Məhkəmə qərarları › İş №2-1(103)-2886/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2886/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2886/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2022 saylı, 10 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-1984-cü illərdə Bakı Politexnik texnikomunda təhsil almaqla texnik-inşaatçı ixtisası almışdır. xx.xx.1984-cü ildə işə qəbul edilərək adına HT-İ 122325 saylı əmək kitabçası verilmişdir. Əmək kitabçasına əsasən ümumi əmək stajı 40 ildən çoxdur və hazırda da, işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdən yaranmışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təytinat üzrə Mərkəzi Filialına müraciət etsə də, güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtina edilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəriçilərin siyasına” istinad edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, çalışdığı iş yerləri qeyd edilən qərarın tələblərinə tamamilə uyğundur. Təqdim etdiyi arayışlara əsasən SOCAR sistemində güzəştli şərtlərlə xidmət işlərinə görə təqaüd verən iş stajı 17 il 10 ay 19 gün. BOS ŞELF MMC sistemində 5 il 6 ay 10 gün birlikdə 23 il 4 ay 29 gün təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun” 9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi güzəştli arayışlardan məlum olur ki, xx.xx.1984-cü ildən, yəni Bakı Politenxik Texnikomunu bitirdikdən sonra SOCAR sistemində Bakı stasionar dərinlik özülləri zavodunda “Şelflahiyətikinti” LSTB-nin 1 saylı tikinti Quraşdırma İdarəsinin 1 və 5 saylı sahə "xxxx" MMC sistemində xx.xx.2002-ci ildən başlayaraq güzəştli əmək şəraitində işləmişdir. Hesab edir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin dəqiq göstərilməsinə, orada çalışanların digər işçilərdəön fəqli olaraq əlavə güzəştlərdən istifadə etdikləri barədə daha ətraflı məlumatlara malik olan işə götürənlər tərəfindən verilən güzəştli arayışlara müvafiq icra hakimiyyəti oqranının şübhə ilə yanaşması tam qanunsuzdur. Buna baxmayaraq, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Fililın imtinasının səbəbləri müvafiq normativ aktlara istinad edilməklə göstərilsə də əslində xüsusi mülahizələrə əsaslanır. Onların qanunsuz mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddələrinin tələblərinə zidd olmaqla, Konstitusion hüququ olan sosial təminat hüququnun (maddə 38) pozulmasına yönəlmişdir. Güzəştli şərtlrlə pensiya təyin edilməsi üçün hüququ xx.xx.2020-ci ildən yaransa da, müvafiq dövlət orqanının qərəzli mövqeyi bir vətəndaş olaraq ona məlum deyildir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) -asfalt-beton döşəyənlər; -asfalt-beton bişirənlər; -bitumçular; -şpur qazmaçıları; hidromanitorçular; əhəng söndürücüləri; -izolyasiyaçılar; -hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -izolyasiyaçılarplyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar; -bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; -daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində mərməri və qraniti əl ilə emal etməklə məşğul olan daşyonanlar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -turşuyadavamlı maddələrlə işləyənlər — viniplastçılar; -turşuyadavamlı maddələrlə yapışqanlamada işləyənlər; kopyorçular; mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular; -avtoqudronatçılar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -kopyor maşinistləri; -səyyar asfalt-beton qarışdırıcılarının maşinistləri; asfalt-beton döşəyicilərinin maşinistləri; -polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; -odadavamlı materialla işləyənlər; -qum şırnaqçıları; şüşə üzrə qum şırnaqçıları; -dağ yenişlərinin qazmaçıları; -yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri; -sənaye dəmir-beton borularının boruçəkənləri; -sənaye kərpic borularının boruçəkənləri; -forsunçular; -daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar; -futerçilər (turşuyadavamlı materialla işləyənlər); -daş məmulatlarının cilalayıcıları — pardaqlayıcıları, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində məşğul olanlar; -yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər; -5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları; -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 iyun 1984-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və “BOS Şelf’ MMC-nin ona dair HR2019/BOS/GHA/R-00/478 nömrəli 7 yanvar 2020-ci il tarixli güzəştli arayışında xx.xx.2002-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə boru quraşdırıcı, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığıcı çilingər, xx.xx.2013-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə quraşdırıcı briqadir vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, onun işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay 16 gün (xx.xx.1994-xx.xx.2002-ci il, xx.xx.2012-xx.xx.2013-cü il və xx.xx.2019-xx.xx.2021 -ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1587/2022 nömrəli qərarı ilə İddiaçı Əmırqulu oğlunun iddiası təmin olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi, məhkəmə səhvə yol verərək, onun iddiasını 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən deyil, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan başqa bildirilir ki, iddiaçının Mərkəzi Filiala müraciəti 57 yaşdan deyil, 60 yaşdan pensiya təyinatı ilə bağlı olmuşdur və ona məhz 60 yaşdan pensiya təyinatından imtina verilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilərək cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə (57 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddianın mümkünlüyü ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 09 iyun 2021-ci il tarixli, **********92 nömrəli imtina məktubu almışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdehin əsas dəlili iddiaçının müraciətinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan deyil, 60 yaşdan təyin edilməsi ilə bağlıdır. İddiaçı tərəfindən tələb məhkəmə araşdırması zamanı dəqiqləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibətdə bildirir ki, iddiaçı məhkəmə araşdırması zamanı hətta tələbində dəqiqləşdirmə apararaq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh iddiaçının bu dəqiqləşmiş tələbi üzrə də razılaşmamış, etirazını müdafiə etmiş, iddiaçının xx.xx.2006cı ilədək olan güzəştli iş stajını mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 2 nömrəli əlavsinin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. 57 yaşının tamam olması;

2. xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olması;

3. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.

İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və ümumi stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır.

İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə bağlıdır. Məhkəmə kollegiyası aşağıdakı sübutlara nəzər yetirir. - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 25 dekabr 2019cu il tarixli güzəştli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən Bakı Stasionar dərinlik özülləri zavodunun paslanma əleyhinə sahəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək, Təmir Tikinti Sahəsində xx.xx.1985-ci il arixindən xx.xx.1987-ci il tarixinədək və paslanma əleyhinə Sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək rəngsaz peşəsində işləmişdir. iş stajı – 4 il 7 ay 20 gün; “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsinin 5 saylı sahəsində xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək rəngsaz peşəsində işləmişdir. İş stajı 4 il 11 ay 25 gün təşkil etmişdir. X2 rəngsaz işlədiyi müddətdə aşağıda qeyd olunan sintetik boya və həlledici materiallar tətbiq etməklə tapşırıqlar yerinə yetirmişdir: - emal interzona 505, interthane 990 so qat boya, həlledici GTA-220, həlledici inter.thin.713, həlledici araqat boya üçün 0077; “Şelflayihətikinti” LSTB-nin 1 saylıTikinti Quraşdırma İdarəsinin 1 saylı Sahəsində xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək quraşdırıcı peşəsində işləmişdir. İş stajı 8 il 3 ay 4 gün təşkil etmişdir. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi rəngsaz peşəsi Azəbraycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz” peşəsinə quraşdırıcı peşəsi isə həmin siyahının 29-cu bölməsinin “a” bəndində göstərilən “polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 17 il 10 ay 9 gün təşkil edir. - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışın surətindən görünür ki, X1 Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində Bakı stasionar dərinlik özülləri zavodunun: paslanma əleyhinə shaəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək, -Təmir tikinti sahəsində xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, - paslanma əleyhinə sahəsində xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək; “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsinin 5 saylı sahəsində xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 9 il 7 ay 15 gün təşkil etmişdir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Emal İnterzona 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar boya (ingiltərə), İnterthane 990 sonn qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və s. materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazilrər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərlii və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstərilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ-Ümumi peşələr bölməsində 23200000-13450 vəzifə koddunda müəyyən edilmiş “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinin və sahənin xüsusiyyətləri ilə eynidir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2002-ci il tarixdən Boru quraşdırıcısı peşəsinə işə qəbul olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir. İddiaçı yenidən xx.xx.2012-ci il tarixdə Metal konstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı peşəsinə işə qəbul olmuşdur. O, xx.xx.2013-cü il tarixdə Quraşdırıcı Briqadir vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdən bu günədək Metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləməyə başlayıb. "xxxx" MMC xx.xx.2001-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "xxxx" MMCdə güzəştli əmək şəraitində iş müddəti 5 il 6 ay 10 gün təşkil edir. -Həmçinin, apellyasiya araşdırması zamanı məhkəmənin sorğusuna əsasən təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş güzəştli arayışda qeyd edilir: “İddiaçı həqiqətən BOS Şelf MMC-də xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Quraşdırıcı (metal konstruksiyaların quraşdırılması üzrə) peşəsində, xx.xx.2012ci il tarixdən xx.xx.2017-ci il tarixədək Quraşdırıcı Briqadir (metal konstruksiyaların quraşdırılması üzrə) vəzifəsində işləmişdir. Məlumat üçün bildiririk ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 4 il 11 ay təşkil edir.” Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi cavabdeh iddiaçının xx.xx.2006-ci ilədək olan xx.xx.1994-xx.xx.2002-ci illər arasındakı dövrü güzəştli iş stajına qəbul edir. Belə olan halda, xx.xx.2006-cı ilədək olan dövr üzrə iddiaçının Bakı Stasionar dərinlik özülləri zavodunda və “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz peşəsində və "xxxx" MMC-də xx.xx.2002-ci il tarixdən işlədiyi boru quraşdırıcı vəzifələri mübahisəlidir. Belə ki, işəgötürənlərin verdiyi arayışlardan aydın olur ki, iddiaçı Bakı Stasionar dərinlik özülləri zavodunda və “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz peşəsində işləyən zamanı emal İnterzona 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar boya (ingiltərə), İnterthane 990 sonn qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və s. sintetik boya və həlledici materiallardan istifadə etmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək olan dövrdə 9 il 7 ay 15 gün işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərlii və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstərilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ-Ümumi peşələr bölməsində 23200000-13450 vəzifə koddunda müəyyən edilmiş “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinin və sahənin xüsusiyyətləri ilə eynidir. Bundan əlavə, iş materiallarındakı sübutlarla da təsdiqini tapır ki, iddiaçının BOS Şelf MMC-də xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (hesablama zamanı xx.xx.2006-cı ilədək olan dövr götürülür) Quraşdırıcı vəzifəsində işlədiyi dövr güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Belə ki, iddiaçı məhz metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazilrər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərlii və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstərilərin 2 nömrəli Siyahısı”nda 2290000a—14612 vəzifə koddunda müəyyən edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar peşəsinin və sahəsinin xüsusiyyətləri ilə eynidir. Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar, diplom və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarından aydın olduğu kimi iddiaçının 57 yaşı xx.xx.2017-ci ildə tamamlandığı halda birinci instansiya məhkəməsi texniki yalnışlığa yol verərək hüququn yaranma tarixini 57 yaşdan, yəni xx.xx.2014-ci ildən yarandığını qeyd etmişdir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, iddiaçı güzəştli iş stajına tələb olunan şərti xx.xx.2017-ci il tarixdə ödədiyindən həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar