylı, 22 iyun 2023-cü il tarixli Qərardadında qərara alınmışdır:” 1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. 2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.”

38. Həmçinin, məhkəmə Kollegiyası 3-cü şəxs X5 apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”- mn 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.

39. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, həmin məsələ hazırkı mübahisəyə baxılması zamanı deyil, məhkəmə qətnaməsinin icrası zamanı hüquqi qiymət verilməli olan məsələdir.

40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

42. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

3-cü şəxs X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar