Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2884/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2884/2023 (Açar sözlər: “müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı, 01239 nömrəli xx.xx.2022-ci il tarixli İddiaçı verilmiş dublikat Əfqanıstan müharibə veteranı vəsiqəsi əsasən vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinin arayışında bildirilmişdir ki, verilir, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ona görə ki, həqiqətən ona keçmiş Yardımlı Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş A№468071 ‘'Əfqanıstan müharibəsi" veteranı vəsiqəsini itirdiyi üçün 19.04 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dublikat MV№01239 “Əfqanıstan müharibəsi” veteranı vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası qanunvericiliyi ilə müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Əsas: MV № 01239 müharibəsi veteranı vəsiqəsi.
4. Sosial Ödənişlər alt sistemindən çıxarışa əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, 9924 nömrəli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən aylıq 80 manat müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə 1 saylı DOST Mərkəzi vasitəsilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2019-cu il tarixdən əvvəlki keçən illər üçün Prezident təqaüdünün verilməsini xahiş etmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli prezident təqaüdü haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" xx.xx.2001-ci il tarixii 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi iıçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cu il tarixli 973 nömrəli Fənnanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin a;tııılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 08 2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan doyuş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndı ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 15 04.2019-cu il tarixii 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2019-cu il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (Prezident təqaüdünün təsis edildiyi tarixdən). Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən müavinət növü ləğv edildiyi üçün sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. İddiaçıya 19.04 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dublikat MV№01239 “Əfqanıstan müharibəsi” veteranı vəsiqəsi verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 9924 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən aylıq 80 manat müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və həmin tarixdən də ödənilmişdir. Hazırkı iddiasında iddiaçı onun dublikat veteran vəsiqəsini 2022-ci ildə almasına baxmayaraq müharibə veteranı statusunun hələ 1988-ci ildə müharibə iştirakçısı olduğundan ona prezident təqüdündən əvvəl müharibə veteranları üçün ödənilən sosial müavinətin hesablanaraq ödənilməsini mübahisələndirir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd Prezident təqaüdünün təsis edildiyi tarixdən təyin edilmiş, müraciət etdiyi tarixdə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət növü ləğv edildiyi üçün ötən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
8. İddiaçı xx.xx.1988-ci il tarixdə Əfqanıstan müharibəsinə görə müharibə veteranı statusunu təsdiq edən veteran vəsiqəsi almış, özünün də qeyd etdiyi kimi vəsiqənin onda olduğu vaxtda sosial müdafiə orqanına müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin təyin edilməsi üçün müraciət etməmiş, müharibə veteranı vəsiqəsini itirdikdən sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciəti əsasında ona itirilmiş vəsiqənin yerinə xx.xx.2022-ci il tarixdə dublikat veteran vəsiqəsi verilmiş, yalnız bundan sonra iddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan, o cümlədən müvafiq təqaüdün təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsiqəni nəzərə alaraq iddiaçıya vəsiqənin verildiyi və müraciətin edildiyi vaxt qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təyin etmiş və hətta bu zaman təqaüdü vəsiqənin aldığı tarixdən deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi barədə Fərmanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən hesablayaraq ödəməyə başlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azəraycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" xx.xx.2001-ci il tarixli 615 nömrəli Fərmanına və "Sosial müavintlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013- cü il tarixili 973 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasnın ərazi bütövlüyü uğrıında aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə mühariə veteranı kimi, həmin dövrdən sosial müavinətin hesablanmasının və ödənilməsinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həm Əfqanistan müharibəsi veteranı, həmçinin də, X3 iştirakçısı kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dayanaqlı və Operaativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı "DOST" Mərkəzinə müraciət edərək, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyün uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə, kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55000 (əlli beş min) manat (2006-cı ilin 1-dək olan əvvəlki AZN-lə) məbləğində, bu günədək ödənilməmiş müavinətin ödənilməsi xahiş etmişdir. Bununla bağlı, cavabdeh tərəfindən ona ünvanlanmış cavab məktubunda, ona qanunvericiliklə nəzərdə tutulmuş sosial müavinətlərin ödənilməsindən faktiki olaraq imtina edilmiş. Cavabdeh tərəfindən ona müavinətin verilməsindən qanunvericiliyin tələbləri ilə deyil, öz istəklərinə uyğun şəkildə imtina edilmişdir. Hərçənd ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəasında da açıqdan-açığa qeyd edilmişdir ki, vətəndaşların hüquqi məsuliyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvəsi geriyə şamil edilmir.
11. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı 25 avqust 2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona müharibə veteranı adı verildiyi tarixdən 3 il əvvəlki dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən imtina məktub ilə İddiaçı müharibə veteranı statusunu aldığı tarixdən təqaüd təyin edildiyini və əvvəlki 3 il üçün sosial müavinəti ödəməkdən imtina edildiyini bildirmişdir. İddiaçı 19 aprel 2022-ci il tarixində 01239 nömrəli veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1dək kommunal, nəalivvat və diaər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin avlıa 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 06 oktyabr 2021-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Göründüyü kimi İddiaçı 19 aprel 2022-ci il tarixində 01239 nömrəli veteran vəsiqəsi verildiyindən və eyni zamanda sözügedən müavinət ləğv edildiyindən iddiaçıya əvvəlki dövr üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi beiə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Analoji işlər üzrə bir çox hallarda vətəndaşlar veteran vəsiqəsinin müvafiq orqan tərəfindən gec verildiyini əsas gətirərək məhkəmədə tələb irəli sürürlər. Bu kimi hallarda qeyd olunmalıdır ki, veteran vəsiqəsini verən orqan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia mahiyyəti üzrə əsassız iddiadır.
14. Müharibə veteranları anlayışı qanunvericiliyə 1994-cü il tarixli “Veteranlar haqqında” Qanunla gətirilmiş və 1995-ci ildən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin məhz veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanın 6-cı bəndi ilə müharibə veteranı adı almış şəxslərə (....) - 55,0 min manat ödənilməsi nəzərdə tutulmuş, 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərman ilə qeyd edilən bənd qüvvədən düşmüş, 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmana əsasən müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş, müharibə veteranlarına xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Qanunla tənzimlənən sosial müavinət ödənilmişdir. 2019-cu il 1 aprel tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.
15. Müavinətin ödənilməsi anı ilə bağlı isə qanunverici müəyyən etmişdir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilir, lakin bu zaman həm də əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır.
16. Dolayısı ilə, qanunvericiliyin tələbinə görə inzibati orqan müharibə veteranı vəsiqəsi təqdim edildikdə eyni anda iki hərəkəti etməlidir- həm müavinət üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr etməlidir.
17. Məhkəmə hesab edir ki, iddiaçıya vəsiqəni aldığı vaxtdan əvvəlki dövr üzrə sosial müavinətin ödənilməsi yuxarıda sadalanan qanunvericiliyin tələbinə uyğun deyildir. Əvvəla ona görə ki, qeyd edildiyi kimi müharibə veteranı üçün güzəştlər, imtiyazlar vəsiqəni aldığı vaxtdan tətbiq edilmişdir. Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi yalnız “Sosial müavinətlər haqqında” Qanunu ilə nəzərdə tutulmuşdur. İddiaçının dublikat vəsiqəni aldıqdan sonra cavabdehə müraciət etdiyi vaxt müharibə veteranları üçün sosial ödəniş təyinatlı müavinət deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının vəsiqəsi ilə cavabdehə müraciət etdiyi vaxt müavinətin ödənilməsini tənzimləyən hər hansı norma mövcud olmamış və bu əsasdan cavabdeh inzibati orqanın təqaüddən əvvəlki dövrlər üzrə müavinət təyin etmək və ödəmək vəzifəsi olmamışdır.
18. Qeyd edildiyi kimi 2019-cu il 1 aprel tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Adı çəkilən Fərmanda təqaüdün xx.xx.2019-cu il tarixdən əvvəlki tarixlər üçün ödənilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.
19. Birinci instansiya məhkəməsi 28 iyun 1994-cü il tarixli “Veteranlar haqqında” Qanunun 3-cü və 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə, 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanının 6-cı bəndinə, 2005-ci il avqustun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanı, xx.xx.2006cı il tarixdən qüvvəyə minmiş 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 7.0.6-cı, 9.1-ci, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019cu il tarixli 640 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”-nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 5-ci bəndinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22- 1(112)-3745/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya müavinətin verilməsindən qanununvericiliyin tələbləri ilə deyil, öz istəklərinə uyğun şəkildə imtina edilmişdir.Hərçənd ki, Azərbaycan Respublikası Konstitusiyasinin müvafiq müddəasında da açıqdan-açığa qeyd edilmişdir ki, vətəndaşların hüquqi məsuliyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ilə iddaçının iddiasını əsassız və qanunsuz olaraq rədd etmişdir. Belə ki, təqdim edilən sənədlərə əsasən bu hüquqdan istifadə etməməyi üçün hər hansısa bir normativ hüquqi sənəd yoxdur.Hakim qanunsuz olaraq bu iş üzrə mövcud olan bir sıra normativ aktların, o cümlədən ölkə Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-cu il tarixli, 641 N-li fərmanını öz maraqlarına uyğun tövsif etmişdir. Həmin qərarda Müharibə Veteranlarına verilən müavinatların əvvəlki dövrlər üçün tamamilə ləğv edilməsi yox, həmin məbləğin artırılması ilə bağlı qeyd edilən normanın ləğy edilməsindən söhbət gedir. Amma hakim bütövlükdə veteranlara verilən hüququn ləğv edildiyini israr edir.Bu isə vətəndaşın vəziyyətinin ağırlaşdırır.X4 kimi həmin hüquqlardan məhrum edən hər hansısa bir hüquqi sənəd, qanuni baza yoxdur.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə iddia ərizəsinə etiraza oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanı: - 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə (....) - 55,0 min manat ödənilməsi nəzərdə tutulmuşdur.
26. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanun: - 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, - 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir.
27. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı: - 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. - 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən normalardan çıxış edərək iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
33. Belə ki, tətbiq edilən normalardan müəyyən olunur ki, müharibə veteranları anlayışı qanunvericiliyə 1994-cü il tarixli “Veteranlar haqqında” Qanunla gətirilmiş və 1995-ci ildən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin məhz veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanın 6-cı bəndi ilə müharibə veteranı adı almış şəxslərə (....) - 55,0 min manat ödənilməsi nəzərdə tutulmuş, 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərman ilə qeyd edilən bənd qüvvədən düşmüş, 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmana əsasən müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş, müharibə veteranlarına xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Qanunla tənzimlənən sosial müavinət ödənilmişdir. 2019-cu il 1 aprel tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.
34. Hazırkı işin mübahisələndirilən halı iddiaçının müharibə veteranı statusuna görə müvafiq güzəştləri əldə etmək hüququnun hansı vaxtdan yaranması, qanunvericiliyə əsasən hansı vaxtdan hesablanaraq ödənilməli olmasının aydınlaşdırılmasından ibarətdir.
35. Bu məsələyə isə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, müharibə veteranları üçün güzəştlərin verilməsini nəzərdə tutan qanunvericiliyin- “Sosial müavinətlər haqqında” Qanunun yaxud Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanın tələblərinə əsasən qiymət verilməlidir.
36. “Sosial müavinətlər haqqında” Qanunun yuxarıda qeyd edilən 9.1-ci maddəsində müavinətin təyin edilməsi və onun ödənilməsi anlayışları fərqləndirilmişdir.
37. Qeyd edilməlidir ki, müharibə veteranı statusuna görə müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı andan yaranır.Müharibə veteranı statusuna görə müavinətin təyin edilməsi anı da məhz onu almaq hüququnun yarandığı anı ehtiva edir.
38. Müavinətin ödənilməsi anı ilə bağlı isə qanunverici müəyyən etmişdir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilir, lakin bu zaman həm də əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Dolayısı ilə, qanunvericiliyin tələbinə görə inzibati orqan müharibə veteranı vəsiqəsi təqdim edildikdə eyni anda iki hərəkəti etməlidirhəm müavinət üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr etməlidir.
39. Hazırkı iş üzrə işin hallarından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdə Əfqanıstan müharibəsinə görə müharibə veteranı statusunu təsdiq edən veteran vəsiqəsi almış, özünün də qeyd etdiyi kimi vəsiqənin onda olduğu vaxtda sosial müdafiə orqanına müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin təyin edilməsi üçün müraciət etməmiş, müharibə veteranı vəsiqəsini itirdikdən sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciəti əsasında ona itirilmiş vəsiqənin yerinə xx.xx.2022-ci il tarixdə dublikat veteran vəsiqəsi verilmiş, yalnız bundan sonra iddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan, o cümlədən müvafiq təqaüdün təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
40. İddiaçı apellyasiya şikayətində istinad edir ki, Müharibə Veteranlarına verilən müavinatların əvvəlki dövrlər üçün tamamilə ləğv edilməsi yox, həmin məbləğin artırılması ilə bağlı qeyd edilən normanın ləğy edilməsindən söhbət getdiyi halda birinci instansiya məhkəməsi bütövlükdə veteranlara verilən hüququn ləğv edildiyinə əsaslanır.
41. Şikayətin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsiqəni nəzərə alaraq iddiaçıya vəsiqənin verildiyi və müraciətin edildiyi vaxt qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təyin etmiş və hətta bu zaman təqaüdü vəsiqənin aldığı tarixdən deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi barədə Fərmanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən hesablayaraq ödəməyə başlamışdır.
42. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçıya vəsiqəni aldığı vaxtdan əvvəlki dövr üzrə sosial müavinətin ödənilməsi bu işə tətbiq edilən qanunvericiliyin tələbinə uyğun deyildir. Əvvəla ona görə ki, qeyd edildiyi kimi müharibə veteranı üçün güzəştlər, imtiyazlar vəsiqəni aldığı vaxtdan tətbiq edilmişdir.
43. Belə ki, Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi yalnız “Sosial müavinətlər haqqında” Qanun ilə nəzərdə tutulmuşdur.
44. “Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərman ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir.Odur ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir.
45. Nəzərə alınmalıdır ki, iddiaçının dublikat vəsiqəni aldıqdan sonra cavabdehə müraciət etdiyi vaxt müharibə veteranları üçün sosial ödəniş təyinatlı müavinət deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının vəsiqəsi ilə cavabdehə müraciət etdiyi vaxt müavinətin ödənilməsini tənzimləyən hər hansı norma mövcud olmamış və bu əsasdan cavabdeh inzibati orqanın təqaüddən əvvəlki dövrlər üzrə müavinət təyin etmək və ödəmək vəzifəsi olmamışdır. Qeyd edildiyi kimi 2019-cu il 1 aprel tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Adı çəkilən Fərmanda təqaüdün xx.xx.2019-cu il tarixdən əvvəlki tarixlər üçün ödənilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.
46. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2023 saylı, 22 fevral 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.